Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1640/2020 16.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, İddiaçı Yusifoviçin Cavabdehnə qarşı “ölüm faktının müəyyən edilməsi və müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Yusifoviç Cavabdehnə qarşı “ölüm faktının müəyyən edilməsi və müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə” dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə dəvət olunaraq iddianın mümkünlüyü ilə bağlı ona hüquqi yardım edilmişdir. Sonradan iddiaçı məhkəməyə ərizə yazaraq iddianın mümkünlüyü ilə bağlı müvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı ölüm faktının müəyyən edilməsi və müvafiq ölüm haqqında şəhadətnamə əldə etmək niyyətindədir. Ölüm haqqında şəhadətnamə verilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh təşkilat ölüm haqqında tibbi şəhadətnamənin olmaması səbəbindən ona atası barəsində ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Bununla bağlı iddiaçı iddia tələbi ilə əlaqədar Bakı şəhəri Yasamal rayon Məhkəməsinə müraciət etmiş, lakin həmin məhkəmə qeydiyyat şöbəsinin inzibati orqan olması səbəbindən qeyd olunan mübahisəyə inzibati məhkəmədə baxılmasını bildirərək, mülki iş üzrə icraata xitam vermişdir. Buna görədə iddiaçı hazırki iddia tələbi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qeyd olunan iddia tələbini araşdıraraq hesab edirki, hazır ki, iddia tələbi qeyri-mümkün hesab edilməlidir. İddiaçının iddia tələbi cavabdeh təşkilat tərəfindən ölüm faktının müəyyən edilməsi və müvafiq ölüm haqqında şəhadətnaməninin verilməsi ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3 və 309.1-ci maddələrinə əsasən şəxsin ölümünün qeyd edilməsi faktı hüquqi əhəmiyyətli fakt olaraq müraciət edən şəxsin yaşayış yeri üzrə məhkəməsi tərəfindən xüsusi icraat qaydasında baxılmalıdır. Qeyd olunan iddia tələbinə o halda xüsusi icraat qaydasında baxılması mümkün olur ki, müraciət edən şəxs həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikaı Səhiyyə Nazirinin 52 saylı xx xxx 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 3-cü bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X3 Stansiyasının (bundan sonra - TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyri-yaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir. Həmin Təlimatın 4-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu verdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təstiq edən tibbi şəhadətnamə, tibbi şəhadətnamə olmadığı tədqirdə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Yuxarıda qeyd olunan “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 4-cü bəndinə və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən müəyyən olunur ki, ölüm hadisəsi yaşayış yerində baş verdiyi tədqirdə Təcili və X3 Stansiyasının həkimi ölüm hadisəsini təsdiq edir və ambulator tibb müəssisəsinin həkiminə təqdim edilməsi üçün təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi”ni doldurur. Ölümün baş vermə səbəbi bəlli olduğu tədqirdə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər əsasında ambulator tibb müəssisə tərəfindən tibbi şəhadətnaməsi verilir. Hazırki, iddia tələbi üzrə iddiaçının məhkəməyə təqdim etdiyi Abşeron rayon Mərkəzi Xəstəxanasının TTTYS-nin xx xxxxxx 2020-ci il tarixli “Xəbərdarlıq vərəqəsi”ndən məlum olur ki, TTTYS-nın əməkdaşları xx xxxxxx 2020-ci ildə saat 18:35də Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265, mən.42 ünvanına gələnə gədər X4 artıq vəfat etmişdir. Qeyd olunan “Xəbərdarlıq vərəqəsi”nin “ölümün ilkin səbəbi” qrafasında meyitin üzərində gözlə görünə biləcək zorakılıq əlamətlərinin olmaması qeyd olunmuşdur. Hazırki iddia tələbi üzrə iddiaçı olan İddiaçı yazılı müraciətinə əsasən Bakı şəhər Baş Səhiyyə İdarəsinin 3 nömrəli Şəhər Poliklinikasının 212 saylı xx.xx.2020-ci il tarixli arayışında xx.xx.1954-cü il təvəllüdlü X2 xx.xx.20220-ci il tarixdə saat 18:50-də Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 265, mən.42 ünvanına vəfat eməsi qeyd olunmuşdur. Məhkəmə qeyd etməyi zəruri bilir ki, ölümün səbəbinin müəyyən edilməsi üçün mütləq şəkildə Məhkəmə Tibbi Ekspertiza və X1 yerli şöbələri tərəfindən meyit yarılmalı və bununla bağlı müvafiq rəy verilməlidir. İş materiallarına əlavə edilmiş İsmayıllı rayonunun Sumağalı Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 07 saylı arayışından məlum olmuşdur ki, X4 xx xxxxxx 2020-ci ildə İsmayıllı rayonunun Sumağalı kənd qəbirstanlığında dəfn edilmişdir. Görünüyü kimi hal- hazırda mərhum X2 üzərində ekspertiza tədqiqatının aparılması və ölümün səbəbinin müəyyən edilməsinin mümkün deyil. Ölümün səbəbi məlum olmadığı tədqirdə isə “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 4cü bəndinə əsasən tibbi şəhadətnamənin verilməsi mümkün deyil. Buna görədə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinin tələbləri baxımından iddia tələbinə xüsusi icraat qaydasında ərizəçinin yaşadığı yerin məhkəməsi tərəfindən baxılmasını mümkün edir. Qeyd olunan ölüm faktı başqa qaydada öz təsdiqini tapdığı tədqirdə, məsələn təhqiqat və ya istintaq orqanının “cinayət hadisəsinin olmaması səbəbindən cinayət işinin bağlamasının rədd edilməsi barədə” qərarı olduğu və buna baxmayaraq qeydiyyat orqanı tərəfindən ölüm haqqında şəhadətnamə verilmədiyi tədqirdə hazırki, iddia tələbinə inzibati məhkəmə tərəfindən baxılması mümkün olardı. Ona görədə məhkəmə hesab edir ki, hazırki iddia tələbinə ümumi məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılmalıdır. Bundan başqa Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı atası X2 xx xxxxxx 2020-ci ildə ölümünün müəyyən edilməsinə dair tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qeyri mümkün hesab edilməlidir. İddiaçıya izah olunsun ki, hüquqi faktın təsdiq edilməsinə dair iddia ilə ümumi şəhər(rayon) məhkəmələrinə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 2 ünvanında yerləşən) Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-1640/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1640/2020
16.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver