Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1620/2025 01.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin bərpası) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia onunla əsaslandırılmışdır ki, Qarabağ müharibəsi başlayandan könüllü şəkildə Azərbaycana gələrək müharibədə erməni işğalçılarına qarşı vuruşmuşdur. 29 aprel 1994-cü ildə Ağdam rayonunda mərmi partlayışı nəticəsində yaralanaraq ağır dərəcəli kəllə-beyin travması və kor qəlpə yaraları almışdır. 1998-ci ildə hərbidən tərxis olunmuşdur. N saylı və N saylı və digər hərbi hissələrdə xidmət etmişdir. Həmin dövrdən 2024-cü il yanvarın 15-ə kimi İİ qrup müharibə əlili kimi pensiya almışdır. Cavabdeh təşkilat əlilliyini müəyyən etməkdən imtina edərək bildirmişdir ki, “Tam reabilitasiya olması. Ətraflı: Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Bədənin müxtəlif nahiyyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaralanması." Həmin qeyd olunan qərar dedikdə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1999-cıı il tarixli, 531 nömrəli qərarını nəzərdə tutmuşdur. Qərarda qeyd edilmişdir ki, “Xızı rayonu hərbi komissarlığından 1993-cü ildə hərbi xidmətə çağırılmış, N saylı hərbi hissədə xidmət etmiş, vətəndaş İddiaçı xx.xx.1994-cü ildə döyüş zonasında xidmət edərkən döyüş zamanı aldığı yaralanması, nə səbəbə ki. xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi “Bədənin müxtəlif nahiyyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaralanması" diaqnozu ilə i N saylı hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunmuşdur. Xızı RHK-nın 99 saylı 09.12.N99-cu il tarixli araxışı. N savh hərbi hissənin tibb böiüvünün verdivi çıxarış epikrizi. xidmət vərəqəsi 3 vərəq" hərbi travmadır. Əsas: MN MHHK-nın 300 saylı xx.xx.1999-cu il tarixli protokolu. Lakin həmin qərarda texniki səhv olaraq N saylı hərbi hissənin tibb bölüyünün verdiyi çıxarış epikrizində göstərilmiş “Qapalı kəllə-beyin travması, orta ağır dərəcəli baş bexin silkələnməsi, ağır kəllə-beyin travmasının göstərilməməsi problem yaratmışdır. Buna görə də təkrarən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin MHHK-na müraciət edərək həmin texniki səhvin düzəklilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin MHHK-nin xx.xx.2024-cü il tarixli, 32 saylı qərarı ilə həmin texniki səhv aradan qaldırılmışdır. Qərarda göstərilmişdir ki, “Xızı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə yə müalicə olunduğu travma, yaralanma-diaqnoz: “Qapalı kəllə-beyin travması, orta ağır dərəcəli baş beyin silkələnməsi, bədənin müxtəlif nahiyyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaraları ” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin 23.02 2024-cü il tarixli 3-43-29/2-148 nömrəli göndərişi, xx.xx.2024-cü il tarixli 13 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR” və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik-diaqnoz: “Malyariya (Vivax), birincili hücum, hemolitik anemiya ilə fəsadlaşma” (N nömrəli hərbi hissədən verilmiş xx.xx.1997-ci il tarixli çıxarış epikrizi, xəstəlik tarixindən çıxarış, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “XƏSTƏLİKDİR, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. MN MHHK-nın xx.xx.1999-cu il tarixli 531 nömrəli qərarı ləğv edilir. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin 7.2, bəndinin a) və ç) yarım bəndləri. MN MHHK-nın 24 saylı xx.xx.2024-cü il tarixli protokolu.” Bundan başqa, iddiaçı Türkiyə Respublikasında bu illər ərzində çoxsaylı müalicələr almışdır və müharibə dövründə aldığı həmin xəsarətlərin fəsadlarını hal-hazırda da yaşayır. Müalicə və müayinələri hal-hazırda da davam edir və bunlar çox bahalı dərman və preparatlar tələb edir. Lakin əlil olduğu üçün işləyə bilmir və bu müalicələrin pulunu heç cür çatdıra bilmir. Yeganə ümidi aldığı İİ qrup əlillik təqaüdünə qalmışdır. Lakin cavabdeh i bu hüquqdan da məhrum etmişdir. Bütün müalicələrə baxmayaraq xəstəliyi daha da ağırlaşmışdır. Yuxarıda göstərilənləri təqdim etdiyi sənədlər bir daha sübut edir. İİ qrup müharibə əlilliyin müəyyən edilməsi və pensiya təyini barədə cavabdehlərə dəfələrlə müraciət etməyinə baxmayaraq cavabdeh təşkilatlar tərəfindən əlillik təyin edilməsindən imtina edilmişdir. Hal-hazırda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci i! tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin 7.2, bəndinin a) və ç) yarımbəndlərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016cj il 11 noyabr tarixli 446 nömrəli qərarı ilə “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”yə edilən dəyişikliklərə əsasən, zəruri sənədlər cavabdeh təşkilata göndərilmişdir. Lakin cavabdeh təşkilat tərəfindən qanunsuz və əsassız olaraq səhiyyə müəssisəsinin xəstəliyin vəziyyəti barədə məlumatlar əsasında İİ qrup müharibə əlillik təyin olunmasına dair qərar qəbul etməli olduğu halda bunu etməkdən imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Sumqayıt şəhər sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti xx.xx.2009-cu il tarixində Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən müayinə olunmuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir (TSEK arayışının nömrəsi: 716953). Vətəndaş 3-17-4/2-H-33190/2023 nömrəli bildiriş əsasında əyani komissiyaya dəvət olunmuşdur. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması əsasında əlavə əyani müayinə aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.1999-cu il tarixli 531 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaralanması" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başından travma aldığını bildirmiş, əsəbilik, başağrıları, qulağında səs, qəlpə yaraları olmasından, bütün bədənində olan ağrı və şişkinlikdən şikayətlənmiş, səs tellərinin iflic olduğunu söyləmiş, bronxial astma xəstəsi olduğunu bildirmişdir. Medikamentoz preparatlardan Amitriptilin qəbul etdiyini, yumurtalıqların kistası və göbək yırtığından cərrahi əməliyyat keçirdiyini qeyd etmişdir. Baxış zamanı göbəyin altında, sol tərəfli çəp kəsiyin və boylama istiqamətdə əməliyyat çapığı, sol sağrının orta 1/3-nin tış səthində 1 ədəd çapıq (inyeksiya çapığına bənzəyir) müşahidə edilmişdir. Nevroloji müayinə zamanı əlillik təyinatına əsas verə biləcək defisit aşkar edilməmişdir. Ekspertiza üçün əhəmiyyətli olan müayinə və müalicə sənədləri təqdim edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə etdiyini bildirmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Sumqayıt Tibb Mərkəzi PHŞ 4 nömrəli şəhər Xəstəxanasının nevrologiya şöbəsinin ******* nömrəli xəstəlik tarixindən çıxarış epikrizindən məlum olur ki, İddiaçı nevrologiya şöbəsinə daxil olmuş, keçirilmiş qapalı kəllə-beyin travmasının qalq əlamətləri, qabarıq astena nevrotik sindrom. Vegetativ damar pariksizmləri” diaqnozu ilə xx.xx.2024cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicədə olmuşdur. Sumqayıt şəhər 2 nömrəli Xəstəxanasının xəstəlik tarixindən çıxarışdan məlum olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicədə olmuş və ona “Kəllə-beyin travmasının qalıq əlamətləri. Asteno-nevrotik vəziyyət” diaqnozu təyin edilmişdir. İnzibati iş materialına əlavə edilmiş SN Sumqayıt Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli 29/184 nömrəli Həkim Psixiatr Komissiyasının rəyində göstərilmişdir ki, İddiaçı Həkim Psixiatr Komissiyasının müayinəsində olmuş və ona “üzvi mənşəli emosional labil (astenik) pozuntu" diaqnozu təyin edilmişdir. İnzibati iş materialına əlavə edilmiş Sumqayıt Tibb Mərkəzi PHŞ-nin 1 nömrəli Şəhər Xəstəxanasının nevrologiya şöbəsinin 027 nömrəli çıxarış epikrizlərindən məlum olur ki, İddiaçı nevrologiya şöbəsinə daxil olmuş, “Keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Posttravmatik kranialgiya. Nevrasteniya” diaqnozu ilə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicədə olmuş və sahə nevroloqunun nəzarətinə evə yazılıb. İnzibati iş materialına əlavə edilmiş AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 32 nömrəli qərarında göstərilmişdir ki, Xızı RHK tərəfindən 1993cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildən xx.xx.1994- cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu travma, yaralanma-diaqnoz: “Qapalı kəllə-beyin travması, orta ağır dərəcəli baş beyin silkələnməsi, bədənin müxtəlif nahiyyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaraları” (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin xx.xx.2024-cü il farixli 3-43-29/2- 148 hümrəli göndərişi, xx.xx.2024-cü il tarixli 13 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi N nömrəli hərbi hssədə müalicə olunduğu xəstəlik- diaqnoz: “Malyariya (Vivax), birincili hücum, hemolitik anemiya ilə fəsadlaşma” (N nömrəli hərbi hissədən verilmiş xx.xx.1997-ci il tarixli çıxarış eplirizi, xəstəlik tarixindən çıxarış, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edili)” xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. MN MHHK-nın xx.xx.1999-cu il tarixli 531 nömrəli qərarı ləğv edilir. İnzibati iş materialına əlavə edilmiş AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.1999-cu il tarixli 531 nömrəli qərarında göstərilmişdir ki, Xızı RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı xx.xx.1994-cü ildə döyüş zonasında xidmət edərkən döyüş zamanı aldığı yaralanması səbəbilə xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi “Bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaralanması” diaqnozu ilə N saylı hərbi hissənin tibb bölüyündə müayinə və müalicə olunmuşdur. (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsinin xx.xx.2024-cü il tarixli 3-43-29/2-148 nömrəli göndərişi, xx.xx.2024-cü il tarixli 13 nömrəli arayışı, N nömrəli hərbi hissədən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və xx.xx.1997-ci ildən xx.xx.1997-ci ilə kimi N nömrəli hərbi hissədə müalicə olunduğu xəstəlik- diaqnoz: “Malyariya (Vivax), birincili hücum, hemolitik anemiya ilə fəsadlaşma” (N nömrəli hərbi hissədən verilmiş xx.xx.1997-ci il tarixli çıxarış epkrizi, xəstəlik tarixindən çıxarış, MN MHHK-nin həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir)” xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. İnzibati iş materialına əlavə edilmiş SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xəstəlik tarixindən çıxarışdan məlum olur ki, İddiaçı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, 24 07.02024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək, xx.xx.2025-ci il tarixdən 26,02.2025-ci il tarixədək stasionar müalicədə olmuş və ona “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu təyin edilmişdir. İnzibati iş materialına əlavə edilmiş SN “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-nin xx.xx.2024-cü il tarixli 52 nömrəli Həkim Psixiatr Komissiyasının 5386 saylı rəyində göstərilmişdir ki, İddiaçı Sahədrin qızı Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuş və ona “Üzvi (İ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, funksional tutmalar, depressiv epizodlarla” diaqnozu təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Mte və Pab” phş-nin 05 sentyabr 2024-cü il tarixli, T 629/2024 saylı ekspert rəyində qeyd edilmişdir ki, 1,2. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o, 26.08-xx.xx.2024- cü il tarixlərdə “Sumqayıt Tibb Mərkəzi“ Phş-in 1 nömrəli şəhər xəstəxanasında “T90.5-keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Ağırlaşma: G44.3-posttravmatik kranialgiya; F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, depressiv epizodlarla. Yanaşı: M51.1-L4-L5-intervertebral diskin radikulopatiya ilə zədələnməsi, M48.0-spinal stenoz, E04.8-qeyri-toksik urun digər dəqiqləşdirilmiş forması” diaqnozu ilə nevrologiya şöbəsində və 24.07-xx.xx.2024-cü il tarixlərdə “F07.0-üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu ilə “Respublika Psixiatriya Xəstəxanası” Phş-də müayinə və müalicədə olmuşdur. - Səhiyyə Nazirliyi “MTE və PA Birliyi” müalicə müəssisəsi olmadığından və o, kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər tibb müəssisəsindəki mütəxəssisə göndərilməsinə ehtiyac duyulmadı. Onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı aldığı “Bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaralanması” diaqnozu tam reabilitasiya olunmuş, belə ki, sağalaraq yerində çapıq toxumalar əmələ gəlmişdir. Əlilliklə əlaqədar sualın həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2- Sosial Ekspert Komissiyasının səlahiyyətlərinə aiddir. 3,4. Vətəndaş İddiaçı 2009-2024-cü illər aralığında əlillik təyin edilərkən onda müşahidə edilən xəstəliklərlə, 2016-2021-ci illər aralığında ikinci əlillik təyin edilərkən əlillik təyinatına əsas verən ağırlaşmalar və funksional pozuntular ilə hazırkı vəziyyəti arasında fərq müşahidə olunmadı. Yuxarıda qeyd edilən diaqnoz 2009-2021-ci illər aralığında ona İİ qrup əlillik təyin edilərkən müəyyən edilmiş diaqnozla ümumən eynilik təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 xx.xx.2025-ci il tarixli 635 saylı rəyində qeyd edilmişdir ki, 1-ci və 3-cü suallara cavab: İddiaçı hal-hazırda üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə-beyin travması nəticəsində) emosional-labil (astenik) pozuntu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir. 2-ci sual. İddiaçı müayinəsi zamanı xəstəlikləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli, №187 qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşübdüşməməsi şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddiaçının irəli sürdüyü tələb İPM-nin 2.2.2-ci maddəsində nəzərdə tutulan məcburetmə haqqında iddia növünə aiddir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. 24 yanvar 2024-cü il tarixli qərarın iddiaçıya nə zaman təqdim edilməsi barədə cavabdeh sübut təqdim etməmiş, məhkəmə tərəfindən buraxılmış müddət üzrlü hesab edilərək bərpa edilmişdir Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, nevroloji müayinə zamanı əlillik təyinatına əsas verə biləcək defisit aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlı olmuşdur. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən: Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: .... 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ... 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; .... Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 32 nömrəli qərarından görünür ki, iddiaçının yaralanma-diaqnozu “Qapalı kəllə-beyin travması, orta ağır dərəcəli baş beyin silkələnməsi, bədənin müxtəlif nahiyyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaraları” kimi, səbəbli əlaqəsi “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” və diaqnoz: “Malyariya (Vivax), birincili hücum, hemolitik anemiya ilə fəsadlaşma” səbəbli əlaqə xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır kimi qeyd edilmişdir. Həmçinin AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 32 nömrəli qərarı ilə MN MHHK-nın xx.xx.1999-cu il tarixli 531 nömrəli qərarı ləğv edilmişdir. AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 32 nömrəli qərarında nəzərdə tutulmuş diaqnozun “Qapalı kəllə-beyin travması, orta ağır dərəcəli baş beyin silkələnməsi” hissəsində iddiaçının əyani (instrumental) müayinəsinin aparılması məqsədi ilə məhkəmə tərəfindən xx.xx.2024-cü il tarixdə Qərardad qəbul edilmiş, vətəndaşın əyani müayinə olunması haqqında cavabdehin xx.xx.2024-cü il tarixli məktubuna qoşma edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-9193/2024 saylı Qərara əsasən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi MN MHHK-nın xx.xx.1999-cu il tarixli 531 nömrəli qərar ləğv edilməklə iddiaçıya AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 32 nömrəli qərarla “Qapalı kəllə-beyin travması, orta ağır dərəcəli baş beyin silkələnməsi, bədənin müxtəlif nahiyyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaraları” yaralanma-diaqnozu qoyulmasına baxmayaraq cavabdeh əlilliyin bərpa edilməsindən imtina etmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının çoxsaylı qəlpə yaralanması diaqnozunun tam reabilitasiya olunması müəyyən edilsə də onda üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə-beyin travması nəticəsində) emosional-labil (astenik) pozuntu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilmişdir. Belə ki, Məhkəmə araşdırması zamanı ekspert rəyləri əsasında müəyyən edilmişdir ki, iddiaçının Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı aldığı “Bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının çoxsaylı kor qəlpə yaralanması” diaqnozu tam reabilitasiya olunmuş, sağalaraq yerində çapıq toxumalar əmələ gəlmişdir. İddiaçı üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəlləbeyin travması nəticəsində) emosional-labil (astenik) pozuntu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarına əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların Orqanizmin XBT- Orqanizmin Sıra ağırlıq dərəcəsi, mərhələsi, funksiyalarının 10 funksiyalarının №-si orqanizmin funksiyalarının pozulması (kod) pozulması faizi davamlı pozulmasının kliniki müddəti funksional xüsusiyyətləri baş beynin zədələnməsi və disfunksiyası və ya somatik 7.6.2. F06 xəstəliklə bağlı digər psixi pozuntular Beləliklə məhkəmə 24 yanvar 2024-cü il tarixli qərarla iddiaçının bədənin müxtəlif nahiyələrinin yumşaq toxumalarının çoxaylı kor qəlpə yaralanması diaqnozunun tam reabilitasiya olunması əsası ilə razılaşsa da 17 dekabr 2024-cü il tarixli, 3-17-4/3-3- 9193/2024 saylı qərarın əsassız olduğu qənaətindədir. Belə ki, ekspert rəyləri ilə iddiaçıda üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə-beyin travması nəticəsində) emosional-labil (astenik) pozuntu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) müəyyən edilmişdir. Bu halda məhkəmə hesab edir ki, qeyd edilən diaqnoz iddiaçıda ilkin əlilliyinin dayandırıldığı vaxtda mövcud olduğundan (AR MN Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2024-cü il tarixli 32 nömrəli qərarına əsasən) xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3- 9193/2024 saylı qərarla əlilliyin dayandırıldığı tarixdən bərpa edilməklə üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə-beyin travması nəticəsində) emosional-labil (astenik) pozuntu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) diaqnozuna uyğun əlillik təyinatı aparılmalıdır. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Məhkəmə həmçinin qeyd edir ki, iş materiallarından görünür ki, iddiaçıya qoyulmuş diaqnozun səbəbi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı əlilliyi xx.xx.2024-cü il tarixdən bərpa edilməklə üzvi (İ Qarabağ müharibəsi zamanı aldığı qapalı kəllə-beyin travması nəticəsində) emosional-labil (astenik) pozuntu, depressiv daxilolmalarla (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F06.6) diaqnozuna uyğun əlillik təyinatının aparılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-1620/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1620/2025
01.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver