Məhkəmə qərarları › İş №2-1(118)-1613/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1613/2023

16.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1613/2023 16.03.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X3 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “xx xxxxx 1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1972-ci il tarixdə ölməsi barədə Xaçmaz rayon Yergüc icra nümyəndəliyində xx.xx.1972-ci il tarixdə aparılmış 05 saylı ölüm akt qeydinin qanunsuz hesab edilməsi və həmin ölüm akt qeydinin ləğv edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı barəsində tərtib edilmiş ölüm haqqında akt qeydinin ləğv edilməsi üçün Cavabdehnə müraciət etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli, 05/Q-968/15 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinada qeyd edilmişdir ki, xx.xx.1972-ci il tarixdə Xaçmaz rayon Yergüc İcra Nümayəndəliyində İddiaçı xx.xx.1972-ci il tarixdə ölməsi barədə 05 saylı ölüm akt qeydi aşkar olunmuşdur. Tərtib edilmiş ölüm akt qeydinin ona aid olub-olmaması barədə Cavabdehndə eyniləşdirmə aparmaq mümkün olmaması və xx.xx.1972-ci il tarixli ölüm akt qeydinin ləğv edilməsi qeydiyat şöbəsində mümkün olmaması səbəbindən məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxx 1967-ci il tarixdə Xaçmaz rayonunun Şıxhaput kəndində anadan olmuşdur. 1986-1988-ci illərdə Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Bu hal Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 29 iyun 1988-ci il tarixli НЭ № ******* saylı hərbi bilet ilə təsdiq olunur. xx.xx.1983-cü il tarixdə Xaçmaz rayonunun 1 nömrəli meyvəçilik sovxozu üzrə verilmiş xx.xx.1983-cü il tarixli 144 saylı əmrinə sasən həmin sovxoza fəhlə qəbul olunmuşdur. Bu hal onun adına verilmiş 19 dekabr 1985-ci il tarixli ИТ-İ ******* saylı əmək kitabçası ilə təsdiq olunur. xx.xx.1992-ci il tarixdə Xaçmaz rayonu, Yergüc İƏV-də rəsmi nikahı qeyd etdirməklə X1 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı var. İddiaçı ailə mülkiyyətində olan pay torpaq sahəsinin alqı-satqı müqaviləsini rəsmiləşdirmək üçün Xaçmaz rayon notariat ofisinə müraciət etdikdə notarius tərəfindən ona bildirilmişdir ki, o, Qeydiyyat Şöbəsinin məlumatına əsasən ölmüş şəxs kimi qeydə alınmışdır. Ona görə də onun adına heç bir sənəd rəsmiləşdirilə bilməz. Məsələni aydınlaşdırmaq üçün Xaçmaz rayon QŞ müraciət etmişdir. Şöbədə aparılmış araşdırma zamanı məlum olmuşdur ki, həqiqətən də iddiaçı barəsində ölüm haqqında akt qeydi tərtib edilmişdir, bu barədə ona 13 dekabr 2022-ci il tarixli, 05/Q- 968/15 saylı imtina məktubu verilmişdir. Həmin məktubda qeyd olunmuşdur ki, “Siz xx.xx.1967-ci il tarixdə Xaçmaz rayon Şıxhaput kəndində doğulmusunuz, bu barədə xx.xx.1967-ci il tarixdə Xaçmaz rayon Yergüc İcra Nümayəndəliyində 73 saylı doğum haqqında akt qeydi tərtib edilmişdir. xx.xx.1972-ci il tarixdə Xaçmaz rayon Yergüc İcra Nümayəndəliyində İddiaçı xx.xx.1972-ci il tarixdə ölməsi barədə 05 saylı ölüm akt qeydi aşkar olunmuşdur. Tərtib edilmiş ölüm akt qeydinin sizə aid olub-olmaması barədə Cavabdehndə eyniləşdirmə aparmaq mümkün olmaması və xx.xx.1972-ci il tarixli ölüm akt qeydinin ləğv edilməsi qeydiyat şöbəsində mümkün olmaması səbəbindən məhkəməyə müraciət etmək tövsiyə olunur.” Xaçmaz rayon Yergüc İcra Nümayəndəliyi məlum olmayan səbəbdən iddiaçı barəsində ölüm akt qeydi tərtib etmişdir, bunun nəticəsi olaraq o, hüquqlarını həyata keçirə bilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddia mahiyyəti baxımından isə aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı xx xxxxx 1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1972-ci il tarixdə ölməsi barədə Xaçmaz rayon Yergüc icra nümyəndəliyində xx.xx.1972-ci il tarixdə aparılmış 05 saylı ölüm akt qeydinin qanunsuz hesab edilməsi və həmin ölüm akt qeydinin ləğv edilməsini istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarına əsasən: 8.1. Ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. 8.2. Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qətnaməsi üzrə ölümün qeydə alınması qətnamə çıxarmış məhkəmənin olduğu yerdə aparılır. 8.3. Ölümün qeydə alınması ölmüş şəxsin qohumlarının, onun qonşularının, mənzilistismar təşkilatları işçilərinin məlumatı üzrə, habelə ölümün baş vermiş olduğu təşkilatın müdiriyyətinin və başqa şəxslərin məlumatı üzrə aparılır. 8.4. Ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. 8.5. Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. 8.6. Ölüm, ölüm haqqında aktların qeydiyyat kitabında ölüm haqqında akt qeydləri aparmaq yolu ilə qeyd edilir. 8.7. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümünün, ölüm haqqında məlumatın verilməli olduğu müddət keçdikdən sonra ölümün qeydiyyatı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində ölüm haqqında aktların qeydiyyat kitabında ümumi qaydalarla ilk qeydiyyat kimi həyata keçirilir, lakin sıra nömrəsindən sonra "Vaxtı keçmiş qeydiyyat" sözləri əlavə edilir. Məhkəmə qaydasında ölmüş elan edilən şəxslərin ölümü qeyd edilərkən ölüm haqqında akt qeydlərində ölümün vaxtı məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixlə göstərilir. Əgər ölüm faktı məhkəmə qətnaməsində müəyyən tarixlə göstərilibsə, ölüm haqqında akt qeydində ölümün tarixi məhkəmə qətnaməsində yazılmış tarixlə göstərilir. 8.8. Naməlum (tanınmamış) şəxslərin ölümünün qeydiyyatı tibb müəssisəsinin müvafiq sənədində əksini tapan məlumatlar əsasında aparılır. 8.9. Yol getdiyi yerdə (qatarda, gəmidə, təyyarədə və s.) ölmüş şəxslərin ölümü yaxındakı Qeydiyyat şöbəsində, konsulluq idarəsində və icra hakimiyyətinin nümayəndəliyində qeyd oluna bilər. 8.10. Qəzaların icrası zamanı ölən məhkumların, barələrində həbs qətimkan tədbiri seçilmiş və istintaq təcridxanalarında saxlanılan şəxslərin ölümünün qeydə alınması ümumi əsaslarla həyata keçirilir. 8.11. Ölüm qeyd edilərkən, ölənin yetkinlik yaşına çatmayan uşaqları barəsində məlumatı olan Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi uşaqların yaşadığı yerin yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanına bir gün müddətində məlumat verməlidirlər. 8.12. Ölümün qeydiyyatı zamanı ölən şəxsin, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən qəbul edilmiş şəxsiyyətini təsdiq edən sənədlər hər ay siyahı üzrə bu orqanların yerləşdiyi yerdə daxili işlər orqanlarının müvafiq qurumlarına, ölən şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan, habelə qaçqın statusu almış əcnəbi və vətəndaşlığı olmayan şəxs olduqda isə müvafiq olaraq Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə və ya qaçqın vəsiqələrini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə təhvil verilir. 8.13. Ölmüş şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda, ölümün qeydə alınması zamanı Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi hərbi bilet və s. hərbi xidmətlə bağlı olan sənədləri onların hərbi qeydiyyat yeri üzrə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölməsinə təhvil verirlər. Bu orqanlar eyni zamanda, ölmüş şəxsin sənədlərinin Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə təhvil verilməməsi barədə də məlumatlandırılır. 8.14. Ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Göründüyü kimi ölümün qeydə alınması əsasları qanunvericiliklə müəyyən edilmişdir. Lakin iddiaçı yaşadığı halda onun barəsində ölümlə bağlı akt qeydinin aparılmasına əsas mövcud olmamışdır. İddiaçı qeyd edir ki, xx xxxxx 1967-ci il tarixdə Xaçmaz rayonunun Şıxhaput kəndində anadan olmuşdur. 1986-1988-ci illərdə Sovet ordu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. Bu hal Xaçmaz rayon Hərbi Komissarlığı tərəfindən verilmiş 29 iyun 1988-ci il tarixli НЭ № ******* saylı hərbi bilet ilə təsdiq olunur. xx.xx.1983-cü il tarixdə Xaçmaz rayonunun 1 nömrəli meyvəçilik sovxozu üzrə verilmiş xx.xx.1983-cü il tarixli 144 saylı əmrinə sasən həmin sovxoza fəhlə qəbul olunmuşdur. Bu hal onun adına verilmiş 19 dekabr 1985-ci il tarixli ИТ-İ ******* saylı əmək kitabçası ilə təsdiq olunur. xx.xx.1992-ci il tarixdə Xaçmaz rayonu, Yergüc İƏV-də rəsmi nikahı qeyd etdirməklə X1 ilə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı var. Qeyd edilmiş hallarla bağlı iş materiallarına iddiaçının şəxsiyyət vəsiqəsinin doğum haqqında şəhadətnaməsinin, əmək kitabçasının, nikahın bağlanması haqqında şəhadətnamənin, hərbi biletinin və s. surətləri əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, bu qeydlər mövcud olduğu halda əsassız aparılmış ölüm hakkında akt qeydi ləğv edilməli idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki iddia təmin edilməli, xx xxxxx 1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1972-ci il tarixdə ölməsi barədə Xaçmaz rayon Yergüc icra nümyəndəliyində xx.xx.1972-ci il tarixdə aparılmış 05 saylı ölüm akt qeydinin qanunsuz hesab edilməli və həmin ölüm akt qeydi ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx xxxxx 1967-ci il təvəllüdlü İddiaçı xx.xx.1972-ci il tarixdə ölməsi barədə Xaçmaz rayon Yergüc icra nümyəndəliyində xx.xx.1972-ci il tarixdə aparılmış 05 saylı ölüm akt qeydi qanunsuz hesab edilsin və həmin ölüm akt qeydi ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar