Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1625/2025 13.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X12 Təşəkkül oğlunun sədrliyi, X6 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, (qərarın elanında iştirak etməmişdir) Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Abşeron rayon Məmmədli Bələdiyyəsinin 31 mart 2008-ci il tarixli 03/70 saylı qərarına əsasən Abşeron rayon Bələdiyyə inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız olan torpaq sahəsindən ona satılmış, habelə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsin tərəfindən xx.xx.2008-ci il tarixdə 7704 nömrə ilə uçota alınmış A№133278 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmiş 0,06 ha torpaq sahəsinin hazırkı iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş X2 mülkiyyətində olan topaq sahəsinin 0,0093 ha hissəsi ilə üst-üstə düşən hissəsi istisna olmaqla (yəni iddia tələbində 0,06 ha torpaq sahəsinin 0,0093 hissəsədə azaldılması nəzərə alınmaqla) digər 0,0507 ha hissəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və həmin torpaq sahəsi ilə bağlı digər texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Azərbaycan Respublikası Ali Məhkəməsinin 1-8-11/2-2253/2025 nömrəli, xx.xx.2025ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin yeni struktur dəyişikliklərinə əsasən ərazi idarələri DƏDKR-in struktruna daxil olan bölmələr kimi fəaliyyət göstərirlər. Ona görə də idarələrin məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Yəni bu hüquq DƏDKR-in özünə məxsusdur. Belə olan halda hazırkı iş üzrə cavabdeh kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tanınmışdır. İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib Abşeron rayonu, Məmmədli kəndində yerləşən ona məxsus 0.06 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınaraq, müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Memmedli Belediyyesinin 31 mart 2008-ci tarixli 03/70 saylı qərarına əsasən Abşeron rayon Bələdiyyə inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız olan torpaq sahəsindən mənə 0,06 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmçinin qeyd olunan qərara əsasən 18 aprel 2008-ci il tarixində 1174/08 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair akt ilə 0,06 ha torpaq sahəsinin dəyəri olan 600 manat pul tərəfindən X8 rayon filialdakı Məmmədli bələdiyyəsinin adına açılmış **********0001 saylı hesaba köçürülmüşdür. Yuxarıda qeyd olunan bələdiyyə qərarına, alqı-satqı aktına əsasən Azərbaycan Respublikasının Torpaq və Xəritəçəkmə komitəsindən mənə xx.xx.2008-ci il tarixdə 7704 nömrə ilə üçota alınmış A N°133278 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir.Bununla bağlı, Abşeron rayon Məmmədli Bələdiyyəsinin 31 mart 2008-ci il tarixli 03/70 saylı qərarına əsasən Abşeron Rayon Belediyyə İnkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərüfatına yararsız olan torpaq sahəsindən ona satılmış və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsin tərəfindən xx.xx.2008-ci il tarixdə 7704 nömrə ilə üçota alınmış A N133278 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmiş 0,06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarımın qeydiyyata alınmasına dair çıxarış verilməsini xahiş etmiş, lakin cavabdeh orqan 4 saylı Abşeron Ərazi İdarəsinin 32/332/2-5923/24 nömrəli xx.xx.2024-ci il tarixli məktubu ilə qanunsuz və əsassız olaraq çıxarışın verilməsindən imtina etmişdir. Ona görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, ərizə təqdim edərək, üçüncü şəxs şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 icraatın dayandırılması barədə vəsatətinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılan araşdırma zamanı Abşeron rayon Məmmədli Bələdiyyəsinin 31 mart 2008-ci il tarixli. 03/70 saylı qərarı ilə 0.06 ha torpaq sahəsinin bilavasitə, müvafiq bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan satıldığı, müraciət üzrə əlavə edilmiş alqı-satqı aktının qanunamüvafiq qaydada (ləğv edilmiş DT və XK-nın Abşeron ravon şöbəsinin müdirinin imzası ilə) təsdiqlənmədiyi, sənəd üzrə torpaq sahəsi ilə faktiki torpaq sahəsi arasında uyğunsuzluq olduğu, sənəd üzrə daşınmaz əmlakın 0.0090 ha hissəsinin **********62 reyestr nömrəli çıxarışla başqa şəxsə məxsus torpaq sahəsi ilə üstüstə düşdüyü, sözügedən daşınmaz əmlak hüquqmüəyyənedici sənəd üzrə 0.06 ha olduğu halda, faktiki vəziyyətdə isə 0.0550 ha hissəsinin iddiaçının istifadəsində olduğu müəyyən olunmuşdur. Göründüyü kimi, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmiş, torpaq sahəsi hərrac və va müsabiqə vasitəsi ilə satılmalı olduğu halda, bilavasitə satılmışdır. Torpaq sahəsi iddiaçının mülkiyyətinə torpaq qanunvericiliyin tələblərinə riayət olunmadan satıldığı üçün ərizənin icrası mümkün olmamışdır.Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2025-ci il tarixində X1 məhkəməyə daxil olmuş ərizəsində bildirmişdir ki, iddiaçı X4 cavabdeh DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi tələbinə dair iddiası onun maraqlarına toxunur. Belə ki, iddiaçı ona Abşeron rayon Məmmədli bələdiyyəsinin 31 mart 2008-ci il tarixli 03/70 saylı qərarı ilə ayrılmış 0,06 ha torpaq sahəsinə dair çıxarışın verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Bildirirəm ki, həmin torpaq sahəsi mənə iddiaçıdan daha öncə Abşeron rayon Məmmədli bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli 06/288 saylı qərarı ilə ayrılmışdır. Bildirirəm ki, iddiaçı ilə mənim aramda məhkəmə mübahisəsi mövcuddur. Bununla bağlı hətta iddiaçı tərəfindən cavabden DƏDRX-nin 4 saylı Ərazi İdarəsinə müraciət edən zaman da, cavabdeh imtina məktubunda məhkəmə mübahisənin mövcud olmasını qeyd etmişdir. Belə ki, hazırki iş üzrə iddiaçı xx.xx.2023-cü il tarixdə Abşeron rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, mübahisəli torpaq sahəsindən çıxarılması, habelə mənə məxsus torpaq sahəsi üzərində cavabdeh tərəfindən aparılmış təmir tikinti işlərinin (inşa edilmiş hasarın, qoyulmuş darvazanın və digər tikinti işlərinin) mənim hesabıma sökülməsini xahiş etmişdir. Hazırda həmin iddia tələbi üzrə məhkəmənin baxış iclası davam edir.Bildirirəm ki, iddiaçının iddia etdiyi torpaq sahəsi mənim istifadəmdədir. Bunu Abşeron rayon Məhkəməsi tərəfindən təyin edilmiş eksper rəyi də təsdiq edir. Torpaq sahəsi mənə ayrılan vaxtdan mənim istifadəmdə olmuşdur. Bütün bu hallar, icraatınızda olan hazırkı iş mənim maraqlarına toxunur. Ona görə hazırkı iş üzrə onun üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclas protokolu əsasında X5 iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir. Üçüncü şəxs X1 nümayəndəsi və vəkili Vəkil2 icraatın dayandırılması barədə vəsatətinin təmin edilməməsinə zərurət qalmamışdır. Belə ki, yekun qərarın çıxarılması üçün zəruri olan bütün sübutlar təqdim edilmiş və uzun surən məhkəmə icraatı davam etdiyindən məhəkəmə yekun qərarın çıxarılmasını məqsədəmüvafiq hesab etdi. Həmçinin, təqdim edilmiş DƏDKR-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-32/2-5918/2025 nömrəli mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı adına olan A№133278 nömrəli (**********1265 reyestr nömrəli) torpaq sahəsinin plan və ölçüsü sənədində göstərilən torpaq sahəsi ilə X1 faktiki istifadəsində olan torpaq sahəsinin üst-üstə düşən hissəsi 0.0507 ha təşkil etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin dəqiqləşmə ərizəsi nəzərə alınmaqla məhkəmənin xx.xx.2026-cı il tarixli iclas protokolu əsasında üçüncü şəxs X2 iş üzrə üçüncü şəxs qismində iştirakına xitam verilmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: DƏDKR-in 4 saylı Ərazi İdarəsinin xx.xx.2024-ci il tarixli, 321332/2-5923/24 nömrəli imtina məktubu, etiraz ərizəsi, Abşeron rayon Məmmədli Bələdiyyəsinin 31 mart 2008-ci il tarixli 03/70 nömrəli qərarının surəti, Məmmədli Bələdiyyəsinin torpaq sahəsinə yerquruluşu planından çıxarışın surəti, DT və XK-nın Abşeron rayon şöbəsi və bələdiyyə tərəfindən təsdiqlənmiş alq-satqı aktının surəti, torpaq sahəsinin dəyərinin ödənilməsi ilə bağlı ödəniş qəbzinin surəti, İddiaçı adına olan A№133278 nömrəli (**********1265 reyestr nömrəli) torpaq sahəsinin plan və ölçüsü sənədinin surəti, X1 adına rəsmiləşdirilmiş Abşeron rayon Məmmədli Bələdiyyəsinin 28 iyun 2007-ci il tarixli 06/288 nömrəli qərarının surəti, DT və XK-nın Abşeron rayon şöbəsinin rəyi, Məmmədli Bələdiyyəsinin torpaq sahəsinə yerquruluşu planından çıxarışın surəti, cavabdehin xx.xx.2025-ci il tarixli, 3-21-3- 32/2-5918/2025 nömrəli mütəxəssis rəyi və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında bələdiyyə qərarının verildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-ə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2024-ci il tarixli, 321332/2-5923/24 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayon Məmmədli Bələdiyyəsinin 31 mart 2008-ci il tarixli 03/70 nömrəli qərarı əsasında İddiaçı fərdi yaşayış evinin tikinisi üçün 0.06 ha t torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsinin dəyəri Məmmədli Bələdiyyəsinin hesabına köçürülmüş və onun adına A№133278 nömrəli (**********1265 reyestr nömrəli) torpaq sahəsinin plan və ölçüsü sənədi də hazırlanmışdır. İddiaçı ona ayrılmış 0.06 ha torpaq sahəsi üzrə yaranmış mülkiyyət hüquqlarını DƏDKR-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında gətirdiyi yeganə arqument iddiaçıya bələdiyyə tərəfindən ayrılan torpaq sahəsinin, həmin tarixdə mövcud olan qanunvericiliyin tələblərinə uyğun qaydada aparılmaması olmuşdur. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumentləri araşdıraraq hesab edir ki, torpaq sahəsinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsaslıdır. Belə ki, 23 oktyabr 2007 tarixli 466-İİİQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007 tarixdən etibarən Azərbaycan Respublikasında bələdiyyə torpaqlarının satışı dayandırılmışdır. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 28 oktyabr 2008-ci il tarixdə 709-İİİ QD nömrəli Qanununa əsasən “Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Torpaq sahəsinin müsabiqə və ya hərrac vasitəsi ilə satışı satışa çıxarılan torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra aparılır. Göründüyü kimi İddiaçı fərdi yaşayış evinin tikinisi üçün 0.06 ha torpaq sahəsi Abşeron rayon Məmmədli Bələdiyyəsinin 31 mart 2008-ci il tarixli 03/70 nömrəli qərarı ilə, yuxarıda qeyd olunan Qanuna zidd olaraq xx.xx.2007-ci il tarixdən sonra satılmışdır. Həmçinin, 29 iyun 2001-ci ildə qüvvəyə minmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq ərazi üzrə 5 ildən artıq yaşayan şəxslərə torpaq sahəsi ayrılan zaman torpaq sahəsinin məhz açıq hərrac vasitəsi ilə satılması məcburi deyil. Yəni qeyd olunan maddənin tələbləri baxımından torpaq sahəsinin yerləşdiyi ərazidə 5 ildən artıq yaşayan şəxslər açıq hərrac keçirilmədən də torpaq sahəsini əldə edə bilərlər. Araşdırma zamanı müəyyən edildi ki, qərar qəbul edilən ərəfədə iddiaçı 5 ildən artıq Abşeron rayonu, Məmmədli kəndində pasport qeydiyyatda olmamış, hal-hazırda da Bakı şəhəri, Səbail rayonu, badamdar qəsəbəsində yaşayış yeri üzrə pasport qeydiyyatınddır. Belə olan halda iddiaçının tələbi təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, bələdiyyələr öz mülkiyyətində olan torpaq sahələrinin “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 15 və 16-cı bəndlərinə əsasən torpaq sahəsinin ayrılmasını tələb edən şəxsin müraciətini nəzərdən keçirərək həmin torpaq sahəsinin ayrılmasının məqsədə uyğunluğunu müəyyən edir. Əgər həmin ərazi üzrə torpaq sahəsinin ayrılması məqsədə uyğun hesab edilərsə, o halda bələdiyyə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.1-ci maddəsinin tələblərinə əsasən torpağın hərrac və hərrac keçirilmədən ayrılması məsələsini həll edir. Həmin Qanunun 6.2ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə qarşı “Abşeron rayon Məmmədli Bələdiyyəsinin 31 mart 2008-ci il tarixli 03/70 saylı qərarına əsasən Abşeron rayon Bələdiyyə inkişaf fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına yararsız olan torpaq sahəsindən ona satılmış, habelə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsin tərəfindən xx.xx.2008-ci il tarixdə 7704 nömrə ilə uçota alınmış A№133278 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmiş 0,06 ha torpaq sahəsinin hazırkı iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş X2 mülkiyyətində olan topaq sahəsinin 0,0093 ha hissəsi ilə üst-üstə düşən hissəsi istisna olmaqla (yəni iddia tələbində 0,06 ha torpaq sahəsinin 0,0093 hissəsədə azaldılması nəzərə alınmaqla) digər 0,0507 ha hissəsinin iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, bu barədə çıxarışın və həmin torpaq sahəsi ilə bağlı digər texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X13
Məhkəmə qərarları › İş №2-1(118)-1625/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1625/2025
13.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver