Məhkəmə qərarları › İş №2-1(118)-1631/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1631/2021

16.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1631/2021 16.09.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ 5021, ünvan 2 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində mərhum X4 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılması tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında məhkəmin inzibati binasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ5021, ünvan 2 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində mərhum X4 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq ona hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və ona tələbi ilə bağlı inzibati orqana müraciətinin, habelə inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinasının və ya hərəkətsizliyinin zəruri olması bildirilmişdir. İddiaçı hazırki tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmədiyini bildirdi. O, əlavə olaraq izahatında bildirdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı ev atası X7 məxsus olmuşdur. Atası 15 iyun 2001-ci ildə vəfat etdikdən sonra həmin evdə ögəy anası X5 və bacısı X8 yaşamışlar. 2020-ci ildə həmin şəxslər atasının adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışlar. Çıxarış aldıqdan sonra onlara Sumqayıt şəhər 3 saylı Notariat ofisi tərəfindən qanun üzrə vərəsəlik haqqında şəhadətnamələr verilmiş, daha sonra isə həmin yaşayış evi və torpaq sahəsi bağışlama müqaviləsi ilə bacısı X6 verilmiş və sonuncu tərəfindən də başqa şəxsə satılmışdır. O evin atasının adında qalması şərtilə ögəy anası X1 və bacısı X3 həmin mənzildə yaşamalarına etiraz etməmişdir. Hesab edir ki, onun da atasının vərəsəsi olaraq hüquqları pozulmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin, hazırki işdə iddiaçı tərəfindən inzibati orqana müraciət edilməsi müəyyən edilmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının iddia ərizəsindən və məhkəmə iclasında verdiyi izahatdan görünür ki, iddiaçının niyyəti atasına məxsus mənzilə onunda vərəsəlik hüququnun tanınmasından ibarətdir və o, ögəy anası X2 vərəsəlik şəhadətnaməsi verilməsindən və onun tərəfindən sonradan sözügedən evin və torpaq sahəsinin başqa şəxslərin adlarına özgəninkiləşdirilməsindən narazıdır. Beləliklə iddiaçı sözügedən evin və torpaq sahəsinin atasına məxsus olduğunu inkar etmir, əksinə həmin əmlakın ona məxsus olduğunu bildirir. Lakin həmin mənzilə dair sonradan yaranmış vərəsəlik münasibətləri ilə razı deyil. Vərəsəlik münasibətləri ilə bağlı mübahsiələrə baxılması isə inzibati məhkəmə icraatının araşdırma predmetinə daxil deyildir. Belə olan halda iddiaçı düzgün hüquqi müdafiə vasitəsi seçməmiş, daşınmaz əmlakın dövlət reyestrindən atasının adına verilmiş çıxarışı məhkəmədə mübahisələndirmişdir. Hazırki halda həmin çıxarış iddiaçının hər hansı hüquq və mənafelərini pozmadığından onun həmin çıxarışı mübahisələndirməkdə subyektiv hüququ mövcud deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 4 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 4-cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İddiaçıya izah olunsun ki, atasının adına çıxarış verildikdən sonra mövcud olan vərəsəlik münasibətlərindən narazıdırsa, həmin münasibətlərə baxılması inzibati məhkəmə icraatının deyil, mülki məhkəmə icraatının mübahisə predmetinə aid olduğundan vərəsəlik münasibətləri ilə bağlı notariusun hərəkətlərindən ümumi (rayon, şəhər məhkəmələrində) məhkəmədə iddia qaldıra bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 74-cü məhəllə ünvanında yerləşən 105 saylı, Yeni qaydalarla AZ5021, ünvan 2 ünvanında yerləşən 23 saylı fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi üzərində mərhum X4 mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində aparılmış dövlət qeydiyyatının etibarsız sayılmasına dair iddiaası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar