Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1646/2024 16.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsi, X2 işdən azad olunması üçün cavabdehin qarşısında öhdəlik qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “cavabdeh tərəfindən qəbul edilmiş 2-2-10/4/3-558/2023 27 aprel 2023-cü il tarixli qərarın ləğv edilib, X2 işdən azad olunması üçün cavabdehin qarşısına öhdəlik qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsi, X2 işdən azad olunması üçün cavabdehin qarşısında öhdəlik qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Sumqayıt şəhər 2 saylı Poliklinikasında tibb bacısı işləyir. İş yoldaşı, digər tibb bacısıyla aralarında bəzi anlaşılmamazlıqlar olmuşdur. 11 fevral 2023-cü il tarixdə əvvələr görmədiyi, sonradan adını bildiyi Sumqayıt şəhər Prokurorluğunun böyük mütəxəssisi X6 onun münaqişədə olduğu digər tibb bacısının və onlarla birlikdə işləyən baş həkim olan otağa daxil olmuşdur. Cibindən vəsiqə çıxararaq baş həkimə özünü prokurorluğun müstəntiqi kimi təqdim edərək ifadə almağa gəldiyini bildirmiş və baş həkimin otaqdan çıxmasını bildirmişdir. Baş həkim otaqdan çıxaraq bu barədə şöbə müdirinə məlumat verməyə getmiş, baş həkim otaqdan çıxdığı vaxt o və münaqişəli olduğu digər tibb bacısı otaqda qalmışdır. X6 digər tibb bacısının yanında ona nalayiq ifadələr işlətməyə və digər tibb bacısı ilə aralarında münaqişəni həll etməyə gəldiyini bildirmişdir. Bu vaxt o, məsələnin başqa istiqamətə doğru getdiyini gördüyü zaman otağı tərk etmişdir. Elə həmin vaxtda X6 da arxasınca otaqdan çıxaraq ona hamının gözü qarşında hədələr gəlməyə başlamışdır. İnsanların diqqətinin onlarda olduğunu gördükdə ona barmaq silkələyərək “bütün qohum əqrabanın başına nə gəlsə məndən bil deyərək” pilləkənlərdən aşağı enərək, Sumqayıt şəhər 2 saylı Poliklinikasını tərk etmişdir. Həmin gün işdən ona məxsus şəxsi nəqliyyat vasitəsilə evə gedərkən “Toyota” markalı qara avtomobilin onu təqib etdiyini hiss etmişdir. Xeyli məsafədən sonra “Toyota” markalı avtomaşın işiqforun qırmızı işığında onun nəqliyyat vasitəsinin yanında duranda X2 həmin avtomobili idarə etdiyini görmüşdür. X2 Sumqayıt şəhər 2 saylı Poliklinikasında ona etdiyi təhdidlər yadına düşmüş və yolu dəyişərək başqa istiqamətdə yolunu davam etdirmişdir. X6 idarə etdiyi nəqliyyat vasitəsinin yolunu dəyişərək onu yaşadığı evə qədər təqib etmişdir. Yaşadığı ünvana çatanda isə o, həmin ərazidən uzaqlaşmışdır. Düşünmüşdür ki, X6 ona etdiyi təhdidlərə görə göz dağı vermək qərarına gəlib, bu səbəbdən ona fikir verməmişdir. Ertəsi gün işdən evə qayıdanda eyni halın təkrarlandığını görmüşdür. Belə ki, Anar Həsənov idarə etdiyi eyni markalı nəqliyyat vasitəsi ilə onu yenidən təqib etmişdir. Bu səfər cəld tərpənərək yaşadığı mənzilə yox başqa istiqamətə yol almışdır. Ailəli olduğundan evdə bu barədədə bir söz deməmişdir. Yeni bir iş günündən şəxsi nəqliyyat vasitəsilə işdən qayıdarkən işıqforda ağ rəngli nəqliyyat vasitəsinin yanında dayandığını hiss etmişdir. Yanında dayanan nəqliyyat vasitəsi ön yan şüşəni aşağı saldıqda X2 olduğunu görmüş və yolunu davam edərək qardaşıgil qalan məhləyə gəlmişdir. Bu vaxt yenə onun avtomobildən düşdüyünü gördükdə Anar Həsənov həmin ərazidən uzaqlaşmışdır. Bu hadisələrdən bərk qorxmuş, olmuş hadisələri ailəsinə danışmaq qərarına gəlmiş və bu barədə Sumqayıt şəhər Prokurorluğuna ərizə ünvanlamışdır. Sumqayıt şəhər Prokurorluğu işi araşdırmaq üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərmiş və araşdırma başlanmışdır. Yuxarıda göstərdiyi bütün qanunsuz hallar şahid ifadələri ilə tam əksin tapmış və hadisənin düzgün əksini tapması ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu ona 2-2-11/11859-22 saylı məktub ünvanlamışdır. Ona qarşı qanuna zidd hərəkətləri barədə müraciətinin nəticəsi ilə maraqlandığı zaman ona məlum olmuşdur ki, X6 barəsində intizam tənbehi tətbiq edilib. X2 cinayət xarakterli hərəkətlərinin töhmət intizam tənbehi ilə nəticələnəcəyini gözləmirdi. X6 cinayət prosesual qanunvericiliyə ilə müstəntiqə həvalə edilmiş səlahiyyətlərdən qanunsuz olaraq istifadə etmişdir. Belə ki, cəmiyyətdə qəbul edilən əxlaq normalarına zidd olaraq himayə etdiyi şəxsə əlavə imtiyazların verilməsi məqsədi ilə yuxarı vəzifəli şəxslərə təsir edib, özünü prokurorluğun müstəntiqi kimi təqdim edərək səhiyyə orqanında şöbə müdirinin xidməti otaqdan çıxarıb və ondan “ifadə” almağa çalışıb və prokurorluq əməkdaşına yaraşmayan, qadına qarşı hədə qorxu gəlmişdir. Bundan əlavə X6 üzrxahlıq etmək əvəzinə yuxarı vəzifəli şəxs olduğunu, şikayətin xeyri olmyacağını ona çatdırmağa çalışıb, bahalı avtomobilini nümayiş etdirməklə 3 dəfə fərqli avtomobillərlə onu təqib etmişdir. İddiaçının nümayəndəsi X5 məhkəmə tərəfindən dinlənilmiş və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsi nəzərə alınaraq araşdırılma aparılmışdır. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddiada yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçının nümayəndəsi X3 müvafiq hüquqi yardım edilmiş və inzibati məhkəmə icraatında iddianı qaldıran şəxsin həmin iddia ilə bağlı subyektiv hüquqa malik olmamasının iddianın mükünsüzlüyünə səbəb olacağı izah edilmişdir. İddiaçının nümayəndəsi X5 işə mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İddiaçı hal-hazırda məhkəmədən cavabdeh tərəfindən qəbul edilmiş 2-2-10/4/3- 558/2023 saylı, 27 aprel 2023-cü il tarixli inzibati aktın ləğv edilməsini, X2 işdən azad olunmasını istəyir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, iddiaçının hal-hazırda mübahisələndirdiyi qərar (Azərbaycan Respublikası Baş prokurorunun xx.xx.2023-cü il tarixli əmri) və işdən azad olunmasını istədiyi şəxs X4r. Belə olan halda iddiaçının üçüncü şəxsə “töhmət elan edilməsinə”dair əmri mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyil. Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Baş Prokurorluğuna qarşı “cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsi, X2 işdən azad olunması üçün cavabdehin qarşısında öhdəlik qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-1646/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1646/2024
16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver