Məhkəmə qərarları › İş №2-1(118)-1643/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1643/2022

29.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1643/2022 29.12.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X16 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Torpağa Mülkiyyət Hüququna Dair JN-0440 seriyalı KOD 30313088 saylı Dövlət Aktı əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Şixiyev X6 Mülkiyyət Hüququna Dair JN-0440 seriyalı KOD 30313088 saylı Dövlət Aktı əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 04 aprel 2022-ci il tarixli, **********81 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı narazı qalaraq məhkəməyə müraciət etmişdir. X11 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçının mülkiyyətində Torpağa Mülkiyyət Hüququna Dair JN 0440 KOD 30313088 saylı Dövlət Aktına əsasən, Quba rayon DNK-nın 07 oktyabr 2005-ci il tarixli, 4-Ə-973 saylı müqaviləsilə Quba rayonu, Hacıqaib kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı üçün 2,00 hektar torpaq sahəsi vardır. Torpaq sahəsinin plan və cizgisi müəyyən olunaraq faktiki olaraq ona təhvil verilmişdir. 2005-ci ildən o və oğlanları qeyd olunan torpaq sahəsini əkib-becərərək orada bağ salmışdır. Hamıya məlumdur ki, bağın faktiki sahibləri onlardır. Torpaq sahəsi ilə əlaqədar vergiləri ödəmiş və subsidiya almışdırlar. Vicdanlı şəkildə əldə etdiyi torpaq sahəsi ilə əlaqədar son 17 il ərzində onlara hər-hansı bir tələb irəli sürülməmişdir. DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə hüquqlarının Dövlət qeydiyyatına alınması, Dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün müraciət etdikdə oradan bildirmişlər ki, qeyd olunan JN-440 nömrəli Torpağa Mülkiyyət Hüququna X33 ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Buna görə də, torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. Həmçinin, idarədən ona bildirmişlər ki, sənədin həqiqiliyin təsdiq etmək uçün notariusda bağlanmış müqavilənin təsdiq edilmiş surətini onlara təqdim etməlidir. Göründüyü kimi ona Dövlət orqanları tərəfindən müəyyən edilmiş qaydada mülkiyyət hüququna dair akt verilmişdir. Ləğv edilmiş və mövcud olan idarələr arasında qeyd olunan akta dair heç bir məlumatın aşkar olunmaması iddiaçının təqsiri ola bilməz, bunun üçün müvafiq qurumlar məsuliyyət daşıyır. İddiaçıya verilmiş akt həmin sahədən şəxslər tərəfindən imzalanaraq təsdiq olunmuşdur və torpaq sahəsi də ona təhkim edilmişdir. Həmin prosesin digər hissəsi isə ona aid məsələ deyildir. Dövlət Aktının əsli mövcuddur. Məsələyə bu formada yanaşılması onun Konstitusiya ilə təsbit edilmiş mülkiyyət hüquqlarını pozur. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikasının Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Göstərilənlərə əsasən, qeyd olunan məsələ ilə bağlı olaraq məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmələr tərəfindən formalaşdırılmış mövqe ondan ibarətdir ki (məs: Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(102)-6305 saylı qərarının 50-ci bəndi (surəti əlavə edilir)), daşınmaz əşyaya dair hüququn qeydə alınmasının əsası olan müqavilələr notarial qaydada təsdiqləndiyi üçün onların qorunması notariat orqanının vəzifəsidir. Bu baxımdan notarial qaydada təsdiqlənmiş əqdin nüsxəsinin saxlanılmamasına görə müqavilə tərəfi məsul tutula bilməz. Özü də belə müqavilə uzun illər əvvəl 2005-ci ildə bağlanmışdırsa, şəxsin həmin müqaviləni saxlamağa heç bir marağı olmamışdır. Həmçinin qeyd edir ki, ona DT və XK tərəfindən mülkiyyət sənədi verilərkən notarial qaydada təsdiq edilmiş müqaviləni onlara təqdim etmişdir və həmin müqavilə onlarda qalmışdır. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 və onun nümayəndəsi və vəkili Vəkil İsgəndər oğlu iştirak etmiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçı əlavə olaraq bildirmişdir ki, torpaq sahəsini Asiya adlı şəxsdən və onun oğlu Mobildən almışdır. Bağ torpaq sahəsini 8000 manata almışdır. Həmin vaxtdan da sahədən istifadə etmişdir. Bağ sahəsində alma, gavalı alça, gilas, fındıq ağaclarını əkmişdir. Bağ sahəsi ilə bağlı heç bir şəxslə mübahisə olmamışdır. Bu ilin mart ayından etibarən İradə adlı qadın həmin yerin ona məxsus olmasını və onların oradan çıxmağını tələb etmişdir. 16 may 2022-ci il tarixdə İradə oğlu Zaura zəng vuraraq torpaq sahəsində olduğunu bildirmişdir. Ora gələndə ona məxsus budkada olan əşyaları yerə atıldığını, tikilinin pəncərə şüşələrini də sındırıldığını görmüşdür. Bununla bağlı Polisə şikayət etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, iddia ərizəsində göstərilənlərlə əlaqədar bildiririk ki, iddiaçının səlahiyyətli nümayəndəsi X5 rayonu Hacıqayıb kəndində yerləşən JN-440 nömrəli "Torpağa mülkiyyət hüququna X33nda qeyd olunan 2.0 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2022-ci il tarixində daxil olmuş ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2022-ci il tarixli, **********81 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: "Ərizənizə əlavə olunmuş JN-440 nömrəli "Torpağa mülkiyyət hüququna X33" ərazi İdarəsi tərəfindən araşdırılmışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan JN-440 nömrəli "Torpağa mülkiyyət hüququna X33" ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, eyni zamanda ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunan səbəbdən torpaq sahəsi üzərində mülkiyyət hüququnuzun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. ” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbäycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Belə ki, Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaniasının müəyyən edilməsi. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam vdrilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Yuxarıda göründüyü kimi, JN-440 nömrəli "Torpağa mülkiyyət hüququna X33" dövlət aktlarının qeydiyyat kitablarında və elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Bununla əlaqədar torpaq sahəsinin yeri dəqiq məlum deyildir və həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X11 və onun nümayəndəsi və vəkili X12 iştirak etmişdir. Üçüncü şəxs X11 bildirmişdir ki, qızıaa ÜSY almaq üçün müraciət etmişdir. Bundan sonra torpağını tələb etməyə başlamışdır. Atasının yanında qalmışdır. Yoldaşı vəfat edəndən sonra qaynatasının yanına gedib demişdir ki, evi versin qızına. Ona 1 otaq vermişdir. Məhkəmədə qaynatası demişdir ki, torpağı satmışam Asiyaya. Ünvanlı Sosial Yardım təyin olunması üçün müraciət edəndə imtina edilib. Mənə bildirilib ki, adıma torpaq sahəsi var. Sənədləri gətirib, sonradan araşdırmışdır. Bağa baxdım, görmüşdürki, iddiaçı istifadə edir. İddiaçı 16 ildir istifadə edir. Demişdir ki gəl yarı yarı istifadək edək. Razılaşmamış,demişdir ki, versin məhkəməyə. O torpağı satmadığına görə torpaq onun mülkiyyətidir Üçüncü şəxs X7 vəkili X12 bildirdi ki, torpaq sahəsi Aqrar İslahat komissiyasının qərarı ilə 1998-ci ildə verilib. Üçüncü şəxsin həyat yoldaşı vəfat edəndən sonra bağ sahəsi bölünüb. Bir hissəsinə çıxarış alınıb. İkinci hissəsinə çıxarış alınmayıb. Bununla bağlı Quba rayon Məhkəməsində üçüncü şəxs iddia qaldırıb. İşə baxılır. Həmin iş üzrə icraata dayandırılıbdır. Həmin torpaq sahəsinə mülkiyyət sənədləri mövcud olduğundan ikinci dəfə qeydiyyatın aparılması mümkün deyil. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı mövcud tələblə inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. Məhkəmə onuda qeyd etməyi vacib sayır ki, hazırkı mübahisənin əsasını iddiaçı və üçüncü şəxslər arasında torpaqların alğı-satqısı ilə bağlı meydana gəlmiş mülki hüquq münasibətlərindən meydana gələn mübahisələr təşkil edir. Məhkəmə hesab edir ki, iddiaçının cavabdeh inzibati orqana müraciəti və müvafiq imtinası olduğu üçün iddia mümkün iddia olsada, bu iddia ümumilikdə yaranmış mübahisəni mahiyyəti üzrə həll etmir, iddiaçı ilə üçüncü şəxslər arasında yaranan mülki hüquq münasibətlərinin müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilməsi istisna edilmir. Çünki hazırkı mübahisə iddiaçı və üçüncü şəxslər arasında yaranmış mülki hüquq münasibətlərindən yaranmış mübahisənin tərkib hissəsi kimi inzibati orqanın hərəkətlərindən şikayət formasında meydana çıxmışdır. Aşağıda qeyd edilən əsaslara görə isə məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı Torpağa Mülkiyyət Hüququna Dair JN-0440 seriyalı KOD 30313088 saylı Dövlət Aktı əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, JN-440 nömrəli "Torpağa mülkiyyət hüququna X33" dövlət aktlarının qeydiyyat kitablarında və elektron məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Məhkəmə prosesi gedişində müəyyən edilmişdir ki, Torpağa Mülkiyyət Hüququna Dair JN-0440 seriyalı KOD 30313088 saylı Dövlət Aktının verilməsinə əsas olmuş Quba rayon Notariat Ofisində 07 oktybar 2005-ci il tarixdə 4Ə-973 reyestr nömrəsi ilə təsdiq edilmiş müqavilə və onun qeydə alındığı reyestr kitabı arxivə təhvil verilməmişdir. (Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 29 iyul 2022-ci il tarixli, xx/xx-4476/11 saylı məktubu) Quba rayon DNK-nun xx.xx.2005-ci il tarixli, 4-Ə-973 saylı müqavilə ilə İddiaçı adına olan 2.0 ha torpaq sahəsinə dair JN-440 KOD 30313088 nömrəli “Torpağa mülkiyyət hüququna X33” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabından qeydiyyatdan keçməmiş, cizgisi bazada görünmür. (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********20 saylı məktubu) Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, JN 0434 KOD 30313088 saylı torpağa mülkiyyət hüququna X33na əsasən Quba AİK-nın 22.12.98-ci il tarixli 17 saylı qərarı və Quba rayon Məhkəməsinin 31.3.03-cü il tarixli 2-52/2003 saylı Qətnaməsi ilə verilmiş 2.38 ha torpaq sahəsi kənd təsərrüfatı məhsullarının istehsalı üçün X11 və onun ailə üzvlərinə verilmişdir. 2.38 ha torpaq sahəsinə verilmiş JN-434 KOD ********* nömrəli “Torpağa mülkiyyət hüququna X33" nın 434Z (0.9733 ha) hissəsinə dövlət reyestrindən X7 və ailə üzvləri X8, X19, X1 xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli **********31 reyestr nömrəli çıxarış işlənmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, X2 X4 şikayəti ilə bağlı Quba rayon PŞ-nin TB-nin baş tədqiqatçısı, polis mayoru X26 icraatında olan HK- 1/1016 №li materialları nəzərdən keçirib cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul etmişdir. Qərarda qeyd edilmişdir ki, “Quba rayonu, Hacıqayıb kənd sakini İddiaçı 16 may 2022-ci il tarixdə, saat 18:43-də Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə ***-***-**- ** saylı mobil nömrəsindən zəng edərək və ərizə ilə müraciət edərək İradə adlı qadının evinin şüşələrini sındırması və əşyalarına ziyan vurması barədə məlumat vermişdir. Araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, o, 2005-ci ildə Quba rayonu Hacıqayıb kəndi ərazisində yerləşən ümumi sahəsi 2 ha olan bağ sahəsini satın almışdır. Bununla bağlı alqı-satqı hərəkətlərini yerinə yetirmiş, hazırda həmin müqavilə onda olmasa da lakin həmin müqavilə əsasında ona 30313088 nömrəli «Torpağa mülkiyyət hüququna dair» Dövlət aktı verilmişdir. Həmin torpaq sahəsini o, Asya adlı qadından və onun oğlu Mobildən almışdır. Həmin vaxtdan da sahədən özü istifadə etmiş, hazırda mövcud bütün alma, gavalı alça, gilas, fındıq ağaclarını özü əkmişdir. Bu müddət ərzində bağ sahəsi ilə bağlı heç bir şəxslə mübahisəsi olmamış, aralarında məhkəmə çəkişməsi baş verməmişdir. Lakin artıq bu ilin mart ayından etibarən iradə adlı qadın həmin yerin ona məxsus olmasını və onların oradan çıxmalarını tələb etmişdir. Həmin sahədə olan birotaqlı yardımçı mişar daşından tikilmiş tikilini də sökməyi tapşırmışdır. Bununla bağlı aralarında mübahisəli məsələyə dair Quba RPŞ-nin TB-nin təhqiqatçısı Cəlal Sultanov tərəfindən araşdırma da aparılmışdır, İradə adlı şəxsin çıxarış sənədinin olub-olmamasını bilmir. Hazırda mövsümlə bağlı olaraq meyvə dərimi öncəsi o, tez-tez bağda olur və 16 may 2022-ci il tarixdə də iradə oğlu Zaura zəng vuraraq bağda olmasını, hazırda orada olan ona məxsus əşyaları çıxarıb atmasını demişdir. Bununla bağlı o, sonradan gedib sahəyə baxdıqda həqiqətən də iradənin tikilinin içərisində olan əşyaları, yəni stol-stul qab-qacaq, yorğan-döşək və s. əşyaları çıxarıb yerə atmasını, tikilinin pəncərə şüşələrini də sındırmasını görmüşdür. Şüşələrin sınması nəticəsində dəymiş maddi ziyanın dəyəri təqribən 10 manatdır. Faktla bağlı hadisə yerinə hal şahidlərinin birgə iştirakı ilə baxış keçirilmiş, müvafiq protokol tərtib edilməklə fotoşəkillər çəkilərək toplanmış materiala əlavə edilmişdir. İddiaçı izahatına Quba rayon Dövlət Notariat Kontorunun 07 oktyabr 2005-ci il tarixli 4-Ə-973 saylı müqaviləsi ilə satılmış Quba rayonu, Hacıqayıb kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi 2.0 ha torpaq sahəsinin satılması barədə «Torpağa Mülkiyyət hüququna dair JN 0440 Kod 30313088 seriyalı Dövlət aktını, torpaq sahəsinin planını və ölçülərini əlavə etmişdir. X13 izahatında göstərmişdir ki, İddiaçı tanıyır və həmin şəxsə o, 2005-ci il tarixdə Quba rayonu Hacıqayıb kəndi ərazisində yerləşən 17-yə yaxın alma ağaclarından ibarət baxımsız meyvə bağını satmışdır. Həmin alqı-satqını onlar notariat kontorunda da rəsmiləşdirmiş, buna görə o, İmaməddindən 8000 manat pul almışdır. Hətta həmin pulu imaməddin ona Qımıl qazma kəndində yerləşən öz evində vermişdir. Həmin torpaq sahəsini isə alqı-satqıdan təqribən 2 il öncə iradə adlı şəxsdən almış, o zaman torpaq sahəsinin dövlət mülkiyyət aktında İradənin mərhum əri və onun ailə üzvlərinin adları mülkiyyətçilər kimi göstərilmişdir. Hazırda iradə İddiaçı faktiki istifadəsində olan və vaxtilə onun satmış olduğu bağ sahəsinin 2 ha hissəsinin ona məxsus olmasını iddia edir. O, torpağı iradənin qaynatası Soltandan alarkən həmin müddətdə aralarında ədavət yaranmış, bununla bağlı aralarında məhkəmə prossesləri getmişdir. İzahatı alınmış Yusifov iradə Məmmədrza qızı göstərmişdir ki, İddiaçılə aralarında heç bir ədavət yoxdur. Belə ki mərhum əri Ədalət Yusifov 2001-ci ildə vəfat etmiş, buna görə azyaşlı övladları olduğu üçün onlara pay tələb etmişdir. Quba rayonu, Hacıqayıb kəndinə gəlin köçərək yaşadığı ev və 2.97 ha sahəsi olan torpaq sahəsindən pay verilməsini qayınatasında tələb etmişdir. Fərdi yaşayış evini qaynatası baldızına verdiyi üçün ona 2.97 ha torpaq sahəsinin daxilində pay verilmiş, həmin torpaq sahəsinin qaynatası Soltanın adına rəsmiləşdirilməsi və Asya adlı qadına satılmasına etiraz etməmiş, əldə olunan puldan ona və övladlarına birgə yaşamaları üçün ev alınacağı şərti ilə razılaşmışdır. Lakin qayınatası həmin vədinə əməl etmədiyi üçün o, onlardan məhkəmə qaydasında torpaq sahəsi və evin müəyyən hissəsini tələb etmişdir. Hazırda İddiaçı istifadəsində olan torpaq sahəsi ona məxsusdur, İmaməddin həmin sahəni Asya adlı qadından almış və yardımçı tikili tikmişdir. Ona bir neçə dəfə çıxmasını desə də lakin buna məhəl qoymamışdır. 16 may 2022-ci il tarixdə, saat 16 radələrində həmin sahəyə gəlib oradan İmaməddinin oğlu Zaura zəng vuraraq bağa dəvət etmişdir. Telefonla aralarında söz mübahisəsi yaranmış və tikilinin pəncərə şüşələrini sındırmış, qab-qacağı, stol-stulu, yorğan- döşəyi bayıra atmışdır. Hazırda onların arasında məhkəmə prossesləri mövcuddur, iddia ərizəsində ona təzminat olaraq 51000 manat maddi ziyanın ödənilməsini tələb olaraq irəli sürmüşdür. X11 izahatına «Torpağa mülkiyyət hüququna dair JN 0453 nömrəli Dövlət aktını, Torpaq sahəsinin plan və ölçüsünü, DƏDRX-nin xx.xx.2022-ci il tarixli Çıxarışı, qaynatası X9 qarşı evə köçürülməsi və torpaq tələbinə dair Quba rayon məhkəməsinin 31 mart 2003-cü il tarixli qətnaməsini əlavə etmişdir. Materiala əlavə edilmiş DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi idarəsinin 11 aprel 2022ci il tarixli məktubundan görünür ki, X7 Quba rayonu Hacıqayıb kəndi ərazisində 1.41 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün etdiyi müraciətinə baxılarkən sənədin ekspertizası zamanı torpaq sahəsi üzərində mübahisə mövcud olduğu, nəticədə daşınmaz əmlakın müayinəsinin baş tutmadığı müəyyən edilmişdir. Bu səbəbdən də sahənin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin plan və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün olmamış, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından imtina olunmuşdur. Toplanmış sənədlərdən görünür ki, X11 20 aprel 2022-ci İİ tarixdə ərizə ilə Quba RPŞ-nə müraciət edərək, Quba rayonu Hacıqayıb kəndi ərazisində ona məxsus olan torpaq sahəsini uzun illərdir ki, Quba rayonu Qımıl-Qazma kənd sakini Şixiyev Zaur adlı şəxsin istifadə etdiyini, onu sahəyə buraxmadığını, 20 aprel 2022-ci il tarixdə saat 09:30 radələri üçün bu məsələni həll etməkdən ötrü Quba RİH-nə çağırsa da özünün gəlmədiyini göstərərək, torpaq sahəsindən çıxarılmasını bildirmişdir. Həmin ərizə Quba RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X14 tərəfindən araşdırılmış, X7, X18nun və İddiaçı izahatları alınmışdır. Həmin ərizə əsasında toplanmış material üzrə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, X7 torpaq sahəsinin X18 və sonuncunun atası İddiaçı tərəfindən zəbt edilməsi təsdiq olunmamış, iradə X15rşı torpaqla bağlı tələbi mülki xarakterlidir. Ona görə də X18nun və atası İddiaçı əməllərində cinayət tərkibi olmadığına görə toplanmış material üzrə təhqiqatçı C.B.Sultanovun 25 aprel 2022-ci il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, qərarın surəti ərizəçiyə göndərilməklə torpaqla bağlı tələbi mülki xarakterli olduğundan aidiyyəti üzrə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Həmin qərar hazırda qüvvəsindədir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, X11 16 may 2022-ci il tarixdə, İddiaçı məxsus Quba rayonu Hacıqayıb kəndi ərazisində yerləşən 2.97 ha torpaq sahəsində olan yardımçı tikilinin içində olan ona məxsus əşyaları, yəni stol-stul, qabqacaq, yorğan-döşək və s. əşyaları çıxarıb yerə atmış, tikilinin pəncərə şüşələrini sındırmış, şüşələrin sınması ilə bağlı sonuncuya 10 manat dəyərində maddi ziyan etinnişdir. Qüvvədə olan qanunvericiliyə görə həmin məbləğ özgənin əmlakını qəsdən məhv etmə ə ya zədələmə cinayətinin, yəni AR CM-nin 186-cı maddəsinin tərkibini yaratmır. Göründüyü kimi, X7 əməlində cinayət tərkibi deyil, AR İXM-nin 232-1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddəsinin tərkibi vardır.” Göründüyü kimi iddiaçının 2005-ci ildən torpaq sahəsinə sahiblik etməsi işin mübahisə olunmayan hallarındandır. Eyni zamanda iddiaçıda olan Torpağa Mülkiyyət Hüququna Dair JN-0440 seriyalı KOD 30313088 saylı Dövlət Aktının saxta olması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Eyni zamanda həmin dövlət aktının verilməsinə əsas olmuş müqavilənində arxivə təhvil verimədiyi müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, müvafiq müqavilənin dövlət arxivinə təhvil verilməməsi öz-özlüyündə həmin müqavilənin etibarsızlığı kimi qəbul edilə bilməz. Həmin müqavilənin etibarlı olub olmaması isə mahiyyəti etibarı ilə hazırkı mübahisənin də bir hissəsi olan iddiaçı ilə üçüncü şəxslər arasındakı mülki hüquq münasibətlərinin müəyyən olunmasından asılıdır ki, buda mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilərək müəyyən edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il “Daşınmaz əmlakın dövlət reyestri haqqında” 2.1-ci və İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair qərarına əsasən: Əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır. Konstitusiya Məhkəməsinin həmin qərardakı mövqeyinə görə hüquqların dövlət qeydiyyatının ləğvi həm mülki məhkəmə icraatı qaydasında, həm də inzibati məhkəmə icraatı qaydasında həyata keçirilə bilər. Bu isə mübahisənin xarakterindən və mahiyyətindən asılı olaraq müəyyən edilir. Eyni zamanda inzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:

13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Göründüyü kimi mülki məhkəmə icraatı qaydasında mülki hüquq münasibətlərinin müəyyən edilməsi nəticəsində həmin məhkəmələr tərəfindən dövlət reystrində aparılmış qeydiyyatlar ləğv edilə bilər vəya etibarlı hesab edilə bilər. Yuxarıda qeyd olunduğu kimi hazırkı mübahisənin əsasını iddiaçı və üçüncü şəxslər arasında torpaqların alğı-satqısı ilə bağlı meydana gəlmiş mülki hüquq münasibətlərindən meydana gələn mübahisələr təşkil edir. İddiaçının cavabdeh inzibati orqana müraciəti və müvafiq imtinası olduğu üçün hazırkı iddia mümkün iddia olsada, bu iddia ümumilikdə yaranmış mübahisəni mahiyyəti üzrə həll etmir, iddiaçı ilə üçüncü şəxslər arasında yaranan mülki hüquq münasibətlərinin müəyyən edilməsi ilə bağlı mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə edilməsi istisna edilmir. Çünki hazırkı mübahisə iddiaçı və üçüncü şəxslər arasında yaranmış mülki hüquq münasibətlərindən yaranmış mübahisənin tərkib hissəsi kimi inzibati orqanın hərəkətlərindən şikayət formasında meydana çıxmışdır. Ona görədə məhkəmə hesab edir ki, mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı alğı-satqıların həyata keçirilib-keçirilməməsi mülki məhkəmə icraatı qaydasında müəyyən edilməli, bunun əsasındada iddiaçı və üçüncü şəxsin mülkiyyət sənədlərinə hüquqi qiymət verilməli və həmin məhkəmə qərarı mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas təşkil etməlidir. Lakin yuxarıda qeyd edildiyi kimi hazırkı iddia inzibati orqanın qanunsuz hərəkətindən şikayət kimi verildiyi və iddianın mümkünlüyü şərtlərinə cavab verdiyi üçün, hazırkı iddiaya mahiyyəti üzrə baxılmalıdır. Məhkəmə hesab edir ki, inzibati orqanın hərəkətləri tam olaraq qanuni hesab edilməsədə, inzibati orqanın təqdimedilən sənədlər əsasında iddiaçının mülkiyyət hüquqlarını dövlət qeydiyyatına almaması qanunvericiliyə və onun səlahiyyətlərinə uyğun olmuşdir. İş materiallarından görsənir ki, iddiaçının müraciətinə **********81 saylı məktubla 04.04. 2022-ci il tarixdə imtina verilsədə, üçüncü şəxsin mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə yeni qaydalara uyğun olaraq dövlət qeydiyyatına alınmışdır. Halbuki, torpaq sahəsinin iddiaçının istifadəsində olması işin mübahisələndirilməyən halıdır və faktiki istifadədə olmayan və ya mübahisəli olan torpaq sahələri ilə bağlı müraciətlərə bu əsalarla imtina verilməsi inzibati orqanın praktikası kimi formalaşması məhkəmə təcrübəsində müəyyən olunmuşdur. Lakin hər bir halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim edilən sənədlərlə reystrdə saxlanılan məlumatlar arasında ziddiyət olduğu üçün inzibati orqanın mübahisələndirilən imtinası qanuni hesab edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Həmin qanunun 9.1.2-ci maadəsinə əsasən inzibati orqan daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılmalıdır. Məhkəmə hesab edir ki, dövlət reystrində saxlanılan məlumatlarda iddiaçının mülkiyyət hüququnu müəyyən edən sənəd barədə məlumat olmadığına və eyni zamanda torpaq sahəsinin alğı-satqı müqaviəsi təqdim edilmədiyinə görə cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. Eyni zamanda tərəflərə izah edilsinki, mülki məhkəmə icraatı qaydasında nəzərdə tutulmuş hüquq müdafiə vasitələrindən istifadə imkanları istisna edilmir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar