Məhkəmə qərarları › İş №2-1(118)-1629/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1629/2021

17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1629/2021 17.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “25 sentyabr 2017-ci il tarixdən 25 sentyabr 2021-ci il tarixinə kimi ödənilməmiş Qarabağ müharibəsi veteranı müavinətinin və Prezident təqaüdünün ödənilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulmasına” barədə iddia ərizəsi üzrə işə inzibati icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “25 sentyabr 2017-ci il tarixdən 25 sentyabr 2021-ci il tarixinə kimi ödənilməmiş Qarabağ müharibəsi veteranı müavinətinin və Prezident təqaüdünün ödənilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması” barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Tərəflər aidiyyatın müəyyən olunması üçün məhkəməyə dəvət olunmuşlar. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. İddiaçıya məhkəmə tərəfindən hüquqi yardım edilmiş, iddiaçı müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarının araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin olduğu yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 143 ünvanında yerləşir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan Bakı şəhərində yerləşdiyi üçün işə aidiyyat qaydalarına uyğun olaraq, cavabdehin yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.4-cü maddəsinə əsasən həmin məcəllənin 8.1.1-8.1.3 maddəsində nəzərdə tutulan hallar istisna olmaqla iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi aidiyyətin müəyyən olunmasında həmin norma ümumi norma kimi çıxış edir. Məhkəmə belə qənaətə gəlir ki, hazırkı iddia öhdəliyin icrası olduğuna görə, xüsusi norma kimi çıxış edən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1- 8.1.3-cü maddələrinə uyğun olaraq baxıla bilməsi üçün heç bir əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə xüsusi norma rolunu oynayan, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-8.1.3 maddələri tətbiq edilməyəcəyinə görə, bu halda ümumi norma rolunu oynayan, həmin məcəllənin 8.1.4-cü maddəsi tətbiq edilməli və işə cavabdehin olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı Bakı şəhəri, Nərimanov rayonu, X2 küçəsi, ev 143 ünvanında yerləşir. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli, 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən Bakı şəhəri, Nərimanov rayonu Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ərazi aidiyyətin üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Şərh olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iş baxılması üçün aidiyyəti qaydalarına uyğun olaraq cavabdehin olduğu yerə görə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci, 8-ci və 81-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “25 sentyabr 2017-ci il tarixdən 25 sentyabr 2021-ci il tarixinə kimi ödənilməmiş Qarabağ müharibəsi veteranı müavinətinin və Prezident təqaüdünün ödənilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə qoyulması” barədə inzibati iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar