Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-163/2022 13.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı ünvan 1 ünvanda yerləşən 0,08 ha torpaq sahəsinə dair mükiyyət hüququnun müəyyən edilməsinə dair çıxarışın verilməsi barədə qərar qəbul edilməsi və mülkiyyətə dair çıxarış verilməsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu Saray qəsəbə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 076786 saylı “Torpaq sahəsinin planı və ölçüsü” əsasında ünvan 2 ünvanda yerləşən 0,08 ha torpaq sahəsinin və onun üzərində tikilmiş ev sahəsinə bütöv çıxarışın verilməsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, Saray qəsəbəsi, S.Qazıyev küçəsi 17 saylı ünvanda yerləşən 0,08 ha torpaq sahəsinə dair mükiyyət hüququnun müəyyən edilməsinə dair çıxarışın verilməsi barədə qərar qəbul edilməsi və mülkiyyətə dair çıxarış verilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda X3 adına 0,20 ha torpaq sahəsi ayrılmışdır. X1 razılığı ilə onun adına olmuş həmin torpaq sahəsindən 0,08 ha torpaq sahəsi Abşeron rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 05.11.1999-cu il tarixli 41 N:li Sərəncamı ilə İddiaçı adına keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin 6457 N:li 15.08.2008-ci il tarixli rəyi ilə '‘Abşeron rayon İcra Hakmiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05.11.1999-cu il tarixli 41 saylı Sərəncamına əsasən İddiaçı 0,08 hektar olmaqla ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nin Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir”. Ona ayrılmış torpaq sahəsinin reyestr qeydinin aparılması üçün sənədləşdirilməsi zərurəti ilə əlaqədar ilkin olaraq, Azərbaycan Respublikası Döblət Torpaq və Xəritəçəkmə Komitəsinə müracit etmiş və Torpaq sahəsinin Plan və Ölçüsü barədə sənədləşdirmə aparılmış və ona A N: 076786 saylı Şəhadətnamə vermişdir.” O zaman , yəni 14.08. 2008-ci il tarixində 186 N:li Arayışla Saray qəsəbə Bələdiyyəsi İddiaçı ev tikintisi üçün verilmiş 0,08 hektar torpaq sahəsinə heç bir vergi borcu yoxdur” və həmin torpaq sahəsini xüsusi mülkiyyət hüququ ilə sənədləşdirilməsinə etiraz etmir. Ona görə də o, torpaq sahəsinin sənədləşdirilməsi və Çıxarışın verilməsi üçün AR Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron rayon Ərazi İdarəsinə müraciət etmiş və 30.06.2021-ci il tarixli **********37 N:li məktubu ilə ona verilmiş cavabda qeyd olunmuşdur ki, guya Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövət reyestri haqqında ” Azərbaycan Respublikasının Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən fərmanin birinci hissəsindəki sənədlərin Siyahısında torpaq sahəsinin ayrılması barədə kənd qəsəbə nümayəndəliklərinin sərəncamları nəzərdə tutulmamışdır.“ Hesab edir ki, ona verilmiş cavab əsasızdır. Belə ki onun sahibliyində olan torpaq sahəsinin ayrılması barədə Sərəncam 05.11.1999-cu ildə olduğu halda 2015-ci ildə qəbul edilmiş qanun tətbiq edilməklə imtina edilməsi əsasızdır. Ona ayrılmış torpaq sahəsinin dörd tərəfindən daş hasar çəkdirmiş və torpaq sahəsi daimi onun nəzarəti altında olmuşdur. Həmin torpaq sahəsinə o sahiblik etmişdir və o, həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək orada yaşayır. Azərbaycan Respublikası Əmək Məsələləri Dövlət Komitəsi sədrinin 29.06.2009-cu il tarixli 06 nömrəli əmri ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər ərazi idarəsinin" Əsasnaməsinin 2.2-ci bəndinə əsasən inventarlaşdırma, torpaq sahələrinin ölçü və planlarının çəkilməsi işləri İdarə tərəfindən tərtib edilir. O, aldığı torpaq sahəsinin dörd tərəfindən daş hasar çəkdirmiş, bağ torpaq sahəsi daimi onun nəzarəti altında olmuşdur və həmin torpaq sahəsinə ondan başqa heç kim sahiblik etməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.08 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 03 iyun 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı vətəndaşa 0.08 ha torpaq sahəsinin Abşeron rayon İcra hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli 41 saylı sərəncamı ilə ayrıldığı məlum olmuşdur və torpaq sahəsinin ayrıc aktı təqdim edilmiş sənədlər toplusuna daxil edilməmişdir. Qanunvericiliyə əsasən torpaq sahəsi ayrılması üçün həmin sahənin istifadəyə, icarəyə və ya satılması məqsədi ilə müvafiq qərar qəbul edilənə qədər torpaq sahəsi yerdə və xəritədə müəyyən edilir. Tərtib edilmiş torpaqayırma planı həmin sahənin istifadəyə, icarəyə və ya satılması barədə müqavilənin ayrılmaz hissəsi hesab edilir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 13.01.2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən fərmanın birinci hissəsindəki sənədlərin Siyahısında torpaq sahələrinin ayrılması barədə kənd/qəsəbə nümayəndəliklərin sərəncamları nəzərdə tutulmamışdır. Aqrar İslahat Komissiyasının 10.05.1998-ci il tarixli, 16 nömrəli qərarına əsasən X6, X7 və digərlərinə 0,16 ha torpaq sahəsi ayrılmış və sözügedən qərar əsasında JN-334A, KOD 30800086 "Torpağın mülkiyyətə verilməsinə dair" Şəhadətnamə verilmişdir. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 67-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin müddəalarına əsasən torpaq sahibliyi və torpaqdan istifadə məsələlərinin həll edilməsi İcra Hakimiyyəti başçısının müstəsna səlahiyyətlərinə aid edilmişdir, səlahiyyətsiz şəxs Saray qəsəbəsi üzrə Nümayəndəliyinin sərəncam verməsi həm də o dövrdə qüvvədə olan Mülki Məcəllənin 59-cu maddəsinin tələblərini kobud şəkildə pozulması deməkdir. Həmin Məcəllənin 59-cu maddəsinə əsasən “Əqd bağlamağa müvəkkil edilməyən və ya səlahiyyət həddini aşmaqla başqasının adından bağlanılan əqd, təmsil edilən üçün mülki hüquq və vəzifələri yalnız o halda əmələ gətirə, dəyişdirə və xitam edə bilər ki, o bu əqdi bəyənmiş olsun. Hazırki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 351.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır. 351.2. Əgər əhəmiyyətsiz əqdi bağlamış şəxs onu təsdiq edərsə, onun hərəkətləri əqdin yenidən bağlanması kimi qiymətləndirilir. Məcəllənin 358-ci maddəsinə əsasən də səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Eləcə də, o zaman qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 36-cı maddəsinə əsasən rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətinin nümayəndəliyi rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının səlahiyyətlərinin həyata keçirilməsinə kömək göstərir, onun səlahiyyətlərinə aid olan məsələlərə dair təkliflər verir, tapşırıqlarını həyata keçirir, vətəndaşların qəbulunu həyata keçirir, onların şikayət, ərizə və təkliflərinə baxır və lazımi tədbirlər görür. Qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparır, notariat işlərini görür, vətəndaşlara onların şəxsiyyətini, ailə vəziyyətini təsdiq edən arayışlar və ganunvericiliklə nəzərdə tutulmuş digər arayışlar verir, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilmiş digər səlahiyyətləri həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haggında” Azərbaycan Respublikası Qanunun 10.2-ci maddəsinin tələbinə əsasən Daşınmaz əmlak üzərində hüguqların əmələ gəlməsinin, başgasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün Qeydiyyat orqanına verilən ərizəyə bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan- cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində aparılan daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Məhkəməyə sorğu əsasında daxil olmuş Abşeron rayon İcra Hakimiyyəti başçısının 149 saylı, 19 iyun 1998-ci il tarixli sərəncamından görünür ki, Abşeron rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə Saray qəsəbəsinin inkişaf perspektivi üçün bələdiyyə fonduna 50 ha torpaq sahəsinin ayrıldığının nəzərə alınması, həmin fonddan hər ailəyə 0,1 ha hesabı ilə 100 ailəyə 10 ha həyətyanı orpaq sahəsinin ayrılıb Saray qəsəbəsində yaşayan mənzil sahəsinə ciddi ehtiyacı olan vətəndaşlara verilməsi haqqında Saray Üzümçülük sovxozunun X12 Komissiyasının 26 noyabr 1997-ci il tarixli 9 saylı qərarının və toplanmış torpaqayırma sənədlərinin təsdiq edilməsi, torpaqlar vətəndaşlara paylanmamışdan əvvəl sahənin baş planının tərtib edilməsi, torpaqların baş plana uyğun Saray qəsəbəsi üzrə nümayəndəsinin sərəncamı ilə növbəlik əsasında, torpaq qanunvericiliyinə əməl etməklə paylanması qərara alınmışdır. - Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli sərəncamından görünür ki, X4 məxsus olan 0,20 ha həyətyanı torpaq sahəsindən İddiaçı İsmail oğluna 0,08 ha torpaq sahəsinin ayrılması və onun həmin sahədə yaşayış evi tikməyə dair icazə verilməsi barədə sərəncam verilmişdir. - Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 6457 saylı 15 avqust 2008-ci il tarixli rəyində qeyd olunmuşdur ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəsinin 05.11.1999-cu il tarixli 41 saylı sərəncamına əsasən İddiaçı 0.08 ha olmaqla ayrılmış torpaq sahəsi qanunamüvafiqdir və DTXK-nın Abşeron rayon şöbəsi həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmir. - 27 avqust 2008-ci il tarixdə 8992 nömrə ilə dövlət torpaq kasastrı kitabında uçota alınmış A 076786 saylı Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəsinin 05 noyabr 1999cu il tarixli sərəncamı ilə İddiaçı ayrılmış torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. - Cavabdehin 30 iyun 2021-ci il tarixli bidirişindən görünür ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 149 saylı, 19 iyun 1998-ci il tarixli sərəncamı ilə Abşeron rayon Aqrar İslahat Komissiyasının 20 noyabr 1997-ci il tarixli 13 saylı qərarı ilə Saray qəsəbəsinin inkişaf perspektivi üçün bələdiyyə fonduna 50 ha torpaq sahəsinin ayrıldığının nəzərə alınması, həmin fonddan hər ailəyə 0,1 ha hesabı ilə 100 ailəyə 10 ha həyətyanı torpaq sahəsinin ayrılıb Saray qəsəbəsində yaşayan mənzil sahəsinə ciddi ehtiyacı olan vətəndaşlara verilməsi haqqında Saray Üzümçülük sovxozunun X12 Komissiyasının 26 noyabr 1997ci il tarixli 9 saylı qərarının və toplanmış torpaqayırma sənədlərinin təsdiq edilməsi, torpaqlar vətəndaşlara paylanmamışdan əvvəl sahənin baş planının tərtib edilməsi, torpaqların baş plana uyğun Saray qəsəbəsi üzrə nümayəndəsinin sərəncamı ilə növbəlik əsasında, torpaq qanunvericiliyinə əməl etməklə paylanması qərara alınmışdır. Bu sənədlərə əsaslanan iddiaçı ona ayrılmış torpaq sahəsinə dair çıxarışın verilməsi üçün ərizə ilə cavadeh idarəyə müraciət etmişdir. Lakin cavabdehin 30 iyun 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasının əsası kimi Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbəsi üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyətinin olmaması göstərilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. Belə ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 149 saylı, 19 iyun 1998-ci il tarixli sərəncamı ilə hər ailəyə 0,1 ha hesabı ilə 100 ailəyə 10 ha həyətyanı torpaq sahəsinin ayrılıb Saray qəsəbəsində yaşayan mənzil sahəsinə ciddi ehtiyacı olan vətəndaşlara verilməsi haqqında Saray Üzümçülük sovxozunun X12 Komissiyasının 26 noyabr 1997-ci il tarixli 9 saylı qərarının və toplanmış torpaqayırma sənədlərinin təsdiq edilməsi, torpaqlar vətəndaşlara paylanmamışdan əvvəl sahənin baş planının tərtib edilməsi, torpaqların baş plana uyğun Saray qəsəbəsi üzrə nümayəndəsinin sərəncamı ilə növbəlik əsasında, torpaq qanunvericiliyinə əməl etməklə paylanması qərara alınmış və Saray qəsəbə üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli sərəncamı ilə X4 məxsus olan 0,20 ha həyətyanı torpaq sahəsindən İddiaçı İsmail oğluna 0,08 ha torpaq sahəsinin ayrılması və onun həmin sahədə yaşayış evi tikməyə dair icazə verilməsi barədə sərəncam verilmişdir. Göründüyü kimi Abşeron rayon İcra Hakimiyyəti başçısı yuxarda qeyd edilən sərəncamı ilə Abşeron rayonu Saray qəsəbəsi üzrə nümayəndəsinə vətəndaşlara torpaq sahəsi ayırmaq səlahiyyəti vermişdir və sonuncu da ona verilmiş bu səlahiyyətindən istifadə edərək, qeyd olunan torpaq sahəsini iddiaçıya ayırmışdır. Beləliklə də, iddiaçıya torpaq sahəsinin səlahiyyətsiz şəxs tərəfindən ayrılması barədə cavabdeh inzibati orqanın imtina məktubunda göstərdiyi dəlil tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəsinin 05 noyabr 1999cu il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu İcra Hakimiyyəti başçısının Saray qəsəbə üzrə nümayəndəsinin 05 noyabr 1999-cu il tarixli sərəncamı ilə İddiaçı ayrılmış 0,08 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-163/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-163/2022
13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver