Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-162/2020 04.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə qarşı “onun 01 iyul 1979-cu ildən 31 mart 1989-cu ilə kimi Lerik rayonun “Partiyanın XX Qurultayı” adına sovxozunun Monidigah kəndi üzrə briqadasında fəhlə, 01 aprel 1989-cu ildən 02 noyabr 1994-cü ilə kimi həmin sovxozundan ayrılaraq yeni yaradılmış “Monidigah” sovxozunda fəhlə və 30 noyabr 1994–cü ildən 31 dekabr 2004-cü ilə kimi “Monidigah” kəndli fermer təsərrüfatında fəhlə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 52 yaşının tamam olduğu 14 yanvar 2015–ci il tarixdən əmək pensiyasmm təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dairiddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı xx xxxxxx 1963-cü ildə Lerik rayonun Monidiah kəndində anadan olmuş və ərizəsində göstərdiyi ünvanda yaşayır. 01 iyul 1979-cu ildən 31 mart 1989-cu ilə kimi Lerik rayonun “Partiyanın XX Qurultayı” adına sovxozunun Monidigah kəndi üzrə briqadasında fəhlə, 01 aprel 1989-cu ildən 02 noyabr 1994-cü ilə kimi həmin sovxozundan ayrılaraq yeni yaradılmış “Monidigah” sovxozunda fəhlə və 30 noyabr 1994–cü ildən 31 dekabr 2004-cü ilə kimi “Monidigah” kəndli fermer təsərrüfatında fəhlə işləmişdir. 01 iyul 1979-cü ildən mart 1989-cu ilə kimi Lerik rayonun “Partiyanın XX Qurultayı” adına sovxozunun “Mondigah kəndi üzrə briqadasında fəhlə, 01 aprel 1989cu ildən 02 noyabr 1994-cü ilə kimi həmin sovxozdan ayrılaraq yeni yaradılmış “Monidigah” sovxozunda fəhlə və 30 noyabr 1994–ci ildən 31 dekabr 2004–cü ilə kimi “Monidigah” kəndli fermer təsərrüfatında fəhlə işləməyini təsdiq edən arayış əldə edib Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nun Sumqayıt şəhər şöbəsinə təqdim edilməsi ilə əlaqədar olaraq Milli Arxiv İdarəsinin Lerik rayon Dövlət Arxivinə müraciət etmişdir. Həmin arxivin göndərdiyi 16.08.20819-cu il tarixli 121 saylı arxiv arayışda göstərilir ki, o “ Monidigah” sovxozu üzrə 01 aprel 1989-cu il tarixli 34 saylı əmrilə (paraqraf 4) sovxoza fəhlə kimi işə qəbul olunmuş və 02 noyabr 1994-cü ildə işdən azad edilmişdir. Arxivdə “Partiyanın XX Qurultayı” sovxozu və “Monidigah” kəndli fermer təsərrüfatlarının əmək stajları kitabları Lerik rayon Dövlət Arxivində aşkar olunmamışdır. Onu da əlavə edir ki, 01 iyul 1979–ci ildən 31 mart 1989–cü il tarixə kimi “Monidigah” kəndli Fermer təsərrüfatında əkib becərdiyi torpağa görə Dövlət Sosial Müdafiə fondunun Lerik rayon şöbəsinə məcburi dövlət sığorta haqqı ödəmişdir. Belə ki, 25 fevral 2003-cü il tarixli, seriya BZB-069601 saylı qəbzlə 5000 ( beş min) və 27 avqust 2003–cü il tarixli BZB–070660 qəbzlə isə 3000 ( üç min) manat məbləğində pul DSMF–nun Lerik rayon şöbəsinə ödəmişdir. Mövcüd həmin sənədlərdən görünür ki, ödənilən məbləğ vətəndaşa pensiya təminatı hüququ verir. Sübut əhəmiyyətli kəsb edən həmin sənədləri ərizəsinə əlavə etmişdir. Qeyd olunan təşkilatlarda işləməyini onunla birlikdə iləmiş iş yodaşları da təsdiq edə bilər. 01 iyul 1979-cü ildən 31 mart 1989–cu ilə kimi Lerik rayonun “Partiyanın XX Qurultayı” adına sovxozda, 01 aprel 1989–cu ildən 02 noyabr l994–cü ilə kimi “Monidigah” sovxozunda və 30 noyabr 1994-cü ildən 31 dekabr 2004–cü ilə kimi “Monidigah” kəndli fermer təsərrüfatında fəhlə işləməyini təsdiq etdirməsini istəyir, lakin həmin təşkilatlar fəaliyyət göstərmədikləri üçün arayışın əldə edilməsi qeyri mümkündür. Ona görə də həmin dövrlərdə işləməyi məhkəmə tərəfindən müyyən edilməklə ümumi əmək stajıma daxil edilməsi zərurəti yaranmışdir. Hal–hazırda o pensiya yaşına çatdığına görə əmək stajımı təsdiq edən sənədlər istəyirlər. Ondan asılı olmayan səbəblərə görə əmək stajı barədə arayış təqdim edib pensiyaya çıxa bilmir. O həmçinin beş uşaq doğub tərbiyə etmiş və 25 ildən artıq əmək stajı vardır.“Əmək Pensiyalan haqqında” Azərbaycan Respublikasının Qanununn 8–ci maddəsinə əsasən onun yaşa görə əmək pensiyasına çıxmaq hüququ vardır. Belə ki, həmin Qununun 8.1-ci maddəsində göstərilir ki, beş uşaq və daha çox uşaq böyüdüb onları səkkiz yaşınadək tərbiyyə etmiş qadınların bu qanunun 7-ci maddəsinə uyğun Şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyasi hüququ vardır. Qeyd olunan maddənin tələbinə əsasən 14 yanvar 2015-ci il tarixdən onun yaşa görə əmək pensiyasina çıxmaq hüququna malikdir. Eyni zamanda 07 fevral 2006-cı Qanuna 10 mart 20|7·ci il tarixli 543–VOD nömrəli Qanunla edilmiş dəyişiklik və əlavələr kimi 7.1- ci maddədə 57 yaşına çatmış qadınların azı 12 sığorta stajı olduqda yaşa görə əmık pensiyası təyin edilməsi nəzərdə tutulmuşdur. Qanunun geriyə qüvvəsi olmasına görə onun 14.01.2015-ci ildən çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyasına çıxmaq hüququ da vardır. Çoxuşaqlı ana kimi yaşa görə əmək pensiya təyin edilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsinə müraciət etmiş. Lakin stajı barədə arxiv sənədləri tam olmaması səbindən müraciəti təmin olunmamışdır. Əmək satajı barədə arxiv sənədləri əldə etmək məqsədi ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Lerik rayon Dövlət Arxivinə müraciət etmiş. Həmi arxivin verdiyi cavabda 01 aprel 1989-cu ildən 02 noyabr 1994-cü ilə kimi “Monidigah” sovxozunda fəhlə işləməyi barədə müvafiq əmrlərin olması, lakin “Partiyanin XX Qurultayı” sovxozun və “Monidigah” kəndli fermer təsərrüfatının əmək stajı kitabların Lerik rayon Dövlət Arxivində aşkar edilməməsi bildirilmişdir. Qeyd olunan mübahisənin başqa yolla həll edilməsi mümkün olmadığından aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi X3 eyni məzmunlu izahaat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə 28.10.2019-cu il tarixli, **********6 nömrəli etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 8.1–ci maddəsinə əsasən beş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və bu Qanunun 7–ci maddəsinə uyğun şərtlər daxilində yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017–ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017–ci il iyulun 1–dən başlayaraq 2027–ci il iyulun 1-dək hər il altı ay artırılır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən və əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1 bəndinə əsasən əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edildiyindən, iddiaçının təqdim etdiyi 702 saylı, 15.09.2015-ci il tarixli arayışda qeyd edilən dövrün sığorta stajına hesablanması zamanı nəzərə alınması qaydalara ziddir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: İddiaçıya aid şəxsiyyət vəsiqəsinin surəti, Nikah haqqında şəhadətnamənin və doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiqlənmiş surətləri, 04.10.2108-ci il tarixli, 2(060)-8785/2018 saylı Sumqayıt şəhər Məhkəməsinin Qətnaməsinin təsdiqlənmiş surəti,Sumqayıt Apellyasiya Məhkəməsinin 24 may 2019-cu il tarixli 2(105)-1963/2019 saylı qərardadının surəti, DSMF-nun Sumqayıt şəhər şöbəsinin 20.08.2019-cu il tarixli, **********1 nömrəli imtina məktubu və 28.10.2019-cu il tarixli, **********6 nömrəli etiraz ərizəsi, X5 filialı tərəfindən verilmiş arxiv arayışı,doğum haqqında şəhadətnamələrin surətləri və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehiniddiaçının tələbinin təmin olunmasından imtinası əsassız, iddia tələbi isə əsaslı olduğundan iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Cavabdehin 20.08.2019-cu il tarixli, **********1 nömrəli imtina məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaşın və sosial sığorta stajının olmaması, iddiaçıya yaşa görə pensiya hüququnun yaranması qanunvericiliyin tələbi kimi mümkün deyildir. İddiaçı hazırda yuxarıda əmək stajının və 5 uşağı böyüdüb boya-başa çatdıran ana kimi hər uşağa görə bir il azaltmaqla pensiya yaşına çıxmaq hüququnu tələb etmiş, cavabdeh isə bundan imtina etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Məhkəmə qeyd edir ki, iddiaçının yaşa görə pensiya almaq hüququ onun 52 yaşının tamam olduğu 14.01.2015-ci il tarixdə qüvvədə olmuş Əmək Pensiyaları haqqında Qanunun 01.07.2017-ci il tarixədək qüvvədə olan Əmək Pensiyaları haqqında qanunun və hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan digər qanunvericilik aklarının müddəalarına uyğun baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş 7-ci maddəsinə əsasən 62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 12 il sığorta stajı olduqda (bu Qanunun qüvvəyə mindiyi günədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixinə qədər qüvvədə olmuş 8.1-ci maddəsinə əsasənbeş və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan qadınların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi hər uşağa görə 1 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndinə əsasən sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-ci il tarixinə qədər - ümumi iş stajı, 01 yanvar 2006-cı il tarixdən sonra - sosial sığorta stajı. Maddələrin əlaqəli təhlili o nəticəni yaradır ki, şəxsin 01 yanvar 2006-cı il tarixinə qədər müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən dövrlər onun pensiya hüququ yarandığı 01 yanvar 2006-cı il tarixindən sonra qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinin tələbləri baxımından sosial sığorta stajını təşkil etməli və qazanmış pensiya hüququna aiddir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının 5 (beş) uşaqlı ana kimi yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası almaq hüququnu və iddiaçının əmək stajının, onun sosial sığorta stajına daxil etməkdən imtina edilməklə iddiaçının hüquqlarını pozmuşdur. Cavabdeh orqan qanunvericiliyin tələbini yerinə yetirmədiyindən, ona görə də imtinası əsassız hesab olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhər Məhkəməsinin 04.10.2108-ci il tarixli, 2(060)-8785/2018 saylı qətnaməsinə əsasən İddiaçı əmək stajı 18 il 8 ay müəyyən edilmişdir. Lakin sonradan DSMF-nin Sumqayıt şəhər şöbəsinin verdiyi apellyasiya şikayətinin baxışı zamanı İddiaçı nümayəndəsi olmuş Afiq İbadovun iddia tələbindən imtina olunması nəticəsində Sumqayıt Şəhər Məhkəməsinin 04 oktyabr 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icraat baxılmamış saxlanılmışdır. Belə olduğu tədqirdə iddiaçının pensiya hüququnun yaranması üçün tələb edilən 10 illik sığorta stajı mövcud deyil. Belə ki, iş materiallarına əlavə edilmiş 16.08.2019-cu il tarixli arxiv arayışına əsasən İddiaçı “Monidigah” sovxozunda işləməsi barədə ümumilkdə 5 il 7 ay əmək stajı var. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, 2017-ci ilin iyul ayınadək qadınlara pensiya təyin edilməsi üçün tələb edilən yaş həddi 57 yaş idi.Həmin Qanunun 8.1-ci maddəsinə əsasən İddiaçı 5 övladı olduğu üçün 52 yaş kifayət edirdi. Lakin İddiaçı pensiya hüququnun yaranması üçün tələb edilən 10 illik iş stajı mövcud deyil. Qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, İddiaçı 01 iyul 1979-cu ildən 31 mart 1989-cu ilə kimi Lerik rayonun “Partiyanın XX Qurultayı” adına sovxozunun Monidigah kəndi üzrə briqadasında fəhlə, 01 aprel 1989-cu ildən 02 noyabr 1994-cü ilə kimi həmin sovxozundan ayrılaraq yeni yaradılmış “Monidigah” sovxozunda fəhlə və 30 noyabr 1994–cü ildən 31 dekabr 2004-cü ilə kimi “Monidigah” kəndli fermer təsərrüfatında fəhlə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 52 yaşının tamam olduğu 14 yanvar 2015-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı 01 iyul 1979-cu ildən 31 mart 1989-cu ilə kimi Lerik rayonun “Partiyanın XX Qurultayı” adına sovxozunun Monidigah kəndi üzrə briqadasında fəhlə, 01 aprel 1989-cu ildən 02 noyabr 1994-cü ilə kimi həmin sovxozundan ayrılaraq yeni yaradılmış “Monidigah” sovxozunda fəhlə və 30 noyabr 1994–cü ildən 31 dekabr 2004-cü ilə kimi “Monidigah” kəndli fermer təsərrüfatında fəhlə işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi, 52 yaşının tamam olduğu 14 yanvar 2015-ci il tarixdən əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin birdəfəlik ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-162/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-162/2020
04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver