Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-162/2022 23.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxslər X9 və ailə üzvlərinin adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,51 ha torpaq sahəsinə verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, **********11 reyestr nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “üçüncü şəxslər X9 və ailə üzvlərinin adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,51 ha torpaq sahəsinə verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, **********11 reyestr nömrəli çıxarışın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək “üçüncü şəxslər X9 və ailə üzvlərinin adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,51 ha torpaq sahəsinə verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, **********11 reyestr nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, o 2005-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olmaq üçün torpaq sahəsi axtarmışdır. Bu zaman ona məlum olmuşdur ki, Quba rayonu İ Nügədi kənd sakini X7 özünə və ailə üzvlərinə məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-368 KOD 30319018 nömrəli Dövlət Aktı əsasında məxsus olan 1,25 ha torpaq sahəsinin 368S ilə işarələnmiş 5129 kv.m hissəsini satır. Bu zaman o Namiz Səlimov ilə görüşmüş və torpaq sahəsinin alqı-satqısı barədə razılığa gəlmişlər. Torpağa Mülkiyyət Hüququna dair JN-368 KOD 30319018 nömrəli Dövlət Aktında mülkiyyətçilər kimi X7, X1, X9, X10, X11 və X2 adları qeyd olunmuşdur. Namiz Səlimovla razılaşdıqları kimi torpaq sahəsinin alqı-satqısını həyata keçirmək qərarına gəlmişlər. 30 dekabr 2005-ci il tarixdə Quba rayon Dövlət Notariat Kontorunda bağlanmış 4-ə 1913 nömrəli alqı-satqı müqaviləsi ilə Torpağa Mülkiyyət Hüququna dair JN-368 KOD 30319018 nömrəli Dövlət Aktının 368S ilə işarələnmiş 5129 kv.m hissəsini ona satmışlar. O, həmin vaxtdan torpaq sahəsini istifadə edir. Torpaq sahəsinə dair vergiləri ödəyir. Torpaq sahəsinə güzəştli şərtlərlə gübrə almaq üçün ona kart da verilmişdir. O ötən il alqısatqı müqaviləsi əsasında aldığı torpaq sahəsinə Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarış almaq üçün alqı-satqı müqaviləsini və Dövlət Aktının əslini 5 saylı Xaçmaz Ərazi İdarəsinə təqdim etmişdir. Oradan ona verilmiş cavabda Quba rayon Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2005-ci il tarixli 4-Ə-1913 reyestr nömrəli alqı-satqı müqaviləsində göstərilən torpaq sahəsinə dair satıcı tərəfin adına dövlət reyestrindən çıxarış verilməsi qeyd edilmişdir. Bundan sonra ölkədə yayılmış COVİD- 19 pandemiyası ilə əlaqədar ölkədə hərəkət məhdudlaşdırıldığı üçün o çıxarışın kimə və hansı sənədlə verilməsini öyrənə bilməmişdir. 2021-ci ilin yanvar ayında vəkillə bağladığı müqavilə əsasında verilmiş sorğuya cavabda ona məlum olmuşdur ki, Torpağa Mülkiyyət Hüququna dair JN-368 KOD 30319018 nömrəli Dövlət Aktının ona satılmış 0,51 ha hissəsinə xx.xx.2017-ci il tarixli, **********11 reyestr nömrəli, 0,74 ha hissəsinə isə xx.xx.2017-ci il tarixli, **********29 reyestr nömrəli cavabdehlərin adına çıxarışlar verilmiş, cavabdehlər Quba rayonu İ Nügədi kəndində yerləşən 0,74 ha torpaq sahəsini (xx.xx.2017-ci il tarixli, **********29 reyestr nömrəli) Quba rayon Notariat Kontorunun xx.xx.2017-ci il tarixli, 4Ə-2056 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən başqa şəxsin adına özgəninkiləşdirildiyini qeyd etmişlər. O bundan sonra cavabdehlərin yaşadığı ünvana gedərək ona satdıqları torpaq sahəsini hansı əsasla adlarına çıxarış almasını soruşmuşdur. Onlar ona adlarında olan digər 0,74 ha torpaq sahəsinin satılması üçün çıxarış alan zaman səhvən ona satdıqları yerə də çıxarış aldıqlarını bildirmişlər. O cavabdehlərə bu səhvin düzəldilməsini, çıxarışın ləğv edilməsini bildirmişdir. Cavabdehlər ona satılmış torpaq sahəsinə dair çıxarışın tezliklə ləğv ediləcəyini desələr də, sözlərinə əməl etmədiklərini, onu yubatdıqlarını, günü-günə satdıqlarını görüb məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, cavabdehlər özlərinə məxsus Torpağa Mülkiyyət Hüququna dair JN-368 KOD 30319018 nömrəli Dövlət Aktının 368S ilə işarələnmiş 5129 kv.m hissəsini Quba rayon Dövlət Notariat Kontorunda bağlanmış 30 dekabr 2005-ci il tarixli 4-ə 1913 nömrəli alqı-satqı müqaviləsi ilə əsasında satmışlar. O həmin vaxtdan torpaq sahəsindən istifadə edir. Cavabdehlər buna baxmayaraq, torpaq sahələrini ona satdıqları halda həmin torpaq sahəsinə dair yenidən öz adlarına çıxarış almışlar. Hazırkı iddia tələbi ilə Quba Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə iddia ərizəsi Quba Rayon Məhkəməsinin hakimi Rahim Həsənovun icraatına verilmişdir. Lakin Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-636/2021 saylı qərardadı ilə çıxarış ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülkin işin icraatına xitam verilmiş, ona hazırkı iddia ilə ərazi aidiyyatı üzrə İnzibati Məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. O, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(027)-636/2021 saylı qərardadından apellyasiya şikayəti versə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2001/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Quba Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli və onunla bağlı xx.xx.2021ci il tarixli qərardadları dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi o Quba Rayon Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin qərardadlarına əməl edərək işin baxılması üçün inzibati qaydada məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi həmçinin vəkili Nümayəndə iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı iddiasına qarşı münasibətin (etirazın) bildirilməsi ilə bağlı sərəncamın icrası ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2021-ci il tarixli 2-1(118)-1544/2021 məktubunuza baxılmışdır. İddia ərizəsində etibarsız hesab edilməsi ilə bağlı göstərilən X4 və digər şəxslərin adlarına olan 0.51 ha torpaq sahəsinə dair verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, **********11 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 07 saylı qərarı əsasında ləğv edilmiş DT və XK-nin Quba rayon şöbəsi tərəfindən verilmiş JN:368 KOD 30319018 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı, həmin akt əsasında Quba rayon notariat kontorunun xx.xx.2017-ci il tarixli, 2V-465 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi əsasında verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununu 4.1-ci maddəsinə əsasən “Bu qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqları ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.” “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri hüquqları təsdiq edən aktlar”, vərəsəlik hüququ haqqında şəhadətnamələr daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, X4 və digər şəxslərin adlarına olan 0.51 ha torpaq sahəsinə dair xx.xx.2017-ci qeydiyyat tarixli, **********11 reyestr nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış yuxarıda qeyd olunan qanunun tələblərinə riayət etməklə hazırlanmışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3.bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Həmin qanunun 2.4-cü maddəsinə əsasən “Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir”. Qeyd olunanları nəzərə alaraq İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyesri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan: - JN-368, Kod 30319018 olan, 10 oktyabr 2001-ci il tarixli Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktından görünür ki, Quba rayonu Aqrar İslahat Komissiyasının 1999-cu il 23 mart tarixli 07 saylı qərarı ilə verilmiş 1.25 ha torpaq sahəsi X7 və onun ailə üzvləri X1, X9, X10, X11, X2 adına qeydiyyata alınmışdır. - xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Torpaq alqı-satqı müqaviləsi”ndən görünür ki, X7, X1, X9, X10 və X11 tərəfindən Quba rayonu İ Nügədi kəndində yerləşən 5129.00 kv.m. torpaqa sahəsini İddiaçı satmışdır. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarışdan görünür ki, Quba rayonu, birinci Nügədi kəndində yerləşən 0,51 ha torpaq sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin xx.xx.2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Quba rayon dövlət notariat ofisində rəsmiləşdirilmiş notariat sənədləri arxivə təhvil verilməmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 02 noyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət notariat ofisində 30 dekabr 2005-ci il tarixdə 4Ə-1913 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 03 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Quba rayon DNK-da 2008-ci ilədək rəsmiləşmiş bütün notariat işləri, eləcə də həmin dövrə məxsus müvafiq reyestr kitablarının notariat ofisində saxlanma müddəti başa çatdığından həmin sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə təhvil verilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının X5 mülkiyyət hüququnun təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsinə dair müraciətinin təmin edilməsindən imtina edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Quba rayonu, birinci Nügədi kəndində yerləşən 0,51 ha torpaq sahəsi “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı ******* saylı çıxarışa əsasən X6 məxsusdur. İddiaçı hal-hazırda iddiaçı X6 məxsus çıxarışın etibarsız hesab edilərək ləğv edilməsini məhkəmədən xahiş edir. Buna əsas kimi X7, X1, X9, X10 və X11 tərəfindən Quba rayonu İ Nügədi kəndində yerləşən 5129.00 kv.m. torpaq sahəsinin ona satılmasına dair xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Torpaq alqı-satqı müqaviləsi”ni göstərir. Həmin çıxarışın ləğvi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məlum olduğu kimi reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Bu qayda ona dəlalət edir ki, qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, daşınmaz əmlakın dövlət reyestrində xeyrinə qeydiyyat aparılmış şəxsin hüquqlarına dair məlumatlar əsaslı, həqiqi və tam sayılır, əşya hüquqları qorunur. Belə olan halda, həmin reyestrdəki qeydin əsaslı olmadığını iddia edən şəxs öz iddiasını mötəbər və kifayətedici dəlillərlə sübuta yetirməlidir. Başqa sözlə, reyestrdə xeyrinə qeydiyyat aparılmış şəxs, həmin əmlak üzərindəki hüququnu sübut etməyə borclu deyil. Mübahisə halında qeydiyyata alınmanı düzgün hesab etməyən tərəf onun düzgün olmadığını sübuta yetirmək yükünü daşıyır. Bu baxımdan hazırkı işdə mübahisəli torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində adına olan qeydin həqiqiliyini sübuta yetirmək cavabdehin vəzifəsi deyil. Çünki əksi sübut edilmədikcə həmin qeydiyyat, habelə onun əsasında duran hüquqi səbəblər etibarlı sayılır. Reyestrdə cavabdehin adına olan qeydin əsaslılığına dair qanuni prezumsiyanın əksini iddia edən tərəf kimi iddiaçı istinad etdiyi halları sübuta yetirməlidir. İddiaçı mübahisəli sahənin X4 adına qeydə alınmasına əsas olmuş çıxarışın ləğv edilməsinə əsas kimi həmin torpaq sahəsinin ona xx.xx.2005-ci il tarixli notarial qaydada təsdiq edilmiş “Torpaq alqı-satqı müqaviləsi” satıldığını əsas göstərir. Lakin məhkəmə araşdırması zamanı qeyd olunan alqı-satqı müqaviləsinin mövcudluğu müəyyən edilməmişdir. Belə ki, məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 02 noyabr 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, dövlət notariat ofisində 30 dekabr 2005-ci il tarixdə 4Ə-1913 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. Eyni zamanda Quba regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 03 fevral 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Quba rayon DNK-da 2008-ci ilədək rəsmiləşmiş bütün notariat işləri, eləcə də həmin dövrə məxsus müvafiq reyestr kitablarının notariat ofisində saxlanma müddəti başa çatdığından həmin sənədlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Dövlət Notariat Arxivinə təhvil verilmişdir. Göründüyü kimi Quba 30 dekabr 2005-ci il tarixdə 4Ə-1913 reyestr nömrəsi ilə təsdiq edilmiş alqı-satqı müqaviləsi arxiv sənədlərində aşkar edilmədiyi halda, həmin müqavilənin bağlanmadığını qəti şəkildə təsdiq edə biləcək sübut qeyd olunan reyestr nömrəsinin aparıldığı reyestr kitabı ola bilər. Lakin 2005-ci ilə aid alqı-satqı müqavilələrinin qeydiyyatına dair (4Ə) reyestr kitabı Quba rayon notariat ofisinin arxivinə təhvil verilmiş arxiv sənədləri arasında aşkar edilməmişdir. Başqa sözlə, həmin müqavilələrin də mövcudluğu və 4Ə-1913 saylı reyestr nömrəsinin onlara aid olması reyestr kitabından dəqiqləşdirilə bilər ki, Notariat Ofisi bunun mümkün olmadığını bildirmişdir. Beləliklə iddiaçı mübahisələndirilən çıxarışın ləğv olunması üçün əsas kimi göstərdiyi halları sübut edə bilməmiş, onunla həmin torpaq sahəsinə dair bağlanmış alqısatqı müqaviləsi aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən mübahiələndirilən çıxarışın ləğv edilməsi üçün hər hansı bir əsas mövcd olmadığından onun iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Daşınmaz əmlakın dövlət reyestri haqqında Qanunun 2.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Həmin Qanunun 2.3 və 2.4-cü maddələrinə əsasən Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxslər X9 və ailə üzvlərinin adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,51 ha torpaq sahəsinə verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, **********11 reyestr nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “üçüncü şəxslər X9 və ailə üzvlərinin adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Quba rayonu İ Nügədi kəndində yerləşən 0,51 ha torpaq sahəsinə verilmiş xx.xx.2017-ci il qeydiyyat tarixli, **********11 reyestr nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-162/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-162/2022
23.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver