Məhkəmə qərarları › İş №2-1(118)-1618/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1618/2025

16.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1618/2025 16.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X42 Təşəkkül oğlunun sədrliyi, X21 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Üçüncü şəxs Hüseynzadə Leyla Afət qızının nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, (qərarın elanında iştirak etməmişlər) İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “X4 adına verilmiş ünvan 5ində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-8-11/2-2253/2025 nömrəli, xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin yeni struktur dəyişikliklərinə əsasən ərazi idarələri DƏDKR-in struktruna daxil olan bölmələr kimi fəaliyyət göstərirlər. Ona görə də idarələrin məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Yəni bu hüquq DƏDKR-in özünə məxsusdur. Belə olan halda hazırkı iş üzrə cavabdeh kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tanınmışdır. İddiaçı cavabdehlər Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsi və Quba rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı qərarın, həmin qərar əsasında X4 adına Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin, axırıncının vəfatından sonra Hüseynzadə Leyla Afət qızının adına verilmiş xx.xx.2011-ci il tarixli vərəsəlik şəhadətnməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən verilmiş ümumi sahəsi 127,6 kv.m olan evə və 0,21 ha torpaq sahəsinə dair xx.xx.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat nömrəli çıxarışın, Hüseynzadə Leyla Afət qızı ilə X13 aralarında bağlanmış xx.xx.2017-ci il tarixli, AN1 ******* saylı alqı-satqı müqaviləsinin və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2018-ci il tarixli ********** nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirmiş, sonuncu tələbində X4 adına verilmiş Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin etibarsız hesab edilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz ərazi idarəsinə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 16 mart 2022-ci il tarixli, 2-1(118)-159/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, X4 adına verilmiş Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə ləğv edilmişdir. Həmin qərar Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022- ci il tarixli 2- 1(105)-527/2022 saylı qərardadı ilə ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1101/2023 nömrəli, xx.xx.2023-cü il qərardadı ilə iddia tələbi mümükün sayılmamışdır. Həmin qərardad Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(105)-415/2024 saylı qərardadı ilə ləğv edilərək iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “birinci instansiya məhkəməsinin sözügedən qərardadı qəbul edilməsi Aqrar İslahat Komissiyasının qərarı ayrı-ayrı sovxozlar, təsərrüfatlar və s.X17nın qərarlarının təsdiq edilməsi barədə olmuşdur. Belə olan halda, X22 Quba rayonu Digah kənd sovxozunda torpaq sahəsinin ayrılması halı araşdırılmalı, müvafiq sovxozda şəxsə torpaq sahəsinin ayrılması, sovxozun qərarı ilə ayrılmış torpaq sahələri ilə bağlı adlı siyahıda üçüncü şəxsin adının olması müəyyən olunarsa, bu hal AİKnın qərarının mübahisələndirilməsi üçün əsas ola bilər. Məhkəmə kollegiyası hesab edir ki, bu hal birinci instansiya məhkəməsi tərəfindən bir daha araşdırılmalı, işin həmin halına bir daha qiymət verilməlidir. Belə ki, yalnız bu halda birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkünlüyü məsələsinə baxıla bilər. Bundan başqa, kollegiya qeyd edir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş cədvəldə üçüncü şəxsin adının olması onu deməyə əsas verir ki, həmin siyahıda adına şəhadətnamə verilmiş vətəndaşların adları qeyd olunmuşdur. Yəni həmin siyahı hansı vətəndaşlara şəhadətnamə verilməsini təsdiq etmişdir. İşdən görünür ki, birinci instansiya məhkəməsi tərəfindən aidiyyəti inzibati orqanlara və arxiv idarəsinə müvafiq sorğular ünvanlanmış, həmçinin tərəflərin izahatları alınmış və X22 şəhadətnamənin verilməsinə əsas olmuş Aqrar İslahat Komissiyasının qərarında Digah kənd sovxozu, üçüncü şəxs barədə məlumatlar aşkarlanmamışdır. Kollegiya qeyd edir ki, bu halın araşdırılaraq təsdiqlənməsi, yəni Aqrar İslahat Komissiyasının Digah kənd sovxozu ilə bağlı qərarının olmaması isə şəhadətnamənin mübahisələndirilməsi üçün əsas ola bilər”. İddia tələbi onunla əsaslandırılmışdır ki, X35 Filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arxiv arayışından göründüyü kimi Quba rayonu Xucbala kənd Sovetinin Digah kəndi üzrə təsərrüfat başına kitabında babası X11 təsərrüfat başçısı olması və şəxsi mülkiyyətində 1945-ci ildə tikilmiş yaşayış sahəsi və xüsusi istifadəsində 0,20 ha həyətyanı torpaq sahəsinin olması göstərilmiş, axırıncının xx.xx.1986-cı ildə vəfatından sonra və 1991-2000-ci illlərə aid təsərrüfat başına kitabında atası X7 təsərrüfat başçısı kimi göstərilərək onun şəxsi mülkiyyətində ümumi sahəsi 40 kv.m olan yaşayış evi və 0,21 ha həyətyanı torpaq sahəsinin olduğu göstərilmiş, eyni zamanda xx.xx.1990-cı ildə X7 vəfatından sonra həmin kitabda təsərrüfat başçısı kimi əmisi X18 adının yazıldığı göstərilmişdir. Göründüyü kimi qeyd edilmiş rəsmi arxiv arayışı ilə mübahisə edilən yaşadığı evin və torpaq sahəsinin atası X7 şəxsi mülkiyyətində olması müəyyən edilmiş, lakin atasının vəfatından sonra təsərrüfat başçısı kitabında əvəllər RF-nın Surqut şəhərində,1980-ci ildən isə vəfat edən günədək, yəni 2011-ci ilədək, Bakı şəhərində qeydiyyatda olmuş və yaşamış əmisi X18 adının qeyd edilməsi göstərilmişdir. Baxmayaraq ki, əmisi Afət Mirzəxanov mərhum atasının mülkiyyətində olan evdə bir gün də yaşamamış, qeydiyyatda olmamış, əvvəl Rusiyanın Surqut şəhərində, daha sonra isə 1980-ci ildən ailəsi ilə birlikdə Bakı şəhərində yaşamış, 2011-ci ildə də Bakı şəhərində vəfat etmişdir. X3 məxsus olmuş Quba rayonu Digah kəndində yerləşən evdə özü yaşamış, atasının vəfatından sonra da o, anasının himayəsində həmin evdə yaşamışdır. 2 yaşında olarkən yəni 1992-ci ildə anası onu atasının evində goyub getmiş, Bakı şəhəri Binəqədi rayon İHB-nın xx.xx.1994-cü İl tarixli, 898 saylı qərarı ilə bibisi X32 ona qəyyum təyin edilmiş və o vaxtdan da o yetkinlik yaşına çatanadək bibisi Rübabə Saidovanın himayəsində yaşamış, yetkinlik yaşına çatanadək bibisi atasından ona miras qalmış əmlakı, o cümlədən, sözügedən 40 kv.m olan fərdi yaşayış evi və 0,21 ha həyətyanı torpaq sahəsini, rəsmi qəyyumu olaraq faktiki qəbul edib idarə etmiş, onun tərəfindən mütəmadi olaraq evin və həyətyanı torpaq sahəsinin vergisi ödənilmiş, təmir və evə qulluq işləri aparılmışdır. Bu günədək ona və atasına məxsus avadanlıqların və əşyaların yerləşdiyi həmin ev onun sərəncamında və istifadəsindədir. 2018-ci ilin mart ayının əvəllərində həmin evə gələn və ondan evin açarlarını tələb edən üçüncü şəxs X12 ona məlum olmuşdur ki, o, iddiaçının yaşadığı evi və evin yerləşdiyi torpaq sahəsini xx.xx.2011-ci il tarixdə vəfat etmiş əmisi X18 qızı Hüseynzadə Leyla Afət qızı ilə aralarında xx.xx.2017-ci il tarixdə bağladıqları alqı-satqı müqaviləsi əsasında almışdır. Faktla bağlı Quba rayon məhkəməsində Hüseynzadə Leyla Afət qızına, X19 və qeyrilərinə qarşı qaldırdığı tələb əsasında müvafiq rəsmi orqanlardan tələb edilmiş sənədlərdən ona məlum olmuşdur ki, X18 adına xx.xx.2002-ci il tarixdə həmin evə və torpaq sahəsinə mülkiyyət hüququ verən şəhadətnamə verilmiş və onun vəfatından sonra həmin əmlak qızı cavabdeh Hüseynzadə Leyla Afət qızının adına xx.xx.2011-ci il tarixdə vərəsəlik qaydasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməklə rəsmiləşdirilmiş, həmin şəhadətnamə əsasında axırıncının adına xx.xx.2012-ci il tarixli reyestrdən çıxarış verilmiş, həmin çıxarış əsasında da o, evi və torpaq sahəsini xx.xx.2017-ci il tarixdə X1. Aparılmış araşdırmalar nəticəsində Quba rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(027)-1253/2018 saylı qətnaməsi ilə cavabdehlər Hüseynzadə Leyla Afət qızına və qeyrilərinə qarşı əmisi X18 adına Quba rayonu Digah kəndində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin, axırıncının vəfatından sonra Hüseynzadə Leyla Afət qızının adına verilmiş xx.xx.2011-cİ il tarixli vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən ümumi sahəsi 127,6 kv.m olan evə və 0,21 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat tarixli çıxarışın, Hüseynzadə Leyla Afət qızı ilə X13 aralarında bağlanmış xx.xx.2017-ci il tarixli AN-l ******* saylı alqı-satqı müqaviləsinin və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı,1236167 saylı, xx.xx.2018-ci il tarixli ********** nömrəli çıxarış etibarsız hesab edilmiş, həmin qətnamədən X13 verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)- 773/2019 saylı qətnaməsi ilə təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almış və icra edilmişdir. Lakin apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Hüseynzadə Leyla Afət qızının xx.xx.2020-ci il tarixdə verdiyi kassasiya şikayəti əsasında qəbul edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(102)-469/2021 saylı qərarı ilə Hüseynzadə Leyla Afət qızının kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə qəbul edilmiş Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(105)-773/2019 saylı qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına qaytarılmışdır. Kassasiya instansiya məhkəməsi belə bir nəticəyə gələrkən, apellyasiya instansiya məhkəməsində işə baxarkən mübahisəli torpaq sahəsinə dair X22 şəhadətnamənin Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı saylı qərarı əsasında verildiyini, həmin qərarın ləğv olunması (etibarsız hesab edilməsi) barədə iddia tələbi qaldırılmadığını, qeyd edilmiş qərarın qanuniliyinin mülki məhkəmə icraatı qaydasında yoxlanılmasının qeyri-münkün olduğunu, inzibati orqan tərəfindən qəbul edilmiş həmin qərarın mübahisələndirilməsi "İnzibati icraat haqqında" qanunun 1.2ci, İPM-nin 1.1 və 1.2-ci maddələrinə uyğun olaraq inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilməsi nəzərdə tutulduğunu əsas olaraq göstərmişdir. Kassasiya instansiya məhkəməsinin istinad edilmiş göstərişlərinə uyğun olaraq mərhum X22 torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar İslahat Komissiyasın xx.xx.1997-ci il tarixli, 04 saylı saylı qərarın və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edilməsinə dair aidiyyatı orqanlara müraciət edilmiş, müraciətlərə cavab olaraq Quba rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli məktubu ilə bu haqda X35 Filialına müraciət edilməsi tövsiyyə edilmiş, X35 Filialının xx.xx.2021-ci il tarixli məktubu ilə Quba rayon AİK-nin xx.xx.1997-ci il tarixli, 04 saylı iclas protokolunun 0,21 ha torpaq sahəsinin verilməsi haqda məlumat aşkar edilməməsi bildirilmişdir. DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2021-ci il tarixli məktubu ilə Quba rayon AİK-nin sözügedən qərarının və həmin qərarın verilməsinə əsas olmuş sənədlərin DTXK tərəfindən 5 saylı Xaçmaz ərazi idarəsinə təhvil verilmədiyini və nəhayət "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli məktubu ilə həmin qərarın və qərarın verilməsinə əsas olmuş sənədlər barədə Mərkəzin arxivində heç bir məlumat aşkar edilmədiyi bildirilmişdir. Daha sonra DƏDRX-nin 5 saylı Xaçmaz ərazi idarəsinin xx.xx.2021-ci tarixli və xx.xx.2021-ci tarixli məktubları ilə həmin sənədlərin məhkəmə qaydasında ləğv edilməsinin mümkün olduğu bildirilmişdir. Həmin qərarla bağlı Kənd Təsərrüfatı Nazirliyinə etdiyi müraciət mahiyyəti üzrə baxılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə göndərilmiş, axırıncının xx.xx.2021-ci il tarixli, **********34 saylı məktubu ilə bir daha təsdiq edilmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı qərarı və həmin qərarın verilməsinə əsas olmuş sənədlər barədə Xidmətin tabeliyində olan Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin arxivində heç bir məlumat aşkar edilməmişdir. Qeyd edilmiş rəsmi sənədlərdən məlum olur ki, mərhum Afət Mirzəxanovun adına torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 04 saylı qərarı və həmin qərarın əsasını təşkil edən sənədlər müəyyən edilmədiyindən həmin qərar əsasında axırıncının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə, həmin şəhadətnamə əsasında cavabdeh Leyla Hüseynzadənin adına verilmiş qanun üzrə vərəsəlik şəhadətnaməsi və reyestrdən çıxarış, o cümlədən axırıncı ilə cavabdeh Vüsalə Cəfərovanın aralarında bağlanmış alqı-satqı müqaviləsi və həmin müqavilə əsasında verilmiş reyestrdən çıxarış qanuni və əsaslı sayıla bilməz. Torpağın mülkiyyətə verilməsinə dair xx.xx.2002-ci il tarixli şəhadətnamənin qeyriqanuniliyi eyni zamanda onunla sübuta yetirilir ki, X39 rayonu, Digah kəndində ümumiyyətlə qeydiyyatda olmamış, yaşamamış, əvəllər RF-nın Surqut şəhərində, daha sonra isə xx.xx.1980-ci ildən xx.xx.2003-cü ilədək olan müddət ərzində ünvan 1 ünvandan qeydiyyatdan çıxaraq ünvan 2kr, Məmmədov küçəsi, ev 209, mənzil 60-a qeydiyyata düşmüş və xx.xx.2011-ci ildə ölüm səbəbi ilə həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Hesab edir ki, Respublika üzrə rayonlarda 2005-ci ilədək fəaliyyət göstərmiş X17 yalnız ərazi üzrə qeydiyyatda olmaqla yaşayan sakinlərin qanuni əsaslarla istifadələrində olan torpaq sahələrinə dair şəhadətnamələrin verilməsinə dair qərarlar qəbul edildiyindən, ümumiyyətlə, Quba rayonu Digah kəndində qeydiyyatda olmamış, yaşamamış, 1980-cı ildən vəfat edən günədək Bakı şəhərində qeydiyyatda olmaqla yaşamış X18 adına torpaq şəhadətnaməsinin verilməsinə dair Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997- ci il tarixli, 04 saylı qərarın aşkar edilməməsi həmin qərarın etibarsız olması və qeyd edilmiş qərar əsasında verilmiş digər hüquqmüəyyənedici sənədlərinin etibarsız olmasına dair qərar qəbul edilməsi üçün əsas kimi qəbul edilməlidir. Digər tərəfdən X10 rayonun Digah kəndində qeydiyyatda olmaqla yaşamış olsa belə vəfat edən günədək atası X7 şəxsi mülkiyyətində olan yaşayış sahəsi 40 kv.m olan yaşayış evinə və həmin evin yerləşdiyi 0,21 ha həyətyanı torpaq sahəsinə atasının birinci növbəli vərəsəsi ola-ola əmisi X18 adına torpağın mülkiyyətə verilməsinə dair qərarın qəbul edilməsi qanunla yolverilməzdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək qeyd etmişdir ki, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 saylı qərarı, həmin qərar əsasında X4 adına Quba rayonu Digah kəndində yerləşən 0.21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin, axırıncının vəfatından sonra Hüseynzadə Leyla Afət qızının adına verilmiş xx.xx.2011-ci il tarixli vərəsəlik şəhadətnaməsinin, həmin şəhadətnamə əsasında reyestr xidməti idarəsi tərəfindən ümumi sahəsi 217,6 kv.m olan evə və 0,21 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2012-ci il tarixli RX seriyalı ******* qeydiyyat nömrəli çıxarışın, Hüseynzadə Leyla Afət qızı ilə X13 aralarında bağlanmış və Sumqayıt ASAN Xidmət mərkəzində notariat kontorunda təsdiq edilmiş xx.xx.2017-ci il tarixli AN-1 ******* saylı alqı-satqı müqaviləsi və istinad edilmiş müqavilə əsasında reyestr xidməti orqanı tərəfindən verilmiş RX seriyalı, ******* saylı, xx.xx.2008-ci il tarixli ********** nömrəli çıxarış Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(105) 773/2019 saylı qətnaməsi ilə etibarsız hesab edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs Hüseynzadə Leyla Afət qızının nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək izah etmiş ki, iddiaçının Quba Rayon Məhkəməsinə təqdim etdiyi X35 filialının xx.xx.2018-ci il tarixli arxiv arayışında iddiaçı X6 adı olmamışdır. Bundan əlavə, həmin arxiv arayışında Zeydulla Mirzəxanovun mülkiyyətində olmuş evin ümumi sahəsi 40 kv.m göstərilmişdir, vərəsəliklə onun mülkiyyətinə keçmiş və satdığı evin ümumi sahəsi isə 127,7 kv.m-dir. Birinci instansiya məhkəməsinin qərarı ilə ləğv edilən “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə Afət Mirzəxanovun adına Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarı əsasında tərtib olunmuşdur. AİKnın həmin qərarı qüvvədə olduğu halda onun əsasında verilmiş şəhadətnamənin ləğv edilməsinin qanuni əsası yoxdur. 30 ildən sonra – saxlama müddəti bitəndən sonra arxivdə həmin qərarın surətinin aşkar olunmaması həmin qərarın ümumiyyətlə mövcud olmaması və ya onun əsasında verilmiş sənədlərin qanunsuz sayılması üçün əsas ola bilməz. Qeyd edir ki, iddiaçı tərəf yaxın qohumları olmaqlarına baxmayaraq bilərəkdən məhkəmə prosesində iştirakına maneələr yaradaraq, məhkəmə prosesində iştirakını təmin etməmişlər və bir sıra sübutları məhkəməyə təqdim etməmişlər və bu səbəbdən məhkəmə əsassız və qanunsuz qərar qəbul etmişdir. İddiaçı 0,21 ha torpaq sahəsinin Afət Mirzəxanovun mülkiyyətinə verilməsi barədə Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 04 nömrəli qərarından qanunda nəzərdə tutulmuş qaydada və müddətlərdə şikayət verməmişdir, Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli qərarı qüvvədə olduğu halda iddiaçı həmin qərarı mübahisələndirmədən müddət keçdikdən sonra onun nəticəsi olaraq JN-399F kod 30327028 nömrəli mülkiyyətə verilməsinə dair şəhadətnamənin ləğv edilməsini tələb etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: DƏDKR-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli, **********41 nömrəli imtina məktubu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş JN-399F kod 30327028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti, ölüm haqqında şəhadətnamənin surəti, Azərbaycan Respublikası X35 filialının arxiv arayışları, Quba rayon Digah-Xucbala bələdiyyəsinin 16 aprel 2021-ci il tarixli 165 saylı arayışı,Quba RİHB-nın Xucbala kənd İƏD üzrə xx.xx.2021-ci il tarixli arayışı, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin "xxxx" MMC-nin məktubları və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması vaxtdan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 22-ci maddəsinin tələbləri baxımından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan daşınmaz əmlak DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********41 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır.Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Belə ki, “Hüquqların dövlət qeydiyyatından imtina”nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx xxxx 1990-cı ildə Quba rayonu Digah kəndində X14 ilə X5 faktiki nikah münasibətlərindən anadan olmuş, atalıq məhkəmə qaydasında müəyyən olunmuşdur. X14 15 dekabr 1990-cı ildə vəfat etmiş, İddiaçı Binəqədi rayon İcra Hakimiyyəti Başçısının 898 saylı, 30 iyul 1994-cü il tarixli sərəncamına əsasən bibisi X23 qəyyumluğa verilmişdir. İddiaçı anadan olduğu ünvan 5ində yerləşən fərdi yaşayış evi və evin yerləşdiyi torpaq sahəsi arxiv məlumatlarına əsasən Quba rayonu, Xucbala kənd Sovetinin Digah kəndi üzrə 1986-1990-cı illərə aid təsərrüfatbaşına kitabında iddiaçının babası X15 adında olmuş, X24 29 oktyabr 1986-cı ildə vəfat etdikdən sonra X14 təsərrüfat başçısı kimi qeyd edilmişdir. Quba rayon İHBnin Xucbala İƏV üzrə nümayəndəliyinin Digah kəndi üzrə 1991- 2000-ci illərə aid təsərrüfatbaşına kitabında vətəndaş X14 təsərrüfat başçısı olub, şəxsi mülkiyyətində ümumi sahəsi 40 kv.m olan yaşayış evi və xüsusi istifadəsində 1991-1992-ci ilərdə 0,20ha, 1993-2000-ci illərdə 0,21ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Həmin kitabda X7 15 dekabr 1990-cı ildə vəfat etməsi göstərilmiş, təsərrüfat başçısı kimi isə X18 adı yazılmışdır. Halbuki iddiaçının babası Bəy Mirzəxanovun digər oğlu Afət Mirzəxanov 18 yanvar 1980-ci ildən 27 oktyabr 2003-cü il tarixədək Bakı şəhəri, Y.V.Çəmənzəminli küçəsi 29 nömrəli evdə qeydiyyatda olmuş, 2003-cü ildən həmin ünvandan qeydiyyatdan çıxaraq ünvan 3ikrorayon S.Məmmədov küçəsi ev 209, mənzil 60-a qeydiyyata düşmüşdür. Afət Mirzəxanov 03 mart 2011-ci il tarixdə ölüm səbəbi ilə həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. X30 1980-ci ildən Bakı şəhərində daimi yaşamasına və qeydiyyatda olmasına baxmayaraq ünvan 5idə yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,21 ha torpaq sahəsi Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli, 04 saylı qərarı ilə JN-399F KOD 30327028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında X18 adına qeydiyyata alınmışdır. Halbuki qeyd edilən təsərrüfatda təsərrüfat başçısı kimi X7 adının olması Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası X35 Filialının 09 aprel 2021-ci il tarixli, 325 saylı arayışı ilə və Quba rayon İHB-nın Xucbala İƏD üzrə nümayəndəliyi tərəfindən verilən 09 aprel 2021-ci il tarixli, 249 saylı arayışı ilə təsdiq olunur.X30 21 yanvar 2011-ci il tarixdə vəfat etdikdən sonra ünvan 5i ünvanında yerləşən 0,21 ha torpaq sahəsi və 2 mərtəbəli, ümumi sahəsi 127,7 kv.m olan fərdi yaşayış evinə dair 30 iyul 2011ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə X18 vərəsəsi X25 müəyyən edilmişdir.Həmin şəhadətnamə əsasında ünvan 5i ünvanında yerləşən 0,21 ha torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən X9 adına qeydiyata alınmışdır. Daha sonra sözügedən daşınmaz əmlak X20 tərəfindən notarial qaydada təsdiq edilmiş 25 dekabr 2017-ci il tarixli, AN ******* saylı alqı-satqı müqaviləsinə əsasən X2 və sonuncunun həmin torpaq sahəsi üzərində hüquqları RX seriyalı, ******* saylı çıxarışla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Beləliklə işin müəyyən edilmiş hallarından görünür ki, Quba rayonu Digah kəndi ərazisində yerləşən mübahisə predmeti olan 0.21 ha torpaq sahəsinə dair təssəüraftda təsərrüfatbaşçısı iddiaçının babası Bəy Mirzəxanov olmuş, onun vəfatından sonra təsərrüfat başçısı kimi Zeydulla Mirzəxanov qeydə alınmışdır. Zeydulla Mirzəxanovun xx.xx.1990-cı ildə vəfatından sonra isə təsərrüfat başçısı kimi həmin ünvanda yaşamayan, 1980-ci ildən Bakı şəhərində qeydiyyatda olmaqla yaşayan X18 adı qeydə alınmışdır. Halbuki təsərrüfatbaşına kitabda təsərrüfat başçısı kimi təsərrüfat başçısı olan şəxs öldükdə həmin təsərrüfatda yaşayan digər ailə üzvü qeydə alına bilər. Çünki təsərrüfatbaşı kitabı həmin təsərrüfatda yaşayan şəxsləri və həmin təsərrüfata dair məlumatları əks etdirir. Həmin kitabın 92-ci səhifəsinin 229 saylı şəxsi hesabında iddiaçının atasının adı qeyd edilmişdir. Bundan başqa sözügedən torpaq sahəsi X18 adına JN399F KOD 30327028 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında qeydə alınmış və həmin şəhadətnamə də torpaq sahəsinin ona ayrılmasının əsası kimi Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli qərarı qeyd olunmuşdur. İş materiallarında olan JN-399FA seriyalı KOD 30327028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Quba rayon Aqrar İslahat Komissiyasının 04 saylı, 03 may 1997-ci il tarixli qərarına əsasən 0,21 ha torpaq sahəsi X18 mülkiyyətinə verilmişdir."xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 14 dekabr 2021-ci il tarixli, **********10 saylı məktubla təqdim edilmiş sənəddən görünür ki, Quba rayon Aqrar İslahatı Komissiyasının sədri tərəfindən təsdiq edilmiş Quba rayonunun Digah kəndində vətəndaşların mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 399-cu bəndində X18 adı qeyd edilmiş və ona 0,21 ha torpaq sahəsi ayrıldığı göstərilmişdir. Bununla bağlı məhkəmə tərəfindən müvafiq sorğular verilmiş və nəticədə aşağıdakılar müəyyən edilmişdir : -"xxxx" MMC xx.xx.2022-ci il tarixli cavab məktubunda bildirmişdir ki, Mərkəzin arxivində aparılmış araşdırma nəticəsində Quba rayon Aqrar İsalaht Komissiyasının xx.xx.1997-ci il tarioxli 04 saylı qərarı aşkar edilməmişdir;Quba rayonu Digah kəndi üzrə həyətyanı torpaq sahəsinə dair subyektlərin siyahılarından (əlyazma və elektron) X18 adı qeyd edilmiş hissədən çıxarış təqdim edilmişdir.Həmin cədvəldən çıxarışda “X28 – həyətyanı torpaq sahəsi 0.21 ha” və cədvəlin yuxarı hissədə əlyazma ilə “03 May 1997- ci il tarixli 04 N-li” qeyd edilmişdir. X35 filialı Quba rayon Aqrasr İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı iclas protokolunda Quba rayonu Digah kəndində X16 adına 0.21 ha torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair hər hansı məlumatın olmamasını və protokola heç nir sənədin əlavə edilmədiyini bildirmişdir. -X35 filialı Quba rayon Aqrar İslahat Komissiyasının 03 may 1997-ci il tarixli 04 saylı iclas protokolunun tam mətnini məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edir ki, istinad olunan Aqrar İslahat Komissiyasının qərarı ayrıayrı sovxozlar, təsərrüfatlar və s. X17nın qərarlarının təsdiq edilməsi barədə olmaqla vətəndaşların adlı siyahısı həmin qərara əlavə edilməmişdir. Nəzərə almaq lazımdır ki, "xxxx" MMC-nin 14 dekabr 2021-ci il tarixli, **********10 saylı məktubla təqdim edilmiş sənəddə Quba rayon Aqrar İslahatı Komissiyasının sədri tərəfindən təsdiq edilmiş ünvan 5ində vətəndaşların mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəlin 399-cu bəndində X18 adı qeyd edilsə də, X35 filialının xx.xx.2021ci il tarixli arxiv çıxarışından da görünür ki, mübahisəli daşınmaz əmlaklar Bəy Mirzəxanovun vəfatından sonra təsərrüfat baçısı kimi X7 adına keçmişdir. Beləliklə məhkəmə araşdırması zamanı sözügedən şəhadətnamənin verilməsinə əsas olmuş qərarda Afət Mirzəxanovun adının mövcudluğu müəyyən edilməmişdir.Həmçinin, işin faktiki hallarından da müəyyən olunur ki, Afət Mirzəxanov həmin ərəfədə Bakı şəhərində qeydiyyatda olmuş və aqrar islahatı zaman ona torpaq sahəsi verilə bilməzdi. Bu halda məhkəmə hesab edir ki, qeyd olunan şəhadətnamə qanunsuz tərtib edildiyindən etibarsız hesab edilməlidir. Sözügedən şəhadətnamənin verildiyi dövrdə qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Torpağa mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi haqqında Əsasnamənin 3-cü bəndinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlara görə onlara torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə (4 nömrəli əlavə) verilir. Həmin əsasnamənin 10cu bəndinə əsasən dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerquruluşu Layihə İnstitutunun arxivində müddətsiz olaraq saxlanılır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 65-ci maddəsinə görə Aşağıdakı inzibati aktlar etibarsız sayılır: -65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; -65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; -65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; -65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; -65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; -65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.Həmin Məcəllənin 67.6.2-ci maddəsinə əsasən səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz. Bundan başqa məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X4 adına verilmiş ünvan 5ində yerləşən 0,21 ha torpaq sahəsinin mülkiyyətə verilməsinə dair JN-399F KOD 30327028 saylı şəhadətnamənin etibarsız hesab edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X45

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar