Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1637/2021 01.12.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayonu Vələmir kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınaraq dövlət qeydiyyatına alınması və hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın verilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunmasına” dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Xaçmaz rayonu Vələmir kəndində yerləşən 0.10 ha həyətyanı torpaq sahəsinə mülkiyyət hüququnun tanınaraq dövlət qeydiyyatına alınması və hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin həmin orqanın **********80 saylı, 25 iyun 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Vələmir kənd İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyinin 26 dekabr 2015-ci il tarixli, 50 nömrəli sərəncamına əsasən Vələmir kəndində 0,10 ha həyatyani torpaq sahəsi ayrılmışdır. İddiaçı həmin torpaq sahəsində fərdi yaşayış evi tikdirmişdir. Hal-hazırda ailə üzvüləri ilə birlikdə həmin həyətyani torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşayır. İddiaçı hal-hazırda həmin torpaq sahəsini adına rəsmişdirməklə həmin ev və həyətyani torpaq sahəsi üzərində mülkiyyət hüququma dair hüquqların dövlət qeydiyyatı haqqında çıxarış almaq istəyir. O, bu barədə cavabdeh təşkilat Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etsə də lakin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 25 iyun 2021-ci il tarixli, **********80 nömrəli məktubu ilə imtina ediİmişdir. İddiaçı hesab edir ki, Xaçmaz rayonu Vələmir kəndində erləşən 0,10 ha torpaq sahəsinə iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə tapşırılmalı, yəni məcbur edilməlidir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Vətəndaş İddiaçı Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Müqtədir qəsəbəsi üzrə nümayəndəsinin 26.12.1995-ci il tarixli 50 saylı sərəncamı əsasında ayrılmış Xaçmaz rayonu, Vələmir kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 17.06.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəyə 25.06.2021-ci il tarixli **********80 nömrəli məktubla cavab olamq bildirilmişdir ki, “Müraciətinizlə əlaqədar aparılmış araşdmma nəticəsində müəyyən edilmişdir ki, ərizənizdə qeyd olunan torpaq sahəsi Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Müqtədir qəsəbəsi üzrə nümayəndəsinin 26.12.1995-ci il tarixli 50 saylı sərəncamı əsasında ayrılmışdır. Məlumat üçün bildiririk ki, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Müqtədir qəsəbəsi üzrə nümayəndəsinin qanunvericiliyə əsasən torpaqayırma səlahiyyəti yoxdur. Bu səbəbdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün ölməmişdir. ” Məlumat üçün isə bildirilmişdir ki, qanunvericilikdə rayon İHB-nın İnzibati Ərazi Vahidliyi üzrə nümayəndələrinin əmri ilkin torpaqayırma sənədi kimi qəbui edilməsi nəzərdə tutulmur. Belə ki, həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq xalq deputatlar Sovetlərinin ixtiyarındadır və onlar torpaq barəsində öz səlahiyyətləri dairəsində sərəncam verirlər. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bildirirlər ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası qanununun 9.1.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. Nəzərinizə çatdırmaq istəyirik ki, vətəndaş tərəfindən yuxarıda qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçrilməmiş, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyinə dair sənəd, sxemə istinad yoxdur. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə qərarının təsviri hissəsində də qeyd olunduğu kimi iddiaçıya Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Vələmir kənd İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyinin 26 dekabr 2015-ci il tarixli, 50 nömrəli sərəncamına əsasən Vələmir kəndində 0,10 ha həyatyanı torpaq sahəsi ayrılmışdır. Məhkəməyə Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Vələmir kənd İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyinin 26 dekabr 2015-ci il tarixli, 50 nömrəli sərəncamı təqdim olunsa da, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Vələmir kənd İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyinə müvafiq səlahiyyət verilməsi ilə bağlı hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçıya torpaq sahəsi ayrılan zaman və icra nümayəndəliklərinə torpaq sahəsi ayrılması səlahiyyəti verən hər hansı bir normativ sənəd mövcud deyil. İddiaçı isə inzibati orqana yalnız Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Vələmir kənd İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyinin müvafiq sərəncamını təqdim etmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası qanuni olmuşdur. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçı Abşeron rayon İcra Hakimiyyəti başçsının Saray qəsəbəsi üzrə nümayəndəliyinə müvafiq torpaqayırma sərəncamı verməsinə səlahiyyət verilməsi ilə bağlı sübutları nə inzibati orqana, nə də məhkəməyə təqdim etməmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanunsuz olmamışdır. İddiaçıya izah edilsin ki, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Vələmir kənd İnzibati Ərazi Dairəsi Üzrə İcra Nümayəndəliyinin 26 dekabr 2015-ci il tarixli, 50 nömrəli sərəncamı verməsinə səlahiyyət verilməsi ilə bağlı sübutlar əldə edərsə yenidən inzibati orqana müraciət edə bilər. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1637/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1637/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver