Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-163/2020 16.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibatiMəhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X17 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı qızının cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron rayon Polis İdarəsinə qarşı “X4, X5 və X9 ünvan 1 mənzil 25 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı qızı X4, X5 və X9 ünvan 1 mənzil 25 ünvanından qeydiyyatdan çıxarılması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırkı iddia tələbi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1657/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə X12, X13 3-cü şəxs qismində inzibati məhkəmə icraatına qəbul edilmişdirlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 1977-ci ildən yuxarıda göstərilən ünvana gəlin gəlmişdir və həmin ünvanda yaşayır. Həmin vaxtdan mərhum həyat yoldaşı X10 ilə ailə həyatı qurmuşdurlar və onların həmin evlilikdən 3 övladı var. Böyük oğlu X14 ailəlidir və bir övladı var. Yuxarıda göstərilən mənzil 1967-ci ildə qayınatası X2 hökumət tərəfindən 273 saylı orderlə verilmişdir. Qayınatası vəfat etdikdən sonra həyat yoldaşı da 2008-ci ilin dekabr ayının 20-də vəfat etmişdir. Bundan sonra iddiaçı 2010-cu ildə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Ərazi İdarəsinə mənzili öz adına keçirmək üçün ya icra hakimiyyəti başçısının sərəncamı lazımdır və ya məhkəməyə müraciət etməlidirlər. İddiaçı 2010-cu ildə Abşeron rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Həmin müraciətin əsasında Abşeron rayon İcra Hakimiyyəti başçısının 489 saylı xx xxx 2010-cu il tarixli sərəncamı çıxmışdır. Həmin sərəncama əsasən, qayınatası X1 adına yuxarıdakı ünvanda göstərilmiş 41 kv.m-lik üç otaqlı mənzilin iddiaçının adına dəyişdirilməsi göstərilmişdir. İndi yuxarıda göstərilmiş mənzil iddiaçının adınadır, həmin mənzildə iddiaçı oğlu X15 ilə birgə yaşayırlar. Böyük oğlu Fərziyev Ramil evləndikdən sonra 2010-cu ildən yuxarıda göstərilmiş mənzildə yaşayır. O ailəsi ilə birlikdə iddiaçıya məlum olmayan başqa yerdə özünə həyət evi tikərək orada yaşayır. Bunu 2013-cü ildə qonşularının şahidliyi ilə qeyd olunmuş qonşuları Süleymanova Afisə, Zeynalov Fikrət və Əhmədova Böyükxanım adından yazılmış və 3 saylı MİS tərəfindən təsdiq olunmuş ərizədə də göstərilmişdir ki, böyük oğlu X14 2010-cu ilin mart ayından yuxarıda göstərilən ünvanda yaşamır. Bunu həmçinin 3 saylı MİS-in verdiyi xx.xx.2018-ci il 824 saylı arayışdan da görünür ki, oğlu Ramil və onun həyat yoldaşı iddiaçının ünvanında qeydiyyatda olsalar da, həmin ünvanda yaşamırlar. Həmçinin qonşular Əhmədova Böyükxanım Məliyart qızı, X16 və X11 tərəfindən imzalanmış və Abşeron rayonu, 1 saylı dövlət Notariat Kontoru tərəfindən təsdiq olunmuş xx xxx 2011-ci il tarixli aktdan da görünür ki, yuxarıda göstərilən ünvanda iddiaçı və oğlu X3 başqa heç kim yaşamır. X8 və onun həyat yoldaşı və övladı onların ünvanında qeydiyyatdadırlar. Onların qeydiyyatda olmasına görə iddiaçı 10 ilə yaxındır ki, bütün kommunal xərclərini adambaşına hesabla artıq ödəyirlər. İddiaçı təqaüdçüdür, oğlu Rasim heçbir yerdə işləmir. İddiaçının təqaüdü hesabına yaşayırlar. Ona görə də X6, X7 onların ünvanında qeydiyyatda qalması iddiaçıya artıq xərc hesabına başa gəlir və iddiaçı hazırki təqaüdlə hesabına onlara görə kommunal xərcini ödəməyə gücü çatmır. Buna görə də hesab edirlər ki, onlar qeydiyyatdan çıxarılmalıdır. Bu barədə iddiaçı Abşeron rayon Polis İdarəsinin qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə ərizə ilə müraciət etmişdir, həmin şöbədə iddiaçıya müsbət cavab verilməmişdir və yuxarıda göstərilən şəxslərin qeydiyyatdan çıxarılması təmin edilməmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə prosesinin onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmiş və məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Cavabdeh iddia ərizəsinə etirazında qeyd edir ki, vətəndaşın qeydiyyatdan çıxarılması üçün Azərbaycan Respublikası DİN-nin 550 saylı əmrinin 5-ci maddəsinin “a” bəndinə əsasən yaşayış yerini dəyişdikdə yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin 10 nömrəli arayışına və ya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında çıxarıla bilər. Həmçinin bildirilmişdir ki, işlərin çoxluğunu nəzərə alaraq məhkəmədə iştirak etmədikləri üçün məhkəmənin verdiyi qanuni qərarla razılaşırlar. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi qanunvericilik şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsaslarını dəqiq müəyyən etmişdir. Azərbaycan RespublikasıKonstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair xx xxxx 2016-cı il tarixli qərarında qeyd olunur ki, ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün iki təməl şərt tələb olunur: - yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisi ilə birgə yaşayan şəxslərlə onun arasında etibarlı ailə əlaqələrinin mövcudluğu. Bununla bağlı Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” xx xxxxxxx 2008-ci il tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, onunla etibarlı ailə əlaqələri əsasında yaranır; - yaşayış sahəsinə olan ehtiyacını bu mülkiyyətçinin evindən istifadə etməklə qarşılamaq məcburiyyətində olması. Belə ki, Mülki Məcəllənin 228.5-ci maddəsinin məzmununa müvafiq olaraq, yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İş materiallarından görsənir ki, iddiaçı ilə üçüncü şəxs X12, X13 arasında mövcud olan ailə münasibətləri əsasında üçüncü şəxslərin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. Qanunvericiliyin də tələbindən göründüyü kimi yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İddiaçıya izah edilsin ki, mübahisəli mənzilə dair üçüncü şəxslər ilə aralarındakı istifadə hüququ ilə bağlı mülki mübahisələrin nəticəsinə uyğun olaraq, yenidən inzibati orqana müraciət etməsi istisna edilmir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-163/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-163/2020
16.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver