Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1646/2021 30.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı Şixmurad oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin rəsmi mülkiyyətçisi atası X1 24.08.1997-ci il tarixində vəfatından hal-hazıra kimi cavabdeh tərəfindən Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, ev 30 ünvanında yerləşən fərdi yaşayış evinin rəsmi mülkiyyətçisi haqqında mövcud rəsmi təsdiqlənmiş mülkiyyət sənədlərinin iddiaçıya təqdim edilməsi tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı Şixmurad oğlu cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin rəsmi mülkiyyətçisi atası X1 24.08.1997-ci il tarixində vəfatından hal-hazıra kimi cavabdeh tərəfindən Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, ev 30 ünvanında yerləşən fərdi yaşayış evinin rəsmi mülkiyyətçisi haqqında mövcud rəsmi təsdiqlənmiş mülkiyyət sənədlərinin iddiaçıya təqdim edilməsi tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq ona hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və ona tələbi ilə bağlı məhkəmədə iddia qaldırmamışdan öncə inzibati orqana müraciətin, habelə inzibati orqanın onun müraciətinin təmin edilməsindən imtinasının və ya hərəkətsizliyinin zəruri olması bildirilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı tələbi ilə bağlı cavabdeh inzibati orqana müraciət etdiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 9-cu bəndində qeyd edilir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırki iddia da öhdəliyin icrası haqqında iddia növünə aid olduğundan, məhkəmədə həmin növ iddiaya baxılması üçün məhkəməyə müraciət etməmişdən öncə hüququ pozulmuş şəxs tərəfindən səlahiyyətli cavabdeh inzibati orqana konkret tələblə müraciət edilməsi, eyni zamanda inzibati orqan tərəfindən onun tələbinin təmin edilməməsi və ya hərəkətsizlik edilərək müraciətinə cavab verilməməsi tələb olunur. Lakin hazırki işdə iddiaçı tərəfindən məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh qismində qoyduğu inzibati orqana məhkəmədə iddia qaldırmamışdan öncə deyil, iş məhkəmənin icraatında olarkən müraciət edilmişdir. Yəni iddiaçı məhkəmədə iddia qaldırarkən cavabdehin hər hansı bir hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının pozulması müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı Şixmurad oğlunun cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin rəsmi mülkiyyətçisi atası X1 24.08.1997-ci il tarixində vəfatından hal-hazıra kimi cavabdeh tərəfindən Xaçmaz şəhəri, H.Z.Tağıyev küçəsi, ev 30 ünvanında yerləşən fərdi yaşayış evinin rəsmi mülkiyyətçisi haqqında mövcud rəsmi təsdiqlənmiş mülkiyyət sənədlərinin iddiaçıya təqdim edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1646/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1646/2021
30.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver