Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1645/2022 30.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən onun ikinci məharət dərəcəsinə görə vəzifə maaşının üzərinə xx.xx.N0N0-ci il tarixdən təyin olunmuş təqaüdünə 15 faiz əlavənin hesablanaraq hesablanmış məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi barədə öhdəliyin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiasına Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən məharət dərəcəsinə görə 01 fevral N0N0-ci il tarixdən xüsusi şərtlərlə ona təyin olunmuş təqaüdə vəzifə maaşının 15%-i həcmində əlavə olunması ” barəsində qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşməsi barədə ərizə ilə müraciət edərək, “Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən onun ikinci məharət dərəcəsinə görə vəzifə maaşının üzərinə xx.xx.N0N0-ci il tarixdən təyin olunmuş təqaüdünə 15 faiz əlavənin hesablanaraq hesablanmış məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi barədə öhdəliyin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxxxx 1980-ci ildə Xaçmaz rayonunda anadan olmuşdur. Rəsmi ərizə ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət edərək, Silahlı Qüvvələrdən ehtiyyata buraxılarkən məharət dərəcəsini təqaüdünün üstünə hesablanmamasını bildirərək, yenidən hesablanıb əlavə edilməsi haqqında xahiş etmişdir. Cavabdehin xx.xx.N0NN-ci il tarixli 8/946 saylı məktubu ilə ona belə bir cavab verilmişdir ki, onun hərbi xidmətdən buraxıldığı günə tutduğu sonuncu vəzifə üzrə aldığı təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir və pensiyasının yenidən hesablanması məqsədi ilə adı çəkilən idarəyə yeni “Məlumat vərəqi” tərtib olunaraq tərəflərindən göndərilməsi qanuna müvafiq deyildir. Belə hesab edir ki, cavabdehin onun məharət dərəcəsinə görə təqaüdünə əlavə edilməsindən imtina etməsi qanunsuz və əsassızdır. Belə ki, o Vətən Müharibəsi əlili e.o mayor İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirinin xx.xx.N0N0-ci il tarixli 06 nömrəli əmri ilə Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusuyla) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buuraxılmışdır. İddiaçı N019-cu ildə N-ci məharət dərəcəsinə sahib olmuşdur. Amma iddiaçıya təqaüd hesablanarkən xüsusi şərtlərlə hesablanmış təqaüdünə N-ci məharət dərəcəsinin (vəzifə maaşının 15%-i) aid edilməmişdir. Beləliklə ona qarşı maliyyə pozuntusuna yol verilmişdir. O, N №-li hərbi hissə komandirinin xx.xx.N019-cu il tarixli 367 №-li (Nizami hissə üzrə) əmri ilə ehtiyata buraxılması ilə əlaqədar məzuniyyətə buraxılmışdır. xx.xx.N0N0-ci il tarixli 31 №-li (nizami hissə üzrə) əmri ilə ehtiyata buraxılması ilə əlaqədar məzuniyyətdən qayıtmışdır. Daha sonra isə 01 fevral N0N0-ci il tarixli 35 №-li (nizami hissə üzrə) əmrlə bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durmaq üçün SHXÇDX-nin Xaçmaz rayon şöbəsinə göndərilmişdir. O, yeni ehtiyata buraxılmağına baxmayaraq könüllü olaraq vətən müharibəsində N7 sentyabr N0N0-ci ildə Xocavənd rayonun Qırmızı bazar qəsəbəsində ağır yaralanmışdır. N-ci qrup müharibə əlilidir. O, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə “Cəsur döyüşçü”, “Xocavənd rayonunun işğaldan azad edilməsi”, “Cəbrayıl rayonunun işğaldan azad edilməsi”, “Füzuli rayonunun işğaldan azad edilməsi” medalları ilə təltif edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibəti məhkəməyə daxil olmamışdır. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 6N.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən verilmiş xxxxxxx001 saylı, xx.xx.N0N1-ci il tarixli arayışdan məlum olurki, xx.xx.1980-ci il təvəllüdlü İddiaçı ikinci qrup əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddiaçıya ünvanladığı 8/946 saylı, xx.xx.N0NN-ci il tarixli məktubundan görünür ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N019-cu il tarixli əmri ilə məharət dərəcəsindən məhrum edildiyindən, onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. - N nömrəli hərbi hissə komandirinin N fevral N0N0-ci il tarixli, 63 nömrəli arayışından görünür ki, İddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddətdə 3-cü ordu korpusu komandirinin 31 yanvar N019-cu il tarixli 010 nömrəli əmri ilə “Şəxsi heyətlə iş” ixtisası üzrə N-ci məharət dərəcəsi verilmişdir və 3-cü Ordu korpusu komandirinin N dekabr N019cu il tarixli 0146 nömrəli əmri ilə məharət dərəcəsindən məhrum edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş məharət dərəcəsinin qeydiyyatı vərəqəsinin surətindən görünür ki, İddiaçı 3-cü ordu korpusu komandirinin № 0146 saylı, xx.xx.N019-cu il tarixli əmri ilə məharət dərəcəsindən məhrum edilmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş MN № 043841 saylı pul attestatının surətindən görünür ki, İddiaçı məharət dərəcəsi yoxdur. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı N-ci dərəcə məharət dərəcəsinə sahib olduğu üçün, aldığı təqaüdə 15% həcmində əlavənin edilməsi ilə bağlı cavabdehə müraciət etmişdir. Cavabdehin 8/946 saylı, xx.xx.N0NN-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi iddiaçının N nömrəli hərbi hissə komandirinin N dekabr N019-cu il tarixli 0146 nömrəli əmrinə əsasən mövcud olan məharət dərəcəsindən məhrum edilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş N saylı hərbi hissənin xx.xx.N0N0-ci il tarixli 63 saylı arayışı ilə, habelə məharət dərcəsinin qeydiyyat vərəqəsi ilə və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim edilmiş MN № 043841 saylı pul attestatı ilə iddiaçının məharət dərəcəsindən məhrum edilməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N007-ci il N7 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 1-ci bəndinə əsasən həmin Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun NN.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidmətində, Azərbaycan Respublikasının Strateji XN Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların N-ci bəndinə əsasən həmin Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qaydaların 3-cü bəndinə əsasən Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Beləliklə qeyd olunan normaların mənasından göründüyü kimi hərbi qulluçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi-hərbi qulluqçuların hərbi xidmətə buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğ kimi göstərilmişdir. Yuxarıda qeyd olunan işə əlavə olunmuş materiallardan göründüyü kimi iddiaçının sonuncu iş yeri N saylı hərbi hissə olmaqla, ona verilmiş məharət dərəcəsindən N nörməli hərbi hissə komandirinin N dekabr N019-cu il tarixli 0146 nömrəli əmrinə əsasən məhrum edilmişdir. Təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətə buraxıldığı günə aldıqları məbləğə əsasən müəyyən edildiyindən, cavabdeh inzibati orqan haqlı olaraq iddiaçıya əvvəllər təyin edilmiş, lakin sonradan ləğv edilmiş məharət dərəcəsini nəzərə almaqla onun təqaüdünə 15 faiz əlavənin hesablanması ilə bağlı məlumat vərəqəsini müvafiq inzibati orqana göndərməmişdir. Bu səbəbdən məhkəm hesab edir ki, cavabdeh inzibati orqanın hər hansı hərəkəti və ya hərəkətsizliyi nəticəsində hüquqlarının və qanuni mənafelərinin pozulması müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən onun ikinci məharət dərəcəsinə görə vəzifə maaşının üzərinə xx.xx.N0N0-ci il tarixdən təyin olunmuş təqaüdünə 15 faiz əlavənin hesablanaraq hesablanmış məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi barədə öhdəliyin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsi tərəfindən onun ikinci məharət dərəcəsinə görə vəzifə maaşının üzərinə xx.xx.N0N0-ci il tarixdən təyin olunmuş təqaüdünə 15 faiz əlavənin hesablanaraq hesablanmış məlumat vərəqinin Dövlət Sosial Müdafiə Fonduna göndərilməsi barədə öhdəliyin cavabdehin üzərinə vəzifə olaraq qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1645/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1645/2022
30.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver