Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1637/2025 28.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iş üzrə (Açar sözlər: müharibə veteranı adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Misirxanova Ayşən Valeh qızının katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 28 noyabr 2025ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) N2.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının N8 iyun 2009-cu il tarixli, N228 nömrəli qərarından görünür ki, Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən N93-cü ildə hərbi xidmətə çağırılmış, Tərtər hərbi prokurorluğunun 7 fevral 2007-ci il tarixli məktubuna əsasən qeydiyyata götürülmüş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən 22 yanvar N94-cü il tarixdə yaralanaraq 24 yanvar N94cü il tarixdən N fevral N94-cü il tarixə kimi Tərtər rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunduğu yaralanma – diaqnoz: “Sağrı nahiyyəsinin və sağ budun çoxsaylı kor qəlpə yaraları” (Xaçmaz Rayon Hərbi Komissarlığının N8 may 2009-cu il tarixli, 953 nömrəli arayışı, göndərişi, Tərtər rayon mərkəzi xəstəxanasından verilmiş N fevral N94-cü il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”.
2. “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumat”dan görünür ki, İddiaçı NN sentyabr 20N3-cü il tarixdə qiymətləndirərək “Sağ oturaq sinirinin posttravmatik nevriti. Sağ aşağı ətrafın posttravmatik parezi. Sağrı nahiyyəsində va sağ budun yumşaq toxumalarında yad cismlər” diaqnozu, “Azərbaycan Respublikası ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi” səbəb-əlaqəsi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
3. Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyi Mərkəzi arxivinin NN may 2022ci il tarixli, 4/2-2935 nömrəli arxiv arayışından görünür ki, Pereküşkül şəxsi heyətin qəbul məntəqəsindən gəlmiş, sıravi İddiaçı N nömrəli hərbi hissə komandirinin N yanvar N94-cü il tarixli, 2 nömrəli yoxlama əmrində (əsas: səh-7) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin olunmuşdur.
4. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun N0 avqust 2022-ci il tarixli, HPN7/966 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, N yanvar N94-cü il tarixdən N fevral N94-cü il tarixə kimi N nömrəli hərbi hissədə xidmət etməyilə bağlı barəsində Respublika Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. N MAT-ın sravisi İddiaçı hospitala göndərildiyi üçün N nömrəli hərbi hissə komandirinin N yanvar N94-cü il tarixli, 2N nömrəli əmrilə (əsas: səh-34, §-N) qazan təminatından çıxarılmışdır. Qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin may N93-cü il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır.
5. Azərbaycan Respublikası Müdafiə nazirinin katibliyinin N5 may 2024-cü il tarixli, 2/2-5755 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın N4 iyun 2022-ci il tarixli iclasında baxılmış və barəsində müsbət qərar qəbul edilməmişdir. Mərkəzi Arxivinin NN may 2022-cı il tarixli, 4/2-2935 nömrəli arayışına əsasən döyüş əməliyyatları aparılan dövrdə N yanvar N94-cü il tarixdən sonrakı dövrdə hərbi xidməti əmrlərlə təsdiqlənmədiyinə və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat olmadığına görə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur.
6. İddiaçı məxsus AO seriyalı, ******* nömrəli, 26 fevral 2007-ci il tarixli “Hərbi bilet”in surəti.
Məhkəmə araşdırması zamanı İPM-in N2.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
7. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 8 iyul 2025-ci il tarixli, 3-25-29/2- N385/2025 nömrəli məktubundan görünür ki, N nömrəli hərbi hissə komandirinin N yanvar N94-cü il tarixli, 2 nömrəli əmrində (əsas: yoxlama əmri: səh-7, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) “Piriküşkül şəxsi heyətin qəbulu və hazırlıq məntəqəsindən” gəlmiş, siyahılara və bütün növ təminatlara qoyulması şəxsi heyətin siyahısında İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N yanvar N94-cü il tarixli, 2N nömrəli əmrində (əsas: §-N, bənd-2, səh-34, əmrdə vəzifəsi qeyd olunmamışdır) N-ci motoatıcı tabor komandirinin təqririnə əsasən, qazan təminatından çıxarılaraq hərbi hospitala getmiş hesab edilən N-ci motoatıcı taborun hərbi qulluqçularının siyahısında, sıravi İddiaçı adı qeyd olunmuşdur. N nömrəli hərbi hissə komandirinin N fevral N94-cü il tarixli, N4 nömrəli əmrində (əsas: yoxlama əmri: səh-N2, əmrdə vəzifəsi göstərilməmişdir) N-ci motoatıcı taborda aparılan yoxlama zamanı döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçuların siyahısında, sıravi İddiaçı adı qeyd edilmişdir. Qeyd edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N fevral N94-cü il – 3N dekabr N94-cü il tarixli yoxlama əmrlərində və N fevral N94-cü il – 3N dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin “Əlifba qeydiyyatı” kitablarında, hərbi hissənin “Yaralıların qeydiyyatı” kitablarında İddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin N5 oktyabr 2025-c il tarixli, 3-N7-4/2-266N2/2025 nömrəli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemindən əldə edilən məlumatlara əsasən İddiaçı NN sentyabr 20N3-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyinatı aparılmışdır.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia tələbinin dəlilləri:
9. İddiaçı (bundan sonra - “iddiaçı”) Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi işin hallarına (§N-6) istinad edilərək onunla əsaslandırılmışdır ki, Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən müddətli hərbi xidmətə çağırılaraq, N2 may N87-ci il tarixdən 28 mart N89-cu il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələrində müddətli hərbi xidmət keçmək vəzifəsini icra etmiş, N93-cü ildə Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılaraq, xidmətini N yanvar N94-cü il tarixdən N fevral N94-cü il tarixə kimi N saylı hərbi hissənin tərkibində yerinə yetirmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən 22 yanvar N94-cü il tarixdə yaralanaraq 24 yanvar N94-cü il tarixdən N fevral N94-cü il tarixə kimi Tərtər Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının N8 iyun 2009-cu il tarixli, N228 saylı qərarına əsasən aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. 2-ci dərəcəli Qarabağ müharibəsinin əlilidir.
11. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 2N0 nömrəli qərarı ilə təsdiq edilmiş ““Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.N, İPM-in 33, 35-ci maddələrinə istinad olunmuşdur.
12. Azərbaycan Respublikası İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia tələbinə dair cavabdehin münasibəti:
14. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin təmin edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, şəxsə “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi üçün qanunvericiliyin müvafiq normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: - şəxsin xidmət keçməsi: hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. - bunun müvafiq sənədlərdə əks edilməsi: bu zaman zəruri sənədlər məfhumuna Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə qeyd etmək zəruridir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivin NN may 2022-ci il tarixli, 4/2-2935 nömrəli arayışına əsasən iddiaçının N yanvar N94-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılması barədə məlumat aşkar edilməmişdir. Bu kimi halları nəzərə alaraq, Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə haqlı olaraq müsbət qərar qəbul edilməmişdir.
15. Etirazın maddi hüquqi əsası kimi “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N, ““Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli, 396 nömrəli Fərmanının N.3-cü bəndlərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 9 iyul 2007-ci il tarixli Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77, İPM-in N4.3, 38, 47.2, 48.2-ci maddələrinə istinad edilmişdir.
c) Tərəflərin iştirakı və izahatları:
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının N8 may 202N-ci il tarixli, 2-N(N02)-895/202N saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
18. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § N-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
19. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
20. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
21. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.
22. Məhkəmənin 27 noyabr 2025-ci il tarixli iclasında iştirak edən şahid X4 ifadə verərək, Xaçmaz şəhərindən iddiaçı ilə birlikdə N93-cü ildə müharibəyə getdiyini, N nömrəli hərbi hissədə qulluq etdiklərini, 2N yanvar N94-cü il tarixdə özü, ondan N-2 gün sonra isə iddiaçının yaralandığını bildirmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
İddianın mümkünlüyü:
23. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
24. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
25. Həmin Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
27. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
28. İddiaçı tərəfin mövqeyinə görə, o, N93-cü ildə Xaçmaz Rayon Hərbi Komissarlığı tərəfindən səfərbərliklə əlaqədar hərbi xidmətə çağırılaraq, xidmətini N yanvar N94-cü il tarixdən N fevral N94-cü il tarixə kimi N saylı hərbi hissənin tərkibində yerinə yetirmişdir. Döyüş zonasında hərbi xidmət keçərkən 22 yanvar N94-cü il tarixdə yaralanaraq 24 yanvar N94-cü il tarixdən N fevral N94-cü il tarixə kimi Tərtər Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının N8 iyun 2009-cu il tarixli, N228 saylı qərarına əsasən aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. 2-ci dərəcəli Qarabağ müharibəsinin əlilidir.
29. Cavabdeh orqanın mövqeyinə görə isə iddiaçının N yanvar N94-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata və ya istefaya buraxılması barədə məlumat aşkar edilməmişdir.
30. Bu səbəbdən, məhkəmənin araşdırma predmeti iddiaçının N yanvar N94-cü il tarixdən sonrakı hərbi xidməti və hərbi xidməti sona çatması ilə qanuni əsaslarla ehtiyata buraxılması ilə bağlı olmuşdur.
31. Məhkəmə tərəfindən tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinə əsasən, İPM-in N2-ci maddəsinin tələbləri çərçivəsində hər iki tərəfin mövqeyi nəzərə alınaraq müxtəlif qurumlara müvafiq sorğular ünvanlanmışdır.
32. İş materiallarına əlavə edilmiş arxiv arayışından müəyyən edilir ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N yanvar N94-cü il tarixli, 2 nömrəli əmri əsasında “Piriküşkül şəxsi heyətin qəbulu və hazırlıq məntəqəsindən” gəlmiş, siyahılara və bütün növ təminatlara qoyulması şəxsi heyətin siyahısına daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin N yanvar N94-cü il tarixli, 2N nömrəli əmri ilə N-ci motoatıcı tabor komandirinin təqririnə əsasən, qazan təminatından çıxarılaraq hərbi hospitala getmiş hesab edilmiş, N nömrəli hərbi hissə komandirinin N fevral N94-cü il tarixli, N4 nömrəli əmrində N-ci motoatıcı taborda aparılan yoxlama zamanı döyüş tapşırığını yerinə yetirən hərbi qulluqçu olaraq qeyd edilmiş, lakin N nömrəli hərbi hissə komandirinin N fevral N94cü il – 3N dekabr N94-cü il tarixli yoxlama əmrlərində və N fevral N94-cü il – 3N dekabr N94-cü il tarixli nizami hissə üzrə əmrlərində, hərbi hissənin şəxsi heyətinin “Əlifba qeydiyyatı” kitablarında, hərbi hissənin “Yaralıların qeydiyyatı” kitablarında iddiaçı barəsində əlavə məlumat aşkar olunmamışdır.
33. Bundan əlavə, iş materiallarına əlavə edilmiş Mərkəzi Hərbi Həkim Komissiyasının N8 iyun 2009-cu il tarixli, N228 nömrəli qərarından iddiaçının döyüş zonasında hərbi xidmət keçərkən 22 yanvar N94-cü il tarixdə yaralanaraq 24 yanvar N94-cü il tarixdən N fevral N94-cü il tarixə kimi Tərtər rayon Mərkəzi Xəstəxanasında “Sağrı nahiyyəsinin və sağ budun çoxsaylı kor qəlpə yaraları” diaqnozu ilə müayinə və müalicə olunduğu, travmanın hərbi travma, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı müəyyən edilmişdir.
34. Həmçinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən təqdim edilmiş məlumata əsasən iddiaçıya NN sentyabr 20N3-cü il tarixdən Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi səbəb-əlaqəsi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir.
35. Beləliklə məhkəmə iddiaçının 22 yanvar N94-cü il tarixdə yaralandığını, 24 yanvar N94-cü il tarixdən N fevral N94-cü il tarixə kimi müalicədə olduğunu və hərbi əməliyyatlar nəticəsində aldığı xəsarətlər əsasında ona əlilliyin təyin edilməsini müəyyən etmişdir.
36. Müharibə veteranı adı və onu təsdiq edən vəsiqə döyüş zonasında xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirilməsi ilə bağlı ezamiyyətdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə xəsarət almış hərbi qulluqçulara verilir.
37. Göründüyü kimi, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazında bildirdiyi dəlili məhkəmə yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir, həmçinin aşağıdakıları bildirir.
38. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnaməyə əsasən: “N. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Ağdərə, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; ...”
39. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; N44-cü il yanvarın N-dən N5N-ci il dekabrın 3N-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri; N4N - N45-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular; İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
40. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 aprel tarixli, 396 nömrəli Fərmanı: N. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində: ... N.3. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin; ...
41. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, cavabdeh tərəfin etirazında əsaslandığı dəlil məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığı üçün, iddia tələbi təmin edilməlidir.
42. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.N-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ
43. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.N-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilsin. İddiaçı “Müharibə veteranı adı və vəsiqəsi”nin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova