Məhkəmə qərarları › İş №2-1(118)-1626/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1626/2021

27.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1626/2021 27.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “ona məxsus ünvan 1 ünvanında qeydiyyatda olan Quliyeva Ülviyyə Rəşid qızının pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Belə ki, ünvan 2 notariat kontorunda bağlanmış alqı satqı və ipoteka müqaviləsinə əsasən qeyd olunan mənzil Quliyeva Ülviyyə Rəşid qızı tərəfindən İddiaçı satılmışdır. Hazır ki, iddia tələbi üzrə 3-cü şəxs olan Quliyeva Ülviyyə Rəşid qızı ilə iddiaçının heç bir əlaqəsi yoxdur. Belə ki, 3-cü şəxs onun mülkiyyətində olan mənzilin keçmiş sakinidir və onun həmin mənzildə pasport qeydiyyatı formal xarakter daşıyır. Quliyeva Ülviyyə Rəşid qızının mənzildə istifadə hüquqi olmadığından mənzilə olan qeydiyyatının ləğv edilməsi barədə iddiaçı cavabdeh təşkilata ərizə ilə müraciət etmiş, lakin cavabdeh Sumqayıt şəhər Pİ-dən verilmiş 123-27/55Ş-3221 saylı, 19.07.2021-ci il tarixli məktubla ona imtina edilmişdir. Ona görə də cavabdehə qarşı yuxarıda göstərilən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilərək, Quliyeva Ülviyyə Rəşid qızının ünvan 3 ünvanında yerləşən yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılması və 3-cü şəxsin mənzildən pasport qeydiyyatından çıxarılmanı gecikdirdiyinə görə ona vurulmuş mənəvi zərərə görə dəbbə pulun un 3-cü şəxsdən tutulması haqqında qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, 3-cü şəxs qarşı mənəvi zərər tələbindən imtina edərək, yalnız onun ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə, lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə dair göndərilmiş məhkəmə bildirişi poçt xidməti tərəfindən üzərində bu ünvanda yaşamırlar qeydi aparılmaqla geri qaytarılmışdır. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 123-27/55Ş-3221 saylı, 19.07.2021ci il imtina məktubu, Daşınmaz Əmlakın Dövlət Reyesteri tərəfindən verilmiş ********** nömrəsi ilə qeydiyyata alınan 05.11.2020-ci il tarixli çıxarışın surəti, ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə dair bağlanmış və ünvan 5 4Ə-2265 reyester kitabında qeydə alınmış alqı-satqı və ipoteka müqaviləsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin mülkiyyətçisidir. Tərəflər arasında ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinə dair bağlanmış və ünvan 5 4Ə-2265 reyester kitabında qeydə alınmış alqı-satqı və ipoteka müqaviləsinin 2.4-cü bəndinə əsasən Quliyeva Ülviyyə Rəşid qızı mənzilə dair müqavilə rəsmiləşdirildikdən sonra 30 gün müddətinə pasport qeydiyyatından çıxmağı öhdəsinə götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, 3-cü şəxs Quliyeva Ülviyyə Rəşid qızı ünvan 4 ünvanında yerləşən yaşayış sahəsi üzərində hər hansı hüquqa malik olmadığı halda qeyd edilən ünvanda formal olaraq qeydiyyatda qalmaqla İddiaçı mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından iddiaçının iddia tələbi qanuni və əsaslı hesab edilərək təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Quliyeva Ülviyyə Rəşid qızının İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən yaşayış sahəsindən pasport qeydiyyatdan çıxarılması vəzifəsi Sumqayıt Şəhər Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar