Məhkəmə qərarları › İş №2-1(118)-1641/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1641/2020

09.12.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1641/2020 09.12.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlu İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə döngə 9 küçəsində dalan 3 ev 12 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq, “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə dövgə 9 küçəsində dalan 3 ev 12 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” barədə qərar qəbul olunmasını 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsindən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli tarixli 2-1(112)-1545/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə dövgə 9 küçəsində dalan 3 ev 12 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə aşağıda qeyd olunanlara görə özünü səlahiyyətli saymır və hesab edir ki, işin aidiyyəti müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarından isə torpaq sahəsinin Sumqayıt İnzibati Məhkəməsinin ərazi yuristiksiyasında yerləşdiyi müəyyən edilmir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli tarixli 2-1(112)-1545/2020 saylı qərardadı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə dövgə 9 küçəsində dalan 3 ev 12 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” tələbinə dair inzibati işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmısının səbəbi olaraq iddiaçıya qeydiyyat vəsiqəsinin verilməsini göstərir. Məhkəmə hesab hesab hazırkı mübahisənin baxılmasına səlahiyyətli olan məhkəmə müvafiq qeydiyyat vasiqəsini verən orqanın yerləşdiyi məhkəmə yox, mübahisəyə baxılan zaman dövlət qeydiyyatına alınması istənilən daşınmaz əmlakın yerləşdiyi məhkəmə olmalıdır. İddiaçının dövlət qeydiyyatına alınmasını istədiyi daşınmaz əmlakın isə Sumqayıt İnzibati Məhkəməsinin ərazi yuristiksiyasında yerləşməsinə aid hər hansı bir sübut iş materiallarına əlavə edilməmişdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsidir. Həmin orqanın isə Sumqayıt İnzibati məhkəməsinin yuristiksiyasında yerləşən daşınmaz əmlakların dövlət qeydiyyatını aparma səlahiyyəti olması ilə bağlı işdə hər hansı bir sübut yoxdur. Hazırkı mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxıla bilməsi üçün dövlət qeydiyyatına alınması istənilən daşınmaz əmlakın hazırda Sumqayıt İnzibati Məhkəməsinin ərazi yuristiksiyasında yerləşməsi və bu əmlakı dövlət qeydiyyatına almağa səlahiyyətli inzibati orqanın cavabdeh olması lazımdır. İş materiallarından göründüyü kimi iddiaçı cavabdeh inzibati orqan kimi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, həmin orqan müvafiq imtina vermiş, həmin orqan cavabdeh kimi iddiya etiraz vermiş, Abşeron rayon İcra Hakimiyyətinin yox, Sabunçu rayon İcra hakimiyyətinin Bilgəh Bələdiyyəsinin və digər orqanların üçüncü şəxs kimi işə cəlb edilməsi barədə vəsatət vermişdir. Qeyd edilənlər hazırkı mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxılması üçün heç bir əsas yaratmır. Bundan əlavə iş materiallarında olan “X1” xx xxxxxx 2019-cu il tarixli 96 saylı ekspert arayışında qeyd olunur ki, mübahisə predmeti əmlak Bilgəh bələdiyyəsinin mülkiyyətində olmuş əraziyə aid olduğu müəyyən edilir. Bilgəh bələdiyyəsi isə Sumqayıt İnzibati Məhkəməsinin ərazi yuristiksiyasına aid deyil. Qeyd edilənlər işin aidiyyəti üzrə baxıması üçün Sumqayıt İnziabti Məhkəməsinə göndərilməsinin əsassız olduğunu göstərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 9.1 və 9.1.3 maddəsinə əsasən mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə özünü səlahiyyətli saymadıqda səlahiyyətli məhkəmə müvafiq yuxarı məhkəmə instansiyası tərəfindən müəyyən edilir. Ona görə də iş, aidiyyətin müəyyən olunması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8-ci, 9-cu və 80-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasının qanunsuz hesab edilməklə, mülkiyyətində olan Sabunçu rayonu, Bilgəh qəsəbəsi, A.Salahzadə dövgə 9 küçəsində dalan 3 ev 12 ünvanında yerləşən 17.3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətdə olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə adına vahid əmlak kimi mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinin cavabdehin öhdəsinə qoyulması” barədə iddiasının məhkəmə aidiyyətinin müəyyən olunması üçün 2-1(118)-1641/2020 saylı iş Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar