Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1624/2022 24.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçının İddiaçı (işləməyən,ünvan 1i ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı Quba rayonu Tüləkəran Sovetinin İcraiyyə Komitəsinin sədri və Quba rayon İcra Hakimiyyəti Tüləkəran kənd sovetliyi üzrə nümayəndəsi vəzifəsində işlədiyi xx.xx.1985-xx.xx.1995-ci illərdə olan dövr üçün istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın və son haqq-hesab pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə ona Quba rayonu, Tüləkəran Sovetinin icraiyyə komitəsinin sədri və Quba rayon İcra Hakimiyyəti Tüləkəran kənd sovetliyi üzrə nümayəndəsi vəzifəsində işlədiyi 28 iyun 1982-ci il tarixdən 28 mart 1995-ci il tarixə kimi ödənilməmiş məzuniyyət pulunun və son haqq hesabın verilməsi öhdəliyinin Quba rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun Quba rayonu, Tüləkəran Sovetinin İcraiyyə Komitəsi Sədri və Quba rayon İcra Hakimiyyəti Tüləkəran kənd sovetliyi üzrə nümayəndəsi vəzifəsində işlədiyi xx.xx- 1985-xx.xx.1995-ci illərdə olan dövr üçün istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın və son haqq-hesab pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə barədə qərar çəxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28 iyun 1982-ci il tarixdə kənd soveti icraiyyə komitəsi sədri vəzifəsinə seçilmiş və Quba rayonu Tüləkəran kənd sovetinin sədri vəzifəsində işə başlamışdır. 07 yanvar 1992-ci ildə Quba rayon İcra Hakimiyyəti başçısı Tüləkəran kənd sovetliyi vəzifəsinə təyin edilmişdir. Burada 28 mart 1995-ci il tarixə kimi Tüləkəran kənd icra nümayəndəsi olmuşdur. İşlədiyi dövrdə iddiaçı məzuniyyətə çıxmamış və məzuniyyətə çıxmamış, buna baxmayaraq ona məzuniyyətə şəıxmadığına görə kompensasiya ödənilməmişdir. İddiaçı dələlərlə bu barədə şifahi müraciət etsə də, nəticəsi olmamışdır. 28 mart 1995-ci ildə mən işdən azad olmuşdur.Hazırda o, pensiyaçıdır. 28 iyun 1982-ci il tarixdən 28 mart 1995-ci il tarixə kimi məzuniyyət pulunun və son haqq hesabın verilməməsinə görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmin vaxt qüvvədə olmuş Azərbaycan SSRİ Əmək qanunlarının 107-ci maddəsinə əsasən fəhlə və qulluqçulara hər il üçün və ya əlavə məzuniyyətlər verilərkən məzuniyyətin başlamasına ən geci üç gün qalmış onlara bütün məzuniyyət vaxtı üçün orta əmək haqqı verilir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : -Quba rayon RİHB Tüləkəran kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 228 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki,İddiaçı 1982-1991-ci illərdə Quba rayon Tüləkəran kənd sovetinin sədri, 1992-1995-cilinin aprel ayınadək Quba rayon RİHB Tüləkəran kənd üzrə nümayəndəsi vəzifəsində işləmiş, özünün deməsinə görə işlədiyi müddət ərzində məzuniyyətə getməmiş və həmin illərin məzuniyyt pullarını almamışdır. -Quba rayon RİHB Tüləkəran kənd üzrə nümayəndəliyi tərəfindən verilmiş 237 saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 1992-1995-cilinin aprel ayınadək Quba rayon RİHB Tüləkəran kənd üzrə nümayəndəsi vəzifəsində işləmiş və əmək haqqı almışdır.Yuxarıdakı əmək hqqqı cədvəlinə əsasən həmin şəxs üçün məzuniyyət haqqı hesablanmamışdır. - İddiaçının adına 17 dekabr 1963-cü ildə açılmış əmək kitabçasından görünür ki, o, İddiaçı avqust 1982-ci il-1991-ci illərdə Quba rayon Tüləkəran kənd sovxozunda,1992-1995cilinin aprel ayınadək Quba rayon RİHB Tüləkəran kənd üzrə nümayəndəsi vəzifəsində işləmişdir. -X3 filialı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 463 saylı arxiv arayışından görünür ki, İddiaçı avqust 1982-ci il-1991-ci illərdə Quba rayon Tüləkəran kənd sovxozunda işləmiş və əmək haqqı almışdır. Məhkəmənin sorğusuna əsasən X3 filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 569 saylı arxiv arayışından görünür ki, İddiaçı Quba rayon Tüləkəran XDS İcraiyyə Komitəsinin əmək haqqı cədvəllərinə əsasən iyul 1982-ci ildən 1991-ci ilədək işləmiş və əmək haqqı almışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Məzuniyyətlər haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinə əsasən əmək münasibətlərində olan işçilərin Məzuniyyətlərinin pul ilə əvəz edilməsi qadağandır. İşçi bu Qanunun 31-ci maddəsində göstərilən qaydada məzuniyyətdən istifadə etməklə işdən çıxarılmağını bildirməyibsə, təqsirli hərəkətlərinə görə işdən çıxarılma halları istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsinin səbəbindən və əsasından asılı olmayaraq ona istifadə edilməmiş məzuniyyətlərə görə pul əvəzi ödənilməlidir. Məhkəmə aradşırması zamanı iddiaçının işlədiyi illərdə əmək məzuiniyyətinə çıxmaması pz təsdiqini taodı. Cavabdeh tərəfindən iddia tələbini təkzib edən dəlillər və əsaslar tətbiq edilmədi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Göstərilən Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, İddiaçı Quba rayonu, Tüləkəran Sovetinin İcraiyyə Komitəsinin sədri və Quba rayon İcra Hakimiyyəti Tüləkəran kənd sovetliyi üzrə nümayəndəsi vəzifəsində işlədiyi xx.xx-1985-xx.xx.1995-ci illərdə olan dövr üçün istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın və son haqqhesab pulunun ödənilməsi öhdəliyi cavabdeh Quba rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı Quba rayonu, Tüləkəran sovetinin İcraiyyə Komitəsinin sədri və Quba rayon İcra Hakimiyyəti Tüləkəran kənd sovetliyi üzrə nümayəndəsi vəzifəsində işlədiyi xx.xx-1985xx.xx.1995-ci illərdə olan dövr üçün istifadə edilməyən məzuniyyətə görə kompensasiyanın və son haqq-hesab pulunun ödənilməsi öhdəliyi cavabdeh Quba rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1624/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1624/2022
24.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver