Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1625/2022 19.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Qusar rayonu Yeni Tahircal kəndində yaşayan), Cavabdehin nümayəndəsi X1 (DSMF publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək “AzNeftKimya Quraşdırma Tresti”nin nəznində olmuş Sumqayıt Quraşdırma hissələri zavodunda, 14 oktyabr 1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, 03 noyabr 1975-ci il tarixdən 23 mart 1976-cı il tarixədək və 19 iyun 1976-cı il tarixdən 16 yanvar 1980-ci il tarixədək S.M.Kirov adına X9 ordenli maşınqayırma zavodunun Baş Metallurq şöbəsinin 4-cü dərəcəli yük maşının təmiri və xidməti təmiri üzrə çilingər və 5-ci dərəcəli yük maşınının təmiri və xidməti təmiri üzrə çilingər işlədiyi müddətin onun sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ Ərizəçi İddiaçı maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X10 şəxsin 1 saylı Quba-Xaçmaz Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək “AzNeftKimya Quraşdırma Tresti”nin nəznində olmuş Sumqayıt Quraşdırma hissələri zavodu, hazırda "xxxx" MMC adlandırılmış müəssisəsdə 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək,16 iyun 1976-cı il tarixdən S.M.Kirov adına X9 ordenli maşınqayırma zavodunun Baş Metallurq şöbəsinin 4-cü dərəcəli yük maşının təmiri və xidməti təmiri üzrə çilingər və 28 may 1979-cu il tarixdən 16 yanvar 1980-ci il tarixədək 5-ci dərəcəli yük maşınının təmiri və xidməti təmiri üzrə çilingər işlədiyi müddət onun sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsinin cavabdehə tapşırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli sərəncamına əsasən İddiaçı Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək ərizənin forma və məzmununu İPM-nin 46-cı maddəsinə uyğunlaşdırmaq təklif edilmişdir. Bundan sonra iddiaçı bir neçə dəfə iddia tələbinin dəqiqləşdirilməsi barəd ərizə vermişdir. Sonuncu ərizəsində iddiaçı 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək “AzNeftKimya Quraşdırma Tresti”nin nəznində olmuş Sumqayıt Quraşdırma hissələri zavodunda, 14 oktyabr 1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, 03 noyabr 1975-ci il tarixdən 23 mart 1976-cı il ytarixədək və 19 iyun 1976-cı il tarixdən 16 yanvar 1980-ci il tarixədək S.M.Kirov adına X9 ordenli maşınqayırma zavodunun Baş Metallurq şöbəsinin 4cü dərəcəli yük maşının təmiri və xidməti təmiri üzrə çilingər və 5-ci dərəcəli yük maşınının təmiri və xidməti təmiri üzrə çilingər işlədiyi müddətin onun sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, xx.xx.1953-cü il təvəllüdlüdür. 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək “AzNeftKimya Quraşdırma tresti”nin nəzdində olmuş Sumqayıt Quraşdırma hissələri zavodunda, halhazırda "xxxx" MMC adlandırılmış müəssisədə işləmişdir. Bundan sonra 14 oktyabr 1974cü il tarixdən S.M.Kirov adına X9 Ordenli maşınqayırma zavodunun Baş metallurq şöbəsinə 4-cü dərəcəli yük maşınının təmiri və xidməti təmiri üzrə çilingər peşəsinə işə qəbul olunmuşdur. xx.xx.1975-ci ildə başqa zavoda keçirilmiş, lakin sənəd saxlanılmamışdır. xx.xx.1975-ci ildə yenidən maşınqayırma zavodunda işə qəbul edilmiş, xx.xx.1976-cı ildə işdən azad edilmiş, xx.xx.1976-cı ildə yenidən həmin zavoda 5-ci dərəcəli yük maşınının təmiri və xidməti təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş və xx.xx.1980-ci il tarixədək orada işləmişdir. Həmin təşkilatda işlədiyi dövr əmək kitabçası əvəzi deyilən sənəddə qeyd edilmişdir. Bundan başqa 1976-1980-ci illər zavod tərəfindən verilmiş arxiv arayışı ilə də təsdiqlənir. 1974-1975-ci ilin sənədləri yanğın zamanı məhv olduğundan arxiv arayışında 1976-cı ildən işə qəbul edildiyi qeyd edilmişdir. Bu yaxınlarda o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiəsi Fondunun Qusar rayon şöbəsinə müraciət edərək yuxarıda qeyd edilən təşkilatda işlədiyi müddətin ümumi sığorta stajına daxil edilməsini, pensiya təyin olunarkən həmin dövrün də nəzərə alınmasını xahiş etmişdir. Lakin həmin təşkilat əmək kitabçasına əvəzi yazıldığı üçün həmin dövrü nəzərə almaqdan imtina etmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçıya xx.xx.2016-cı il tarixli müraciəti əsasında Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli 428 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 7-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya müvafiq pensiya təyin edilərkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 196 nömrəli arayışı əsasında xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək hərbi xidmət müddəti və ИТ № ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1998-ci il tarixədək iş stajı nəzərə alınmaqla ümumilikdə 20 il 5 ay müddət iddiaçının sığorta stajına daxil edilmişdir. İddiaçının əmək kitabçası əvəzində qeyd edilmiş iş stajının yoxlanılması üçün Fondun Qusar rayon şöbəsi tərəfindən Sabunçu rayon şöbəsinə sorğu göndərilmiş, lakin Sabunçu rayon şöbəsinin cavab məktubuna əsasən müəssisənin 1974-1979-cu illərinin sənədləri zavodun arxivində olmadığı üçün iddiaçının iş stajının düzgünlüyünün yoxlanılması mümkün olmamışdır. Odur ki, iddiaçının iş stajına dair qeydlər aparılmış əmək kitabçası əvəzində xx.xx.1970-ci ildən xx.xx.1972-ci ilə qədər və xx.xx.1974-cü ildən xx.xx.1979-cu ilə kimi müddətin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Bu barədə iddiaçıya Qusar rayon şöbəsi tərəfindən 16 avqust 2018-ci il tarixli məktubla məlumat verilmişdir. İddiaçının əmək kitabçası əvəzində qeyd olunmuş və cavabdeh tərəfindən nəzərə alınmayan stajı (əmrlər, əmək haqqı) arxiv arayışı ilə, nə də iş üzrə digər sübutlarla təsdiqini tapır. Beləliklə, sadalanan səbəblərdən qeyd olunan illərin sığorta stajına əlavə edilməklə iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İş materiallarında olan: - iddiaçıya məxsus AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki,o, xx.xx.1953-cü il tıəvəllüdlüdür. -iddiaçıya məxsus ИТ № ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1980xx.xx.1998-ci illərdə sovxozda işləmişdir. -iddiaçıya məxsus xx.xx.1971-ci il tarixli əmək kitabçasından çıxarışdan görünür ki, İddiaçı “AzNeftKimya Quraşdırma Tresti”nin nəzdində olmuş Sumqayıt Quraşdırma hissələri zavodu (“Azelektromontaj”), hal hazırda “Rezervuar və Metal Konstruksiya’’ MMC adlandırılmış müəssisəsdə 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək, 14 oktyabr 1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, 03 noyabr 1975-ci il tarixdən 23 mart 1976-cı il tarixədək və 19 iyun 1976-cı il tarixdən həmin zavoda 5-ci dərəcəli yük maşınının təmiri və xidməti təmiri üzrə çilingər peşəsinə qbul edilmişdir. xx.xx.1979-cu il taruixdə doldurulan həmin sənəddə R.Xiyirbəgonun orada işləməsi qeyd edilmişdir. - "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı “AzNeftKimya Quraşdırma Tresti”nin nəzdində olmuş Sumqayıt Quraşdırma hissələri zavodu (“Azelektromontaj”), hal hazırda “Rezervuar və Metal Konstruksiya’’ MMC adlandırılmış müəssisəsdə 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək işləmişdir. - "xxxx" TASC tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli arxiv arayışından görünür ki, X4 xx.xx.1976-ci il tarixdə S.M.Kİrov adına Qırmızı Əmək Вауraq Ordenli maşınqayırma zavodunun Baş metallurq şöbəsinə 4-cü dərəcəli yük maşınının təmiri və xidməti təmiri üzrə çılıngər peşəsinə işə qəbul edilmişdir (əmr № 1275/k, xx.xx.1976-cı il), xx.xx.1979-cu il tarixdə 5-ci dərəcəli yük maşınının təmin və xidməti təmin uzrə çilingər peşəsi verilmişdir (əmr № 937/k, xx.xx.1979-cu il), xx.xx.1980-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (əmr № 11/k, xx.xx.1980-ci il). Ödənişsiz məzuniyyətdə olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 222 saylı qərarına əsasən S.M.Kirov adına X9 Ordenli maşınqayırma zavodunun adı dəyişdirilərək "xxxx" adlandırılmışdır. xx.xx.2001-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin 649 saylı Fərmanına əsasən "xxxx" X11 Cəmiyyəti, xx.xx.2010-cu il tarixdən "xxxx" X11 Cəmiyyəti Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2009-cu ıl tarixli 170 saylı sərəncamına əsasən "xxxx" X11 Cəmiyyəti adlandırılmışdır. - Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, 1974-cü il 14 oktyabr 2118/k №-li və 1975-ci il 30 sentyabr 1972/k №-li S.M.Kirov adına maşınqayırma zavodunun şəxsi heyət üzrə əmrlərinə əsasən X3 14 oktyabr 1974-cü il tarixdən S.M.Kirov adına X9 Ordenli maşınqayırma zavodunun Baş metallurq şöbəsinə 4-cü dərəcəli yük maşınının təmiri və xidməti təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1975-ci il tarixdən köçürmə ilə əlaqədar işdən azad edilmiş; xx.xx.1976-cı il tarixli 1275/k saylı əmrlə zavoda 4-cü dərəcəli yük maşınının təmiri və xidməti təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1980-cı il tarixli 51/k saylı əmrlə işdən öz xahişinə əsasən azad edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Hazırda o, “AzNeftKimya Quraşdırma Tresti”nin nəzdində olmuş Sumqayıt Quraşdırma hissələri zavodu (“Azelektromontaj”), hal hazırda “Rezervuar və Metal Konstruksiya’’ MMC adlandırılmış müəssisəsdə 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək, 1974- 1980-ci illərdə S.M.Kirov adına X9 ordenli maşınqayırma zavodunun Baş Metallurq şöbəsinin 4-cü dərəcəli yük maşının təmiri və xidməti təmiri üzrə çilingər və 5-ci dərəcəli yük maşınının təmiri və xidməti təmiri üzrə çilingər işlədiyi müddətin sığorta stajına daxil edilməsi və əmək pensiyasınını yenidən hesablanmasını xahiş edir. Cavabdeh iddiaçının həmin müəssisələrdə işlədiyi dövrün əmək kitabçasında qeyd edilməməsini və müəssisələrin sənədlərinin arxivdə aşkar edilməməsi səbəbindən iddia olunan müddətin mübahisəli olduğunu bildirərək iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə həmin dövrdəki iş stajının mötəbərliyini yoxlamaq üçün müvafiq sorğular vermişdir. Sorğulara verilən cavablardan müəyyən edilmişdir ki, İddiaçı 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək “AzNeftKimya Quraşdırma Tresti”nin nəzdində olmuş Sumqayıt Quraşdırma hissələri zavodunda, 14 oktyabr 1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək, 03 noyabr 1975-ci il tarixdən 23 mart 1976-cı il tarixədək və 19 iyun 1976-cı il tarixdən xx.xx.1980-ci il tarixədək S.M.Kirov adına X9 ordenli maşınqayırma zavodunda işləməsi öz təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, iddiaçıya əmək kitabçşası əvəzi verilən çıxarışda olan qeydlər həmin zavodların sələfi olan hazırki müəssisələr tərəfindən, S.M.Kirov adına X9 ordenli maşınqayırma zavodunda işlədiyi dövr isə həmçinin Milli Arxivə təhvil verilən əmrlərlə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi dövrlərdə işləməsi sübuta yetirilmişdir, əldə edilmiş sübutların mötəbərliyinə şübhə edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Belə olan halda məhkəmə hesab edir ki, idida təmin edilməli və iddiaçının 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək “AzNeftKimya Quraşdırma Tresti”nin nəzdində olmuş Sumqayıt Quraşdırma hissələri zavodunda, 14 oktyabr 1974-cü il tarixdən 01 oktyabr 1975-ci il tarixədək, 03 noyabr 1975-ci il tarixdən 23 mart 1976-cı il tarixədək və 19 iyun 1976-cı il tarixdən 16 yanvar 1980-ci il tarixədək S.M.Kirov adına X9 ordenli maşınqayırma zavodunda işlədiyi dövrn onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək “AzNeftKimya Quraşdırma Tresti”nin nəzdində olmuş Sumqayıt Quraşdırma hissələri zavodunda, 14 oktyabr 1974-cü il tarixdən 01 oktyabr 1975-ci il tarixədək, 03 noyabr 1975-ci il tarixdən 23 mart 1976-cı il tarixədək və 19 iyun 1976-cı il tarixdən 16 yanvar 1980-ci il tarixədək S.M.Kirov adına X9 ordenli maşınqayırma zavodunda işlədiyi dövrn onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1625/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1625/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver