Məhkəmə qərarları › İş №2-1(118)-1632/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1632/2023

05.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1632/2023 05.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X6 və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X1 dəyişdirilməsi haqda Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 14 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək X3 ad və soyadının dəyişdirilməsi haqda Abşeron rayon İHB-nın xx.xx.2018-ci il tarixli 14 saylı sərəncamının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixli qərardadları ilə Suraxanı rayon qeydiyyat şöbəsi və X7 və üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X7 ilə birgə nikahından xx.xx.2012-ci il təvəllüdlü X8 adlı övladları anadan olmuşdur. Abşeron rayon Məhkəməsinin 07 aprel 2015-ci il tarixli qətnaməsinə əsaən onların arasındakı nikah pozulmuşdur və uşaq anasının himayəsində saxlanılmış və İddiaçı uşağın saxlanılması üşün aliment tutulmuşdur. Müəyynə müddətdən sonra uşağın anası X.Nəbiyeva alimentin miqdarınının artırılması üçün müraciət etdikdə iddiaçıya məlum olmuşdur ki, onun övladının adı və soyadı iddiaçıdan gizlin olaraq dəyişdirilmişdir. O, cavabdehin qəbul etdiyi qanunsuz sərəncama qarşı etiraz edir. Lakin uşağın mənafeyni nəzərə alaraq adının “Nigar” kimi saxlaınılmasına etiraz etmir. Lakin soyadının dəyişdirilməsinə qəti şəkildə narazıçılığını bildirir. Bu sərəncamın nətiəsində cavabdeh Suraxanı rayon İcra şöbəsi qanunsuz olaraq övladının ad və soyadını dəyişdirmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X9 iddianı qəbul etməyərək izah etdi ki, uşağın anası X7 uşağın adı və soyadını dəyişmək istədiyini bildirmişdir. Uşağın atası ilə əlaqə saxlanılmasına çalışmışlar, lakin o, telefon zənglərinə cavab verməmişdir. X.Nəbiyeva uşağın atası ilə əlaqə saxladığını, lakin onun bu məsələyə əhəmiyyət vermədiyini bildirmişdir. Uşağın da rəyi öyrənildikdən sonra X.Nəbiyevanın müraciətinə müsbət cavab verilmişdir. Üçüncü şəxs X7 iddanı qəbul etmədi və izah etdi ki, uşaq 40 günlük olanda iddiaçı ilə ayrılmşlar. Bundan sonra atası uşaqla maraqlanmamışdır, iddiaçı uşağın adını və soyadını dəyişmək istədiyini bildirsə də, atası onu narahat etməməyi tələb etmişdir. Uşağın 6 yaşı olanda o, Abşeron rayon İcra hakmiyiyyətinə müraciət etmişdir və uşağın da fikri öyrənildikdən sonra ərizəsi müsbət həll edilmişdir. Nigar hazırda liseydə təhsil alır, yüksək qiymətlər alır, yarışlarda və olimpiadalarda iştirak edir, müəllimləri və sinif yoldaşları onu Nəbiyeva Nigar kimi tanıyır. Uşağln adının və soyadının dəyişdirilməsi onz zərbə vura bilər. Bu səbəbdən o, iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarında olan: -İİ № 866070 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında “İddiaçı”, ana qrafasında “X4” göstərilmişdir. -Suraxanı rayon Qeydiyyat Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2012-cı il tarixli 1135 saylı doğum haqqında akt qeydində uşağın adının və soyadının Abşeron RİHB-nın xx.xx.2018-ci il tarixli 14 saylı sərəncamına əsasən "Nəbiyeva Nigar”a düzəliş edilmişdir. - Abşeron İcra Hakimiyyəti başçısının 24 yanvar 2018-ci il tarixli 14 nömrəli sərəncamından görünür ki, 09 aprel 2012-ci il təvəllüdlü X3 adının “Nigar”, soyadının “Nəbiyeva” kimi yazılması qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X3 soyadı və adı Abşeron RİHB nın xx.xx.2018-ci il tarixli 14 saylı sərəncamına əsasən “Nəbıyeva Nigar”a dəyişdirilmişdir. - Məhkəmənin sorğusuna əsasən Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, Abşeron İcra Hakimiyyəti başçısının 24 yanvar 2018-ci il tarixli, 14 nömrəli sərəncamının və həmin sərəncamın verilməsinə əsas olmuş sənədlərin surəti məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin və üçüncü şəxsin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının 21 iyul 1992-ci ildən qoşulduğu "Uşaq hüquqları haqqında" Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideyinlərini tapmaq və onlardan qayğı görmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə aradşırması zamanı müəyyən olundu ki, X3 adı və soyadının dəyişdirilməsinə əsas olmuş Cavabdeh Başçısının xx.xx.2018-ci il tarixli 14 saylı sərəncamı və əlavə sənədlər təqdim edilmişdir. Həmin sərəncamın qəbul edilməsi üçün əsas kimi valideynlərin nikahın pozulması haqqında qətnamə, nilahın puzlması haqqında şəhadətnamə və ananın müraciəti olmuşdur. Uşağın atasının münasibəti (fikri, razılığı), ümumiyyətlə ataya hər hansı formada məkumat verilməsi (və ya cəhd edilməsi) barədə hər hansı sənəd həmin sərəncama əlavə edilməmişdir. Cavabdehin nümayəndəsinin dediyi kimi telefonla əlaqə saxlanılması uşağın soyadının dəyişdirilmıəsi üçün əas ola bilməzdi. Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda sadalanan tələblərinə görə uşağın 18 yaşına çatana qədər digər valideynin soyadına dəyişdirilməsi üçün mütləq qaydada valideynlərin birgə xahişi tələb edilir. Vundan sonra da uşağın mənafeyi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı buna razılıq verə bilər. Hazırki halda isə məlum olduöu kimi uşağın atası olan iddiaçının soyadın dəyişdirilməsinə nəinki raz olmamış, ümumiyyətlə bu məsələdən xəbərsiz olmuşdur və hər hansı formada razılıq verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh Başçısının müvafiq sərəncamı həmin hissədə qanunusz hesab edilərək ləğv edilməlidir. Məhkəmə hesab edir ki, mübahisələndirilənə sərəncamın iddiaçıya hər hansı formada şatdırılması (elan edilməsi) barədə hər əhansı sübut təqdim edilmədiyindən iddia müddəti ötürülməmiş hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayopn İcra Hakimiyyəti Başçısının 24 yanvar 2018-ci il tarixli 14 saylı sərəncamı X1 “Nəbiyeva”ya dəyişdirilməsi hissəsində ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar