Məhkəmə qərarları › İş №2-1(118)-1614/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1614/2025

29.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1614/2025 29.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Üçüncü şəxs X5, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) ünvandakı əmlak kompleksinin istifadəsində olan 10889,6 kv/m torpaq sahəsinin X5 və X10 icarəsinə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamı, həmin Sərəncam əsasında bağlanmış 25 iyun 2010-cu il tarixli 918 nömrəli İcarə Müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X9 və X20 arasında bağlanılmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin “alqı-satqı” Müqaviləsi” mülkiyyətçi İddiaçı məxsus Sumqayıt şəhəri, 9- cu Mikrorayon “Şərq bazarı” ərazisində yerləşən sahəsi 9,52 kv/m olan 26 saylı mağazanın yerləşdiyi torpaq sahəsinə aid hissədə qismən etibarsız hesab edilməsi” tələbi barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və X23 cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Şərq bazarı” ərazisində yerləşən sahəsi 9,52 kv/m olan 26 saylı mağazanın və həmin ərazidə mülkiyyətçi X16 məxsus sahəsi 9,52 kv/m olan 27 saylı mağazanın yerləşdiyi torpaq sahəsinin X5 və X10 icarəsinə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamı, həmin Sərəncam əsasında bağlanmış 25 iyun 2010-cu il tarixli 918 nömrəli İcarə Müqaviləsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X5 və X20 arasında bağlanılmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” Müqaviləsinin mübahisələndirilən hissədə qismən etibarsız hesab edilməsi, həmin hüquqmüəyyənedici sənədlər əsasında X5 və X10 adına verilmiş seriya MA0197157 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın və xx.xx.2010-cu il tarixli Texniki Pasportun qismən, İddiaçı və X16 məxsus hər birinin sahəsi 9,52 kv/m olan 26 və 27 saylı mağazaların yerləşdiyi torpaq sahəsi hissəsində qismən ləğv edilməsi və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində onların adına qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) Məhkəmənin xx.xx.2024-cü il tarixli, e-2-1(118)-1276/2024 saylı Qərardadı ilə iddiaçılar X12 və İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon, “Şərq bazarı” ərazisində yerləşən sahəsi 9,52 kv/m olan 26 saylı mağazanın və həmin ərazidə mülkiyyətçi X16 məxsus sahəsi 9,52 kv/m olan 27 saylı mağazanın yerləşdiyi torpaq sahəsinin X5 və X10 icarəsinə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamı, həmin Sərəncam əsasında bağlanmış 25 iyun 2010-cu il tarixli 918 nömrəli İcarə Müqaviləsi, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X5 və X20 arasında bağlanılmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” Müqaviləsinin mübahisələndirilən hissədə qismən etibarsız hesab edilməsi, həmin hüquqmüəyyənedici sənədlər əsasında X5 və X10 adına verilmiş seriya MA0197157 nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın və xx.xx.2010-cu il tarixli Texniki Pasportun qismən, İddiaçı və X16 məxsus hər birinin sahəsi 9,52 kv/m olan 26 və 27 saylı mağazaların yerləşdiyi torpaq sahəsi hissəsində qismən ləğv edilməsi və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı və X12 adına qeydə alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə 2-1(118)-1276/2024 saylı inzibati işdən İddiaçı tələbinin ayrıca icraata ayrılması və həmin işə yeni nömrə verilərək baxılması qərara alınmışdır. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən (keçmiş “Şərq bazarı”) ərazisində ticarət mərkəzindəki 28 nömrəli mağaza və mağazaya bitişik sahəsi 120 kv/m olan anbar iddiaçının mülkiyyətində olmuşdur. Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 16 noyabr 1994-cü il tarixli 933-№li Sərəncamına əsasən Sahibkarlığın formalaşdırılması və müasir ticarət obyektlərinin inşası məqsədi ilə “Şərq” bazarının istifadəsində olan sahədə açıq bazarın və ticarət cərgələrinin tikilməsinə icazə verilmişdir. Sərəncama əsasən inşa ediləcək ticarət cərgələrinin tikintisinin maliyyələşdirilməsi fiziki və hüquqi şəxslərin ortaqlığı əsasında onların pul vəsaitləri hesabına həyata keçirilməli idi. Qeyd edilən Sərəncama uyğun olaraq Sumqayıt şəhəri 9-cu Mikrorayon ərazisində yerləşən “Şərq bazarı” ərazisində şəxsi vəsaiti hesabına inşa edilmiş ticarət sahəsi 9,52 kv.m olan 26 saylı mağaza İddiaçı mülkiyyətində olmuşdur. Həmin mağazanın İddiaçı mülkiyyətində olması Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin Sumqayıt şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 48 nömrəli Qeydiyyat Vəsiqəsi ilə təsdiq olunur. Qeydiyyat vəsiqəsinə əsasən Sumqayıt şəhərində “Şərq” icarə bazarı cərgəsində 26 saylı mağaza İddiaçı adına mülkiyyət hüququ əsasında 19 nömrəli reyestr kitabında 48 nömrəli invertar işi kimi qeydə alınmışdır. Həmçinin “Şərq” İcarə bazarı cərgəsində İddiaçı mülkiyyətində olan 26 saylı mağazaya dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən 18 noyabr 1997cı ildə tərtib edilmiş Texniki Pasport mövcuddur. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 16 noyabr 1994-cü il tarixli 933 nömrəli Sərəncamına əsasən “Şərq” İcarə bazarı cərgəsində sahəsi 9,52 kv/m olan 27 saylı mağaza şəxsi vəsaiti hesabına X23 tərəfindən inşa edilmişdir. Həmin mağazanın X12 mülkiyyətində olması Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfat Komitəsinin Sumqayıt Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli 98 nömrəli Qeydiyyat vəsiqəsi ilə təsdiq olunur. Qeydiyyat vəsiqəsinə əsasən Sumqayıt şəhərində 9-cu Mikrorayon “Şərq” icarə bazarında yerləşən 27 nömrəli qeyri-yaşayış binası (mağaza) X12 adına xx.xx.1998-ci il tarixdə mülkiyyət hüququ əsasında 19 nömrəli reyestr kitabında 98 invertar nömrəsi ilə qeydə alınmışdır. Həmçinin “Şərq” İcarə bazarı cərgəsində X12 mülkiyyətində olan 27 saylı mağazaya dair Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyi tərəfindən tərtib edilərək verilmiş qeyri-yaşayış binasının Texniki Pasportu mövcuddur. Qeyd edilməsi zəruridir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini cənab Sahib Quliyevin imzası ilə 26 saylı mağazanın mülkiyyətçisi kimi İddiaçı ünvanlanmış xx.xx.2017-ci il tarixli 617 nömrəli zəmanət məktubunda göstərilir ki, Sumqayıt şəhərinin baş planına, memaılıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına riayət edilməsi, şəhərsalmanın nizamlı inkşafının təmin edilməsi məqsədi ilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən Şərq bazarı Ticarət Mərkəzinin və həmin əraziyə bitişik 66 ticarət obyektinin yerində müasir memarlıq tələblərinə cavab verəcək yeni ticarət mərkəzinin tikintisi layihələndirilir. İnşa olunacaq yeni ticarət mərkəzində hazırda mülkiyyətinizdə olan 9 kv/m ticarət sahəsinin əvəzinə Sizin mülkiyyətinizə 18kv/m təmirsiz ticarət sahəsi veriləcəkdir. Qeyd olunanlara əsasən qısa müddət ərzində mağazanı boşaldaraq tikinti işlərinin başlanmasına şərait yaratmağınız xahiş olunur. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini cənab Sahib Quliyevin imzası ilə 27 saylı mağazanın mülkiyyətçisi kimi X29 iş qızma ünvanlanmış xx.xx.2017-ci il tarixli 616 nömrəli zəmanət məktubunda da, yuxarıda qeyd edilən hallar göstərilməklə ona da, mülkiyyətində olan 9 kv/m ticarət sahəsinin əvəzinə mülkiyyətinə 18 kv/m təmirsiz ticarət sahəsi veriləcəyi göstərilmişdir. Sonradan iddiaçılara məlum olmuşdur ki, mülkiyyətlərində olan mağazanın yerləşdiyi torpaq sahəsi əsassız olaraq Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ilkin olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli Sərəncamına əsasən bağlanılmış 25 iyun 2010cu il tarixli 918 nömrəli İcarə Müqaviləsi ilə X5 və X10 icarəsinə verilmiş, qısa müddət sonra isə həmin şəxslərlə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında bağlanılmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinə əsasən onlara satılmışdır. Cavabdeh inzibati orqan tərəfindən iddiaçılara məxsus qeyri-yaşayış sahələrinin, mağazaların yerləşdiyi torpaq sahəsinin ilkin olaraq icarə müqaviləsi əsasında X5 və X10 icarəsinə verilməsi, beş gündən sonra isə, alqı-satqı müqaviləsi əsasında onlara satılması mülki qanunvericiliyin tələblərinə zidd olduğundan həmin torpaq sahələrinin X9 və X10 icarəsinə verilməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi Sədrinin xx.xx.2010-cu il tarixli 149 saylı Sərəncamı, həmin Sərəncam əsasmda bağlanılmış xx.xx.2010-cu il tarixli “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair 2658 nömrəli müqavilə qismən, yəni iddiaçılara məxsus mağazaların yerləşdiyi torpaq sahələri hissəsində etibarsız hesab edilməli, torpaq sahəsi ilə bağlı X9 və X10 adına verilmiş Çıxarış və 10 iyun 2010-cu il tarixli Texniki Pasport həmin hissədə qismən ləğv edilməlidir. Mübahisənin məhkəmədən kənar həll edilməsi üçün müvafiq sənədlər, mülkiyyət hüququnu təsdiq edən qeydiyyat vəsiqəsinin, qeyri-yaşayış sahəsinin Texniki Pasportunun surətləri, həmçinin Sumqayıt şəhər İHB Aparatının xx.xx.2017-ci il tarixli 616 və 617 nömrəli məktubların surəti əlavə edilməklə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidmətinə iddiaçılar tərəfindən ayrıayrılıqda, yəni İddiaçı və X23 tərəfindən xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh inzibati orqana müraciət edilərək qanunvericiliyin tələblərinin pozulması ilə verilmiş Sərəncamın, həmin Sərəncam əsasında bağlanılmış icarə müqaviləsinin və alqı-satqı müqaviləsinin qismən, yəni iddiaçılara məxsus 26 və 27 saylı mağazaların yerləşdiyi torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi və Sumqayıt şəhəri 9-cu Mikrorayon(təzə) ərazisində yerləşən torpaq sahəsi ilə bağlı X9 və X10 adına verilmiş Seriya MA ******* nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın və xx.xx.2010-cu il tarixli Texniki Pasportun qismən, həmin mağazaların yerləşdiyi torpaq sahəsi hissəsində ləğv edilməsi xahiş edilmişdir. İddiaçılar həmin müraciətlərdə həmçinin eyni mahiyyətli mübahisə üzrə digər sahibkarların iddia tələbləri ilə bağlı Sumqayıt İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(85)-1191/2011 nömrəli qərarının icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin xx.xx.2010-cu il tarixli 2658 nömrəli “özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin qismən ləğv edilməsi haqqında” 18 fevral 2013-cü il tarixli 47 nömrəli Sərəncamı ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) ərazsində yerləşən torpaq sahəsinin X7 və X1 barədə 30 iyun 2010- cu il tarixli, 2658 nömrəli “özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı müqaviləsinin, xx.xx.2010cu il tarixli, MA ******* nömrəli "Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın və ona əlavə edilmiş Texniki Pasportun qismən (X17 və qərarda göstərilmiş qeyrilərinə məxsus əmlaklara münasibətdə) ləğv edilməsi barədə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(85)-1191/2011 -in nömrəli qərarının nəzərə alındığı göstərilmişdir. Eyni zamanda qeyd edilən Sərəncamla Dövlət torpaqlarının idarə edilməsi \ə özəlləşdirilməsinin təşkili şöbəsinə, Hüquq şöbəsinə və Komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə bu sərəncamdan irəli gələn məsələləri həll edilməsi həvalə edilmişdir. Ancaq iddiaçıların mülkiyyətində olan mağazaların yerləşdiyi torpaq sahəsi ilə bağlı məsələ məhkəmədən kənar öz həllini tapmamışdır və iddiaçıların müraciətinə bu günə qədər cavab verilməmişdir. İddiaçı cavabdehə ünvanladığı müraciətinin poçt vasitəsi ilə ünvana xx.xx.2023-cü ildə, həmçinin iddiaçı X12 müraciətinin poçt vasitəsi ilə cavabdehin ünvanına xx.xx.2023cü ildə çatdırılması poçt bildirişləri ilə təsdiq olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmdən xahiş etmişdirlər. İddiaçı məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirak etmiş, iddianı müdafiə etdiyini bildirmiş, məhkəmənin “2010-cu il tarixli sərəncamının 2024-cü ildə mübahisələndirilməsinin səbəbi” sualına cavab olaraq 2011-ci ildə digər şəxslər tərəfindən iddia qaldırılarkən hazırki iddiaçıların mübahisə ilə bağlı razılığa gəldikləri səbəbindən həmin dövrdə işə qoşulmadıqlarını bildirmiş, lakin rəhbərlik dəyişilmiş, onlara heç bir ödəniş edilməmiş, aldadıldıqlarını qeyd etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçılar İddiaçı və X23 cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mülkiyyətçi İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu mikrorayon “Şərq bazarı” ərazisində yerləşən sahəsi 9,52 kv. m olan 26 saylı mağazanın və həmin ərazidə mülkiyyətçi X16 məxsus sahəsi 9,52 kv. olan 27 saylı mağazanın yerləşdiyi torpaq sahəsinin X5 və X10 icarəsinə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamının, həmin sərəncam əsasında bağlanılmış 25 iyun 2010-cu il tarixli 918 nömrəli icarə müqaviləsinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X9 və X20 arasında bağlanılmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin mübahisələndirilən hissədə qismən etibarsız hesab edilməsi, həmin hüquqmüəyyənedici sənədlər əsasında X5 və X14-n adına verilmiş seriya MA ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” çıxarışın və xx.xx.2010-cu il tarixli texniki pasportun qismən, İddiaçı və X16 məxsus hər birinin sahəsi 9,52 kv. m olan 26 və 27 saylı mağazaların yerləşdiyi torpaq sahəsi hissəsində qismən ləğv edilməsi və həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində İddiaçı və X12 adına qeydə alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Aşağıdakı səbəblərdən iddia əsassızdır və rədd edilməlidir. Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən əmlak kompleksinin istifadəsində olan 10889.6 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə 25 iyun 2010-cu il tarixli, 194 nömrəli sərəncam qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2010-cu il tarixli, 918 nömrəli icarə müqaviləsinə əsasən həmin sahə X5 və X10 icarəsinə verilmişdir. Daha sonra X5 və X10 müraciəti əsasında Komitənin 30 iyun 2010-cu il tarixli, 200 nömrəli sərəncamı ilə qeyd olunan torpaq sahəsinin özəlləşdirilməsi barədə qərar qəbul edilmiş və Komitə ilə bağlanmış xx.xx.2010-cu il tarixli, 2658 nömrəli alqı-satqı müqaviləsinə əsasən torpaq sahəsi X9 və X20 tərəfindən özəlləşdirilmişdir. Torpaq Məcəlləsinin 60-cı maddəsinin birinci hissəsinə əsasən dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında müvafiq normativ-hüquqi aktlara uyğun olaraq, özəlləşdirilən müəssisənin (obyektin) mülkiyyətçisi kimi çıxış edən Azərbaycan Respublikasının hüquqi və ya fiziki şəxsi həmin müəssisənin (obyektin) yerləşdiyi torpaq sahəsini müvafiq normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydada satın ala və ya satınalma hüququ ilə icarəyə götürə bilər. Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 11-ci bəndinə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”nın 9.2-ci bəndinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsini satın alınması üçün həmin sahənin üstündə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Yuxarıda qeyd edilən qanunvericilik aktlarından göründüyü kimi, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri həmin sahələrdə yerləşən müəssisə və obyektin mülkiyyətçisinə satıla bilər. Belə ki, təqdim olunmuş sənədlər əsasında mübahisə predmeti olan 10889.6 kv.m torpaq sahəsi üzərində yerləşən əmlak kompleksi (Şərq bazarı) X5 və X10 mülkiyyətində olduğu müəyyən olunduğundan, həmin sahə Komitə tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə uyğun qəbul edilmiş qərar əsasında əvvəlcə icarəyə, daha sonra tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi əsasında Rəşid Babayevin və Afət Həsənovanın mülkiyyətinə verilmişdir. Bildiririk ki, iddiaçıların hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçılara ünvanlanmış 616 və 617 nömrəli, xx.xx.2017-ci il tarixli məktublardan görünür ki, “Şərq bazarı” Ticarət Mərkəzinin və həmin əraziyə bitişik 66 ticarət obyektinin yerində müasir memarlıq tələblərinə cavab verəcək yeni ticarət mərkəzinin tikintisi ilə əlaqədar qısa müddət ərzində mağazaların boşaldılaraq tikinti işlərinin başlanmasına şərait yaradılması xahiş olunmuşdur. Bununla əlaqədar bildirirlər ki, iddiaçılara məxsus qeyri-yaşayış obyektləri 2017-ci ildə sökülmüşdür və hazırda mübahisə predmeti olan torpaq sahəsində iddiaçılara məxsus hər hansı tikili mövcud deyil. Əlavə olaraq bildirirlərki, iddiaçılar mübahisələndirilən dövlət mülkiyyətində olan torpaq sahəsinin onların istifadəsində olduğunu qeyd etsələr də, onlar tərəfindən torpaq sahəsinin onlarının istifadəsinə ayrılmasını təsdiq edən hər hansı hüquqmüəyyənedici sənəd iş materiallarına əlavə edilməmişdir. Mülki Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyən edilmiş qaydada verilir. Torpaq Məcəlləsinin 66-cı maddəsinin 1-ci bəndinə əsasən dövlət mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Torpaq Məcəlləsinin 67-ci maddəsinin birinci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Həmin maddənin dördüncü hissəsinə əsəsən torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Beləliklə, mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçıların adına qeydə alınmış hər hansı hüquq mövcud olmadığından, onlar hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul edilə bilməz. Eyni zamanda iddiaçılar iddia tələbi üzrə iddia müddətini ötürmüşdür. Belə ki, məhkəməyə təqdim olunmuş analoji iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2011-ci il tarixli qərarı ilə müəyyən olunur ki, iddiaçılar ən azından qeyd olunan tarixdən mübahisələndirilən torpaq sahəsinin özəlləşdirilməsindən məlumatlı olmuşlar. Bundan əlavə iddiaçılara ünvanlanmış Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2017-ci il tarixli məktublarla təsdiq olunur ki, iddiaçılar yalnız mübahisələndirilən torpaq sahəsində yerləşən tikililər üzərində mülkiyyət hüququna malik olmuşlar və yuxarıda qeyd olunduğu kimi, iddiaçılar tərəfindən onların mülkiyyətində olmuş ticarət sahələri 2017-ci ildə boşaldılaraq sökülmüşdür. Göründüyü kimi, iddiaçılar uzun müddət ərzində mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüquqlara malik olmadıqlarından və həmin torpaq sahəsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hazırda mübahisələndirilən sərəncamın qəbul edilməsindən və torpaq sahəsinin özəlləşdirilməsindən məlumatlı olsalar da, əsasız olaraq hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürmüşlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarında işə baxan məhkəmələrin mübahisələndirmə haqqında iddia növü üçün xüsusi mümkünlük şərtinə, yəni müddətə əməl edilib-edilməməsinə hüquqi qiymət verilməli olduğu bildirilmişdir. Əlavə olaraq bildirirlər ki, hazırkı iddia tələbindən görünür ki, iddiaçılar iddiasında sərəncamın etibarsız hesab edilməsini tələb etsə də, əslində tələbin mahiyyəti inzibati aktın ləğv edilməsi ilə bağlıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsindən göründüyü kimi iddiaçı mövcud halda öz tələbinə mübahisələndirmə haqqında iddia ilə nail olmaq imkanı olduğu halda, həmin məqsədə müəyyən etmə haqqında iddia ilə nail olmaq istəməsi subsidiarlıq tələbinə əsasən yolverilməzdir. Belə ki, hazırkı halda iddiaçı “tanınma haqqında iddia” irəli sürməklə məhz mübahisələndirmə haqqında iddia növü üçün nəzərdə tutulmuş mümkünlük şərtlərindən (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) yayınmaq məqsədi güdmüşdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarında qeyd olunur ki, İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. İşə baxan məhkəmə İnzibati Prosessual Məcəllədə öz əksini tapmış iddia növünün şərtlərinin mövcud olub-olmamasından çıxış edərək konkret iddianın mümkünlüyünün yoxlanılmasını həyata keçirir. Bu baxımdan məhkəmənin baxdığı iddia növünün düzgün müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir. Beləliklə iddiaçılar inzibati aktın mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 günlük müddəti ötürməklə məhkəməyə müraciət etmişlər. Bundan əlavə iddiaçılar “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 65-ci maddəsi ilə müəyyən edilmiş hallardan hər hansı birinin mövcud olmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Yuxarıda şərh edilənlərdən göründüyü kimi, iddia tələbi əsassız olduğundan təmin edilə bilməz. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X8 iştirak etmiş, etirazı müdafiə edərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. X9 və X20, "xxxx" Şirkətinin Ticarət Mərkəzi məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxslər etirazında qeyd etmişdir ki, iş üzrə iddiaçıların tələbi, yəni iddianın predmeti -Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində yerləşən özəlləşdirilmiş müəssisə və obyekt kimi “Şərq bazarı”na məxsus əmlak kompleksinin yerləşdiyi və üçüncü şəxslər X9 ilə X2 torpaq sahəsidir. İddiaçılar İddiaçı ilə X23 isə heç bir vaxt “Şərq bazarı”nda işləməmiş və onların özəlləşdirilmiş həmin obyektə heç bir aidiyyətləri yoxdur. İddia ərizəsində istinad edilmiş Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 16 noyabr 1994-cü il tarixli 933 №-li sərəncamına gəldikdə isə, həmin Sərəncamla qərara alınmışdır ki, “Şərq” bazarının istifadəsində olan sahədə açıq bazarın və ticarət cərgələrinin tikilməsinə icazə verilsin və inşa ediləcək ticarət cərgələrinin tikintisinin maliyyələşdirilməsi fiziki və hüquqi şəxslərin ortaqlığı əsasında onların qabaqcadan köçürəcəkləri pul vəsaitinin hesabına həyata keçirilsin. Sərəncamla “Şərq” bazarının rəhbərliyinə tapşırılmışdır ki, ticarət cərgələrində yer almaq üçün müraciət edən fiziki və hüquqi şəxslərlə qanunda nəzərdə tutulmuş qaydada müqavilə bağlasın, tikintinin vaxtında və keyfiyyətlə başa çatdırılması üçün müvafiq tədbirlər görsün. 8. Sərəncamın məzmunundan göründüyü kimi, həmin sərəncam konkret olaraq “Şərq” icarə bazarı üçün verilmiş, orada başqa heç bir fiziki və ya hüquqi şəxsin, eləcə də hazırkı iş üzrə iddiaçılar İddiaçı ilə X12 adları göstərilməmişdir. Sərəncama əsasən ticarət cərgələrində yer almaq istəyən şəxslər “Şərq” bazarının rəhbərliyinə müraciət edib müvafiq müqavilə bağlamalı idilər. 9. İddiaçılar İddiaçı ilə X23 da bununla əlaqədar “Şərq bazarı”na ərizə ilə müraciət etməmiş və müqavilə də bağlamamışlar. 10. Tikinti işləri də sifarişçi - Sumqayıt şəhər “Şərq” bazarı ilə, icraçı - tikinti-quraşdırma işləri ilə məşğul olan Sumqayıt şəhər “XAMBOZ” KM arasında “Şərq” bazarının ətrafında ticarət cərgələrinin tikilməsi barədə 26 iyul 1994-cü il tarixdə bağlanmış müqavilə əsasında aparılaraq, “XAMBOZ” KM tərəfindən 1995-ci ildə tikinti işləri başa çatdırılmış və hər biri 9 kv.m olmaqla 66 mağaza tikilmiş və dəyəri də “Şərq” bazarı tərəfindən ödənilmişdir. Həmin dövrün qiymətləri ilə hər bir mağaza ******* (1 mln.), indiki məzənnə ilə 200 manata başa gəlmişdir. Ticarət cərgələrində tikilmiş həmin mağazalar, bazar rəhbərliyinə ərizə ilə müraciət etmiş, “Şərq” icarə bazarı kollektivinin üzvləri olmayan kənar fiziki və hüquqi şəxslərin istifadəsinə verilmiş, 17 iyul 1996-cı il tarixdə də “Şərq” icarə bazarı idarə heyəti üzvlərinin həmin şəxslərlə birlikdə yığıncağı keçirilmiş və yeni tikilmiş mağazaların gələcəkdə işlədilməsi qaydası müzakirə olunmuşdur. Həmin yığıncaqda Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli 933 №-li sərəncamına əsasən Sumqayıt şəhər “Şərq” icarə bazarına məxsus torpaq sahəsində tikilən mağazaların fəaliyyət göstərməsi üçün ilkin sənədlərin aidiyyəti təşkilatlarla razılaşdırılması və istismara verilməsi üçün qəbul aktının tərtib olunması; ticarət cərgələrini işlədən sahibkarlarla icarə müqavilələrinin bağlanması; həmin şəxslərin adına texniki pasport alınması üçün Sumqayıt şəhər Texniki İnventarlaşdırma bürosuna protokoldan çıxarış təqdim olunması və s. olmaqla 11 məsələ müzakirə olunaraq qərar qəbul edilmişdir. Bundan sonra Sumqayıt şəhər “Şərq” icarə bazarı özəlləşdirməyə çıxarılmış və bununla əlaqədar Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin Sumqayıt şəhər Texniki İnventarlaşdırma bürosu tərəfindən 07 noyabr 1996-cı il tarixdə “Şərq” icarə bazarının texniki pasportu tərtib olunmuş və həmin texniki pasportda da Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli 933 №-li sərəncamına əsasən tikilmiş ticarət cərgələri “Şərq” bazarına məxsus tikili kimi qeydə alınmışdır. 14. 1997-ci ilin yanvar ayında da “Şərq” bazarı özəlləşdirilərək onun “A” və “B” korpuslarının əmlakı X9 və icarə kollektivinin digər üzvlərinə satılmış, bu barədə Dövlət Əmlak Komitəsi tərəfindən xx.xx.1997-ci il tarixli 000934 №-li Şəhadətnamə verilərək həmin əmlak üzərində, onu özəlləşdirmiş şəxslərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. 15. Sonra da həmin şəxslər tərəfindən 27 yanvar 1997-ci il tarixdə, özəlləşdirdikləri Sumqayıt şəhər “Şərq” bazarının “A” və “B” korpuslarının əmlakında ifadə olunan paylarını birləşdirərək onun hüquqi varisi kimi, "xxxx" Şirkəti - Ticarət Mərkəzi təsis edilmiş və Nizamnaməsi qeydə alınaraq xüsusi mülkiyyət formasında olan şərikli müəssisə kimi 32764 №-li Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. (VÖEN **********) 16. Daha sonra "xxxx" Şirkəti - Ticarət Mərkəzi təsisçilərinin “Şərq” bazarında yerləşən əmlak kompleksindəki mülkiyyət payları X9 ilə X21 tərəfindən satın alınmış və həmin əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2007-ci il tarixli MH seriyalı ******* №-li Çıxarışla qeydiyyata alınaraq, təsisçilərin xx.xx.2007-ci il tarixli qərarı ilə X21 müəssisənin təsisçilərinin sırasına qəbul olunmuş və 15 noyabr 2007-ci ildə Ədliyyə Nazirliyin Hüquqi Şəxslərin Qeydiyyatı üzrə Sumqayıt bölgə şöbəsində, təsisçilərin sayında dəyişiklik edilərək nizamnamə kapitalında təsisçilər R.M. Babayev və A.S.Həsənovanın əmlak payları bərabər, hər birinin payı 50 % olmaqla qeydiyyata alınmışdır. 17. R.M.Babayev və A.S.Həsənovaya məxsus "xxxx" Şirkəti Ticarət Mərkəzinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi ilə əlaqədar DƏDRX tərəfindən həmin müəssisəyə dair yeni, xx.xx.2010-cu il tarixli inventar №-si 12245 olan Daşınmaz Əmlakın Texniki Pasportu tərtib olunmuş, həmin Texniki pasportda da, Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli 933 №-li sərəncamına əsasən tikilmiş ticarət cərgələrinin yerləşdiyi torpaq sahəsi, özəlləşməyə çıxarılan vaxtilə “Şərq” icarə bazarının, sonra da "xxxx" Şirkəti Ticarət Mərkəzinin istifadəsindəki 1,08896 ha torpaq sahəsinə aid edilmişdir. 18. ƏMDK ilə X21 və X9 arasında bağlanmış özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alqı-satqısına dair xx.xx.2010-cu il tarixli 2658 №-li müqavilə əsasında, qeyd olunan 10889,6 kv.m torpaq sahəsi, qanunvericiliyə uyğun qaydada həmin şəxslərə satılmış və Daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı 197157 №-li Çıxarışla ümumi birgə mülkiyyət kimi qeydiyyata alınmışdır. 19. Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli 933 №-li sərəncamına əsasən "xxxx" Şirkəti Ticarət Mərkəzinin qanuni istifadəsində olan torpaq sahəsində tikilən ticarət cərgələrində yeni tikilmiş mağazaları işlədən şəxslərin bir hissəsi isə, 17 iyul 1996-cı il tarixdə “Şərq” icarə bazarı idarə heyəti üzvlərinin iştirakı ilə keçirdikləri yığıncaqdan sonra həmin yığıncağın protokolundan çıxarış və Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 noyabr 1994-cü il tarixli 933 №-li sərəncamının surətini almış, sonra da özlərinin iştirakı ilə keçirilmiş yığıncağın qərarlarına məhəl qoymayaraq əməl etməmiş, heç bir qanuni əsas olmadan “Şərq” bazarı ilə müqavilə bağlamaqdan imtina edərək münasibətləri tam kəsmiş, icarə haqqı da ödəməmişlər. 20. Əksinə, həmin şəxslərdən X24 və qeyriləri - 41 nəfər şəxs 2011-ci ilin may ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 05 avqust 2011-ci il tarixli İş 2(85)-1191/2011-in №-li qərarı ilə onların iddia tələbi təmin olunaraq Sumqayıt şəhəri 9-cu mikrorayon ünvanında yerləşən həmin mağazaların yerləşdiyi torpaq sahəsinin X5 və X11 icarəsinə verilməsi barədə ƏMDK sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamının, həmin sərəncam əsasında bağlanmış 25 iyun 2010-cu il tarixli 918 nömrəli icarə müqaviləsi və ƏMDK ilə X9 və X21 arasında bağlanmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin qismən, yəni iddiaçılara məxsus mağazaların yerləşdiyi torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi və Sumqayıt şəhəri, 9-cu mikrorayon (tezə) ərazisində yerləşən torpaq sahəsi ilə bağlı, Seriya MA, ******* nömrəli, X5 və X11 adına verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” Çıxarışın və 10 iyun 2010-cu il tarixli texniki pasportun qismən, iddiaçılara məxsus mağazaların yerləşdiyi torpaq sahəsi hissəsində ləğv edilməsi qərara alınmışdır. 21. Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin həmin qərarı, yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanmış və qanuni qüvvəyə mindikdən sonra qanunvericiliyin tələbinə uyğun olaraq icra olunması üçün Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmişdir. 22. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri tərəfindən də Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 05 avqust 2011-ci il tarixli İş 2(85)-1191/2011-in №-li qərarının icrası ilə əlaqədar 18 fevral 2013- cü il tarixli 47 №-li sərəncam verilmiş və sərəncamdan irəli gələn məsələlərin həll edilməsi Dövlət Torpaqlarının idarə edilməsi və özəlləşdirilməsinin təşkili şöbəsi, Hüquq şöbəsi və komitənin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə tapşırılmışdır. 23. Lakin həmin sərəncamla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin Dövlət Torpaqlarının idarə edilməsi və özəlləşdirilməsinin təşkili şöbəsi, eləcə də Hüquq şöbəsi tərəfindən heç bir hərəkət edilməmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən də "xxxx" Şirkətinin Ticarət Mərkəzi və onun təsisçiləri X5 ilə X11 mülkiyyətlərinə qanunsuz qəsd olunmalarına cəhd edilmişdir. 24. Belə ki, 16 mart 2013-cü il tarixdə "xxxx" Şirkətinin Ticarət Mərkəzinə DƏDRX Sumqayıt Ərazi İdarəsindən daxil olmuş 13 mart 2013-cü il tarixli **********82 №-li məktubundan görünür ki, Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2(85)-1191/2011 nömrəli iş üzrə qəbul etdiyi 05 avqust 2011- ci tarixli qərarı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Sumqayıt Ərazi İdarəsi tərəfindən icra olunaraq X21 ilə ümumi birgə mülkiyyətimizdə olan 10889,6 kv.m-dən ibarət olan torpaq sahəsinin 2491,6 kv.m-dən ibarət olan hissəsi üzərində mülkiyyət hüququmuzun qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində ləğv edilmiş və müvafiq olaraq hüququmuzu təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 21 avqust 2010- cu il qeydiyyat tarixli çıxarış qismən etibarsız hesab olunmuşdur.

25. Ona görə də tərəfimizdən bu barədə məhkəmədə iddia qaldırılmış və Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 07 noyabr 2013-cü il tarixli 2-1(85)- 485/2013 №-li qərarı ilə "xxxx" Şirkəti Ticarət Mərkəzinin təsisçiləri X9 və X11 iddia tələbi qismən təmin olunaraq, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı (Sumqayıt) Ərazi İdarəsinin, Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 2(85)-1191/2011 nömrəli iş üzrə qəbul etdiyi 05 avqust 2011-ci il tarixli qərarının cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı (Sumqayıt) Ərazi İdarəsi tərəfindən icra olunaraq X21 və X5 ümumi birgə mülkiyyətində olan 10889,6 kv.metrdən ibarət olan torpaq sahəsinin 2491,6 kv.metrdən ibarət olan hissəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində ləğv edilməsi və müvafiq olaraq hüquqlarını təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli 21 avqust 2010-cu il qeydiyyat tarixli çıxarışın qismən etibarsız hesab olunması barədə 13 mart 2013-cü il tarixli **********82 nömrəli məktub formasında olan sərəncamı ləğv edilmiş; və həmçinin - Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 05 avqust 2011-ci il tarixli 2(85)- 1191/2011 №-li qərarının, Azərbaycan Respublikasının bu sahədə olan qanunvericiliyinin tələblərinə əsasən həmin qərara tam uyğun icra olunması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmış; - İddia qalan hissədə, yəni Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 05 avqust 2011-ci tarixli 2(85)-1191/2011-in №-li qərarına zidd olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin “30 iyun 2010-cu il tarixli, 2658 nömrəli “özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” müqaviləsinin qismən ləğv edilməsi haqqında” 18 fevral 2013-cü il tarixli 47 №-li sərəncamının ləğv olunması hissəsində rədd edilmişdir. 26. Cavabdeh - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin həmin qərardan verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 11 noyabr 2014cü il tarixli İş 2-2(105)-212/2014 №-li qərarı ilə qismən təmin edilmiş və Sumqayıt İnzibati- İqtisadi məhkəməsinin bu iş üzrə 07 noyabr 2013-cü il tarixli qərarı, iddianın məhkəmə qərarının icra olunması öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulması hissəsində ləğv olunaraq X5 və X11 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 05 avqust 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının bu sahədə olan qanunvericiliyiynin tələblərinə əsasən tam icra olunması vəzifəsinin onun üzərinə qoyulması barədə iddiası təmin edilməmişdir. 27. Həmin işə apellyasiya məhkəməsində baxılarkən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı (Sumqayıt) Ərazi İdarəsinin 13 mart 2013-cü il tarixli **********82 nömrəli məktub formasında olan sərəncamının ləğv olunması, Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 05 avqust 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının bu sahədə olan qanunvericiliyinin tələblərinə əsasən həmin qərara tam uyğun icra olunması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinin üzərinə qoyulması barədə iddianın təmin olunması, habelə Əmlak Məsələləri Dövlət Komitəsinin 18 fevral 2013-cü il tarixli 47 nömrəli sərəncamının ləğv edilməsi barədə iddianın təmin olunmaması hissələrində qərardan apellyasiya şikayəti verilmədiyindən məhkəmə kollegiyası hesab etmişdir ki. bu hissələrdə qərar apellyasiya baxışının predmeti ola bilməz. Və ona görə də apellyasiya məhkəməsi tərəfindən bu barədə heç bir qərar qəbul edilməmişdir. 28. Cavabdehlər ƏMDK və onun yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı (Sumqayıt) Ərazi İdarəsi apellyasiya məhkəməsinin həmin qərarından kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 11 noyabr 2014-cü il tarixli İş 2-2(105)-212/2014 №-li qərarının ləğv edilməsini və işin baxılması üçün yenidən həmin məhkəməyə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmələrinə baxmayaraq, sonradan hər iki cavabdeh kassasiya şikayətlərini geri götürmüş və Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 05 may 2015-ci il tarixli İş 2-1(102)-546/15 №-li qərarı ilə cavabdehlərin kassasiya şikayətlərindən imtina etmələri barədə ərizələri qəbul olunaraq Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)- 212/2014 saylı inzibati iş üzrə kassasiya icraatına xitam verilmiş, apellyasiya məhkəməsinin qeyd olunan qərarı da qanuni qüvvəyə minmişdir. 29. Əmlak Məsələləri Dövlət Komitəsinin 18 fevral 2013-cü il tarixli 47 №-li sərəncamının icrası ilə əlaqədar həmin X6 idarə edilməsi və özəlləşdirilməsinin təşkili şöbəsi, eləcə də Hüquq şöbəsi tərəfindən heç bir hərəkət edilmədiyinə görə "xxxx" Şirkətinin Ticarət Mərkəzinin rəhbəri X9 tərəfindən Komitə rəhbərliyinə yazılmış şikayətlə əlaqədar Komitə sədrinin 26 fevral 2015-ci il tarixli 41 №-li əmri ilə müvafiq komissiya yaradılmışdır. 30. Həmin Komissiya üzvləri tərəfindən tərtib edilmiş 20 aprel 2015-ci il tarixli Aktdan da görünür ki, araşdırma zamanı mübahisə tərəflərinə mövcud sənədlərin Komissiyaya təqdim edilməsi təklif olunsa da, özəlləşdirilmiş 10889,6 kv.m torpaq sahəsində yerləşən 44 ədəd mağaza sahiblərinin adlarına torpaqayırma sənədləri Komissiyaya təqdim edilməmişdir və Komissiya hesab edir ki, tərəflər arasındakı mübahisə, Sumqayıt Apellyasiya Məhkəməsinin 11 noyabr 2014-cü il tarixli İş 2-2(105)-212/2014 №-li qərarında nəzərdə tutulmuş qaydada həll olunmalıdır. 31. Ona görə də Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 05 avqust 2011-ci il tarixli İş 2(85)-1191/2011-in №-li qərarı hazırkı iş üzrə iddiaçıların iddialarının təmin olunması üçün əsas və ya sübut növü kimi qəbul edilə bilməz. 32. İddia ərizəsinin əvvəlində “Sumqayıt şəhəri 9-cu Mikrorayon ərazisində yerləşən (keçmiş “Şərq bazarı”) ərazisində ticarət mərkəzindəki 28 nömrəli mağaza və mağazaya bitişik sahəsi 120 kv/m olan anbar mənim mülkiyyətimdə olmuşdur” sözləri qeyd olunmasına baxmayaraq həmin 28 nömrəli mağaza və mağazaya bitişik sahəsi 120 kv/m olan anbar iş üzrə iddia tələbinin predmeti deyildir. 33. İddia ərizəsində iddia tələbinin predmeti - sahəsi 9,52 kv.m olan 26 saylı və sahəsi 9,52 kv.m olan 27 saylı mağazaların müvafiq olaraq iddiaçılar İddiaçı və X12 vəsaitləri hesabına inşa edilmələri, eləcə də onların mülkiyyətində olmaları göstərilməsinə baxmayaraq, həmin mağazaların onların tərəfindən və ya onların vəsaitləri hesabına inşa olunmalarını təsdiq edəcək heç bir sənəd yoxdur və iddia ərizəsinə də əlavə edilməmişdir. 34. İddia ərizəsində qeyd edilən, həmin mağazaların iddiaçıların mülkiyyətində olmaları göstərilən Qeydiyyat vəsiqələri və texniki pasportlarına gəldikdə isə İddiaçı adına Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X4 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilməsi barədə 48 №-li Qeydiyyat vəsiqəsinin tərtib olunması və qeydiyyat tarixləri göstərilmir, eləcə də İdarənin rəisi ilə Qeydiyyat üçün məsul şəxslərin imzaları yoxdur. 35. X12 adına Mənzil-Kommunal Təsərrüfatı Komitəsi DTİ və MHQİ tərəfindən verilməsi barədə 98 №-li Qeydiyyat vəsiqəsinin də xx.xx.1998-ci il tarixdə tərtib olunması və qeydiyyata alınması göstərilir. 36. Həmin Qeydiyyat vəsiqələrinə əlavə olumnmuş Texniki pasportlarda da onların verilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinin 933 saylı xx.xx.1994-cü il tarixli Sərəncamı və “Şərq” icarə bazarı idarə heyətinin xx.xx.1996-cı il tarixli protokolunun əsas götürülməsi göstərilir. 37. Halbu ki, yuxarıda qeyd olunduğu kimi həmin Sərəncam konkret olaraq “Şərq” icarə bazarı üçün verilmiş, orada başqa heç bir fiziki və ya hüquqi şəxsin, eləcə də hazırkı iş üzrə iddiaçılar İddiaçı ilə X12 adları göstərilməmişdir. Sərəncama əsasən ticarət cərgələrində yer almaq istəyən şəxslər “Şərq” bazarının rəhbərliyinə müraciət edib müvafiq müqavilə bağlamalı idilər. 38. İddiaçı ilə X23 isə bu barədə “Şərq” bazarının rəhbərliyinə müraciət edib müvafiq müqavilə bağlamamışlar. 39. Bundan başqa Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin xx.xx.1996-cı il tarixli 43 №-li əmri ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında qeyri-yaşayış fonduna məxsus olan özəl bina, tikili və qurğuların (onların hissələrinin) hüquqi əsasda uçot sənədləri formaları ilə dövlət uçotunun aparılmasına dair” Təlimatına əsasən özəl mülkiyyətin dövlət uçotuna vətəndaşların, qeyri dövlət müəssisələrin qanuni yolla mülkiyyətində, sərəncamında, cari idarəçiliyində olan bina, tikili və qurğular (onların hissələri) daxil edilirlər. (mad.1.1) Özbaşına tikililər qeydiyyata alınmır və onlara qeydiyyat vəsiqəsi verilmir. (mad.4.5) 40. Azərbaycan Respublikası Prezidentinin “Qeyri-dövlət hüquqi şəxslərinin və fiziki şəxslərin əmlak üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi haqqında” 23 iyun 1997-ci il tarixli Fərmanı ilə dövlət mülkiyyətinin özəlləşdirilməsi prosesində qeyri-dövlət hüquqi şəxslərinin və fiziki şəxslərin əmlak üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən “Mülkiyyət hüququ haqqında Şəhadətnamə”nin nümunəsi təsdiq olunmuş və müəyyən edilmişdir ki, həmin Şəhadətnamə Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən qeyridövlət hüquqi şəxslərinə və fiziki şəxslərə onların müvafiq əmlak üzərində xüsusi mülkiyyət hüququnu təsdiq edən sənədlərin qanunvericiliyə uyğunluğu müəyyən edildikdən sonra verilir. 41. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 29.5-ci maddəsinin tələbinə görə özəlləşdirmə prosesində bağlanan əqdlərin daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və özəlləşdirilmiş obyekt üzərində alıcının mülkiyyət hüququnun rəsmiləşdirilməsi məqsədilə dövlət əmlakının alıcılarına özəlləşdirilən müəssisə və obyektlərə, onların, habelə fiziki və hüquqi şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılmasına dair Şəhadətnamələr verilir. 42. “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı” nın 18.3-cü maddəsinə görə də özəlləşdirilən dövlət müəssisə və obyektləri, dövlət torpaqlarında, habelə özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin əmlakı, dövlət müəssisələrindən fiziki və hüquqi şəxslərə verilmiş əmlak, əmlak əsasında təsis edilən və sonradan təşkilati- hüquqi formasını dəyişən (ləğv edilən) hüquqi şəxslərin əmlakı üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi və özəlləşdirmə prosesində bağlanan əqdlərin qanunvericilikdə müəyyən edimiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qanunvericilikdə müəyyən edilmiş qaydada verilən Şəhadətnamələr əsasında həyata keçirilir. 43. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli fərmanın 3-cü bəndinə əsasən hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin satılması bu fərmanla müəyyən edilmiş qaydada həyata keçirilir, bu şərtlə ki, dövlət mülkiyyətində olan həmin torpaq sahələri, belə fiziki və hüquqi şəxslərin qanuni istifadəsində və ya icarəsində olsun. 44. Əsasnamənin 2-ci bəndinə görə dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur və Əsasnamənin 4-cü bəndinə görə də özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır. 45. Əsasnamənin 12-ci bəndinə görə torpaq sahəsini almaq məqsədi ilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətçisi Əmlak Məsələləri Dövlət Komitəsinə, həmin bənddə göstərilən digər sənədlərlə birlikdə özəlləşdirilmiş müəssisə və obyektin texniki pasportu (yarımçıq və başa çatdırılmamış tikililər üçün inşaat pasportu) və torpaq sahəsinin müəssisə və obyektin istifadəsində və icarəsində olmasını təsdiq edən sənədi (torpaq sahəsinin ayrılması haqqında qərar və ya icarə müqaviləsi) təqdim etməlidir. 46. Əsasnamənin 13-cü maddəsinə görə də torpaq sahəsi üzərində alıcının mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyi andan yaranır. 47. Təbii haldır ki, iddiaçılar İddiaçı ilə X16 məxsus olmaları iddia edilən həmin obyektlər, qanunvericiliyin tələblərinə müvafiq qaydada Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınaraq müvafiq mülkiyyət Çıxarışları verilməmişdir. 48. Bütün bunlarla bərabər idia ərizəsinin məzmunundan da göründüyü kimi, qeyd olunan mağazalar 2017-ci ildə sökülmüş və hazırda mövcud deyillər. 49. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 203-1-ci maddəsinə görə də daşınmaz əmlak tamamilə məhv olduqda, daşınmaz əmlaka mülkiyyət hüququ itirilir. 50. Mübahisə predmeti olan, yəni həmin mağazaların yerləşdiyi torpaq sahəsi də heç bir vaxt hazıkı iş üzrə iddiaçılar İddiaçı ilə X12 mülkiyyətində, icarəsində, eləcə də istifadəsində olmamış və bu faktı təsdiq edəcək heç bir sənəd də mövcud deyildir. Əksinə həmin torpaq sahəsi, vaxtilə “Şərq” bazarına ayrılmış torpaq sahəsi olmaqla, həmin obyekti özəlləşdirmiş şəxslər tərəfindən də qanunvericiliyin tələblərinə uyğun qaydada satın alınmışdır. 51. İddia ərizəsində qeyd olunan Sumqayıt şəhər İcra hakimiyyəti Başçısının müavini Sahib Quliyevin imzası ilə, Sumqayıt şəhərinin baş planına, memarlıq və şəhərsalma prinsiplərinə, inşaat normalarına riayət edilməsi, şəhərsalmanın nizamlı inkişafının təmin edilməsi məqsədi ilə şəhərdə aparılan bərpa, yenidənqurma və abadlıq işlərinin davamı olaraq 9-cu mikrorayon ərazisində yerləşən “Şərq bazarı” Ticarət Mərkəzinin və həmin əraziyə bitişik 66 ticarət obyektinin yerində müasir memarlıq tələblərinə cavab verəcək yeni ticarət mərkəzinin tikintisinin layihələndirilməsi və inşa olunacaq yeni ticarət mərkəzində həmin şəxslərə 9 kv.m əvəzinə 18 kv.m təmirsiz ticarət sahəsi veriləcəyi barədə 26 və 27 saylı mağazaların mülkiyyətçiləri kimi İddiaçı və X16 ünvanlanmış xx.xx.2017-ci il tarixli 616 və 617 №-li Zəmanət məktublarının hazırkı işə heç bir aidiyyəti yoxdur. 52. Göründüyü kimi hazırkı iş üzrə İddiaçı ilə X12 iddia tələbləri, yəni iddianın predemeti cavabdehlərin mülkiyyətində olan torpaq sahəsinin həmin şəxslərə satılmasına dair alqı-satqı müqaviləsinin qismən etibarsız sayılması barədədir və iddia etdikləri, qeyd orpaq sahəsi də heç bir vaxt hazıkı iş üzrə iddiaçılar İddiaçı ilə X12 mülkiyyətində, icarəsində, eləcə də istifadəsində olmamış və bu faktı təsdiq edəcək heç bir sənəd də mövcud deyildir. Ona görə də İddiaçı ilə X12 həmin iddia tələbi ilə məhkəmədə iddia qaldırmağa subyektiv hüquqları yoxdur və iddia ərizələrində göstərilənlər də onun təmin olunması üçün əsas götürülə bilinməz. 53. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin (İPM) 48.2-ci maddəsinə əsasən İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. 54. Bütün yuxarıda qeyd edilənlərə görə də hazırkı iş üzrə iddiaçılar İddiaçı və X12 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxslər "xxxx" Şirkətinin Ticarət Mərkəzi və onun təsisçiləri X9 ilə X15 qarşı “Sumqayıt şəhəri, 9-cu Mikrorayon (təzə) ünvandakı Əmlak kompleksinin istifadəsində olan 10889,6 kv.m torpaq sahəsinin X5 və X11 icarəsinə verilməsi barədə Azərbaycan Respubliikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamı, həmin Sərəncam əsasında bağlanmış 25 iyun 2010-cu il tarixli 918 nömrəli İcarə Müqaviləsi və Azərbaycan Respubliikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X9 və X21 arasında bağlanmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” Müqaviləsinin mülkiyyətçi İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu Mikrorayon “Şərq bazarı” ərazisində yerləşən sahəsi 9,52 kv.m olan 26 saylı mağazanın və həmin ərazidə mülkiyyətçi X16 məxsus sahəsi 9,52 kv.m olan 27 saylı mağazanın yerləşdiyi torpaq sahəsinə aid hissədə qismən etibarsız hesab edilməsi barədə qərar çıxarılması” tələbinə dair iddiaları rədd olunmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsini rəhbər tutub, X A H İ Ş E D İ R Ə M: - İddiaçı və X18 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxslər "xxxx" Şirkətinin Ticarət Mərkəzi və onun təsisçiləri X9 ilə X15 qarşı “Sumqayıt şəhəri, 9-cu Mikrorayon (təzə) ünvandakı Əmlak kompleksinin istifadəsində olan 10889,6 kv.m torpaq sahəsinin X5 və X11 icarəsinə verilməsi barədə Azərbaycan Respubliikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamı, həmin Sərəncam əsasında bağlanmış 25 iyun 2010-cu il tarixli 918 nömrəli İcarə Müqaviləsi və Azərbaycan Respubliikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X9 və X21 arasında bağlanmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” Müqaviləsinin mülkiyyətçi İddiaçı məxsus Sumqayıt şəhəri, 9-cu Mikrorayon “Şərq bazarı” ərazisində yerləşən sahəsi 9,52 kv.m olan 26 saylı mağazanın və həmin ərazidə mülkiyyətçi X16 məxsus sahəsi 9,52 kv.m olan 27 saylı mağazanın yerləşdiyi torpaq sahəsinə aid hissədə qismən etibarsız hesab edilməsi barədə qərar çıxarılması” tələbinə dair iddiaları rədd edilsin. Məhkəmə iclasında üçüncü şəxs X9 və onun nümayəndəsi və vəkili Nümayəndə1 iştirak etmiş, etirazı müdafiə etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növü ilə bağlı qeyd edir ki, hazırkı iddia mahiyyəti etibarı ilə mübahisələndirmə haqqında iddiadır. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamını mübahisələndirir. Bununla bağlı qeyd olunmalıdır ki, inzibati aktın etibarsız sayılması ilə bağlı hallar “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə tənzimlənir və inzibati aktın etibarsızlığına səbəb olan halların dairəsi həmin maddədə təsbit edilmişdir. İstinad olunan maddəyə görə, aşağıdakı inzibati aktlar etibarsız sayılır: hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; kimə ünvanlandığı aydın olmayan inzibati akt. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Nəzərə almaq lazımdır ki, hazırkı mübahisəyə münasibətdə mübahisələndirilən qərarın etibarsız hesab edilməsi və bununla bağlı iddianın əsaslı sayılması üçün həmin qərarın ən azından “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsində təsbit olunmuş qüsurlardan hər hansı birinə malik olmalıdır. Bu baxımdan məhkəmə hesab edir ki, iddiaçı faktiki olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamını mübahisələndirir ki, bu da mahiyyəti etibarı ilə mübahisələndirmə haqqında iddiadır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə – iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. Məhkəmə qeyd edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Yuxarıda istinad edilən normaya görə, prosessual müddətin axımının başlanması şəxsin hüquq və azadlıqlarının pozulmasının ona məlum olduğu anla, başqa sözlə öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu anla əlaqələndirmişdir. İddiaçı Sumqayıt şəhəri, 9-cu mikrorayon (təzə) ünvandakı əmlak kompleksinin istifadəsində olan 10889,6 kv/m torpaq sahəsinin X5 və X10 icarəsinə verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamı, həmin Sərəncam əsasında bağlanmış 25 iyun 2010-cu il tarixli 918 nömrəli İcarə Müqaviləsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi ilə X9 və X20 arasında bağlanılmış 30 iyun 2010-cu il tarixli 2658 nömrəli “Özəlləşdirilmiş müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin “alqı-satqı” Müqaviləsi” mülkiyyətçi İddiaçı məxsus Sumqayıt şəhəri, 9- cu Mikrorayon “Şərq bazarı” ərazisində yerləşən sahəsi 9,52 kv/m olan 26 saylı mağazanın yerləşdiyi torpaq sahəsinə aid hissədə qismən etibarsız hesab edilməsini istəyir. Məhkəməyə təqdim olunmuş analoji iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 05 avqust 2011-ci il tarixli qərarı ilə müəyyən olunur ki, iddiaçılar ən azından qeyd olunan tarixdən mübahisələndirilən torpaq sahəsinin özəlləşdirilməsindən və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 25 iyun 2010-cu il tarixli 149 saylı Sərəncamından məlumatlı olmuşlar. Qeyd edilən məsələ xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 ilə müzakirə edilmiş, nümayəndə iddiaçının mübahisə ilə bağlı razılığa gəldikləri səbəbindən həmin dövrdə işə qoşulmadıqlarını bildirmiş, lakin rəhbərlik dəyişilmiş, onlara heç bir ödəniş edilməmiş, aldadılmışlar. Bu səbədən iddiaçı 2024-cü il tarixdə məhkəməyə müraciət etmişdir. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş prosessual müddəti ötürməklə 24 iyun 2024-cü il tarixdə məhkəmədə iddia qaldırmışdır. Həmçinin iddiaçı müddətin bərpasına dair ərizə verilməsi üçün yuxarıda qeyd olunan normada nəzərdə tutulmuş 1 illik müddəti də ötürmüşdür. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar