Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1632/2022 10.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Aytəkin Ramiz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı polkovnik hərbi rütbəsinin bərpa olunması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müvafuq təqdimatın göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək polkovnik hərbi rütbəsinin bərpa olunması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müvafuq təqdimatın göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Hazırda iddiaçı və cavabdehin X1 ərizə ilə məhkəməyə müraciət edərək mübahisənin nizama salındığını və cavabdeh tərəfindən iddiaçının tələbinin əsasən təmin olunduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Məhkəmə hesab edir ki, tərəflər arasında mübahisə öz həllini tapdığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəlləsinin 67.3-cü maddəsinə görə bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının tələbi polkovnik hərbi rütbəsinin bərpa olunması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müvafuq təqdimatın göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsindən ibarət olmuşdur. cavabdehin nümayəndəsi öz vəsatətində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2022-ci il tarixdə İddiaçı polkovnik hərbi rütbəsinin bərpa olunması üçün Müdafiə Nazirliyinə müvafiq təqdimatın göndərilməsi təmin edilmişdir. İddiaçı mübahisənin bu cür nizama salınması ilə razılaşaraq mübahisənin həll edilmiş sayılmasını və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı polkovnik hərbi rütbəsinin bərpa olunması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müvafuq təqdimatın göndərilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə icraata tələbin cavabdeh tərəfindən həll edilməsi ilə əlaqədar xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1632/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1632/2022
10.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver