Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-164/2021 08.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Yusubov Elvin Əlizadə oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı “X10” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdehin 14.04.2020-ci il tarixli, **********198960 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarının ləğv edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Baş İdarəsi (bundan sonra vergi orqanrı tərəfindən “X10” MMC ( bundan sonra vergi ödəvıcısri-də (VÖEN 290256 İ 521, hüquqi ünvan - ünvan 1 tarixinədək olan dövrü əhatə etməklə növbədənkənar səyyar vegi yoxlaması aparılmış və yoxlamanın nəticələrinə dair 21.02.2020-ci il tarixli, **********167712 saylı növbədənkənar səyyar vergi yoxlaması aktı (bundan sonra akt) tərtib edilmişdir. Növbədənkənar səyyar vergi yoxlaması (bundan sonra vergi yoxlaması) 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səyyar vergi yoxlamaları idarəsinin səyyar vergi yoxlamaları şöbəsinin böyük dövlət vergi müfəttişi, kiçik vergi xidməti müşaviri X5, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səyyar vergi yoxlamaları idarəsinin səyyar vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi X2, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səyyar vergi yoxlamaları idarəsinin səyyar vergi yoxlamaları şöbəsinin dövlət vergi müfəttişi X3 tərəfindən aparılmışdır. Yoxlama nəticəsində 21.02.2020-ci il tarixli, Ne **********167712 saylı akt tərtib olunmuşdur. Həmin akt əsasında isə 14 aprel 2020-ci il tarixli, **********198960 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” Qərar (bandan sonra qərar) qəbul edilmişdir. Aşağıda qeyd edilən hallardan da görüləcəyi kimi səyyar vergi yoxlaması zamanı kobud şəkildə qanun pozuntularına yol verilmiş, nəticədə qanunsuz bir akt və həmin akt əsasmda əsassız bir Qərar qəbul edilmişdir. Belə ki, Vergi ödəyicisində növbədənkənar səyyar vergi yoxlaması aparılmış və vergi orqanı tərəfindən yoxlamanın Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən aparıldığı qeyd edilmişdir, (istinad- aktın 1-ci vərəqəsinin 2-ci abzası) Məhz yol verilən ilk pozuntu bununla bağlıdır Belə ki, yuxarıda qeyd edilən abzasda olduğu kimi bu ifadələrə yer verilmişdir: “Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən, vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbədənkənar səyyar vergi yoxlaması aparıldı” Halbuki AR Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə görə “vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətləri müəyyən edildikdə növbədənkənar vergi yoxlaması keçirilə bilər”. Göründüyü kimi qeyd edilən normada - İ) yalnız orqanına mənbəyi bəlli olan məlumat daxil olması İİ) vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edilməsi halında növbədənkənar vergi yoxlamasının keçirilməsinə icazə verilir. İndiki halda isə “X10” MMCnin gəlirlərini və ya vergitutma obyektini gizlətməsinə, azaltmasına dair heç bir mənbədən məlumat daxil olmamış, bununla bağlı vergi orqanında heç bir əsaslı şübhə halı olmamışdır. Beləliklə də növbədənkənar səyyar vergi yoxlamasının qanuni əsası mövcud olmadığına görə vergi yoxlaması və bununla bağlı qərar qəbul edilməsi qanunsuzdur. Həmçinin Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinin dispozisiyasında aktda qeyd edilən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi (vergilərin və digər icbari ödənişlərin hesablanması və ödənilməsi) vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi - ifadəsi yer almır. Beləliklə də vergi orqanı tərəfindən aktda Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə yer almayan bir norma mətni qeyd edilmiş və bununla da qanunsuz yoxlamaya hüquqi əsas yaradılmaq istənilmişdir. Buna görə də vergi orqanı tərəfindən qanunsuz formada başladılmış vergi yoxlaması və məsuliyyət qərarı təbii olaraq heç bir hüquqi qüvvəyə malik ola bilməz. Ancaq yenə də aşağıda əlavə olaraq yoxlama gedişində və akt tərtibində yol verilən kobud pozuntular qeyd ediləcəkdir. Yoxlama çərçivəsində yoxlama müddətinə riayət edilməməsi: Vergi yoxlaması 01.11.2018-ci il tarixdə başlamış və 17.02.2020-ci il tarixində başa çatdırılmışdır. Göründüyü kimi vergi yoxlaması ümumilikdə 474 gün və ya başqa ifadəylə 15 ay 17 gün davam etmişdir. AR Vergi Məcəlləsinin 38.1-ci maddəsinə görə “səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər”. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə “növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 gündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 günə qədər artırıla bilər”. Qeyd edilən hüquq normalarından da göründüyü kimi səyyar (qanunda növbəti və ya növbədənkənar ayrımı aparılmadan hər ikisi əhatə edilmişdir) vergi yoxlaması 30, ən çoxu isə cəmi 120 gündən artıq aparıla bilməz. Bununla bağlı bildirilir ki, yoxlama gedişatında yoxlamanın uzadılmasına dair vergi ödəyicisinə yalnız bir dəfə məlumat verilmiş, yoxlamanın dayandırılmasına dair isə heç bir rəsmi məlumat verilməmişdir. İddia ərizəsinə əlavə edilən yoxlamanın uzadılmasına dair 04.02.2019-cu il tarixli, **********175688 saylı qərar da qanuni deyildir. Belə ki, qanunda yalnız müstəsna halda müddətin uzadılmasına icazə verilir, indiki halda isə qərarda heç bir müstəsna hal qeyd edilməmiş, ümumi şablon xarakterli sözlər qeyd edilmişdir. Həmçinin qərarda yoxlamanın 30 iş günü müddətinə uzadılması göstərilmişdir. Təbii olaraq bu da qanun pozuntusudur. Belə ki, Vergi Məcəlləsində yoxlama ilə bağlı iş günü deyil, təqvim günləri müəyyən edilir. Lakin çox təəssüflər olsun ki, bununla bağlı artıq vergi orqanları tərəfindən xroniki hal almış qanun pozuntusuna yol verilir. Belə ki, Vergi Məcəlləsinin 38.4-cü maddəsinə görə “səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir”. Göründüyü kimi qanunverici orqanın bu norma ilə vergi ödəyicisini qorumaq niyyəti olmuş, vergi ödəyicisinin qeyri-iş günü və qeyri-iş saatlarında vergi orqanı tərəfindən narahat edilməsinin qarşısının alınması məqsədi güdülmüşdür. Lakin əsassız olaraq vergi orqanları bu müddəanı yoxlamanın da iş günləri əsasından hesablanmalı olması yönündə təfsir etməkdədirlər. Halbuki, həmin Məcəllənin 3.11-ci maddəsinə görə “vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir”. Beləliklə də qanunvercinin vergi orqanı tərəfindən yol verilə biləcək suiistifadə hallarının qarşısım almaq məqsədi ilə müəyyən etdiyi normanı yenə də vergi orqanları fərqli formada təfsir edərək sui-istifadə etməkdədirlər. Həmçinin “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 13.5-ci maddəsinə görə “cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və vəzifələrin müəyyən edilməsi hallarında hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilməz”. İndiki halda isə vergi orqanı tərəfindən tamamilə qanunsuz olaraq Vergi Məcəlləsinin analogiyasını tətbiq edilmişdir. Göründüyü kimi əslində vergi yoxlaması 30 gün müddətində bitirilməli olmasına, hətta ən uzun ehtimalda belə 120 gündən artıq uzadılmamalı olmasına baxmayaraq, yergi yoxlaması 474 gün çəkmişdir. Bu da açıqca vergi qanunvericilyinin kobud şəkildə pozulmasıdır. Düzdür vergi qanunverciliyində vergi yoxlamasının dayandırılması halları da tənzimlənmişdir. AR VM-nin 38.7-ci maddəsinə görə “yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması aşağıda göstərilən hallarda və müddətlərdə, lakin 9 aydan çox olmumaqla dayandırılır (təxirə salınır): 38.7.1. vergi ödəyicisində aparılan səyyar vergi yoxlaması zamanı şəxs vergi orqanında qeydiyyatda olan ünvanlarda olmadıqda və ya şəxsin olduğu yerin müəyyən edilməsi və digər səbəblərdən tapılması mümkün olmadıqda - həmin şəxsin olduğu yer müəyyən olunana qədər; 38.7.2. səyyar vergi yoxlaması aparılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs və ya vergi və ya maliyyə məsələləri üzrə məsul şəxs) və ya fərdi sahibkar müvəqqəti olaraq əmək qabiliyyətini itirdikdə - əmək qabiliyyəti bərpa olunanadək; 38.7.3. vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək; 38.7.4. səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün zəruri olan sənədlər, o cümlədən vergi orqanının sorğusuna cavab xarici ölkədən alındıqda -xarici ölkədən cavab alınanadək; 38.7.5. bu Məcəllənin 43.11-ci maddəsi ilə müəyyən edilmiş hallarda - məhkəmənin qəran qanuni qüvvəyə minənədək. Qeyd edilən hüquq normasından da göründüyü kimi hər bir halda vergi yoxlaması 9 aydan (başqa ifadəylə ən çoxu 276 gündən) artıq dayandırıla bilməz. İndiki halda isə vergi yoxlaması ayn-ayrı vaxtlarda 10 hala görə cəmi 299 gün müddətinə dayandırılmış, 1 halda 30 gün müddətinə uzadılmış, 1 halda 30 gün müddətinə əlavə vergi yoxlaması keçirilmişdir. Bir daha vurğulamlır ki, vergi yoxlamasının dayandırıldığı bütün hallar keyfi olaraq həyata keçirilmiş, heç bir hüquqi əsası olmamış və vergi ödəyicisi bununla bağlı rəsmi qaydada məlumatlandırılmamışdır. Vergi yoxlamasının dayandırıldığı 10 haldan yalnız 2 hal (ekspertiza keçirilməsi və mütəxəssis dəvət olunması) vergi ödəyicisinə dayandırılmadan çox sonrakı bir tarixdə qiyabi olaraq məlum olmuş, digər hallar barəsində nə rəsmi məlumat verilməmiş, nə də bu barədə akta heç bir rəsmi sənəd əlavə olunmamışdır. Bolayısıyla ekspertiza keçirilməsi və mütəxəssis rəylərinin alınması (hər iki proses paralel aparılmışdır) üçün keçən müddət xaric digər hallara görə yoxlamanın dayandırılması qanunsuzdur. Eyni zamanda qeyd edilməlidir ki, ekspert və mütəxəssis rəylərinin alınması üçün hər iki müqavilə 07 yanvar 2020-ci ildə imzalanmışdır. Buradan da məlum olur ki, bu iki nüansa görə vergi yoxlaması ən çox halda 41 gün müddətinə dayanadırıla bilərdi. Çünki müqavilə imzalanandan 41 gün sonra - 17 fevral 2020-ci il tarixində ekspert və mütəxəssis rəyləri tərtib edilmişdir. Göründüyü kimi hətta ən uzun müddət halmda (30 gün yoxlama dövrü + 9 ay dayandırılma dövrü) belə cəmi vergi yoxlaması 10 aydan artıq bir müddəti əhatə edə bilməz. İndiki halda isə yoxlama 3 ilə (2018-2019-2020) yayılmaqla cəmi 16 aya yaxın bir dövrü əhatə etmişdir ki, təkcə bu hal belə təkbaşına kifayətdir ki, aktın əsassız olduğu, qanunu pozaraq qəbul edildiyi öz təsdiqini tapmış olsun. Ekspert və mütəxəssis rəylərinin əsassızlığı: Vergi yoxlaması çərçivəsində vergi orqanı tərəfindən “X10” MMC-nin Siyəzən şəhəri, Bəşir Səfəroğlu küçəsi 1 ünvanında yerləşən polietilen məhsullar istehsalı zavodunda 01.01.2016-cı il tarixindən - 01.09.2018-ci il tarixinədək olan dövr üzrə istehsal olunmuş məhsulların real bazar qiymətlərinə uyğun satış qiymətlərinin müəyyən edilməsi barədə ekspert rəyinin alınması üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilmişdir, **********70387 saylı, 30.11.2018-ci il tarixli qərar və 07.01.2020-ci il tarixli müqaviləyə əsasən başladılan araşdırma nəticəsində “Azərekspertiza” Birliyi tərəfindən 17 fevral 2020-ci il tarixli ekspert rəyi (ekspert X6) tərtib edilmişdir. Həmçinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “X10” MMC-nin Siyəzən şəhəri, Bəşir Səfəroğlu küçəsi 1 ünvanında yerləşən polietilen məhsullar istehsalı zavodunda 01.01.2016-cı ildən - 01.09.2018-ci ilə olan dövr üzrə vergi ödəyicisinin istehsal həcminin müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edilmişdir. **********170387 saylı, 30.11.2018-ci il tarixli qərar və 07.01.2020-ci il tarixli müqaviləyə əsasən başladılan araşdırma nəticəsində “Azərekspertiza” Birliyi tərəfindən 17 fevral 2020-ci il tarixli mütəxəssis rəyi (mütəxəssis X6) tərtib edilmişdir. Aşağıda qeyd edilən hallardan da görüləcəyi kimi yuxarıda qeyd edilən ekspert və mütəxəssis rəyləri və onlar əsasında qəbul edilən akt qanunsuzdur: a) Ekspert rəyində guya ki, ekspertin idarənin nümayəndəsi ilə birlikdə yoxlanılan müəssisənin yerləşdiyi ünvanda olduğu və “X10” MMC-nin direktoruna “ekspertizanın təyin edilməsi haqqında” qərar və digər müvafiq sənədlərin təqdim edildiyi qeyd edilmişdir. Halbuki şirkətin rəhbər heyəti müəssisənin yerləşdiyi - Siyəzən şəhəri, B.Səfəroğlu küç 1 ünvanında deyil, Sumqayıt şəhərindən fəaliyyət göstərir. Rəyin digər qismində İstehsalat yerinin dislokasiyası və istehsal sahələri təsvir edilmişdir ki, həmin bu təsvir edilmə də faktiki həqiqəti əks etdirmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə görə “mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir”. b) Rəyin davamında ekstruderin məhsudarlığının hesablama formulası qeyd edilmişdir ki, bu formulanın, əslində isə düsturun hansı standartlara əsasən müəyyən olunduğu, istehsalat müəssisəsində yerləşdirilmiş ekstruderin həqiqətən də həmin düstura uyğun məhsuldarlığa malik olduğuna dair rəydə heç bir əsas qeyd edilməmişdir. Beləliklə də həmin düsturun tətbiq edilməsinin əsaslılığı sübuta yetirilmədən tətbiq edilməsi tamamilə qanunsuzdur. Bununla yanaşı qeyd edilməlidir ki, ekspert qarşısında ekstruderin məhsudarlığının hesablamasına dair heç bir sual qoyulmamışdır ki, bu da ekspert tərəfindən həyata keçirilən növbəti qanunsuz hərəkətdir. AR Vergi Məcəlləsinin 44.2-ci maddəsinə görə “ekspert qarşısında qoyulan suallar və onun rəyi ekspertin xüsusi biliyindən kənara çıxa bilməz”. Halbuki indiki halda ekspert onun qarşısında qoyulmuş sualdan kənara çıxmışdır ki, bu da həmin rəyin əsassızlığına növbəti dəlildir. Beləliklə də ekstruderin məhsudarlığmm hesablama formulasma dair ekspertin gəldiyi qənaət heç bir halda nəzərə alma bilməz. c) Rəydə polietilen məhsulunun istehsalçıdan satış qiymətini təyin etmək üçün həmin dövrdə bu növ məhsulun alış və satış qiymətləri barədə sorğular aparılmış, qiymətlərin ekspert tərəfindən araşdırıldığı qeyd edilmişdir. Halbuki rəydə sorğunun hansı formada həyata keçirilməsi, sorğunun harda və kimlər arasında aparılması, sorğunun nəticəsində konkret hansı məlumatların əldə edildiyinə dair heç bir məlumat yoxdur. Nəticə etibarı ilə rəyin bu qismi də ciddi şübhələr doğurur ki, bu da rəyin tam hüquqi formada tərtib edilməməsinə dair növbəti dəlildir. d) Həmçinin rəydə polietilen məhsulunun istehsalçıdan satış qiymətini təyin etmək üçün guya ki, bir sıra internet saytlarmdakı məlumatlardan istifadə edildiyi qeyd edilmişdir. Halbuki, rəydə keçid (link) olaraq qeyd edilmiş saytların heç birinin konkret məlumatı əks etdirən qisminin keçidi (linki) göstərilməmiş, həmin saytların hansı bölməsindən müvafiq məlumatların əldə edilməsi öz əksinin tapmamışdır. Hətta həmin saytların bəzilərində polietilen məhsullarının satış qiymətləri ilə bağlı heç bir məlumat yoxdur. Bu da əslində ekspertiza fəaliyyətinin formal olaraq həyata keçirildiyinə bariz nümunədir. Mütəxəssis rəyi ilə bağlı da yuxarıda qeyd edilən hüquq pozuntularına oxşar pozuntulara yol verilmişdir. Əlavə olaraq mütəxəssis rəyi çərçivəsində vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozularaq onun qarşısında qoyulmayan sual çərçivəsində araşdırma aparılmışdır. Bununla bağlı aşağıda 7-ci bəndə də ətraflı şəkildə məlumat veriləcəkdir. e) Eyni zamanda qeyd edilməlidir ki, ekspert və mütəxəssis rəyləri eyni şəxs - X6 tərəfindən aparılmışdır. Bu da haqlı olaraq vergi ödəyicisində vergi orqanının Bakir Əliyevlə əlbir olmaları və həmçinin vergi yoxlamasında maraqlı olmaları şübhəsi yaratmaqdadır. f) Ekspertiza fəaliyyətinin həyata keçirilməsinə dair **********170387 saylı qərarın və bilə-bilə yalan rəy verməyə dair iltizamın 30.11.2018-ci il tarixli, lakin müvafiq müqavilənin isə 07.01.2020-ci il tarixli olması isə digər şübhə doğuran haldır. Göründüyü kimi ümumiyyətlə ekpertiza keçirilməsi ilə bağlı qərar belə qəbul edilməmişdən çox əvvəlki bir tarixdə iltizama qol çəkilmişdir ki, bu da əsimdə rəyin formal olmasına növbəti dəlildir. g) Ziddiyyətli olan digər bir məqam isə ondan ibarətdir ki, vergi yoxlaması çərçivəsində “Azərekspertiza” Birliyi tərəfindən 17 fevral 2020-ci il tarixli mütəxəssis rəyi tərtib edilsə də (hətta mütəxəssis rəyinin bir surəti vergi ödəyicisinə təqdim edilmişdir) aktda açıqca həmin rəyin nömrəsi və tarixi göstərilməmiş, sadəcə mütəxəssisin dəvət edildiyi öz əksini tapmışdır. Bu da vergi yoxlamasının formal aparıldığına, aktın əslində tam olaraq həqiqəti əks etdirmədiyinə növbəti dəlildir. h) Son olaraq qeyd edilməlidir ki, ekspert Bakir Əliyevin malik olduğu biliklər və ixtisas sahəsi hazırkı yoxlama üzrə vergi ödəyicisi barəsində rəy verməyə uyğun deyildir. Bununla da həmin rəylər saxta və əsassız, həmçinin həmin rəylər əsasında qəbul edilən qərar da qeyri-legitimdir. Gəlir və xərclərlə bağlı metodun səhv seçilməsi: Vergi yoxlaması dövrü ərzində vergi ödəyicisi tərəfindən AR Vergi Məcəlləsinin 134-cü maddəsinə (hesablama metodu ilə uçot aparan vergi ödəyicisi gəlir əldə edilməsinin və xərc çəkilməsinin faktiki vaxtından asılı olmayaraq gəlirini və xərcini müvafiq surətdə gəlir almaq hüququnun əldə edildiyi və ya xərcin çəkilməsi barədə Öhdəliyin yarandığı vaxt nəzərə almalıdır.) əsasən gəlir və xərclərin hesablama metodundan istifadə edilməsinə baxmayaraq, aktda qanunsuz olaraq guya ki, vergi ödəyicisinin AR Vergi Məcəlləsinin 131-ci maddəsinə (kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır.) əsasən gəlir və xərclərin kassa metodundan istifadə edildiyi qeyd edilmişdir (istinad - aktın 6-cı vərəqəsinin son abzası) Vergi yoxlamasının illərcə təcrübəyə malik vergi əməkdaşları tərəfindən aparıldığını nəzərə alsaq, o zaman belə səhvə yol verilməsinin nə qədər böyük qanun pozuntusu və səhlənkarlıq nümunəsi olduğu məlum olur. Mənfəət vergisi hesablanması zamanı yol verilən pozuntular: Vergi yoxlaması zamanı aktla əlavə vergilər və maliyyə sanksiyaları hesablanması hallarından biri də mənfəət vergisi ilə bağlıdır. Belə ki, təqdim olunmuş aktda mənfəət vergisi 2015, 2016, 2017-ci illər üzrə olan vergi dövrünü əhatə etmişdir. Vergi ödəyicisi tərəfindən vergi orqanına təqdim olunmuş mənfəət vergisi bəyannamələrinə əsəsən 2015-ci ildə etdiyi zərəri 5.223.508.58 manat, 2016-ci ildə zərər 328.002.32 manat, 2017-ci ildə mənfəəti 2.180.674.62 manat olmuşdur ki, keçmiş illərin zərəri nəzərə alınmaqla 2016-ci il və 2017-ci illər ümumilikdə zərərlə başa vurulmuşdur. Lakin yoxlama ilə 2015-ci ildə zərərin 3.745.758.07 manat, 2016-cı ildə 449.616.72 və 2017-ci ildə mənfəətin 4.091.754.85 manat olduğu göstərilmiş və mənfəət vergisi keçmiş illərin real zərərləri nəzərə alınmayaraq hesablanma aparılmışdır. Həmçinin vergi orqanı tərəfindən 2015, 2016,2017-ci illər üzrə mənfəətlə bağlı nəyə görə vergi ödəyicisindən fərqli rəqəmlər əldə etdiyi əsaslandırılmamışdır. Halbuki vergin orqanı vergi ödəyicisindən fərqli rəqəmlər əldə etdiyi halda bu fərqin konret hansı rübə dair hansı bəyannaməyə əsasən yarandığını göstərməli və əldə etdiyi mənfəət məbləğini hansı meyarlar əsasında hesabladığını qeyd etməli idi. Qanunsuz olaraq şərti rentabellik normasının tətbiq edilməsi. Aktda vergi yoxlamasının keçirilməsi ücün zəruri olan sənədlərin təqdim olunması barədə 01.11.2018-ci il tarixli, **********167753 saylı tələbnamə təqdim edilməsi göstərilmişdir. Həmin tələbnaməyə əsasən yoxlama predmetinə aid bütün sənədlər yoxlamaya təqdim olunmasına baxmayaraq aktda sənədlərin yoxlamaya təqdim edilməməsi göstərilmiş və buna istinad edilərək Vergi Məcəlləsinin 33.9-cu (vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır) maddəsi rəhbər tutulmuş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 saylı Qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-eü ii tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edilmişdir. Halbuki, vergi yoxlamasının əhatə etdiyi bütün dövrlərdə yoxlama predmetinə aid olan sənədlər - mühasibat sənədləri, istehsal olunan mal çeşidlərinə görə kalkulyasiyalar, ilkin qaimələr, müqavilələr, bank kassa sənədləri, malların mədaxili sənədləri və satış sənədləri yoxlayıcılara təqdim olunmuşdur (hətta təqdim olunduğunu vergi orqanı özü də etiraf etmişdir. Belə ki, 8-ci bənddə bununla bağlı ətraflı məlumat veriləcəkdir) Beləliklə də vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edilə bilərdi. İndiki halda isə vergi ödəyicisi tərəfindən tələbnamə ilə tələb edilən sənədlər təqdim edildiyi halda həmin sənədlər görməzdən gəlinərək məqsədli şəkildə şərti rentabellik norması əsasında hesablama aparılmışdır. Mənfəətin məhz bu üsulla hesablanması ilə bağlı yalnız aktla tanış olunarkən məlumat əldə etmək mümkün olmuşdur. Beləliklə də vergi orqanı tərəfindən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsinin - ‘'yoxlamaların məqsədi sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə sahibkarlar tərəfindən riayət olunmasının təmin edilməsi, o cümlədən bu sahədə yoxlayıcı orqan tərəfindən sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsindən ibarətdir” - tələbi kobud şəkildə pozulmuşdur. ƏDV-nin səhv hesablanması: Həmçinin əlavə dəyər vergisi üzrə yoxlanılan dövrdə ƏDV-nin 2016-cı ildə 88.345.16 manat, 2017-ci ildə 179.443.45 manat və 2018-ci ildə 3498.64 manat, ümumilikdə 271.287.25 manat məbləğində azaldılması qeyd edilmişdir, (istinad - aktın 12-ci vərəqəsinin l-ci abzası) Yuxarıda sadalanan hallarda olduğu kimi ƏDV hesablanması ilə bağlı da əlavə dəyər vergisinin azaldılması “faktı”nın aşkarlanması əsasları sadalanmamış, Vergi Məcəlləsinin hansı tələblərinin pozulması halları göstərilməmiş, vergi orqanı ilə vergi ödəyicisi arasında yaranmış fərqin nədən qaynaqlandığı qeyd edilməmişdir. Beləliklə də vergi orqanı ƏDV hesablanması ilə bağlı cədvəl halında məlumatlar qeyd etməklə kifayətlənmiş, bu məlumatları hansı mənbədən və ya hansı araşdırmalar əsasən əldə etməsinə dair hər hansı bir kiçik qeyd belə göstərməmişdir. Bu da nəticə etibari ilə aktın qanunsuz olması, yoxlama zamanı qanunverciliyin tələblərinin deyil, şəxsi mülahizələrin rəhbər tutulduğunu göstərir. Bundan başqa yoxlama dövrü ərzində polietilen məhsullarının istehsalı zavodunda istehsal prosesinin yoxlanılması zamanı xüsusi biliklərə malik olan ekspertin cəlb olunması zərurəti yarandığından **********170385 nömrəli 30.11.2018-ci il tarixli ekspertin təyin edilməsi haqqında qərara əsasən ekspert dəvət edilmişdir. Aktda ekspertin ilkin rəyinə (halbuki ekspert rəyində ümumiyyətlə bununla bağlı heç bir tədqiqat aparılmayıb, heç bir rəqəm göstərilməyib, ona görə də bu iddia tamamən yalandır) əsasən 31.282.357.1 kq kalsium karbonat xammalının əskik gəlməsinin aşkarlandığı qeyd edilmişdir (halbuki bunula bağlı ekspertiza deyil, mütəxəssis fəaliyyəti zamanı və bu qəbildən deyil, fərqli formada kiçik bir araşdırma aparılmışdır). Həmçinin bu iddianın davamında bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən yoxlama dövrü ərzində 31.844.960 kq kalsium karbonat idxal edilmiş və mütəxəssis rəyinə əsasən guya ki, bu idxal edilən xammaldan yalnız 562.602.9 kq istehsala istifadə edilə bilərdi. Lakin 17 fevral 2020-ci il tarixli mütəxəssis rəyində ümumiyyətlə belə bir qiymətləndirilmə aparılmamış, aktda iddia edilən ifadələrin və rəqəmlərin heç biri öz əskini tapmamışdır. Bununla yanaşı mütəxəssis rəyində kalsium karbonatla bağlı qeyd edilən hala da istinad edilə bilməz. Belə ki, həmin mütəxəssis fəaliyyəti çərçivəsində mütəxəssis qarşısmda istehsalat zavodunda kalsium karbonat həcminin araşdırılması və əksik miqdarın müəyyən edilməsinə dair sual qoyulmamışdır. Beləliklə də mütəxəssis Bakir Əliyev AR Vergi Məcəlləsinin 45.4-cü maddəsinin (“bu Məcəllənin 45.1-ci maddəsinə müvafiq olaraq cəlb olunmuş mütəxəssis onun qarşısında qoyulmuş suallar barəsində öz rəyini bildirməlidir”) tələbini kobud şəkildə pozaraq qarşısında qoyulmamış sual çərçivəsində qanunsuz tədqiqat aparmışdır. Həmçinin digər bir maraqlı məqam ondan ibarətdir ki, vergi ödəyicisinin idxal etdiyi, istehsal (istifadə etdiyi) etdiyi və qalıq qalan kalsium karbonat miqdarı ilə bağlı mütəxəssis rəyində qeyd edilən rəqəmlərlə aktda qeyd edilən rəqəmlər üst-üstə düşmür. Bir daha vurğulanır ki, mütəxəssis rəyində 31.282.357.1 kq kalsium karbonat xammalının əskik gəlməsi, idxal edilən xammaldan yalnız 562.602.9 kq-lıq hissəsinin istehsala istifadə edilə bilinməsi ifadələrinə yer verilməmişdir. Göründüyü kimi vergi orqanının tərəfindən kobud pozuntulara yol verilmişdir. Yuxarıda Vergi Məcəlləsmin 38.3.5-ci rmaddəsinin mətninin səhv formada ifadə edildiyi kimi burada da mütəxəssis rəyində qeyd edilməyən miqdarlar sanki varıymış kimi göstərilmiş və bu qanunsuz hala istinad edərək külli miqdarda - 861.516.2 manat göstərilməklə ƏDV azaldılması olduğunu iddia edilmişdir. Ancaq yenə də bu halın qaranlıq qalmaması üçün bildirilir ki, yoxlanılan dövrdə 31.844.960 kq xammal olaraq kalsium karbonat idxal edilmişdir. Lakin, yoxlayıcılar tərəfindən yoxlama dövrünün sonuna kalsium karbonatm heç bir qalığının qalmaması və əksiyin gəlməməsi (boru və digər məhsulların istehsalına sərf olunmasına görə) nəzərə alınmamış, əsassız olaraq Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən kənarlaşma 861.516.2 manat göstərilməklə ƏDV azaldılması kimi qeyd edilmiş və əlavə 50% maliyyə sanksiyası da tətbiq edilmişdir. Qanunsuz kənarlaşma miiəyyən edilməsi: Həmçinin vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 159.1ci maddəsinə (malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir) əsasən vergi ödəyicisi tərəfindən satış məqsədi ilə idxal olunan mallarda vergi ödəyicisi tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, hesabat-axtarış məlumat bazası və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılan yoxlamaya və keçirilən inventarizasiyaya əsasən 3.948.071,19 manat əskik gəlmə aşkarlandığı qeyd edilmişdir. Kənarlaşma 710.652.81 manat ƏDV vergisi azaldılmasına görə 50% məbləğində, yəni 353.326,41 maant məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyəinə cəlb edilməsi təklif olunmuşdur. (istinad - aktın 12-ci vərəqəsinin sonuncu abzası). Vergi orqanı tərəfindən növbəti dəfə kobud qanun pozuntusuna yol verilmişdir. Belə ki, inventarizasiya aktına əsasən iddia edilən 3.948.071,19 manat əskik gəlmənin, habelə 710.652.81 manat məbləğində ƏDV kənarlaşmasının hansı əsaslara görə müəyyən edildiyinə dair aktda heç bir məlumat verilməmiş, heç bir dəlil göstərilməmişdir. Bu da bir daha sübut edir ki, vergi orqanı tərəfindən faktiki olaraq qanuni bir yoxlama aparılmamış, həqiqəti əks etdirməyən xəyali rəqəmlər qeyd edilmişdir. Təbii ki dövlətin təməl strukturlarında biri olan vergi orqanı tərəfindən bu formada qanunsuz fəaliyyətin həyata keçirilməsi qəbul edilə bilməz. Bununla yanaşı burada diqqət edilməsi zəruri olan digər bir hal ondan ibarətdir ki, vergi orqanı, vergi ödəyicisi tərəfindən ona satış məqsədi ilə idxal olunan mallarda vergi ödəyicisi tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədlərinin, hesabat-axtarış məlumat bazasının və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərin təqdim edildiyini etiraf etmişdir. Halbuki eyni vergi orqanı, məhz vergi ödəyicisi tərəfindən ona sənədlərin təqdim edilmədiyini bəhanə gətirərək Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən şərti rentabellik normasına əsasən vergi hesablamasını həyata keçirmişdir. Göründüyü kimi həyata keçirilən vergi yoxlaması o qədər qeyri-peşəkar və qanunsuz formada aparılmışdır ki, akt daxilində belə bir-biri ilə ziddiyyət təşkil edən məqamlar vardır. Ödəmə mənbəyindən verginin səhv hesablanması: Yoxlama zamanı ödəmə mənbəyindən tutulan verginin 2016-cı ildə 1.260 manat, 2017-ci ildə 1.260 manat və 2018-cı ildə 81.860 manat, ümumilikdə 84.380 manat azaldılması göstərilmişdir. Akta azalmanın səbəbi kimi 2018-ci ilin birinci rübündə güzəştli vergi tutulan ölkələrdə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə 425.000 manat, 2018-ci ilin ikinci rübündə 374.000 manat ödəniş edildiyi və ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin AR Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş subyektlərə rezident və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər sətrində ödənilmiş məbləğlərin əks etdirilməməsi əsas gətirilmiş, əlavə 79.900 manat vəsait hesablanmışdır. Azaldılmış vergi məbləğlərinə Vergi Məcəlləsinin 58.1 maddəsinə əsasən 50% miqdarında maliyyə sanksiyası da tətbiq edilmişdir. Bununla bağlı bildirilir ki, aktda digər hallarda olduğu kimi 2016, 2017-ci illər üzrə əlavə hesablanmış 2.520 manat məbləğində ödəmə mənbəyində verginin azaldılması səbəbləri də göstərilməmiş, Vergi Məcəlləsinin konkret olaraq hansı maddələrinin pozulması halları dəqiq qeyd edilməmiş, daha doğrusu qeyd edilə bilinməmişdir. 2018-ci ilin birinci rübü üzrə əlavə hesablanmış 42.500 manat, ikinci rüb üzrə 37.400 manat məbləğində əlavə hesablanmış “ödəmə mənbəyində verginin azaldılması” ilə bağlı yenə qanunsuz olaraq Vergi Məcəlləsinin 128-ci maddəsiniə istinad edilmişdir. Belə ki, Vergi Məcəlləsinin 128-ci maddəsi - güzəştli vergi tutulan ölkələrdə əldə olunan gəlirlərin müəyyən edilməsini tənzimləyir. Eyni zamanda vergi ödəyicisi tərəfindən hansı güzəştli vergi tutulan ölkəyə vəsaitin ödənilməsi, ödənişin təyinatı da aktda göstərilməmişdir. Bununla bağlı bildirilir ki, 2018-ci ildə vergi ödəyicisi tərəfindən güzəştli vergi tutulan ölkəyə xammal alınması üçün 799.000 manat məbləğində vəsait ödənilmiş, lakin iddia ərizəsinə əlavə edilən sənədlərdən də göründüyü kimi əməliyyat baş tutmadığından həmin vəsait geri qaytarılmışdır. Təəssüflər olsun ki, bu kimi hallar yoxlayıcılar tərəfindən nəzərə alınmamış, araşdırılmamış və düzgün olmayaraq əlavə vəsait formasında hesablanmışdır. Bir hal daha nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən göstərilən hal üzrə kameral vergi yoxlaması zamanı əlavə vəsait hesablanmış zəruri sənədlər vergi orqanına təqdim edildikdən sonra həmin vəsait o yoxlama çərçivəsində azaldılmışdır. Vergi orqanı tərəfindən saxta aktın tərtib edilməsi: Aparılan vergi yoxlaması 17.02.2020-ci il tarixində başa çatdırılmasına baxmayaraq yoxlamanın nəticələrinə dair 21.02.2020-ci il tarixdə saxta akt tərtib edilmiş, guya ki, vergi ödəyicisinin rəhbərinin aktı qəbul etməkdən imtina etdiyi qeyd edilmiş, daha sonrakı bir tarixdə **********352500 saylı məktubla vergi ödəyicisinə göndərilmişdir. Bununla bağlı da bildirilir ki, qeyd edilən akt heç bir zaman vergi ödəyicisinin rəhbərinə təqdim edilməmiş, imza edilməkdən imtina edilməmiş, nəticədə saxta bir sənəd - akt tərtib edilmişdir. Halbuki AR Vergi Məcəlləsinin 39.4-cü maddəsinə görə “vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra 5 gündən gec olmayaraq verilir və ya göndərilir”. Nümayəndənin iştirakı ilə bağlı yalan məlumatın qeyd edilməsi: Vergi orqanı tərəfindən aktın qanuniliyinin müzakirəsi məqsədi ilə vergi ödəyicisi 13 aprel 2020-ci il tarixində, saat 12:00-a vergi orqanına dəvət olunmuş, vergi ödəyicisinin Səhrəd Korov adlı əməkdaşı qeyd edilən saatda və tarixdə vergi orqanında olmuş, vergi orqanın əməkdaşı ilə görüşmüş, aktla bağlı müzakirə aparmış, iradlarını bildirmiş olsa da vergi orqanı tərəfindən keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinin rəsmiləşdirilməsi barədə məktubda nümayəndənin iştirak etmədiyi kimi növbəti yalan məlumat öz əksini tapmışdır. Son olaraq bildirilir ki, yuxarıda qeyd edilən hər biri təkbaşına məsuliyyət qərarını ləğv edilməsi əsas ola biləcək dəlillərdən də göründüyü kimi vergi orqanı tərəfindən qanunsuz növbədənkənar səyyar vergi yoxlaması başladılmış, yoxlama fəaliyyəti qanunazidd formada aparılmış, aktda qeyd edilən halların heç biri əsaslandırılmamış və nəticədə qanunsuz bir qərar qəbul edilmişdir. Halbuki, Vergi Məcəlləsinin 39.2-ci maddəsinə görə “vergi yoxlaması aktında yoxlama zamanı aşkar olunmuş və sənədlərlə təsdiq edilmiş vergi qanunvericiliyinin pozulması halları və həmin pozuntulara görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin və digər qanunların konkret maddələri, yaxud vergi qanunvericiliyinin pozulması hallarının olmaması göstərilməlidir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəndəsi eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edilir:İddia ərizəsi ilə əlaqədar olaraq bildirilir ki, cavabdeh vergi orqanının 31.10.2018-ci tarixli **********167576 nömrəli qərarına əsasən iddiaçıda yanvar 2016 - avqust 2018-ci il vergi dövrü əhatə edilməklə səyyar vergi yoxlaması və həmin qərar və yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış iddiaçının nümayəndəsi imzalanaraq tanış olması barədə müvafiq qeydlər aparılmışdır. Yoxlama zamanı aşkar edilmişdir ki, Vergi ödəyicisinin təqdim etdiyi 2015-ci il mənfəət vergisi hesabatına (cari hesabat) əsasən ümumi gəliri 321132,98 manat, xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 4275341,27 manat, ümumi gəlirdən çıxılan Xərclər 1269300, manat göstərilmiş və 5223508,58 (321,13- 4275,34-1269,30) manat zərər etdiyi təqdim olunmuşdur. Yoxlama ilə vergi ödəyicisinin malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəliri 321132,98 manat müəyyən olunmuş, eyni zamanda xarici valyutaların manata nisbətən məzənnə fərqi araşdırılmış 308388,14 manat müsbət məzənnə fərqi, 4107668,37 manat mənfi məzənnə fərqi müəyyən olunmuşdur. Yoxlama ilə vergi ödəyicisinin ümumi gəlirdən çıxılan xərcləri 267610,82 min manat müəyyən olunmuşdur. Buna əsasən vergi ödəyicisinin zərəri 3745,76 (321,13+308.39-4107,67-267,61) min manat olmuşdur. Vergi ödəyicisinin təqdim etdiyi 2016-cı il mənfəət vergisi hesabatına (cari hesabat) əsasən ümumi gəlirləri 4298558,25 manat, xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq 1162445,33 manat, çıxılmalardan sonra ümumi gəlir 3136112.92 manat, xərclər 3464115,24 manat müəyyən edilərək, vergi ödəyicisinin 328002,32 (3136,11-3464,12) manat zərər etdiyi, keçmiş illərin çıxılası zərəri 2015-ci il üzrə 5223508,58 manat olduğu təqdim olunmuşdur. Yoxlama ilə vergi ödəyicisinin malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəliri 4298,56 min manat müəyyən olunmuş, eyni zamanda xarici valyutaların manata nisbətən məzənnə fərqi araşdırılmış 1567,23 min manat müsbət məzənnə fərqi, 2733.28 min manat mənfi məzənnə fərqi müəyyən olunmuşdur. Yoxlama ilə vergi ödəycisinin ümumi gəlirdən çıxılan xərcləri 3582,13 min manat müəyyən olunmuşdur. Buna əsasən vergi ödəyicisinin zərəri 449,62 (4298,56+1567,23-2733,28-3582,13) min manat, keçmiş illərin çıxılası zərəri 2015ci il üzrə 3745,76 min manat olmuşdur. Vergi ödəyicisinin təqdim etdiyi 2017-cı il mənfəət vergisi hesabatına (cari hesabat) əsasən malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəliri 22212.92 min manat, xarici valyutaların manata nisbətən müsbət məzənnə fərqi 87,55 min manat, çıxılmalardan sonra ümumi gəlirləri 22300,48 min manat, xərclər 20119,80 min manat müəyyən edilərək, vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 2180,67 (22300,48-20119,80) min manat, lakin keçmiş illərin çıxılası zərəri 5551,51 min manat (2015-ci il üzrə 328,00 min manat, 2016-ci il üzrə 5223,51 min manat) müəyyən edilmiş, zərər 330,84 min manat olmuşdur. Yoxlama ilə vergi ödəyicisinin malların təqdim edilməsindən (işlərin görülməsindən, xidmətlərin göstərilməsindən) gəliri 22212,92 min manat müəyyən olunmuş, eyni zamanda xarici valyutaların manata nisbətən məzənnə fərqi araşdırılmış 1395,61 min manat müsbət məzənnə fərqi, 1006,01 min manat mənfi məzənnə fərqi müəyyən olunmuşdur. Yoxlama ilə vergi ödəyicisinin ümumi gəlirdən çıxılan xərcləri 18510,77 min manat müəyyən olunmuşdur. Vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 4091,75 (22212,92+1395,61- 1006,01-18510,77) min manat, lakin keçmiş illərin çıxılası zərəri 4195,37 min manat (2015-ci il üzrə 3745,76 min manat, 2016-ci il üzrə 449,62 min manat) müəyyən edilmişdir. Vergi ödəyicisinə 01.11.2018-ci il tarixli **********167753 nömrəli “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında Tələbnamə" təqdim edilmişdir. Tələbnamədə göstərilən bazada olmayan ilkin mühasibat sənədləri, xammal və materialların alış-satış qaimələri, görülmüş iş və xidmətlərin təsdiq edən sənədlər, (Forma 2-lər və aktlar), müvafiq fəaliyyət üzrə lisenziya(lar), müqavilələr (podrat, əmək, icarə və alqı-satqı müqavilələri) yoxlanılan dövr üzrə bank sənədləri, kassa mədaxil və məxaric sənədləri, əmək haqqı cədvəlləri, vergi hesab fakturaları, qaimə fakturalar, (elektorn qaimələr), yük gömrük bəyannamələri (invoyslar), gəlir və xərclərlə bağlı digər sənədələr, Nəzarət kitabçası, nəqliyyat, qaz, su, işıq xərc sənədləri (həmçinin elektron fayllarda) və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər və digər xərc sənədləri yoxlamaya qismən təqdim edilmişdir. Əlavə olaraq qeyd olunurki, göstərilən sənədlərin olub-olmaması barədə vergi ödəyicisi tərəfindən yazılı və yaxud da elektron qaydada müraciət olunmaqla heç bir münasibət (izahat) bildirilməmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş mənfəət vergisi bəyannamələrində göstərilən xərcləri barədə yoxlamaya heç bir sənəd təqdim edilmədiyindən xərcləri Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9 maddəsini əldə rəhbər tutaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 55 nömrəli qərarı ilə təsdiq edilmiş (04 aprel 2003-cü il tarixli Qərarı ilə edilmiş əlavə və dəyişikliklərlə) vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydalarına əsasən şərti rentabellik norması əsasında vergiyə cəlb olunan mənfəət müəyyən edildi. Belə ki, 2015, 2016 və 2017-ci illlər üzrə sahibkarlıq fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti bu qaydaların 6.1.1 bəndinə əsasən aşağıdakı düsturla hesablandı.) 2015- ci ilin mənfəət vergisi üzrə xərcin hesablanması: (321132.98/6*5=267610.82) 2016-cı ilin mənfəət vergisi üzrə xərcin hesablanması: (4298558.25/6*5=3582131.88) 2017-ci ilin mənfəət vergisi üzrə xərcin hesablanması: (********.50/6*5= ********.42) Vergi ödəyicisi yoxlama dövrü ərzində xarici valyutaların manata nisbətən məzənnəsinin dəyişməsindən yaranan mənfi fərq səbəbindən zərər etdiyindən mənfəət vergisi üzrə vergi məsuliyyətinə cəlb olunmamışdır. Cəmiyyət gəlir və xərclərinin uçotunu hesablama metodu ilə aparıb və səyyar vergi yoxlaması aktında uçotun hesablama metodu ilə aparıldığı qeyd edilsə də, aktın 5-ci pəncərəsində sözlə yazılarkən mexaniki səhv olaraq kassa metodu ilə aparıldığı qeyd edilmişdir. 14.04.2020-ci il tarixli Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında **********198960 saylı qərarla aktda qeyd olunan kassa sözü hesablama metodu sözü ilə əvəz edilmişdir. Tərəflərindən hesablama hesablama metodu üzrə aparılmışdır. Əlavə dəyər vergisi üzrə aşağıdakılar müəyyən olunmuşdur: 2016-cı il üzrə 88345,16 manat, 2017-ci il üzrə 179443,45 manat və 2018-ci il üzrə 3498,64 manat ümumilikdə 271287,25 manat məbləğində ƏDV vergisi məbləği azaldılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58,1 maddəsinə əsasən ƏDV vergisi məbləğinin bəyannamədə göstərilən məbləğinin, bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 271,29 min manat ƏDV vergisi azaldılmasına görə 50% məbləğində, yəni 135,64 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Həmçinin, Yoxlama dövrü (01.01.2016-31.08.2018) ərzində politilen məhsullarının istehsalatı zavodunda istehsal prosesinin yoxlanılması zamanı xüsusi biliklərə malik olan ekspertin cəlb olunması zərurəti yarandığından **********170385 nömrəli 30.11.2018 tarixli Ekspertizanın təyin edilməsi haqqında qərara əsasən ekspert dəvət edilmişdir. Eyni zamanda ekspertin rəyinə əsasən ********.1 kq (31282,35 ton) kalsium karbonat (CaC03) xammalının əskik gəlməsi aşkarlanmışdır. Belə ki, vergi ödəyicisi yoxlanılan dövr ərzində 31844960 kq (31844.96 ton) xammal olaraq Kalsium karbonat (CaC03) idxal etmişdir (İdxal bəyannamələrinə əsasən alış qiyməti 1 ton 153 manat). Mütəxəssisin rəyinə əsasən vergi ödəyicisi yalnız 562602.9 kq istehsala istifadə edə bilər. Yoxlama dövrünün sonuna Kalsium karbonat qalığının olmamasını nəzərə alaraq VM 159.1-ci maddəsinə əsasən kənarlaşma 861516,12 manat ƏDV vergisi azaldılmasına görə 50% məbləğində, yəni 430758,06 manat manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. Vergi Məcəlləsinin 159.1 maddəsinə əsasən "X11" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən satış məqsədilə idxal olunan mallarda vergi ödəyicisi tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, hesabat-axtarış məlumat bazası və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparılan yoxlamaya və keçirilən İnventarizasiyaya əsasən 3948071,19 manat əskik gəlmə aşkarlanmışdır. Kənarlaşma 710652,81 manat ƏDV vergisi azaldılmasına görə 50% məbləğində, yəni 355326,41 manat manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə vergi məsuliyyətinə cəlb edilmişdir. 2 saylı Ərazi Vergilər Departamentinin 26.11.2018-ci il tarixli **********077200 saylı məktubla “Azərekspertiza” Birliyinə Ekpert və mütəxəsis rəyinin verilməsi haqqında müraciət edilmişdir. Ekspert və Mütəxəsis olaraq X6 təyin edimişdir. 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən 30.11.2018-ci il tarixdə **********170385 saylı Ekspert və 30.11.2018-ci il tarixli **********170387 saylı mütəxəssis qərarları açılmışdır. 17.02.2020-ci il tarixdə Azərekspertiza Birliyi tərəfindən Ekspert və mütəxəsis rəyləri 2 saylı Ərazi Vergilər Baş idarəsinə təqdim edilmişdir. Tərəflərindən yoxlama zamanı rəsmi müraciət əsasında mütəxəssis ayrıldığı üçün mütəxəssisin Vergi Məcəlləsinin 45.2-ci maddəsinə əsasən xüsusi bilik və təcrübəsi olması araşdırılmamışdır. Mütəxəssis və Ekspert rəyləri 17.02.2020-ci il tarixdə alınmış və 17.02.2020-ci il tarixdə SS646160420 Az nömrəli poçt qəbzi ilə vergi ödəyicisinə aid ünvan 4 ünvana sifarişli (xəbərnaməli) məktubla göndərilmişdir. Məktub Cəmiyyətin etibarnamə ilə vəkil edilmiş əməkdaşı X4 təqdim edilmişdir. ÖMV üzrə aşağıdakılar müəyyən olunmuşdur; 2018-ci ilin 1-ci rübü ərzində 425000 manat və 2-ci rüb ərzində 374000 manat məbləğlərində aparılmış ödənişlərin ödəmə mənbəyində vergiyə cəlb olunmasının araşdırılması məqsədilə banklardan alınmış məlumatların təhlil zamanı güzəştli vergi tutulan ölkə və ərazilərə ümumilikdə 799000 manat vəsait köçürülməsinə baxmayaraq qeyd edilən məbləğ müvafiq dövr üzrə təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannaməsində əks etdirilməmişdir. 799000 manat kənarlaşma müəyyən edilmiş və 10% yəni 79900 manat məbləğində ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Göstərilən hal üzrə kameral vergi yoxlaması ilə münasibət bildirilməsi tərəflərindən araşdırılmış və Bank çıxarışlarına əsasən banka qaytarılan məbləğlər öz əksini tapmadığından ödəmə mənbəyində tutulan vergi hesablanmışdır. Səyyar vergi yoxlamaları idarəsi tərəfindən 03.12.2019-cu il tarixli **********551900 nömrəli "Kameral qaydada münasibət bildirilməsi haqqında" xidməti məlumatda 2018-ci ilin 1-ci və 2-ci rüb ödəmə mənbəyində tutulan vergi bəyannamələrinə kameral münasibət bildirilməsi qeyd olunmuş lakin kameral yoxlama üzrə müddət başa çatdığından kameral məbləğin bərpa edilməsi mümkün olmamışdır. Vergi ödəyicisinə SVY zamanı kənarlaşma olan vergi məbləğinin aktla rəsmiləşdirilməyini nəzərə alaraq qeyd olunan dövrlər üzrə kameral hesablanmış vergi məbləğinin azaldılması nəzərdə tutulmuşdur. Kameral yoxlama ilə hesablanmış vergi məbləğləri səyyar vergi yoxlaması aktı yazılarkən bərpa edilmişdir. Yoxlama 01.11.2018-ci il tarixdə başlamış və 17.02.2020ci il tarixində başa çatdırılaraq, nəticələri 21.02.2020-ci il tarixli **********167712 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş və 2898.81 min manat əlavə vəsait hesablanmışdır. Vergi Məcəlləsinin 39-cu maddəsinin tələbləri gözlənilməklə 14.04.2020-ci il tarixdə MÇQ çıxarılmış və VM-nin 56.1 maddəsinin tələblərinə müvafiq olaraq 2854.01 min manat şəxsi vərəqədə hesablama verilmişdir. Azərbaycan Respublikası İPM-nin 48.2ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə cavabdeh təşkilatın nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın 17.06.2020-ci il tarixli **********224200 nömrəli etirazı və 14.04.2020-ci il tarixli, **********198960 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının surəti, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01.04.2021-ci il tarixli, 9/3782 nömrəli və 08.09.2021-ci il tarixli, 9/3967 nömrəli ekspert rəyləri və digər sənədlər. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia qismən təmin edilməlidir. İş materiallarını, tərəflərin təqdim etdikləri sübutları və verdikləri izahatları tam və hərtərəfli araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və mübahisələndirilən 14.04.2020-ci il tarixli, **********198960 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərar qismən ləğv edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia tələbi üzrə iddiaçı olan “X10” MMC politielen məhsullarrın istehsalı ilə məşğul olan müəssisədir. 01.11.2018-ci ildən 17.02.2020-ci ilədək 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 2016- 2017-2018-cı illər üzrə həmin müəssisəsində səyyar vergi yoxlaması həyata keçirilmiş və “X10” MMC barəsində 14.04.2020-ci il tarixli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Qeyd olunan qərara əsasən “X10” MMC istehsalatdan kənarda qalan mallar üçün ƏDV, ölkə ərazindən xaricə çıxarılan maliyyə vəsaitlərinə görə ÖMV və maliyyə sanksiyası tətbiq edilmişdir. “X10” MMC həmin qərardan narazı qalaraq vergi orqanına müraciət etmiş, lakin vergi orqanından müsbət cavab almadığına görə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən qeyd olunan halların araşdırılması məqsədi məhkəmə mühasibatlıq ekspertizaları təyin edilmiş və ekspert rəyinə əsasən vergi ödəyicisinə hesablanmış 1848162,12 manat ƏDV-nin və 84380,0 manat ÖMV-nin düzgün hesablanmaması müəyyən edilmişdir. Belə ki, vergi ödəyicisi tərəfindən təqdim edilmiş bank sənədlərindən müəyyən edilmişdir ki, fevral 2016-avqust 2018-ci il aralığında müəssisə tərəfindən 470.000 ABŞ dolları məbləğində vəsait güzəştli vergi tutulan ölkələrə və ərazilərdə qeydiyyatdan keçmiş subyektlərə vəsait köçürülmüş və həmin şirkətdən müəssisənin hesabına 469.357.01 ABŞ dolları vəsaiti geri qaytarılmış, 642.99 ABŞ dolları bank tərəfindən xidmət haqqı kimi tutulmuşdur. Belə olduğu tədqirdə məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən “X10” MMC ÖMV üzrə hesablanmış 84.380,0 manat vergi borcu və həmin borca hesablanmış 41.560 manat maliyyə sanksiyası əsassızdır. Həmçinin məhkəmə mühasibatlıq ekpertizasının 08 sentyabr 2021-ci il tarixli rəyinə əsasən “X10” MMC-yə ƏDV də düzgün hesablanmaması qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı o da müəyyən edilmişdir ki, vergi orqanı tərəfindən “X10” MMC ƏDV hesablanarkən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza Birliyi”nin 17 fevral 2020-ci il tarixli mütəxəssis rəyinə istinad olunmuşdur. Belə ki, həmin rəyə əsasən mütəxəssis 01.01.2016-01.09.2018-ci illər ərzində polietilen, polipropilen, polivinilxlorid, yüksək təzyiqli polietilen kimi xammallardan hazırlanmış məhsulun çəkisi barədə məlumat vermişdir. Məhkəmə hesab edir ki, qeyd olunan rəy mülahizələrə əsaslandığı üçün həqiqəti özündə əks elətdirə bilməz. Belə ki, təqdim edilmiş xammaldan istehsal prosesi zamanı itkilərin hansı meyarlar əsasında müəyyən edilməsi qeyd olunan qərarda öz əksini tapmamışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza Birliyi”nin 15 oktyabr 2020-ci il tarixli mütəxəssis rəyinin 9-cu vərəqində müəssisənin həmçinin kompaund istehsalının həyata keçirilməsi göstərilmişdir. Kompaund isə bir neçə polimer və digər xammalın qarışığından alınan yeni növ xammal hesab edilir. Qeyd olunan rəydə həmçinin müəssisənin istehsal sahəsində mövcud olan xüsusi avadanlıqların kompaund istehsalını həm müəssisənin özü həm də digər polimer məhsulları istehsal edən müəssisələrin tələbatını ödəmək qabiliyyətinə malik olması göstərilmişdir. Rəyin nəticə hissəsində müəssisədə polimer məhsullarının istehsal sahələrində və kampaund sahəsində istifadə olunan əsas xammallar və digər qatqılar müəyyən olunmuş norma və standartlara uyğun olaraq istifadə olunmuşdur. Göründüyü kimi Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza Birliyi”nin verdiyi 17.02.2020-ci il tarixli mütəxəssis rəyində “X10” MMC-nin kompaund istehsalının həyata keçirilməsi müəyyən edilməmişdir. Halbuki, kompaund kimi tanınan xammal bir neçə xammalın qatqısından hazırlanmış yeni xammaldır və bu xammalın hazırlanması zamanı məhsulun itkisinin artması istisna deyil. Bundan başqa Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza Birliyi”nin 15 oktyabr 2020-ci il tarixli rəyində “X10” MMC sahibliyində olan xüsusi avadanlığın kompaund istehsalını həm müəssisənin özü həm də digər polimer məhsulları istehsal edən müəssisələrin tələbatını ödəmək qabiliyyətinə malik olması göstərilmişdir. Bu isə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası “Azərekspertiza Birliyi”nin verdiyi 17.02.2020-ci mütəxəssis rəyində elektrik enerjisi sərfiyyatına əsaslanmaqla müəssisə tərəfindən 01.01.2016-01.01.2018-ci illər üzrə məhz özü üçün hazır məhsul istehsal etməsinə dəlalət edə bilməz. Belə ki, müəssisənin sahibliyində olan avadanlığın gücünü nəzərə alaraq sərf edilmiş elektrik enerjisi digər müəssisələr tərəfindən təqdim edilmiş xammaldan hazır məhsulun istehsal olunması istisna deyil. Ona görə də “X10” MMC-nin göstərilən müddət ərzində elektrik enerjisi sərfiyyatını nəzərə alaraq istehsal etdiyi hazır məhsulun məhz özünə məxsus olmasına istinad edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçıya istehasal edilən məhsullara görə heablanmış ƏDV öz tədiqini tapmır. Lakin o da nəzərə alınmalıdır ki, “X10” MMC tərəfindən idxal olunmuş malların adlı siyahısı araşdırılarkən, müəyyən edilmişdir ki, 2016-2018-ci illər üzrə “X10” MMC tərəfindən idxal edilmiş malların dəyəri 39.119.408,65 manat, həmin malların istehsalında istifadə edilmiş xammalın dəyəri 25.102.947,93 manat, daxili bazardan alınan xammalın dəyəri 932.662,50 manat təşkil etmişdir. Deməli idxal olunan və daxili bazardan alınan xammalın dəyəri 9332.662,50+39.119.408,65=40.052.071,15 manat təşkil etmişdir. Vergi orqanı tərəfindən qeyd olunan və dəyəri 40.052.071,15 manatlıq xammaldan “X10” MMC tərəfindən dəyəri 25.102.947,93 manat olan xammal, dəyəri 1.565.204,50 manat olan DSP materialı, dəyəri 707.397,55 manat olan MDF materialı və dəyəri 43.877,00 manat olan avadanlıq hazır məhsulun istehsalı üçün gətirilməsi, lakin yerdə qalan 11.730.581,61 manatlıq (25.102.947,93-1.565.204,50-707.397,55-43.877=11.730.581,61 manat) malın kommersiya məqsədi ilə gətirilməsi müəyyən edilir. Kommersiya məqsədi ilə gətirilmiş 11.730.581,61 manatlıq maldan dəyəri 3.632.182,10 manat olan malın satışının həyata keçirilməsindən sonra yerdə qalan və dəyəri 8.098.399,51 manat olan malın üzərinə “X10” MMC tərəfindən kommersiya məqsədi ilə yenidən 2.343.703.83 manatlıq mal idxal edilmişdir. Deməli nəticə etibarı ilə “X10” MMC tərəfindən kommersiya məqsədi ilə idxal edilmiş dəyəri 10.442.103,94 manat (11.730.581,61-3.632.182,10+2.343.703.83=10.442.103,94) olan mal mövcud olmalı idi. Həmin maldan dəyəri 6.092.326,66 manat olan malın satışı həyata keçirildikdən sonra yerdə dəyəri 4.349.726,68 manat olan mal qalmalı idi. Lakin aparılmış inventarizasiya nəicəsində “X10” MMC sahibliyində qalmalı olan və dəyəri 4.349.726,68 manat təşkil edən maldan 401.655,44 manat dəyəri olan mal aşkar edilmiş, yerdə qalan 3.948.071 manat dəyəri (4.349.726,68-401.655,44=3.948.071,19 manat) olan malın harada olması barədə məlumat əldə edilməsi mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, vergi orqanı tərəfindən kommersiya məqsədi ilə idxal edilmiş mallardan dəyəri 3.948.071,19 manat olan mala görə 710.652,81 ƏDV və 355.326,41 maliyyə sanksiyası hesablanması düzgün olmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 12.1-ci maddəsinə əsasən vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti. Həmin Məcəllənin 83.9-cu maddəsinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Nazirlər Kabineti) tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Həmin Məcəllənin 83.2-ci maddəsinə əsasən vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, vergi orqanı tərəfindən keçirilən vergi yoxlaması və bununla bağlı keçirilən prosedur hərəkətlər qanunvericiliyin tələblərini qismən pozmuşdur. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İnzibati prosessual Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Aparılmış ekspertiza tədqiqatlarının 400 (dörd yüz) manatlıq dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 200 (iki yüz) manat, “X10” MMC -dən 200 (iki yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməlidir. Beləliklə, məhkəmə hesab edir ki, mübahisələndirilən inzibati akt qəbul edilərkən işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar cavabdeh vergi orqanı tərəfindən hərtərəfli, tam və obyektiv araşdırılmadığından, vergi qanunvericiliyinin tələbləri düzgün tətbiq edilmədiyindən və məhkəmə baxışı zamanı da həmin inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmədiyindən, iddia qismən təmin edilməli, 14.04.2020-ci il tarixli, **********198960 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında ” qərarı ÖMV üzrə 84.380,0 manat, ƏDV üzrə 1.132.803,37 manat, maliyyə sanksiyası üzrə 607.961,69 manat (566.401,69 manat ədv hesablanmış maliyyə sanksiyası+41.560 ömv hesablanmış maliyyə sanksiyası) hissəsində ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 14, 68, 69, 73, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 14.04.2020-ci il tarixli, **********198960 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı ÖMV üzrə 84.380,0 manat, ƏDV üzrə 1.132.803,37 manat, maliyyə sanksiyası üzrə 607.961,69 manat (566.401,69+41.560) hissəsində ləğv edilsin. Aparılmış ekspertiza tədqiqatlarının 400(dörd yüz) manatlıq dəyəri olaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsindən 200 (iki yüz) manat, “X10” MMC -ən 200 (iki yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-164/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-164/2021
08.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver