Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-162/2021 15.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı bələdiyyəsinə qarşı “Şamaxı şəhəri 1 B massivində yerləşən onun sahibliyində olan 500 kv.m həyatyanı torpaq sahəsinin X3 qərarının ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx xxxxxxx 1995-ci il tarixdə Şamaxı rayon XDS Rəyasət Heyyətinin 08 saylı iclasının qərarı ilə şəhərin 1 B massivindən 500 kv.metr fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Səhvən qərarda 1B massivinin yerinə 10a nömrəli məhəllə yazılmışdır. Həmin vaxt ona qeyd olunan torpaq sahəsi indi yaşadığı 1B massivindən ayrılıb verilmiş və həmin ildə də iddiaçı orada dövlət orqanlarının razılığı əsasında fərdi yaşayış evi tikərək, ailəsi ilə birlikdə hal-hazırkı vaxta kimi orada yaşayır. Bunu bütün qonşuları da təsdiq edə bilərlər. Həmin vaxt, yəni, 1995-ci il tarixdə həyat yoldaşı mərhum X9 idi və həmin qadınla birgə nikahdan üç övladları olub. Birinci övladı qeydiyyatda olduğu ünvanda olsa da, digər iki övladları 1995-ci ildə Şamaxı rayon XDS Rəyasət Heyyətinin qərarı ilə ona ayrılmış 1B massivində yerləşən torpaq sahəsində tikdirdiyi evdə doğulmuşlar və orada yaşayaraq boya-başa çatmışlar. Artıq onların 22-24 yaşları vardır. Həyat yoldaşı mərhum X9 xx xxxxxxx 2000-ci il tarixdə vəfat etmiş və 2004-ci il tarixdə cavabdeh X15 ilə ailə həyatı qurmuşdur. Onunla evləndikdən sonra o da köçərək iddiaçıya məxsus qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evində iddiaçı ilə birlikdə yaşamağa başlamışdır və aralarında hər hansı bir məsələ barəsində elədə bir mübahisə olmamışdır. Şamaxı rayonunda 2019-cu ilin fevral ayında baş vermiş zəlzələ zamanı iddiaçıya məxsus qeyd olunan torpaq sahəsində tikdirdiyi fərdi yaşayış evi qəzalı vəziyyətə düşmüş və dövlət komissiyası iddiaçıya 1995-ci ildə tikilmiş, qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evinin yerində təzə ev tikilərək verilməsi qərara alınmışdır. Bunun üçün həyətyanı torpaq sahəsinin sənədləri tələb olunmuş və bu zaman ona məlum olmuşdur ki, xx xxxxxxx 1995-ci il tarixdə Şamaxı rayon XDS Rəyasət Heyyətinin 08 saylı iclasının qərarı ilə şəhərin 1B massivindən 500 kv.metr fərdi yaşayış evi tikmək üçün ayrılmış torpaq sahəsinin qərarında səhvən ünvan 1 massivinin yerinə, l0a nömrəli məhəllə yazılmışdır. Bundan əlavə iddiaçıya məlum olmuşdur ki, 2004-ci ildə evlənərək evinə gətirdiyi arvadı X5 Bələdiyyəsinin vəzifəli şəxsləri ilə əlbir olaraq iddiaçının xəbəri olmadan 1995-ci ildən içində ev tikərək yaşadığı, ona məxsus fərdi yaşayış evinin altında yerləşən, məlum qərarla ona ayrılmış 500 kvadrat metr torpa sahəsini öz adına Şamaxı Bələdiyyəsindən satın almışdır. İddiaçı dəfələrlə qeyd olunan qərarı istəsə də onu verməkdən imtina elədiklərinə görə qeyd olunan qərarı ərizəyə əlavə edə bilməmişdir. Şamaxı Bələdiyyəsinin “Şamaxı şəhəri 1B massivində yerləşən iddiaçının sahibliyində olan 500 kvadrat metr həyətyanı torpaq sahəsinin X3 qərarı qanunsuzdur, ləğv olunmalıdır. Yuxarıda qeyd olunanlar kimi həmin torpaq sahəsi iddiaçıya xx xxxxxxx 1995-ci il tarixdə Şamaxı rayon XDS Rəyasət Heyyətinin 08 saylı iclasının qərarı ilə ayrılmış , qərarda ünvan səhv olaraq l0a nömrəli məhəllə yazılsa da, həmin tarixdən ailəsi ilə birlikdə orada fərdi yaşayış evi tikərək yaşayır, həmin vaxt Bələdiyyə adlı bir qurum yox idi, ikinci cavabdehi qeyd olunan ünvana 2004-ci ildə evlənərək o gətirmiş və onun mülkiyyətində, sahibliyində olan, üstündə iddiaçıya məxsus fərdi yaşayış evi yerləşən torpaq sahəsi onun xəbəri olmadan necə başqa şəxsə satıla bilər. Göründüyü kimi Şamaxı Bələdiyyəsinin mübahisələndirdiyi qərarı qanunsuzdur, ləğv olunmalıdır. İddiaçı qərarın ləğvi üçün DƏDRX-in 14 saylı X27 müraciət elədi və oradan xx xxxx 2019-cı il tarixli məktubla imtina olundu. Bundan əvvəl iddiaçı qərarın ləğvi ilə əlaqədar Şamaxı rayon Məhkməsinə müraciət eləmiş və Şamaxı Rayon Məhkəməsinin xx xxxx 2019-cı il tarixli Qərardadı ilə iddianın İnzibati-İqtisadi Məhkəmənin səlahiyyətinə aid olması əsası ilə iddia ərizəsi qeri qaytarıldı. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə prosesində eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, 2-1(118)- 953/2020 saylı inzibati mübahisələrə dair iş üzrə Şamaxı bələdiyyəsi bildirir ki, İddiaçı iddiası əsassızdır. Belə ki, iddiaçıya xx xxxxxxx 1995-ci il tarixdə Şamaxı rayon XDS Rəyasət Heyyətinin 08 saylı iclasının qərarı ilə şəhərin 10A massivində 500 m2 fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahəsi şəhərin cənub-qərb istiqamətində yerləşir. Bundan başqa iddiaçıya Şamaxı bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 61 saylı qərarı ilə Şəhərin 02A saylı məhəlləsində fərdi yaşayış evi tikmək üçün 400 m2 həyətyanı torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsində yaşayış evi tikmişdir. Hansı ki, bu torpaq sahəsi onun iddia etdiyi 1B massivindəki yerləşən torpaq sahəsinin yaxınlığında yerləşir. İddiaçı tərəfindən məhkəməyə təqdim edimiş Şamaxı rayon XDS Rəyasət Heyətinin 08 saylı xx xxxxxxx 1995-ci il tarixli qərarı ilə şəhərin 10A massivində 500 m2 fərdi yaşayış evinin tikilməsi üçün torpaq sahəsinin ayrılması barədə qərarda ünvanın səhv yazılması iddiası əsassızdır. Belə ki, Dövlət Arxivinin Şamaxı filialının xx xxxxxx 2019-cu il tarixli 64/65 saylı arayışından məlum olmuşdur ki, ona ayrılmış torpaq sahəsi həqiqətən şəhərin 10A massivində yerləşir. Həmçinin də, iddiaçıya ayrılmış torpaq sahəsi 500 m2 olduğu halda X10ma bələdiyyə tərəfindən ayrılmış torpaq sahəsi şəhərin 1B massivində yerləşməklə sahəsi 800 m2 təşkil edir. Bununla da, iddiaçının iddiası ziddiyyətli olması göz qabağındadır. X7 İddiaçı ilə qeyri-rəsmi nigahda yaşadığı müddətdə yəni, 2007-ci ildə Şamaxı bələdiyyəsindən fərdi yaşayış evi tikmək üçün 800 m2 torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində X7 tərəfindən yaşayış evi tikilmişdir. 2019-cu ilin fevral ayında Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində həmin ev qəzalı vəziyyətə düşmüşdür. X1 və İİ qurup əlil olmasını nəzərə alaraq X29 tərəfindən həmin qəzalı evin yerində yeni ev inşa edilir. Xeyli müddədir ki, birgə yaşayışları pozulduğu və tamamilə ayrı yaşamalarına baxmayaraq iddiaçının bu vaxta kimi, Əminəxanım Abdulrəhmanovaya qarşı heç bir iddiası olmamışdır. Lakin X29 tərəfindən evin inşa edildiyini gördükdən sonra iddiaçı həmin evi ələ keçirmək məqsədi ilə məhkəməyə müraciət etmişdir. Şamaxı Bələdiyyəsi İddiaçı iddiasını əsassız hesab edir və Şamaxı Bələdiyyəsinin iştirakı olmadan baxılmasına etiraz etmir. Şamaxı rayonu XDS-nin xx.xx.1995-ci il tarixli, 08 saylı qərarı ilə İddiaçı şəhərin 10 “A”' saylı məhəlləsindən 0,05 ha torpaq sahəsi ayrılmışdır. Həmin dövrdə 01 “B” adlanan məhəlodə şəhərin perspektiv inkişaf fonduna daxil edilməmişdir. Ona görə də, XDS-nin qərarı ilə həmin ərazidən torpaq sahəsinin ayrılması mümkün deyildir. Həmçinin 10 “A” saylı məhəllə şəhərin cənubi-qərb hissəsində yerləşdiyi halda, 01 “B” məhəlləsi şəhərin simali-şərq hissəsindədir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan və üçüncü şəxs məhkəmə iclasında təmsil edilməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırki, mübahisəyə cavabdeh orqanın nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən digər üçüncü şəxsin vəkili X18 izahatında bildirmişdir ki, X7 İddiaçı ilə qeyri-rəsmi nigahda yaşadığı müddətdə yəni, 2007-ci ildə Şamaxı bələdiyyəsindən fərdi yaşayış evi tikmək üçün 800 m2 torpaq sahəsi almışdır. Həmin torpaq sahəsində X7 tərəfindən yaşayış evi tikilmişdir. 2019-cu ilin fevral ayında Şamaxı rayonunda baş vermiş zəlzələ nəticəsində həmin ev qəzalı vəziyyətə düşmüşdür. X1 və İİ qurup əlil olmasını nəzərə alaraq X29 tərəfindən həmin qəzalı evin yerində yeni ev inşa edilir. Xeyli müddədir ki, birgə yaşayışları pozulduğu və tamamilə ayrı yaşamalarına baxmayaraq iddiaçının bu vaxta kimi, Əminəxanım Abdulrəhmanovaya qarşı heç bir iddiası olmamışdır. Lakin X29 tərəfindən evin inşa edildiyini gördükdən sonra iddiaçı həmin evi ələ keçirmək məqsədi ilə məhkəməyə müraciət etmişdir. Qeyd olunanları nəzərə alaraq 3-cü şəxsin vəkili iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X19 öz izahatında bildirdi ki, o iddiaçı ilə birlikdə 1992-ci ildən 1997-ci ilə kimi Kürdəmir rayonunda bostan əkib satırdılar. İddiaçı Şamaxı rayonunun Çuxuryurd tərəfində ek tikmişdi. İddiaçının həyat yoldaşı vəfat etdikdən sonra o X7 ilə qeyri-rəsmi nikaha daxil olmuşlar. Lakin hazırda həmin qadın iddiaçını onun tikdiyi yaşayış sahəsinə daxil olmağa icazə vermir. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X20 izahatında bildirdi ki, o iddiaçının qonşusudur. Hazırda Şamaxı rayonunda kirayədə yaşayır. X2 ilə xeyli müddət qeyri-rəsmi olaraq biryerdə yaşasalar da hazırda o, iddiaçının onun inşa etdirdiyi evə buraxmır. Məhkəmə iclasına dəvət olunmuş digər şahid X16 bildirdi ki, o iddiaçı ilə neçə ildir ki qonşuluq edir. Onun faktiki bir yerdə yaşadığı yoldaşı iddiaçını onun tikdiyi yaşayış sahəsinə daxil olmağa icazə vermir. İş materiallarına əlavə edilmiş sənədlər: Dövlət X23 xx.xx.2019-cu il tarixli arxiv çıxarışı, xx.xx.1999-cu il tarixli müqavilənamə, Azərbaycan Respublikası Şamaxı Bəldiyyəsi başçısının xx.xx.2007-ci il tarixli, 307 nömrəli qərarı, DTXK-nin Şamaxı Rayon şöbəsinin rəyi, torpaqların alqısatqısına aid akt və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 1-ci bəndinə masən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarım isə bələdiyyələr müəyyən edir.Həmin Məcəllənin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri özəlləşdirilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 4-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə (icarəyə) verilməsi məqsədilə torpaq hərracları və ya müsabiqələrinin keçirilməsi zamanı bərabər təkliflər irəli sürüldükdə bu torpağın əvvəlki istifadəçilərinə və va icarəçilərinə, müvafiq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikasının vətəndaşlarına üstünlük verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki,İddiaçı Şamaxı rayon XDS Rəyasıt heyyətinin 08 saylı iclas qərarına əsasən Şamaxı şəhərinin 10 a massivində fərdi yaşayış evinin tikintisi üçün 500 kv.m torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsində fərdi yaşayış evi tikilkmişdir. 2000-ci ildə İddiaçı həyat yoldaşı (arvadı) vəfat etdiyi üçün o, hazır ki, iddia tələbi üzrə 3-cü şəxs qismində cəlb edilmiş X8 ilə formal nikah münasibətlərinə daxil olmuşdur. Şamaxı Bələdiyyəsinin xx xxxxxx 2004-cü il tarixli 61 saylı qərarı ilə İddiaçı Şamaxı şəhərinin 02 a saylı məhəlləsində 400 kv.m torpaq sahəsi ayrılmışdır. Şamaxı Bələdiyyəsinin xx xxxxxxx 2007-ci il tarixli 307 saylı qərarı ilə X6 Şamaxı şəhərinin 1b massivində 800 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd olunan torpaq sahələrinin yerləşdiyi ərazilər, yəni 02 a və 1b ünvanları bir birinə yaxındır. İddiaçı iddia edir ki, Şamaxı rayon XDS-nin Rəyasət Heyyətinin 08 saylı qərarı ilə ona Şamaxı şəhərinin 10 a massivində yerləşən ərazindən ayrlmış 500 kv.m torpaq sahəsinə, Şamaxı Bələdiyyəsi tərəfindən qanunsuz olaraq xx xxxxxxx 2007-ci ildə X6 400 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahələri bir birinə yaxın olan ünvanlarda yerləşir. İddiaçı ona XDS Şamaxı rayon şöbəsi tərəfindən ayrılmış 500 kv.m torpaq sahəsinin yerləşdiyi yerə Şamaxı Bələdiyyəsi tərəfindən 800 kv.m torpaq sahəsinə dair qərar verdiyini bildirir. Ona görədə İddiaçı qeyd olan bələdiyyə qərarının ləğv edilməsini xahiş edir. Məhkəmə işin faktiki hallarını araşdıraraq aşağıdakıları qeyd etməyi zəruri bilir. İlk öncə nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəalarına əsasən nəzərdən keçirərək ona müraciət edən şəxsə ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Yəni qeyd olunan normaları müqayisə edərkən müəyyən edilir ki, qeyd olunan Qanunun 9.1-ci maddəsi torpaq sahələri ayrılarkən prosedurun ikinci mərhələsinə aiddir. Bundan başqa nəzərə alınmalıdır ki, Şamaxı bələdiyyəsi inzibati orqan olmaqla yanaşı “İnzibati İcraat haqqında” Qanunun tələbləri baxımından diskression səlahiyyətlərə malikdir. İnzibati orqana verilən bu səlahiyyətə görə onun torpaq sahəsinin ayrılması məqsədə uyğun olmadığı tədqirdə həmin torpaq sahəsinin ayrılmasından imtina etmək hüququ var. Digər tərəfdən oda nəzərə alınmalıdır ki, istər beynalxalq qanunvericiliyin tələbləri baxımından istərsədə Azərbaycan Respublikası Konstituisyası və digər hissəvi qanunvericilik aktlarına əsasən mülkiyyət hüququ toxunulmazdır və heç kim mülkiyyətindən əsassız yerə məhrum edilə bilməz. Hesab edilir ki, bələdiyyə özünə məxsus olan torpaq sahəsinin ayrılmasında xüsusi hüquqa malikdir və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanununda göstərilmiş torpaq sahəsinin ayrılmasına zamanı imperativ xarakterli normaları yalnız bələdiyələr tərəfindən "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin müddəaları ilə torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğu müəyyən edildikdən sonra məcburi xarakter daşıyır. İşin araşdırılan hallarından məlum olmuşdur ki, Şamaxı rayon XDS-nin Rəyasət Heyyətinin 08 saylı qərarı ilə İddiaçı Şamaxı şəhərinin 10 a massivində yerləşən ərazindən ayrlmış 500 kv.m torpaq sahəsi, Şamaxı Bələdiyyəsinin qərarı ilə X6 ayrılmış 400 kv.m torpaq sahəsindən fərqli istiqamətdə yerləşir. Belə ki, istər Şamaxı rayon İcra Hakimiyyətindən, istərsədə Şamaxı Bələdiyyəsindən məhkəmənin sorğusuna verilən cavab məktublarından bəlli olmuşdur ki, qeyd olunan torpaq sahələri Şamaxı şəhərinin fərqli istiqamətlərində yerləşir və İddiaçı 500 kv.m torpaq sahəsi ayrıldığı vaxt 1 b məhəlləsi adlanan ərazi şəhərin perspektiv inkişaf fonduna daxil edilməmişdir. Məhkəmə hesab edir ki, işdə iştirak edən şahidlərin ifadələri iş üçün zəruri sübut kimi yetərli deyildir. X6 Şamaxı Bələdiyyəsinin xx xxxxxxx 2007-ci il tarixli qərarı ilə 400 kv.m torpaq sahəsinin ayrılması zamanı qanun pozuntusuna yol verilməmişdir. Buna görədə məhkəmə mübahisə edilən qərarın ləğv edilməsini məqsədəmüvafiq hesab etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmiun Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3.-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçıının tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Şamaxı bələdiyyəsinə qarşı “Şamaxı şəhəri 1 B massivində yerləşən onun sahibliyində olan 500 kv.m həyatyanı torpaq sahəsinin X3 barədə qərarının ləğv edilməsi” tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-162/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-162/2021
15.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver