Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1628/2020 09.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı Cavabdehnə qarşı “İddiaçı xx xxxx 1958-ci ildə doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin “ata” qrafasında X4, “ana” qrafasında X2 yazılması və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, İddiaçı xx xxxx 1958-ci ildə doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin “ata” qrafasında X4, “ana” qrafasında X2 yazılması və yeni doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1958-ci ildə Zəngilan şəhərində anadan olmuşdur. Həmin vaxt doğum rəsmi qaydada qeydiyyata alınmış, iddiaçıya doğum haqqında şəhadətnamə verilmişdir. X1 1979-cu ildə anası X3 2002-ci ildə vəfat etmişdir. Cinayət törətməsi ilə əlaqədar xx.xx.2007-ci ildən xx.xx.2013-cu il tarixə kimi 14 saylı MTCM-də cəza çəkmişdir. Bu dövrdə yaşadığı evdən doğum haqqında şəhadətnaməsi yoxa çıxmış, naməlum şəxslər tərəfindən oğurlanmışdır. İddiaçı şəhadətnamənin oğurlanmasını həbsdən qayındandan sonra bilmişdir. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün Azərbaycan Respublikasının vətəndaşı kimi şəxsiyyət vəsiqəsi ala bilmir. Bu da ona bir sıra hüquq və vəzifələrini həyata keçirməkdə maneçilik yaradır, heç bir ünvana qeydiyyata düşə bilmir. Təkrar olaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün Cavabdehnə müraciət etsə də nəticəsi olmamış, xx xxxxxxx 2020-ci il tarixli cavab məktubu qeydiyyat şöbəsi tərəfindən iddiaçıya məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmi faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İddiaçı doğum haqqında şəhadətnaməni başqa qaydada ala bilmir və bunun bərpası da mümkün deyildir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının iddia tələbi ümumi (publik) deyil xüsusi hüquq münasibətlərindən (hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi) irəli gəlir və mövcud iddia inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialara aid deyil. Belə ki, doğum haqqında akt qeydi şəxs doğulan andan onunla bağlı ilkin məlumatların, yəni adının, soyadının, ata, ana adının və soyadının qeydə alındığı sənəddir. İddiaçı xx xxxx 1958-ci ildə doğumun qeyd edilməsi faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamənin “ata” qrafasında X4, “ana” qrafasında X2 yazılması və yeni doğum haqqında şəhadətnamənin verilməsini istəyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın 9.1 və 9.8-ci bəndlərinə əsasən qeydiyyat şöbəsinə şəxsən müraciət etmiş şəxslərə təkrar şəhadətnamələr ərizəçinin şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildiyi gün verilir. Həmçinin 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim etdikdə təkrar şəhadətnamələr verilə bilər. Lakin hazırki işdə iddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün inzibati orqana şəxsiyyətini təsdiq edən sənəd təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi üçün ümumi məhkəməyə müraciət etmək imkanı vardır, hansıkı inzibati orqan öz imtinasında bunu iddiaçıya izah etmişdir. Lakin iddiaçı müvafiq ümumi məhkəməyə müraciət etmək əvəzinə inzibati orqanın hərəkətlərini mübahisələndirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi qanunvericilikdə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi haqqında iddialara mülki məhkəmə icraatında xüsusi icraat qaydasında baxılması nəzərdə tutulmuşdur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il 4 saylı Qərarının 15.3-cü bəndinə əsasən mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah olunsun ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1628/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1628/2020
09.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver