Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1639/2022 23.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X7 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı Qusar rayon Kuzunqışlaq bələdiyyəsinin nümayəndəsi X5 iştirakı ilə İddiaçı Qusar rayon Kuzunqışlaq bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Qusar rayonu X2 kənd sakinlərinin ümumi istifadəsində olan örüş sahəsindən X4 və X9 verilmiş 0,66 ha torpaq sahələrinə dair DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü ləğv edilərək torpaq sahəsinin koordinatları naturaya uyğun olaraq Qusar rayonu Zindan Muruq kəndi yerquruluşu xəritəsində göstərilən yerquruluşu planına uyğunlaşdırılmaqla yeni torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qusar rayon Kuzunqışlaq bələdiyyəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Qusar rayonu X2 kənd sakinlərinin ümumi istifadəsində olan örüş sahəsindən X4 və X9 verilmiş 0,66 ha torpaq sahələrinə dair DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü ləğv edilərək torpaq sahəsinin koordinatları naturaya uyğun olaraq Qusar rayonu Zindan Muruq kəndi yerquruluşu xəritəsində göstərilən yerquruluşu planına uyğunlaşdırılmaqla yeni torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonu Atluxan (indiki Kuzunqışlaq) bələdiyyəsinə məxsus, kənd sakinlərinə mal-qaranı otarması üçün ayrılmış, hal-hazırda da kənd camaatın istifadəsində olan örüş sahəsindən 0,66 ha torpaq sahəsinin Qusar rayonu Zindan Muruq kənd sakini X3 və 0,66 ha torpaq sahəsinin Qusar rayonu Zindan Muruq kənd sakini X6 istifadələrində olmaları barədə qeyri rəsmi məlumatlar bələdiyyəyə daxil olmuşdur. Həmçinin həmin kəndin bir qrup sakinləri bələdiyyəyə ərizə müraciət edərək bu barədə onlara köməklik göstərməsini xahiş etdmişdir. Buna görə də Qusar rayon Kuzunqışlaq Bələdiyyəsinin sədri kimi iddiaçı qeyri rəsmi olaraq bunu araşdırmışdır. Araşdırma nəticəsində müəyyən olunmuşdur ki, Qusar rayonu Zindan Muruq kənd sakinləri X10 və X12 2009-cu ildə Qusar Rayon Məhkəməsinə müraciət edərək Qusar rayonu X8 ehtiyat fondundan hərəsinə 0,66 ha pay torpaq sahəsinin verilməsinə dair qətnamə çıxarılmalarını xahiş etmişlər. Qusar Rayon Məhkəməsinin 13 oktyabr 2009-cu il tarixli qətnamələrinə əsasən Qusar rayonu X8 ehtiyat fondu torpaqlarından X4 və X9 0,66 ha pay torpaq sahələri verilmiş, həmin torpaq sahələrin iddiaçıların xüsusi mülkiyyətlərinə verilməsi Qusar rayonu X11 və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon şöbəsinə həvalə edilmişdir. Məhkəmə qətnaməsində iddiaçılara torpaq sahəsinin verilməsi Qusar rayonu X11 həvalə edilmişdir. Lakin torpaq sahələrin koordinatları səhvən Qusar rayonu X2 kənd sakinlərinin ümumi istifadəsində olan örüş sahəsinə vurulmuş və torpaq sahəsləri iddiaçılara Atlıxan kəndin ərazisindən verilmişdir. Zindan Muruq X1 və X9 torpaq sahəsini ayıranda düzgün olaraq öz bələdiyyəsinin ehtiyat fondundan vermiş, bu barədə protokol tərtib edilərək müvafiq qərar qəbul edilmiş, torpaq sahəsinin vətəndaşlara yerində göstərmiş, torpaq sahələrinə dair sxemlər tərtib edilmiş və çıxarış hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə göndərilmişdir. Lakin Reyestri Xidməti çıxarış hazırlayarkən X4 və X9 X8 ehtiyat fondundan ayrılmış torpaq sahələrinə dair koordinatları səhvən Qusar rayonu X2 kənd sakinlərinin ümumi istifadəsində olan örüş sahəsinə verilmişdir. Kənd caamatının mal-qarasının otarmaq məqsədi ilə ayrılmış oruc sahəsi olan həmin torpaq sahələrinin X4 və X9 verilməsi qanunsuzdur. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dpvlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət etmişdir, lakin 5 saylı Xaçmaz Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrinin məlumatları əsaslandırılmış yazılı sorğular əsasında verildiyini qeyd edərək tələb etdiyi sənədləri təqdim etməmiş, həmçinin X3 və X6 adlarına hazırlanmış çıxarışların ləğvinə dair məhkəməyə müraciət etməsi qeyd edilmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsasız hesab edilməli, X4 və X9 0,66 ha torpaq sahələrinə dair DƏDRX tərəfindən verilmiş “Torpaq sahəsinin planı və ölçüləri” sənədində qeyd olunan koordinatların dəyişdirilərək Zindan Muruq kəndinin yerqurluşu xəritəsində göstərilən torpaq sahəsinin yerqurluşu planına, yəni faktiki naturaya uyğun mərz nişanları qoruyaraq koordinatlar verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməlidir. Kənd sakinlərinə mal-qaranı otarması üçün ayrılmış, hal-hazırda da kənd camaatın istifadəsində olan örüş sahəsinin başqa şəxslərə satılması kənd camaatının haqlı narazılıqlarına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X13 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, iddiaçı Qusar rayonu X2 kənd sakinlərinin ümumi istifadəsində olan örüş sahəsindən X4 və X9 verilmiş 0,66 ha torpaq sahələrinə dair DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsü ləğv edilərək torpaq sahəsinin koordinatları naturaya uyğun olaraq Qusar rayonu Zindan Muruq kəndi yerquruluşu xəritəsində göstərilən yerquruluşu planına uyğunlaşdırılmaqla yeni torpaq sahəsinin planı və ölçüsünün tərtib edilməsini istəyir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X4 məxsus 0.66 ha torpaq sahəsi və X9 məxsus 0.66 ha torpaq sahəsi notariat qaydasında təsdiq edilmiş müqavilələr əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir. Bu halda X4 və X9 verilmiş 0,66 ha torpaq sahələrinə dair DƏDKRX publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsünün hərhansı hüquqi qüvvəsi qalmamışdır. İddiaçıya izah edilsin ki, o, hazırda qüvvədə olan mülkiyyət sənədlərinə aid torpaq sahəsinin koordinatlarının uyğunlaşdırılmasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1639/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1639/2022
23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver