Məhkəmə qərarları › İş №2-1(118)-1623/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1623/2025

21.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1623/2025 21.08.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: iddiaçıdan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamənin dublikatı əsasında iddiaçının Qazaxıstan Respublikasının Aktöbe/Aktobe şəhərində doğulmağı faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdehnə qarşı “iddiaçıdan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamənin dublikatı əsasında iddiaçının Qazaxıstan Respublikasının Aktöbe/Aktobe şəhərində doğulmağı faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 21 avqust 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Qeydiyyatı 1 aprel 1996-cı il tarixdən 21 oktyabr 1996-cı il tarixədək olan “Hamilə və zahı qadınların qeydiyyatı və qəbulu jurnalı”ndan görünür ki, 31 may tarix üçün X4 adı qeyd edilmişdir.

2. 25 dekabr 2014-cü il tarixli, AZ-İİİ seriyalı, 459408 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, Bakı şəhərində doğulmuş 15 aprel 1998-ci il təvəllüdlü X16 atası X38, anası X5.

3. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 5 may 2022-ci il tarixli, 12/Ş-902 nömrəli İddiaçı Yan qızına göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 mart 2015-ci il tarixli, 84 nömrəli qərarı ilə təsdiq edilmiş “Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi Qaydası”nın 3.4.5-ci yarımbəndinə əsasən şəxsin doğum haqqında şəhadətnaməsinin (bu sənəd olmadığı təqdirdə, həmin məlumatları özündə əks etdirən müvafiq sənəd) surətinin sorğuya əlavə olunması nəzərdə tutulur. Lakin qeyd olunan sənəd Dövlət Miqrasiya Xidmətinə təqdim olunmadığı üçün, Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə əlaqədar araşdırma aparmaq mümkün olmamışdır.

4. Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi X15nin 13 iyul 2022-ci il tarixli, 80 nömrəli “Doğum haqqında tibbi şəhadətnamə”dən görünür ki, X6 31 may 1996-cı il tarixdə cinsi qadın olan uşaq doğulmuşdur.

5. Qazaxıstan Respublikası Aqtöbe Vilayətinin Ədliyyə Departamentinin 21 iyul 2022ci il tarixli, 04/9104 nömrəli arayışından görünür ki, Aqtöbe şəhəri VVAQ şöbəsində və Aqtöbe vilayətinin Ədliyyə Departamentinin arxivində vətəndaş İddiaçı (Şotayeva) barəsində 1996-cı il üzrə doğum haqqında akt qeydi mövcud deyildir. Yoxlama 1 yanvar 1994-cü il tarixdən 31 dekabr 1998-ci il tarixədək, habelə vaxtı keçmiş qeydlər üzrə 1 yanvar 1997-ci il tarixdən 20 iyul 2022-ci il tarixədək əhatə edən dövrlər üzrə aparılmışdır. 1996-cı il üzrə doğum haqqında akt qeydləri kitabları tam şəkildə saxlanılmışdır.

6. “X14 İdarəsi”nin X7 Hüququ üzrə “X15” Dövlət Kommunal Müəssisəsinin 22 avqust 2022-ci il tarixli, 1-8/731-1 nömrəli məktubundan görünür ki, “X15” DKM-nin arxiv məlumatlarına əsasən “2-ci doğuş şöbəsinin hamilə və doğuş edənlərin qeydiyyatı və qəbulu jurnalı”na əsasən vətəndaş X4 31 may 1996-cı il tarixdə doğuş həyata keçirdiyi təsdiq edilir. Qeydə əsasən: 31 may 1996-cı il, saat 01:20-də X13, yaşı: 27, ev ünvanı: RF, Orenburq vilayəti, Qay şəhəri, Mərkəzi Zolaq 96; İş yeri: evdar qadın; Daxil olarkən diaqnoz: Yolda doğuş, Yeni doğulmuş: cinsi qadın; çəkisi 3200 qr; boyu 50 sm, 7 iyun 1996-cı il tarixdə evə yazılıb.

7. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 5 sentyabr 2022-ci il tarixli, 33/3536 nömrəli məktubundan görünür ki, 4 noyabr 1969-cu il təvəllüdlü X4 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasındakı mövcud olan məlumatlara əsasən 5 may 2001-ci il tarixdə Xİ-PЖ650121 nömrəli pasport ilə Rusiyaya çıxışı qeydə alınmışdır.

8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 oktyabr 2022-ci il tarixli, 17/6-16691 nömrəli məktubundan görünür ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmətində 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda 4 noyabr 1969cu il təvəllüdlü X4 penitensiar müəssisəsində cəza çəkməsi barədə məlumatlara əsasən o, 4 saylı cəzaçəkmə müəssisəsindən (Xaçmaz Rayon Məhkəməsinin 26 dekabr 2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək 2 il müddətinə sınaq müddəti təyin edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 29 mart 2002-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək, azadlıqdan məhrum etmə cəzası 4 ilə artırılmış və 3 il sınaq müddəti təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 29 sentyabr 2003-cü il tarixli qərarına əsasən təyin edilmiş sınaq müddəti ləğv edilərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdir, cəzasının əvvəli 27 fevral 2004-cü il, cəzasının sonu 27 fevral 2008-ci il) 27 fevral 2008-ci il tarixdə cəza müddətinin qurtarmasına görə azad edilmişdir.

9. X32 Nazirliyinin Qay şəhər dairəsi üzrə şöbəsinin 31 oktyabr 2022-ci il tarixli, 3/**********25 nömrəli məktubundan görünür ki, X32 Nazirliyinin Qay şəhər dairəsi üzrə Şöbəsinin Miqrasiya məsələləri üzrə bölməsinin qeydiyyat məlumatlarına əsasən 4 noyabr 1969-cu il təvəllüdlü X13 30 dekabr 1992-ci il tarixdən 18 fevral 2014-cü il tarixə qədər Rusiya Federasiyası, Orenburq vilayəti, Qay şəhəri, Mərkəzi Zolaq, ev 9, mənzil 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olub və Orenburq vilayətinin Qay şəhər Məhkəməsinin 2-46/2014 nömrəli qərarı ilə həmin ünvandan yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmışdır. Federal Qanun və təlimat sənədlərin surətlərinin göndərilməsini nəzərdə tutmur, çünki fərdi məlumatların qeyri-müəyyən şəxslər dairəsinə açıqlanması “Fərdi məlumatlar haqqında” 27 iyul 2006-cı il tarixli, 152-FZ nömrəli Federal Qanunun pozulmasına səbəb ola bilər.

10. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri Səbail Rayon Qeydiyyat Şöbəsinin 29 dekabr 2022-ci il tarixli, 05/Q-1642 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində İddiaçıə aid 1996-cı ildən 2002-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Səbail rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır.

11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 17 yanvar 2023-cü il tarixli, 3-165/4-15-Ş-17-6 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, hazıradək doğum haqqında şəhadətnaməsinin olmadığından nikahının və övladının doğumunun qeydə alınmasında çətinlik çəkdiyini bildirərək, məhkəməyə müraciət etmək üçün doğumunun qeydə alınmaması barədə müvafiq arayışın verilməsini xahiş etmişdir. Araşdırma zamanı “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Eyni zamanda bildirilmişdir ki, Səbail rayon qeydiyyat şöbəsinə tərəfindən ünvanlanmış analoji müraciəti əsasında sonuncu qurum yoxlama aparmış və doğumu haqqında akt qeydinin aşkar olunmaması haqqında arayış 29 dekabr 2022-ci il tarixdə təqdim olunmuşdur.

12. Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2023-cü il tarixli, 2(060)-6384/2023 nömrəli qətnaməsi ilə 4 noyabr 1969-cu il tarixdə Rusiya Federasiyasında (Çuvaş MSSRnin Yadrin rayonunun Streletskaya kəndində) doğulmuş X4 – 9 noyabr 2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində qaraciyər çatışmamazlığı xəstəliyi səbəbindən ölməsi faktı müəyyən edilmişdir.

13. Çuvaşiya Respublikası Ədliyyə Məsələləri üzrə Dövlət Xidmətinin (Çuvaşiyanın Ədliyyə Məsələləri üzrə Dövlət Xidmətinin) 15 dekabr 2023-cü il tarixli, xx/xx-12464 nömrəli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının vahid Dövlət Reyestri” X26 sistemində 31 may 1996-cı il tarixdən hal-hazıradək əhatə edən dövr üzrə 1 noyabr 1969-cu il təvəllüdlü vətəndaş X9 münasibətdə İddiaçı adlı uşağın doğulması barəsində məlumat aşkar olunmamışdır. “Vətəndaşlıq vəziyyəti aktları haqqında” 15 noyabr 1997-ci il tarixli, 143-FZ nömrəli Federal Qanunun 74-cü maddəsinə müvafiq olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qanuni qüvvəyə minmiş məhkəmə qərarı əsasında VVAQ orqanı tərəfindən aparılır.

14. 20 dekabr 2023-cü il tarixli, AZ-İİ seriyalı, 318438 nömrəli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, X13 9 noyabr 2016-cı il tarixdə ölmüşdür.

15. Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsinin 17 yanvar 2024-cü il tarixli, 05/09/S/202063-24 nömrəli arayışından görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 17 yanvar 2024-cü il tarixədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktlarına əsasən Azərbaycan Respublikasının Bakı şəhərində doğulan 15 aprel 1998-ci il təvəllüdlü X16 ailə üzvləri 4 noyabr 1969-cu il təvəllüdlü 9 noyabr 2016-cı il tarixdə vəfat etmiş anası X13, 28 may 1989-cu il təvəllüdlü qardaşı X1 və 1 oktyabr 1991-ci il təvəllüdlü qardaşı X3r.

16. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 14 may 2024-cü il tarixli “Himayə sənədi”ndən görünür ki, ***-*******2 fərdi identifikasiya nömrəli Shatayeva Aleks, ***-*******3 fərdi identifikasiya nömrəli Shatayev Amir (oğlu) və ***-*******6 fərdi identifikasiya nömrəli X23 Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının mandatı altında olan şəxslərdir. Həmin sənəd 31 may 2025-ci il tarixədək etibarlıdır.

17. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Cavabdeh 29 may 2024-cü il tarixli, 3- 16-5/7-1389-S/15 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 1.7-ci bəndinə əsasən, qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Araşdırma zamanı məlum olmuşdur ki, şəxsiyyətini təsdiq edən sənədi yoxdur. Şəxsiyyəti təsdiq edən sənədi olmadığından doğumunun qeydə alınmasından imtina edilmişdir.

18. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin 6 iyun 2024-cü il tarixli, 3-37/2-S-4086-xx-xx-5845/2024 nömrəli məktubundan görünür ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan Respublikasındakı nümayəndəliyinin himayəsində olan, vətəndaşlığı olmayan şəxs, 31 may 1996-cı il təvəllüdlü X27 Miqrasiya Xidməti tərəfindən 14 may 2024-cü il tarixdən 31 may 2025-ci il tarixədək ünvan 4 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır.

19. X9 dair qeydiyyat vərəqəsi.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

20. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 4 iyun 2025-ci il tarixli, 18/2-15318 nömrəli məktubundan görünür ki, X28 (iddiaçının qardaşı) ilk dəfə 18 may 2024-cü il tarixdə AA5911283 nömrəli, 16 yanvar 2025-ci il tarixdə AA7101183 nömrəli şəxsiyyət vəsiqələri ilə təmin edilmişdir. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - Milli Hematologiya və Transfuziologiya Mərkəzinin 10 may 2024-cü il tarixli, 086/1 nömrəli X22 dair “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin alınması üçün tibb arayış”; - AZ-İİİ seriyalı, 459408 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 15 aprel 1998-ci il təvəllüdlü X16 atası X38, anası X5. - İQ seriyalı, 632958 nömrəli X36 dair “İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə”. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 8 yanvar 2024-cü il tarixli, ******* nömrəli qərarından görünür ki, 15 aprel 1998-ci il təvəllüdlü X34 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. - Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının 27 noyabr 2023-cü il tarixli “Himayə sənədi”ndən görünür ki, ***-*******1 fərdi identifikasiya nömrəli X19 Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının mandatı altında olan şəxsdir. Həmin sənəd 30 noyabr 2024-cü il tarixədək etibarlıdır. - 10 may 2024-cü il tarixli, 8İ-9109 reyestr nömrəli ərizədən görünür ki, X17 15 aprel 1998-ci il təvəllüdlü X16 ona məxsus ünvan 5 ünvanında yerləşən 24 nömrəli mənzilə qeydiyyata alınmasına etiraz etməmişdir. - 20 dekabr 2023-cü il tarixli, AZ-İİ seriyalı, 318438 nömrəli “Ölüm haqqında şəhadətnamə” (§15); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin X22 dair 62739440 nömrəli “Qeydiyyat haqqında arayış”. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Səbail Rayon Qeydiyyat Şöbəsinin 22 sentyabr 2023-cü il tarixli, 3-16-8-15-596/23 nömrəli arayışından görünür ki, X28 15 aprel 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə 11 mart 2006-cı il tarixdə Səbail rayonunun qeydiyyat şöbəsində 222 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X39 Andrev, anası X5.

21. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Qaçqın Statusunun Müəyyənləşdirilməsi İdarəsinin 9 iyul 2025-ci il tarixli, 07/1265/di nömrəli məktubundan görünür ki, Dövlət Miqrasiya Xidmətinin 8 yanvar 2024-cü il tarixli, ******* nömrəli qərarı ilə 15 aprel 1998-ci il təvəllüdlü X16 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Həmçinin, İddiaçı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlı müraciətinə baxılan zaman şəxsə məxsus doğum haqqında şəhadətnamə olmadığından inzibati icraat aparıla bilinməmiş və bu barədə onun ünvanına müvafiq məktub göndərilmişdir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən əcnəbilərə verilən himayə sənədi Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, birbaşa şəxsiyyəti təsdiq edən sənəd və ya ona bərabər tutulan sənəd hesab edilmir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilən himayə sənədi, adətən yalnız humanitar statusun və beynəlxalq müdafiənin tanınmasını göstərən sənəddir və bu sənəd əsasında şəxsə ev sahibi dövlətdə hüquqi status verilibverilmədiyindən asılı olaraq onun hüquqi qüvvəsi dəyişir. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən Azərbaycan Respublikası vətəndaşının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda qaçqın statusu almış şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər aşağıdakılar hesab olunur:

1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı və Azərbaycan Respublikası vətəndaşının pasportu;

2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin pasport və ya digər sərhədkeçmə sənədləri; 2.1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.17-ci maddəsinə əsasən xarici pasport, vətəndaşlığı olmayan şəxslərə yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün verilən sənəd, dənizçinin şəxsiyyət sənədi, qaçqınlara verilmiş yol sənədi, vətənə qayıdış şəhadətnaməsi, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədi, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədlər sərhədkeçmə sənədləri; 2.2. Miqrasiya Məcəlləsinin 44.4. və 52.4-cü maddələrinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün verilən icazə vəsiqəsi.

3. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən qaçqın vəsiqəsi.

22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 28 iyul 2025-ci il tarixli, 3-16-5/2- 57898/2025 nömrəli məktubundan görünür ki, 15 aprel 1998-ci il təvəllüdlü T.Şatayev nikahı olmayan anadan doğulduğundan və ana 4 saylı Cəzaçəkmə müəssisəsində məhkum olduğundan uşağın doğumu 11 mart 2006-cı il tarixdə “Ümid yeri” uşaq sığınacağının əməkdaşının müraciəti əsasında Səbail rayon qeydiyyat şöbəsində qeydə alınmışdır. Bu səbəbdən doğum haqqında akt qeydinə uşağın atası barədə məlumatların daxil edilməsi barədə nikahda olmayan ananın ərizəsi sözügedən qeydiyyat şöbəsinin arxivində aşkar olunmamışdır. Qoşma şəklində aşağıdakı sənədlərin surəti göndərilmişdir: - 11 mart 2006-cı il tarixli, 222 nömrəli “Doğum haqqında akt qeydi”ndən görünür ki, 15 aprel 1998-ci il təvəllüdlü X37 Azərbaycan Respublikası, Bakı şəhərində doğulmuş, atası X38, anası 4 noyabr 1969-cu il təvəllüdlü X2raq qeyd edilmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri və tələbə dair məhkəmə araşdırması

23. İddiaçı (bundan sonra - “iddiaçı”) Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamənin 13 iyul 2022-ci il tarixli, 80 nömrəli dublikatı əsasında iddiaçının 4 noyabr 1969-cu il təvəllüdlü, Rusiya Federasiyasının Çuvaşiya Respublikasının Yadrin rayonunun Streletskaya kəndində anadan olmuş, milliyyətcə çuvaş olan və 9 noyabr 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmiş X8 31 may 1996-cı il tarixdə Qazaxıstan Respublikasının Aktöbe/Aktobe şəhərində doğulmağı faktının qeydə alınması və ondan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçıya verilmiş himayə sənədi və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış əsasında doğum haqqında şəhadətnamə ilə təmin edilməsi vəzifəsinin Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. İddia tələbində işin yuxarıda qeyd olunan hallarına (§1-16) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı 31 may 1996-cı il tarixdə Qazaxıstan Respublikasının Aktöbe/Aktobe şəhərində anadan olmuşdur. Anası - X13 4 noyabr 1969-cu il tarixdə Rusiya Federasiyasının Çuvaşiya Respublikasının Yadrin rayonunun Streletskaya kəndində anadan olmuşdur. O, sonuncu dəfə 21 iyun 1996-cı il tarixdə Rusiya Federasiyası Qay şəhər X35 tərəfindən Xİ-RJ (PЖ) seriyalı, 650121 nömrəli pasportla təmin edilmişdir. Lakin sonradan yeni pasportla təmin edilmək üçün Rusiya Federasiyasının Azərbaycandakı Səfirliyinə müraciət etdikdə, ona 6 fevral 1992-ci il tarixdə Rusiya Federasiyasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olmaması səbəbindən Rusiya Federasiyası vətəndaşı hesab olunmadığı bildirilib və buna görə də ona Rusiya Federasiyası vətəndaşının yeni nəsil pasportunun verilməsindən imtina edilmişdir. İddiaçının anası 9 noyabr 2016-cı il tarixdə anası Bakı şəhərində vəfat etmişdir. Vəfat edən zaman anasının şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün onun ölümü dövlət qeydiyyatına alınmamışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6384/2023 saylı, 30 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə anası – 4 noyabr 1969-cu il tarixdə Rusiya Federasiyasının Çuvaşiya Respublikasının (keçmiş Çuvaş MSSR) Yadrin rayonunun Streletskaya kəndində doğulmuş X4 9 noyabr 2016-cı il tarixdə Bakı şəhəri, Nərimanov rayonunun ərazisində qaraciyər çatışmamazlığı xəstəliyi səbəbindən ölməsi faktı müəyyən edilmişdir. Həmin qətnamə əsasında X4 ölümü cavabdeh orqan tərəfindən 20 dekabr 2023-cü il tarixdə qeydə alınmış və onun adına ölüm haqqında şəhadətnamə verilmişdir. İddiaçının atası İen adlı şəxsdir. Valideynləri Bakı şəhərində tanış olub evlənmiş, lakin nikaha daxil olmamışdırlar. Anası iddiaçıya hamilə olan zaman 1996-cı ilin may ayında Qazaxıstan Respublikasına getmiş, iddiaçı da orada doğulmuşdur. İddiaçı doğulduqdan sonra anası onu götürüb Rusiya Federasiyasının Drenburq vilayətinin Qay şəhərində yaşayan xalası X10 yanına getmişdir. Bir müddət orada qalmış və orada olduğu zaman anası 21 iyun 1996-cı il tarixdə qeydiyyatda olduğu yer üzrə Qay şəhər X35 tərəfindən Xl- RJ (PЖ) seriyalı, 650121 nömrəli pasportla təmin edilmişdir. Daha sonra Azərbaycana gəlmiş, həmin vaxtdan etibarən daimi olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır. Azərbaycana gəldikdən sonra təxminən 2004-cü ilin əvvəllərinə qədər anası, atası və qardaşı ilə birlikdə Bakı şəhərində yaşamışdır. 2004-cü ildə atası onları tərk etmiş, anası isə uşaqlarla maraqlanmamışdır. Buna görə də onlar Bakı şəhərində valideyn himayəsindən kənar böyümüşdür. X29 İen 15 aprel 1998-ci il tarixdə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. Qardaşının doğumu dövlət qeydiyyatına alınıb doğum haqqında şəhadətnamə ilə təmin olunsa da, valideyn himayəsindən kənar böyüdükləri üçün uzun müddət onun şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi mümkün olmamışdır. Yetkinlik yaşına çatdıqdan sonra o, sənədləşmə işi ilə özü məşğul olmağa başlamış və 2024-cü ilin may ayında Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir. 2020-ci ildə Azərbaycan Respublikasının vətəndaşı 7 noyabr 1983-cü il təvəllüdlü X12 ilə iddiaçı ailə qurmuşdur. Ailə münasibətlərindən 8 may 2021-ci il və 9 noyabr 2023-cü il tarixdə iki oğlu doğulmuşdur. Lakin şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün X12 ilə nikaha daxil ola bilməmiş, xəstəxana tərəfindən 8 may 2021-ci il təvəllüdlü oğlunun doğulması barədə tibbi şəhadətnamə verilməmişdir. Xəstəxana tərəfindən böyük oğlunun doğulması barədə tibbi şəhadətnamə verilmədiyi üçün onun doğumu dövlət qeydiyyatına alınmamışdır. 9 noyabr 2023-cü il təvəllüdlü oğlunun doğulması barədə onun doğulduğu tibb müəssisəsi tərəfindən doğum haqqında tibbi şəhadətnamə verilsə də, şəxsiyyət vəsiqəsi olmadığı üçün, onun da doğumunun dövlət qeydiyyatına alınıb doğum haqqında şəhadətnamə ilə təmin olunması mümkün deyildir. Artıq iddiaçının 28 yaşı var, lakin şəxsiyyətini və hər hansı bir ölkəyə mənsubiyyətini təsdiq edən sənədi yoxdur. Heç bir dövlət tərəfindən himayə olunmur, vətəndaşlığı naməlum olan sənədsiz şəxs kimi qeyri-müəyyən vəziyyətdə Azərbaycanda yaşayır və Azərbaycan Respublikasının hüdudlarını da tərk edə bilmir. Doğum faktını, şəxsiyyətini və vətəndaşlığını təsdiq edən sənədi olmadığı üçün hazırda iddiaçı vətəndaşsızlıq vəziyyətinə düşmüş şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) tərəfindən himayəyə götürülmüşdür. Hazırda vətəndaşlıq mənsubiyyətinin müəyyən edilməsi və şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağı üçün iddiaçı ilk öncə doğum haqqında şəhadətnaməyə sahib olmalıdır. Doğum haqqında şəhadətnamənin olmadığı üçün şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağını mümkün olmur. İddiaçı uşaqlıqdan doğum haqqında şəhadətnamənin olduğunu xatırlamır. İddiaçı Qazaxıstan Respublikasının ərazisində doğulsa da, doğulan zaman anası Rusiya Federasiyasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olsa da, iddiaçının nə Qazaxıstan Respublikasının ərazisində, nə də Rusiya Federasiyasının ərazisində doğumu qeydə alınmamışdır. İddiaçının Azərbaycan Respublikasının ərazisində də doğumu qeydə alınmamışdır. Bu səbəbdən də iddiaçının doğumunun qeydiyyata alınması zərurəti yaranmışdır. Buna görə də iddiaçı 26 aprel 2024-cü il tarixdə Cavabdehnə müraciət edərək iddiaçıdan şəxsiyyət vəsiqəsi tələb edilmədən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən iddiaçıya verilmiş himayə sənədi, Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayış və Qazaxıstan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən verilmiş doğum haqqında tibbi şəhadətnamənin 13 iyul 2022-ci il tarixli, 80 nömrəli dublikatı əsasında iddiaçının 4 noyabr 1969-cu il təvəllüdlü, Rusiya Federasiyasının Çuvaşiya Respublikasının Yadrin rayonunun Streletskaya kəndində anadan olmuş, milliyyətcə çuvaş olan və 9 noyabr 2016-cı il tarixdə Bakı şəhərində vəfat etmiş X8 31 may 1996-cı il tarixdə Qazaxıstan Respublikasının Aktöbe/Aktobe səhərində doğulmağı faktının qeydə alınmasını və doğum haqqında şəhadətnamə ilə təmin etmələrini xahiş etmişdir. Lakin iddiaçıya həmin müraciətin icrasından imtina edilmişdir. Hesab edilir ki, imtinada istinad olunan müddəa iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, həmin müddəa yaşayış yeri üzrə qeydiyyata alınıb artıq şəxsiyyət vəsiqəsi ilə təmin olunmuş şəxslərə aiddir. İddiaçının işinin hallarından görünür ki, onun doğumu qeydiyyata alınmamış və doğum haqqında şəhadətnamə ilə təmin edilməmişdir. Doğumu qeydə alınmadığı üçün də iddiaçı heç vaxt şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Bu, müstəsna haldır, lakin bu vəziyyət iddiaçının hüquqlarının pozulmasına səbəb olmamalıdır. Bu halda iddiaçının doğumunun qeydiyyata alınmasından və doğum haqqında şəhadətnamə ilə təmin edilməyindən imtina edilməsinin dövlət mənafeyinə necə fayda verməsi aydın deyil və bu iddiaçının şəxsi və əmlak hüquqlarının pozuntusu ilə nəticələnir. Bu səbəbdən də şəxsiyyət vəsiqəsinin olmaması doğumunun qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməyindən imtina üçün legitim səbəb təşkil edə bilməz. Qeyd edilir ki, şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün iddiaçı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüş və himayə sənədi ilə təmin edilmişdir. Həmin himayə sənədi əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmışdır. Bu səbəbdən də cavabdehə müraciət edərkən ərizəsinə şəxsiyyətini təsdiq etmək üçün himayə sənədini və Azərbaycan Respublikasının ərazisində olduğu yer üzrə qeydiyyata alındığını təsdiq edən Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş arayışı əlavə etmişdir. İddiaçının şəxsiyyəti, yəni onun kim olmağı artıq dövlət qurumları tərəfindən tanınmışdır. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi himayə sənədi əsasında iddiaçı Dövlət Miqrasiya Xidməti tərəfindən ünvan 4 ünvanında olduğu yer üzrə qeydiyyata alınmışdır. Göründüyü kimi, iddiaçının şəxsiyyəti Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi himayə sənədindən müəyyən edilir. Qeyd edilir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının verdiyi məlumatlar əsasında olduğu yer üzrə qeydiyyatın aparılması şəxsiyyətin müəyyən edilməsinin dolayı üsullarından biridir. Müvafiq səlahiyyətli dövlət qurumu olmaqla Dövlət Miqrasiya Xidməti həmin məlumatlar əsasında şəxsin olduğu yer üzrə qeydiyyatını aparmaqla onun şəxsiyyətini müəyyən etmiş olur. Belə ki, yalnız şəxsiyyəti, yəni kim olması müəyyən edilmiş şəxsin olduğu yer üzrə qeydiyyatı aparıla bilər. Bununla da, Dövlət Miqrasiya Xidməti iddiaçını olduğu yer üzrə qeydiyyata almaqla şəxsiyyətini müəyyən etmişdir. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1-ci maddəsinə əsasən, BMT-nin Qaçqınlar üzrə Ali Komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş vətəndaşlığı olmayan şəxslər də sığortaolunan hesab edilirlər. Onlar BMT QAK tərəfindən verilmiş himayə sənədi əsasında (İndividual İD nömrəsi əsasında) İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) tərəfindən sığortaolunan kimi qeydə alınırlar. Göründüyü kimi, heç bir dövlət tərəfindən şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməyən və BMT QAK tərəfindən himayə sənədi ilə təmin edilmiş vətəndaşsızlıq vəziyyətində olan şəxslərin şəxsiyyəti İTSDA tərəfindən tanınmışdır, əks halda şəxsiyyətini müəyyən etmək mümkün olmayan şəxslərin sığortaolunan kimi qeydiyyata alınması da mümkün olmazdı. Həmçinin, X20 imtahan vermək üçün müraciət edən şəxslər şəxsiyyəti təsdiq edən başqa sənədləri olmadığı halda himayə sənədini təqdim etmişlər və həmin sənəd DİM tərəfindən qəbul edilmiş, həmin şəxslər imtahanlarda iştirak etmişlər. Eyni zamanda, şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-ın himayəsində olan şəxslər Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunduqları təqdirdə, həmin təhsil müəssisələrində himayə sənədi əsasında təhsil alırlar. Həmçinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi şəxsiyyəti təsdiq edən sənədi olmayan və yaxud şəxsiyyəti təsdiq edən etibarlı sənədi olmayan və BMT QAK-ın himayəsində olan şəxsləri orta məktəblərə həmin sənəd əsasında qəbul edir. İddiaçı hesab edir ki, cavabdehin şəxsiyyətini təsdiq edən sənədinin olmaması səbəbi ilə iddiaçının doğum faktını qeydə almaqdan və doğum haqqında şəhadətnamə ilə təmin etməkdən imtina etməsi heç bir legitim məqsəd daşımır - milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqlarını qorumaqdan ibarət, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar naminə qanuni məqsədə nail olmaq üçün demokratik cəmiyyətdə zəruri deyil. Əksinə, iddiaçının doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməyi onun yaşayış yeri üzrə qeydiyyata alınaraq şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağına səbəb olacaq ki, bu da dövlət təhlükəsizliyi və ictimai asayişin qorunması, iddiaçının hüquq və azadlıqlarının müdafiəsi baxımından əhəmiyyətlidir. Şəxsiyyətini təsdiq edən sənədinin olmaması iddiaçının (xüsusən “FİN kod” tələb edilən) bir çox dövlət və qeyri-dövlət xidmətlərinə çıxışının məhdudlaşdırılmasına səbəb olur, nəticədə iddiaçı hüquqlara çatımlılığı itirir – hüquq subyekti kimi qəbul edilmir. Şəxsiyyəti təsdiq edən sənədlə təmin olunmağı üçün doğum haqqında şəhadətnamə, doğum haqqında şəhadətnamə ilə təmin edilməyi üçün isə doğum faktının qeydə alınması lazımdır.

25. İddia tələbinin maddi hüquqi əsası kimi “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 8, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 21.6, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1-ci maddələrinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin 23 aprel 2019-cu il tarixli, 2-1(102)-1006/2019 saylı qərarına, prosessual hüquqi əsası kimi İPM-in 2.1, 2.2.3, 8.1.2, 34.1-ci maddələrinə istinad olunmuşdur.

26. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

27. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

Məhkəmənin sərəncamına münasibətdə cavabdeh tərəfindən təqdim edilmiş iddia tələbinə qarşı etirazın dəlilləri

28. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

29. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş 145 saylı “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.1 və 9.8-ci bəndlərinə əsasən, qeydiyyat şöbəsinə şəxsən müraciət etmiş şəxslərə müvafiq şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə verilir. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Qanununun 4-cü maddəsinə əsasən şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikasının hər bir vətəndaşının ərizəsi, doğum haqqında şəhadətnaməsi və sair sənədlər əsasında verilir. Şəxsiyyət vəsiqəsi əldə olunması üçün doğum haqqında şəhadətnaməni təqdim edə bilmədiyi, eləcə də şəxsiyyəti təsdiq edən sənədin olmadan müvafiq şəhadətnamənin bərpa edilməsinin mümkün olmadığını nəzərə alaraq hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi ilə bağlı yaşadığı yerin məhkəməsinə müraciət edə biləcəyi iddiaçıya izah olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin.

30. Etirazın maddi hüquqi əsası kimi “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.1, 9.8, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” - Azərbaycan Respublikası Qanununun 4-cü maddələrinə prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 308-ci maddələrinə istinad olunmuşdur.

Tərəflərin iştirakı və izahatları:

31. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin qardaşı ilə eyni sığınacaqda yaşadığını, qardaşının harada doğulduğu məlum olduğundan, ona zəruri sənədlərin təqdim olunduğunu bildirmişdir.

32. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmiş, həmçinin iddiaçının doğulması ilə bağlı xəstəxana sənədinin mövcud olduğunu, lakin doğum faktının qeydiyyata alınmadığını, hazırkı məsələ ilə bağlı Azərbaycan Respublikasının Ali Məhkəməsinin 2019-cu il tarixli, 1006 saylı qərarının qəbul olunduğunu, qərarda şəxsiyyəti təsdiq edən sənədlər anlayışı yalnız Azərbaycan Respublikası vətəndaşlarının şəxsiyyətini müəyyən edən sənədinin nəzərdə tutulmadığını, ümumi anlamda həmin şəxsin eyniləşdirilməsinə imkan verən hər hansı digər rəsmi sənədi ehtiva olunduğunu, bu mənada Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilmiş himayə sənədi onun şəxsiyyətini təsdiq edən sənəd olaraq hesab olunduğunu bildirmiş, həmin sənədin Dövlət Miqrasiya Xidməti tərəfindən iddiaçının şəxsiyyətini təsdiq edən sənəd kimi tanındığını, onun əsasında iddiaçının olduğu yer üzrə qeydiyyata alındığını, iddiaçının qardaşı tərəfindən şəxsiyyəti təsdiq edən vəsiqənin alındığını, həmin iddia tələbində iddiaçının qardaşına münasibətdə doğum faktının tanınması tələbi ilə məhkəməyə müraciət edildiyini qeyd etmişdir.

33. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz səlahiyyətli nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

34. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

35. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “ ... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

36. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

37. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

38. Məhkəmə tərəfindən iddia tələbinin mümkünlük şərtləri araşdırılmış, müvafiq sorğular nəticəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 9 may 2025-ci il tarixli, 3-16-5/2-27623/2025 nömrəli məktubu ilə müəyyən edilmişdir: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 2.1.4-cü bəndinə əsasən Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri inzibati orqan kimi müəyyən edilmişlər. İPM-in 2.2.1 və 2.2.2-ci maddələrinin tələblərinə uyğun olaraq şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.1-ci bəndinə uyğun olaraq doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Qaydanın 2.6-cı bəndinə əsasən, həmin Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər (valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideynlərin nikah haqqında şəhadətnaməsi, doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd, uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd, uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd, uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd) olmadıqda uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənlərə əsasən bildirilir ki, iddiaçının iddia tələbi üzrə Cavabdeh qismində iştirak edə bilər və iddia tələbi təmin ediləcəyi halda sözügedən qeydiyyat şöbəsi tərəfindən doğum dövlət qeydiyyatına alınmaqla iddiaçı bu barədə şəhadətnamə ilə təmin olunacaqdır.

39. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

40. Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-4959/2024 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “şəxsiyyət vəsiqəsi tələb edilmədən doğum faktının qeydə alınması və doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası mümkün hesab edilməmişdir.

41. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 16 oktyabr 2024-cü il tarixli, 2-1(105)-933/2024 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 2-1(118)-4959/2024 nömrəli qərardadı ləğv edilmiş, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

42. İPM-in 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir.

b) Tətbiq edilən hüquq:

43. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

(-) 1.3. Azərbaycan Respublikasının ərazisində əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Ailə Məcəlləsinin 146-157-ci maddələrinin tələbləri nəzərə alınmaqla aparılır. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi (bundan sonra – Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemi) vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. (-) 1.7. Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyi tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, qeyd olunmalı faktları, ərizə verənlərin şəxsiyyətini təsdiq edən sənədlər və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün lazım olan bu Qaydada müəyyən olunmuş digər sənədlər əsasında aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində hüquqi əhəmiyyətini itirən sənədlər istisna edilməklə, bu Qaydada nəzərdə tutulan sənədlərin X11 Sistemi (bundan sonra – EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir. Bu sənədlərin və ya məlumatların EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı üçün tələb olunan ərizə blanklarının formaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən təsdiq olunur. (-) 2.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. (-) 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir: 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; (-) 2.5-1. Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda bu Qaydanın 2.5.3-cü, 2.5.5-ci və 2.5.6-cı yarımbəndlərində nəzərdə tutulan sənədlər barədə məlumatlarla elektron müraciətdə qeyd olunan məlumatlar arasında uyğunsuzluq olduqda doğumun qeydə alınması üçün müraciət və sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. 2.6. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.19-cu və 2.19-1-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.7. Valideynlərin birinin sənədlərini üzürlü səbəbdən (uzunmüddətli ezamiyyətə getmə, uzaq yerdə yaşama və s.) təqdim etmək mümkün olmadıqda Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi doğumun dövlət qeydiyyatını valideynlərdən digərinin sənədləri əsasında apara bilər. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim olunması tələb olunur. (-) 2.23. Doğumun dövlət qeydiyyatı üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdən sonra və uşaq 16 yaşına çatanadək müraciət edildikdə qeydiyyat ərizəçinin seçdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən doğum haqqında akt qeydləri kitabında ümumi qaydalarla ilkin qeydiyyat kimi aparılır, lakin sıra nömrəsindən sonra “Vaxtı keçmiş qeydiyyat” sözləri əlavə edilir. Bu halda ərizəçi uşağın doğulduğu, habelə qeydiyyatda olduğu tibb müəssisələrindən arayış təqdim edir. Müəyyən olunmuş müddətdə qeydə alınmamış 16 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra “vaxtı keçmiş qeydiyyat” sözləri yazılmaqla aparılır. 2.24. Doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Şəhadətnamənin verilmə tarixi, seriyası və nömrəsi doğum haqqında akt qeydində göstərilir. (-) 9.1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. (-) 9.4. Əgər doğum haqqında təkrar şəhadətnamə tələb olunursa, onda göstərilən məlumatlardan əlavə valideynlərin adları, soyadları və ata adları qeyd olunur. Nikahın bağlanması və ya pozulması haqqında təkrar şəhadətnamə tələb olunan hallarda nikahın kiminlə bağlanması və ya pozulması göstərilir. (-) 9.7. Yetkinlik yaşına çatmayan uşaqların və fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərin doğumu haqqında təkrar şəhadətnamələr valideynlərə, övladlığa götürənlərə, qəyyumlara, himayəçilərə, qəyyumluq və himayə orqanlarına, sosial xidmət müəssisələrinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarına verilə bilər. 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər.

44. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən (-) İİ. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası (-)

13. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. (-)

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

18. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydinin bərpası və ya bundan imtina olunması haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpa edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası məhkəmənin qətnaməsi əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Ərizə sahibinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında aktın qeydi, bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizə verən şəxsin yaşı qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən edilir.

45. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar (-) 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; (-)

Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.

Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.

Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması (-) 16.2. Hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır.

46. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-)

Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.

c) Məhkəmənin mövqeyi:

47. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, aşağıda qeyd olunan hallara əsasən iddia tələbi təmin edilməməlidir.

48. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, onun doğumu qeydə alınmadığı üçün iddiaçı şəxsiyyəti təsdiq edən sənədlə təmin edilməmişdir. Bu halda iddiaçının doğumunun qeydiyyata alınmasından və doğum haqqında şəhadətnamə ilə təmin edilməsindən imtina edilməsi şəxsi və əmlak hüquqlarının pozuntusu ilə nəticələnir. Bu səbəbdən də şəxsiyyət vəsiqəsinin olmaması doğumunun qeydə alınması və doğum haqqında şəhadətnamə ilə təmin edilməsindən imtina üçün legitim səbəb təşkil edə bilməz. Şəxsiyyəti təsdiq edən sənədi olmadığı üçün iddiaçı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən vətəndaşsızlıq vəziyyətində olan şəxs kimi himayəyə götürülmüş və himayə sənədi ilə təmin edilmişdir. Həmin himayə sənədi əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınmış, iddiaçının şəxsiyyəti, yəni onun kim olmağı artıq dövlət qurumları tərəfindən tanınmışdır (§24).

49. Cavabdeh tərəfin isə mövqeyində iddiaçının şəxsiyyət vəsiqəsinin əldə olunması üçün doğum haqqında şəhadətnamənin təqdim edə bilməməsinə, eləcə də şəxsiyyəti təsdiq edən sənədin olmadan müvafiq şəhadətnamənin bərpa edilməsinin mümkün olmmasına əsaslanır (§29).

50. Məhkəmə tərəfindən iddia tələbi ilə bağlı araşdırma yuxarıda sadalanmış normalara istinad olunmaqla aşağıdakı istiqamətlərdə aparılmışdır: a) mövcud olan Azərbaycan Respublikasının normativ hüquqi aktlarına münasibətdə; b) iddiaçıda himayə sənədinin mövcud olmasına münasibətdə; c) iddiaçının qardaşının Azərbaycan Respublikası tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin olunmasına münasibətdə; d) hazırkı iddia tələbi ilə əlaqədar mövcud olan yuxarı instansiya məhkəməsinin mövqeyinə və təcrübəsinə münasibətdə.

51. Normativ hüquqi aktlara münasibətdə. Belə ki, ilk öncə hazırkı iddia tələbinin əsası olan “doğum faktının qeydə alınması” və “doğum haqqında şəhadətnamənin verilməsi”nin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq əsasları müəyyən olunmalıdır.

52. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci maddəsinə əsasən, hazırkı hala uyğun olaraq doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: - valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; - valideynlərin nikah haqqında şəhadətnaməsi; - doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd.

53. Həmçinin, həmin Qaydanın 2.7-ci maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uşaqlarının doğumunun dövlət qeydiyyatı üçün bütün hallarda hər iki valideynin şəxsiyyətini təsdiq edən sənədlərin (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim olunması tələb olunur.

54. Sadalanan sənədlər olmadıqda, uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir.

55. Həmin Qaydanın 2.24-cü bəndinə əsasən, doğum haqqında akt qeydləri əsasında doğum haqqında şəhadətnamə verilir. Eyni zamanda, qanunverici vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamənin təkrar verilməsini tənzimləyərək müəyyən edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatların vətəndaşlıq vəziyyəti akt qeydlərindəki məlumatlara uyğunluğu yoxlanılmaqla şəxslərə təkrar şəhadətnamə və ya arayış verilir. Həmçinin müəyyən edilir ki, 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər.

56. Qeyd olunan müddəalarından, onlara məcmu şəklində qiymət verilərək, görünür ki, müvafiq şəhadətnamənin təkrar verilməsi üçün şəxs barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindəki məlumatlar mövcud olmağı, yəni şəxsin təkrar şəhadətnamənin alınması üçün qanunvericiliyə uyğun olaraq həmin sənədə məxsus olduğunu müəyyən edən məlumat mövcud olmalıdır.

57. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ-hüquqi aktların təsdiq edilməsi haqqında” Qərarı ilə tənzimlənən “Vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpa qaydası”na əsasən, vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir.

58. İş materiallarından müəyyən edilir ki, Aqtöbe şəhəri VVAQ şöbəsində və Aqtöbe vilayətinin Ədliyyə Departamentinin arxivində iddiaçı barəsində 1996-cı il üzrə doğum haqqında akt qeydi mövcud deyildir. Eyni zamanda, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində iddiaçıya aid 1996-cı ildən 2002-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və Səbail rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi aşkar olunmamışdır.

59. Göründüyü kimi, işin hallarından iddiaçı barəsində hər hansı ölkə ərazisində doğum haqqında akt qeydinin aparılmaması müəyyən olunur. Buna əsasən də məhkəmə hesab edir ki, hazırkı halda doğum haqqında şəhadətnaməsinin təkrar verilməsi və vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydlərinin bərpasına dair normalar tətbiq edilməməlidir.

60. “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.23-cü bəndinə əsasən, müəyyən olunmuş müddətdə qeydə alınmamış 16 yaşından yuxarı şəxslərin doğumunun dövlət qeydiyyatı Qeydiyyat şöbəsi və konsulluq idarəsi tərəfindən doğum haqqında bərpa akt qeydi kitabında, itmiş vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası üçün müəyyən olunmuş qaydada, sıra nömrəsindən sonra “vaxtı keçmiş qeydiyyat” sözləri yazılmaqla aparılır.

61. Beləliklə də, məhkəmə qeyd olunan müddəaları mövcud olan işin hallarına tətbiq edərək bildirir ki, oxşar vəziyyətlərə dair birbaşa doğum haqqında şəhadətnamənin verilməsi qanunverici tərəfindən nəzərdə tutulmadığından, iddiaçı barəsində ilk öncə doğum haqqında akt qeydi aparılmalıdır. Bu aktın tərtib edilməsi üçün müvafiq sənədlərin (“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.5-ci bəndi) mövcud olmadıqda isə məhkəmə qətnaməsi ilə uşağın doğumu faktı məhkəmə qaydasında müəyyən edilməlidir.

62. Hazırkı halda iddiaçı barəsində doğum haqqında akt qeydinin mövcud olmaması ilə yanaşı doğum faktının məhkəmə qətnaməsi ilə təsdiq edilmədiyi üçün (əksini təsdiq edən sənəd təqdim olunmamışdır), doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyildir.

63. Himayə sənədinin mövcud olmasına münasibətdə. İlk növbədə qeyd olunmalıdır ki, normaların genişləndirici təfsiri onların həqiqi məzmununun onun sözlə ifadə edildiyindən bir qədər geniş başa düşülməsində ifadə olunan təfsirdir. Hərfi (adekvat) təfsirdən fərqli olaraq, hüquq normasının mənasının onun mətninə nisbətən genişləndirilməsinə gətirib çıxarır. Konkret hüquq normasının təfsiri zamanı təfsirçi qanunverici tərəfindən onun məzmununda nəzərdə tutulmuş fikri əsas götürülməlidir. Bu zaman hüquq normasının mənası onun mətninə nisbətən genişləndirilir.

64. Hazırki işdə himayə sənədinin hüquqi qüvvəsi müəyyənləşdirilməsi məhkəmə araşdırmasının predmeti olmuşdur. Bu sənəd əcnəbilərə, və ya vətəndaşlığı olmayan şəxslərə müəyyən bir dövlətin ərazisində “müvəqqəti müdafiə”nin təmin edilməsi məqsədilə verilir. Beynəlxalq mənbələrdə mövcud olan məlumatlara əsasən, himayə sənədinin hüquqi qüvvəyə malik olduğu barədə məlumatın əks olunmadığı, hüquq müəyyənedici bir sənəd kimi tanınmadığı, onun anlayışının heç bir beynəlxalq konvensiyalarda və müqavilələrdə, o cümlədən əksər dövlətlərin ərazisində rəsmi olaraq müəyyən olunmadığı, şəxsiyyəti təsdiq edən rəsmi sənəd kimi qəbul edilmədiyi müəyyən olunur.

65. Eyni zamanda qeyd edilməlidir ki, bu sənəd Azərbaycan Respublikasının qanunvericiliyində də hüquqi statusu olan sənəd kimi təsbit edilməmişdir. Onun müvəqqəti xarakter daşıması da bu sənədin hüquqi qüvvəsinin qeyri-müəyyən olduğunu göstərir.

66. İddiaçıya məxsus 14 may 2024-cü il tarixli himayə sənədindən də göründüyü kimi, həmin sənəd 31 may 2025-ci il tarixədək verilmiş, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndəliyi tərəfindən hökumət orqanlarında iddiaçının Azərbaycan Respublikası ərazisində qalmasına şərait yaratmasını və məcburi geri qaytarılmasının qarşısını almağının xahiş edilməsi barədədir.

67. Həmçinin, Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq təqdim edilmiş məlumata əsasən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən verilən himayə sənədi, adətən yalnız humanitar statusun və beynəlxalq müdafiənin tanınmasını göstərən sənəddir və bu sənəd əsasında şəxsə ev sahibi dövlətdə hüquqi status verilib-verilmədiyindən asılı olaraq onun hüquqi qüvvəsi dəyişir.

68. Azərbaycan Respublikası qanunvericiliyinə əsasən Azərbaycan Respublikası vətəndaşının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda qaçqın statusu almış şəxslərin şəxsiyyətini təsdiq edən sənədlər aşağıdakılar hesab olunur:

1. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı və Azərbaycan Respublikası vətəndaşının pasportu;

2. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin pasport və ya digər sərhədkeçmə sənədləri; 2.1. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.17-ci maddəsinə əsasən xarici pasport, vətəndaşlığı olmayan şəxslərə yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün verilən sənəd, dənizçinin şəxsiyyət sənədi, qaçqınlara verilmiş yol sənədi, vətənə qayıdış şəhadətnaməsi, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə verilən səyahət sənədi, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədlər sərhədkeçmə sənədləri; 2.2. Miqrasiya Məcəlləsinin 44.4. və 52.4-cü maddələrinə əsasən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti və daimi yaşamaq üçün verilən icazə vəsiqəsi.

3. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə əsasən qaçqın vəsiqəsi.

69. Beləliklə, məhkəmə müəyyən edir ki, şəxsin dövlət ərazisində müvəqqəti müdafiəsi haqqında olan sənəd şəxsiyyət vəsiqəsinin əvəz edən və doğum haqqında şəhadətnamənin verilməsi üçün hüquqi əsas kimi qəbul edilə bilməz.

70. İddiaçının qardaşının Azərbaycan Respublikası tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin olunmasına münasibətdə. Məhkəmənin sorğusu əsasında iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olunur ki, iddiaçının qardaşı 15 aprel 1998-ci il təvəllüdlü X28 15 aprel 1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, bu barədə 11 mart 2006-cı il tarixdə Səbail rayonunun qeydiyyat şöbəsində 222 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X39 Andrev, anası X5. Ona məxsus İQ seriyalı, 632958 nömrəli “İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqə”, AZ-İİİ seriyalı, 459408 nömrəli “Doğum haqqında şəhadətnamə” mövcuddur. Həmçinin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 8 yanvar 2024-cü il tarixli, ******* nömrəli qərarı ilə onun Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır.

71. Göründüyü kimi, iddiaçı ilə X16 Azərbaycan Respublikası ərazisində hüquqi statusları tamamilə fərqlidir. Belə ki, Tomas Şatayev barəsində qeyd olunan əsaslara qanunvericiliyə müvafiq olaraq, doğum haqqında akt qeydi tərtib edilmiş, akta əsasən də o, doğum haqqında şəhadətnamə ilə təmin olunmuşdur.

72. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddiaçı və onun qardaşı X18 mövcud olan vəziyyətlərinin müqayisəsi baxımından, iddiaçının hazırkı halını nəzərə alaraq, onun tələb etdiyi doğum faktının qeydə alınmaması və doğum haqqında şəhadətnamə ilə təmin edilməməsi ilə bərabərlik və etimad hüququnun qorunması prinsiplərinin tələbləri pozulmamışdır.

73. Hazırkı iddia tələbi ilə əlaqədar mövcud olan yuxarı instansiya məhkəməsinin mövqeyinə və təcrübəsinə münasibətdə.

74. İddiaçı tərəf iddia tələbində Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq qərarlarına istinad etmişdir.

75. Nəzərə alınmalıdır ki, əgər konkret münasibətləri tənzimləyən norma mövcuddursa, eyni hüquq normasının müxtəlif subyektlər tərəfindən şərhi fərqli nəticələr doğura bilər, yaxud müxtəlif hüquqi vəziyyətlərdə həmin norma eyni nəticəyə gətirib çıxara bilər. Məhkəmə qeyd etmək zəruri hesab edir ki, Azərbaycan Respublikasının da daxil olduğu Qitə hüquq sistemi ölkələrində məhkəmə təcrübəsinin rolu, əsasən, qanunun təfsiri (izahı) qüvvəsindən kənara çıxmır.

76. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 79- 1-ci maddəsinə əsasən, vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır.

77. Məhkəmə iddiaçı tərəfin təqdim etdiyi məhkəmə aktlarını araşdırmış, belə nəticəyə gəlmişdir ki, həmin qərarlarda da müəyyən edilmiş işin halları, iddiaçıya münasibətdə mövcud olan hal ilə oxşar olsa da, onun hüquqi vəziyyəti ilə tamamilə eyni deyildir (misal üçün, iddiaçıların Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması, digər ölkə ərazisində doğum haqqında akt qeydinin mövcudluğu halları öz təsdiqini tapmışdır).

78. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisənin əsasında olan tələbin normativ tənzimləməsi mövcud olduğundan, həmçinin həmin normaların məzmunu qeyri-müəyyənlik təşkil etmədiyindən, yəni qanunvericilikdə boşluq mövcud olmadığından, hazırkı münasibəti konkret tənzimlənən imperativ normaların müddəalarının genişləndirici təfsiri ilə tənzimlənməsi “İnzibati icraat haqqında” Azəşrbaycan Respublikası Qanunun 11-ci maddəsində nəzərdə tutulan “qanunçuluq prinsipi” ilə ziddiyyət təşkil edir.

79. Beləliklə, məhkəmə, sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.

80. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

81. Şərh olunanlara və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar