Məhkəmə qərarları › İş №2-1(118)-1642/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1642/2023

28.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1642/2023 28.08.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X12 Ramiz qızının katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdehnə qarşı Yardımlı rayon Telavar kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.2003-cü il tarixdə tərtib edilmiş №01 nömrəli xx.xx.2003-cü il təvəllüdlü X3 doğum haqqında akt qeydinin ləğv edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X8 Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Yardımlı rayon Telavar kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.2003-cü il tarixdə tərtib edilmiş №01 nömrəli xx.xx.2003-cü il təvəllüdlü X3 doğum haqqında akt qeydinin ləğv edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı iddianı müdafiə etdi və izah etdi ki, o, 1978-ci ildə Yardımlı rayonunun Telavar kəndində doğulmuşdur, 23 dekabr 2002-ci ildə X11 ilə rəsmi nikaha daxil olmuşdur. Bu nikahdan iddiaçının xx.xx.2002-ci il təvəllüdlü X9, xx.xx.2007ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X14 adında üç övladı doğulmuşdur. Sosial yardım almaq üçün Azərbaycan Respublikası ƏƏSMN-nin Sumqayıt ASAN Xidmət şöbəsində yerləşən filialına müraciət etdikdə, elektron baza sistemində onun üç yox, dörd övladının olduğu bildirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı Sumqayıt Regional ASAN Xidmət mərkəzində qeydiyyat şöbəsindən ailə tərkibi haqqında arayış aldqıda həqiqətən də qızı Elnurə Bəhlulovanın adının iki dəfə qeyd edildiyi, xx.xx.2007-ci İl təvəllüdlü X3 xx.xx.2003-cü il təvəllüdlü X1 qeyd edildiyini görmüşdür. Bu texniki bir səhvdir və bu səhvin aradan qaldırılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə müraciət etdikdə, şöbə tərəfindən imtina olunaraq, məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Belə ki, iddiaçının ilk övladı xx.xx.2002-ci il təvəllüdlü X4r. Yanlışlıqla xx.xx.2003-cü il təvəllüdlü X1 qeyd edilən qızından 18 gün sonra doğulmalı idi ki, bu isə əlbəttə qeyrimümkündür. İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, o, Sumqayıt şəhəri Sərvər Bədəlbəyli küçəsində yerləşən 123 A Bina 64№ -li X5 məxsus olan mənzildə ailəsi ( yoldaşı X11, oğlu X14, X10 və X9) ilə birlikdə yaşayır. -1 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə tərkibinə dair məlumatlar aşkar edilmişdir: həyat yoldaşı X11 xx.xx.1982, qızı X9 xx.xx.2002, qızı X10 xx.xx.2003, qızı X10 xx.xx.2007, oğlu X14 xx.xx.2016. - İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrdən və şəxsiyyət vəsiqələrindən görünür ki, X9 xx.xx.2002-ci il tarixdə Sumqayıt şəhərində, X10 xx.xx.2007-ci il tarixdə Sumqayıt şəhərində, X14 xx.xx.2016-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur.Ata qrafasında X8, ana qrafasında X11 qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Yardımlı rayon qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ardımlı rayon Televar kənd İcra nümayəndəliyi tərəfindən tərtib olunmuş xx.xx.2003-cü il tarixli 01 saylı, Yardımlı rayonu Telavar kəndində anadan olmuş X3 doğumu haqqqında akt qeydinin təsdiq olunmuş surəti məhkəməyə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, xx.xx.2007-ci il tarixli 3461 saylı və xx.xx.2007-ci il tarixli 4770 saylı doğum haqqında akt qeydləri məhkəməyə göndərilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq 1 saylı Sumqayıt regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2016cı il tarixli 722 saylı doğum haqqında akt qeydi məhkəməyə göndərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən» Əsas müddəaların 1-ci bəndinə görə vətəndaşlıq vəziyyəti aklarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir (23). Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının üç övladı olduğu halda qızı X6 adına iki dəfə doğum aktı qeydi tərtib edilmişdir. Bundan başqa qeyd olunmaldıır ki, ləğv olunmalı doğum aktı qeydində uşağın doğum günü kimi xx.xx.2003-cü il, yəni iddiaçının ilk övladı olan X7 doğulduğu xx.xx.2002-ci il tarixdən 20 gün sonra deməkdir ki, bu da fiziki cəhətdən qeyri-mümkün olardı. Həmin akt qeydinin aparılmasının əsasları məhv edildiyi üçün müəyyən etmək mümkün olmamışdır. Məhkəmə hesab edir ki, doğum haqqında akt qeydinin əsassız olduğu aşkar surətdə aydın olduğundan iddia tələbi təmin edilərək xx.xx.2003-cü il təvəllüdlü X10 barəsində Yardımlı rayon Telavar kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.2003-cü il tarixdə tərtib edilmiş №01 nömrəli doğum haqqında akt qeydinin ləğv dilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir NƏTİCƏVİ HSİSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X10 barəsində Yardımlı rayon Telavar kənd İcra Nümayəndəliyi tərəfindən xx.xx.2003-cü il tarixdə tərtib edilmiş №01 nömrəli doğum haqqında akt qeydinin ləğv dilməsi öhdəliyi Cavabdehnə üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar