Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1614/2023 20.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “Tam orta təhsil haqqında Attestatla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hərəkətləri (hərəkətsizliyi) və vaxtında qaytarılmamasının qanun pozuntusu kimi tanınması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı iddia qaldıraraq tam orta təhsil haqqında Atestatının ona qaytarılmasının təmin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı tam orta təhsil haqqında attestatının ona qaytarılması üçün Cavabdeh müraciətlərini (D.O. xx.xx.2020-ci il №Q9500; və sairə) alsa da, tam mahiyyəti üzrə baxılmamışdır, məsələ bu günə kimi həll olunmamışdır və müraciətlərimin heç bir nəticəsi olmamışdır. Belə ki, Azərbaycan Beynəlxalq Universitetinin (ABU) fəaliyyəti 2010-cu ildə dayandırılmışdır. Bununla bağlı 2010-cu il sentyabrın 1-də təhsil naziri ABU-nun fəaliyyətinin dayandırılması barədə əmr imzalamışdır. Tam orta təhsil haqqında attestatın qaytarılması üçün Təhsil Nazirliyinə müraciətlərinə Nazirliyin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Rasim Məmmədov 30.06.20-ci il tarixli cavabında yazmışdır: "Təhsil Nazirliyinə ünvanladığınız (17.06.20.0-6002) ərizənizə cavab olaraq bildiririk ki, ABU-nun Nazirlikdə olan arxivində Sizin adınıza attestat aşkarlanmadı. Bu səbəbdən müraciətinizdə qeyd olunan məsələ ilə bağlı məzun olduğunuz ümümtəhsil müəssisəsinə müraciət etməlisiniz. " Belə bir cavabla razı olmadığından Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə bununla bağlı xx.xx.2020-ci il tarixli şikayət yazmışdır. Həmin müraciəti Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasında xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmışdır və baxılması üçün xx.xx.2020-ci il tarixli çıxış nömrəsi İlə Azərbaycan Respublikasının Təhsil X5 baxılması, araşdırılması və nəticəsi barədə məlumat verilməsi üçün göndərilmişdir. Daha sonra yenə də şikayət ərizəsi Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasından baxılması üçün xx.xx.2020-ci il tarixli çıxış nömrəsi ilə Azərbaycan Respublikasının Təhsil X5 baxılması, araşdırılması və nəticəsi barədə məlumat verilməsi üçün göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinə vəsatətlə müraciət edərək xahiş edir ki, Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasından baxılması üçün xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli çıxış nömrəsi ilə Azərbaycan Respublikasının Təhsil X5 göndərilmiş müraciətlərinə əsasən aparılmış hər iki araşdırma sənədlərinin məhkəmə baxışına tələb edilməsi üçün Cavabdehnə məhkəmə sorğusu göndərilsin. Hətta Azərbaycan Müəllimi qəzetinin Redaksiyasına atası (Elxan Quliyev) birlikdə xx.xx.2020-ci il tarixli ərizə də göndərmişdir. Həmin ərizədə yazmışdırlar: “İddiaçı Azərbaycan Beynəlxalq Universitetini bitirmişdir. Tam orta təhsil haqqında attestatın qaytarılması üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciətimizə Nazirliyin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Rasim Məmmədov xx.xx.2020-ci il tarixli cavabında yazmışdır: "Təhsil Nazirliyinə ünvanladığınız (xx.xx.2020, 0-6002) ərizənizə cavab olaraq bildiririk ki, ABU-nun arxivində Sizin adınıza attestat aşkarlanmadı. Bu səbəbdən müraciətinizdə qeyd olunan məsələ ilə bağlı məzun olduğunuz ümiimtəhsil müəssisəsinə müraciət etməlisiniz. " Belə bir cavabla razı olmasalar da buna baxmayaraq bu məsələ ilə bağlı Sumqayıt şəhər 25 saylı tam orta məktəbinə və Sumqayıt şəhər Təhsil şöbəsinə müraciət etmişdirlər. Orada bildirilmişdir ki, Attestatın dublikatının verilməsi üçün sənədin itirilməsi barədə ərizə ilə müraciət olunmalıdır, ərizəyə sənədin itirilməsi, sənədin axtarışda olması barədə məlumat və “Azərbaycan Müəllimi" qəzetində verilən elan əlavə olunmalıdır. Odur ki, İddiaçı Sumqayıt şəhər 25 saylı tam orta məktəbini 2001 -ci ildə bitirdiyi haqqında Attestatın itirildiyi barədə “Azərbaycan Müəllimi" qəzetində elan verib, arayış verilməsini xahiş etmişdirlər. Qoşma: Təhsil Nazirliyinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Rasim Məmmədovun cavab məktubunun surəti. İmzalar: İddiaçı və Elxan Quliyev 03.1 1.2020 Müraciətlərinə Təhsil Nazirliyinin Məxfi və dövlət nümunəli sənədlərlə iş sektorunun müdiri Rasim Məmmədovun xx.xx.2020-ci il tarixli cavabı ilə razı olmadığından xx.xx.2020ci il tarixli şikayətdə yazmışdır ki, Attestat sənədi qaytarılmadığından Attestatı itirdiklərini yalandan yaza bilməzlər. Nazirliyə müraciətində yazmışdır : “ABU-nun lisenziyazını ləğv edərkən Siz təhviltəslim aktı ilə sənədləri almışdınız, o cümlədən tam orla təhsil haqqında attestatımı da. Odur ki, qanun-qaydalara görə Sumqayıt şəhər 25 saylı tam orta məktəbi tərəfindən verilmiş tam orta təhsil haqqında Attestatımı mənə Siz qaytarmalısınız, Attestatımın qaytarılmasını təmin etməlisiniz, məsələnin həlli üçün köməklik göstərməlisiniz.” Cavabdehnə daha sonrakı ərizəsində yazmışdır : “iki ildən çoxdur ki, bununla bağlı Sizə müraciətlər etsəm də, heç bir köməklik göstərməmisiniz. Siz Nazirlik olaraq ən azından hu məsələnin həlli üçün Sumqayıt şəhər 25 saylı tam orta məktəbinə müvafiq məktub göndərməli idiniz. Xahiş edirəm ki, Azərbaycan Beynəlxalq Üniversitetinin lisenziyazım ləğvetdiyinizdən və tanı orta təhsil haqqında Attestatını mənə qaytarılmadığından, Attestatımın qaytarılması üçün təcili müvafiq tədbirlər görəsiniz. SS799966285AZ ştrix kodlu sifarişli məktubla göndərdiyim xx.xx.2022-ci il tarixli ərizəmi də alsanız da, bu günə kimi baxılmamışdır, cavab verilməmişdir.” Azərbaycan Respublikası Konstitusiyasının 42-ci maddəsinin İ hissəsində təsbit edildiyi kimi hər bir vətəndaşın təhsil almaq hüququ vardır. Bu baxımdan cavabdeh nazirliyinin təhsil müəssisəsinə verdiyi lisenziyasının ləğvi orada təhsil alan şəxslərin hüquqlarının pozulması ilə nəticələnə bilməz. Ona görə də orada təhsil alan şəxslərin təhsil hüquqları qanuna uyğun olaraq qorunmalı və həmin şəxslərə təhsilini davam etdirmək üçün şərait yaradılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 29 aprel tarixli, 82 nömrəli qərarı ilə təsdiq edilmiş Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələrində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydasının 4.3-cü bəndinə əsasən Diplomun və ona əlavənin surəti məzunun şəxsi işində saxlanılır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddiasını dəqiqləşdirərək, tam orta təhsil haqqında Atestatı ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hərəkətləri (hərəkətsizliyi) qanun pozuntusu kimi tanınmasını və attestatın qaytarılmasının cavabdehə həvalə edilməsini xahiş etmişdir. Məhkəmə prosesi gedişində müvafiq yazışmalardan sonra iddiaçıya məxsus attestat cavabdeh inzibati orqan tərəfindən ona geri qaytarılmış, iddiaçı iddia tələbinin həcmini azaldaraq, tam orta təhsil haqqında Attestatla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hərəkətlərinin (hərəkətsizliyi) və vaxtında qaytarılmamasının qanun pozuntusu kimi tanınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iştirak etmiş, izahatında bildirmişdir ki, Təhsil Nazirliyinə dəfələrlə müraciət etmişdir. Nazirin qəbuluna yazmamışdırlar. Diplomun verilməsi ilə bağlı Məhkəməyə yazılmış məktubu iddiaçıya yazmamışdırlar. 2019-cu ildən bəri gedib gəlirlər. Aşkarlanmadığını qeyd edirlər. 2023-cü ildə məhkəməyə müraciət etdikdən sonra aşkarlandığını qeyd edirlər. Tələbin 2-ci hissəsi qüvvədə qalır. 17 mart 2023-cü il tarixdə attestat təhvil verilmişdir. Cavabdehin hərəkətləri (hərəkətsizliyi) və vaxtında qaytarılmamasının qanun pozuntusu kimi tanınmasını xahiş edir. Cavabdeh məhkəməyə ünvanladığı məktubunda bildirmişdir ki, Azərbaycan Beynəlxalq Universitetinin Elm və Təhsil Nazirliyinə təqdim olunan arxivdə İddiaçı məxsus A 513093 nömrəli tam orta təhsil haqqında attestat aşkar olunmuş və sənədin əsli xx.xx.2023-cü il tarixində etibarnamə əsasında atası X3 təhvil verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilkin olaraq qeyd edir ki, hazırkı iddia tanınma və müəyyən etmə haqqında iddiadır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımındanda əsaslıdır. Belə ki, iddiaçı tam orta təhsil haqqında Attestatla bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hərəkətləri (hərəkətsizliyi) və vaxtında qaytarılmamasının qanun pozuntusu kimi tanınmasını istəyir. Cavabdeh isə qeyd edir ki, Azərbaycan Beynəlxalq Universitetinin Elm və Təhsil Nazirliyinə təqdim olunan arxivdə İddiaçı məxsus A 513093 nömrəli tam orta təhsil haqqında attestat aşkar olunmuş və sənədin əsli xx.xx.2023-cü il tarixində etibarnamə əsasında atası X3 təhvil verilmişdir. İddiaçı isə məhkəmə iclasında bildirmişdir ki, Təhsil Nazirliyinə dəfələrlə müraciət etmişdir. Nazirin qəbuluna yazmamışdırlar. Diplomu hansı tarixdə alması ilə bağlı sübut yoxdur. Diplomun verilməsi ilə bağlı Məhkəməyə yazılmış məktubu iddiaçıya yazmamışdırlar. 2019-cu ildən bəri gedib gəlir. Aşkarlanmadığını qeyd edirlər. 2023-cü ildə məhkəməyə müraciət etdikdən sonra aşkarlandığını qeyd edirlər. Tələbin 2-ci hissəsi qüvvədə qalır. 17 mart 2023-cü il tarixdə attestat təhvil verilmişdir. Cavabdehin hərəkətləri (hərəkətsizliyi) və vaxtında qaytarılmamasının qanun pozuntusu kimi tanınmasını xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının müraciətləri zamanı zəruri inzibati icraat aparmamış, iddiaçı uzun hüquqi mübarizədən sonra öz istəyinə nail olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan zəruri araşdırma aparmadan “İnzibati İcraat haqqında” Qanunun tələblərini pozmuşdur. “İnzibati İcraat haqqında” Qanunun 24-cü maddəsinə maddəsinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Lakin cavabdeh inzibati orqan qanunun tələblərini yerinə yetirməyərək, zəruri araşdırma aparmamış, iddiaçının qanunla qorunan hüquqlarını pozmuş, o öz istəyinə uzun müddətdən sonra, məhkəmədə iddia qaldırdıqdan sonra nail olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı tam orta təhsil haqqında attestatı ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hərəkətləri (attestatın inzibai icraat gedişində İddiaçı qaytarılmaması) qanun pozuntusu kimi tanınmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı tam orta təhsil haqqında attestatı ilə bağlı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin hərəkətləri (attestatın inzibai icraat gedişində İddiaçı qaytarılmaması) qanun pozuntusu kimi tanınsın. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1614/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1614/2023
20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver