Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1648/2024 17.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X20 Təşəkkül oğlunun sədrliyi, X7 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “Həsənova (Şabanlı) Aybəniz Əlisa qızının ona məxsus ünvan 1 ünvanda yerləşən 15 saylı evin, 2 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, 15 nömrəli evin 2 nömrəli mənzili daşınmaz əmlakın Dövlət reyesteri xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir.Həmin mənzildə həyat yoldaşı X2, oğlu X8, qızı X4 qeydiyyatda olmaqla onunla birlikdə yaşayırlar. X19 Museyiboviç və gəlini olmuş X5 isə mənzildə qeydiyyatda olsalar da amma onlar mənzildə yaşamırlar. Gəlini olmuş Həsənova (Şabanlı) Aybəniz Əlisa qızı ilə oğlu X8 xx.xx.2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onların birgə nikahından iki övladı dünyaya gəlmişdir.Həsənova (Şabanlı) Aybəniz Əlisa qızının iddia ərizəsi əsasında Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(012)-1015/2021 saylı qətnaməsinə əsasən onlar arasında olan xx.xx.2012-ci il tarixli nikaha xitam verilmiş və onların birgə nikahından olan övladlarının Aybəniz Həsənovanın yanında qalmasına və onların saxlanması üçün oğlu Müseyib Şabanlıdan hər uşaq üçün 170 manat olmaqla iki uşaq üçün 340 manat ailimentin alınması qət edilmişdir. Həsənova (Şabanlı) Aybəniz Əlisa qızı ilə oğlu X8 arasında olan nikah məhkəmə qətnaməsi ilə pozuduğu gündən təxminən 6 ay əvvəl Aybəniz Həsənova övladları ilə birlikdə ona məxsus olan mənzildə çıxaraq onların qonşuluğunda yaşayan valideyinlərinə məxsus evə köçərək bu günədək orada yaşayırlar.Həsənova (Şabanlı) Aybəniz Əlisa qızı formal olaraq mənzilində qeydiyyatda olması səbəbindən əsassız olaraq kommunal ödənişlər ödədiyi üçün dəfələrlə ona müracət edərək mənzildən qeydiyyatdan könüllü çıxmasını ondan xahiş və tələb etmiş, amma buna baxmayaraq o mənzilindən qeydiyyatdan çıxmaqdan imtina etmişdir.Həsənova (Şabanlı) Aybəniz Əlisa qızının mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılması üçün ərizə ilə Abşeron rayon Polis İdarəsinə müraciət etmiş, Abşeron rayon Polis İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə müraciətinə cavab verərək məhkəməyə müraciət etməyini məsləhət bildişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişlər. Lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə hazırkı iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxs Həsənova (Şabanlı) Aybəniz Əlisa qızı iddia tələbinə etiraz edərək bildirmişdir ki, o qəti şəkildə iddiaçının iddia tələbini qəbul etmir.Çünki həmin iddia onun maraqlanma toxunur. Belə ki, onun X8 arasında 25 aprel 2012-ci il tarixdə Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən 198 saylı nikahı qeydə alınmışdır. Birgə nikahdan iki övladı – xx.xx.2011-ci il təvəllüdlü X9 və xx.xx.2014-cü il təvəllüdlü X10 dünyaya gəlmişdir. X1 ilə arasında olan ailə münasibətləri tamamilə pozulduğu üçün o nikahın pozulması, uşaqların ananın yanında qalması və aJiment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-1015/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddia tələbim təmin edilmişdir. O cavabdeh X8 ilə ailə həyatı quran zaman ünvan 1, ev 15-də yerləşən 2 saylı mənzilə gəlin köçmüş və qeydiyyata alınmışdır.Onu da qeyd etməyi vacib bilir ki, X1 arasında rəsmi nikah 2012-ci ilin aprel ayında qeydə alınsa da onlar 2010-cu ildən ərarvad kimi bir yerdə yaşamağa başlamış və birgə təsərrüfat idarə etmişlər. ünvan 1, 15 nömrəli evin 2 nömrəli mənzilin keçmiş qaynatası İddiaçı adınadır, o həmin mənzilə gəlin köçən zaman mənzil sənədsiz olmuş, gəlin köçdükdən sonra və həmin mənzilə qeydiyyata alındıqdan sonra İddiaçı adına Çıxarış verilmişdir. Belə olan halda İddiaçı məhkəməyə təqdim etdiyi iddia tələbi rədd edilməlidir. İddiaçı həmin mənzildən qeydiyyatdan çıxmağa bir şərtlə razıdır ki, ona düşən pay, yəni kompensasiya ödənilsin və o həmin mübahisəli mənzildən qeydiyyatdan çıxaraq istifadə hüquqlarına xitam verilsin, 2010-cu ildən onlarla birgə təsərrüfatda yaşasa da, həmin mənzilə isə 2019-cu ildən qeydiyyata alınmışdır.Çıxarışı isə keçmiş qaynatası İddiaçı xx.xx.2020-ci il tarixdə almışdır. Bu faktı öz iddiasında da təsdiq edir. Ona görə də etirazını bildirərək, iddiaçının iddia tələbi rədd edilməsini məhkəmədən xahiş etdi. Tərəflərə məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 59/2-M-61669 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, DƏDRX tərəfindən verilmiş **********33-093024 reyestr nömrəli çıxarışın surəti, Abşeron Rayon Məhkəməsinin 2(012)-1015/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surəti, Ceyranbatan qəsəbəsi MTİİTS tərəfindən verilmiş 816 nömrəli, xx.xx.2023-cü il tarixli arayış və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materiallarından görünür ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 15 saylı evin, 2 nömrəli mənzilin mülkiyyətçisidir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs – Həsənova (Şabanlı) Aybəniz Əlisa qızı onun gəlinidir və o qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır. Belə ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-1015/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinin surətindən olunur ki, iddiaçının oğlu, yəni üçüncü şəxsin əri olan X6 ilə nikahlarına xitam verilmiş və birgə nikahdan olan övladlarının anasının yanında qalması qət edilmişdir. Mübahisəli mənzildə istifadə hüququnun olamsı ilə bağlı hər hansı sübut məhkəməyə təqdim etmədiyinə görə Həsənova (Şabanlı) Aybəniz Əlisa qızının etirazı əsassızdır. Göründüyü kimi həmin mənzilə dair Aybəniz Həsənovanın istifadə hüququnun olması müəyyən olunmur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.1-ci maddənin tələbləri baxımından Həsənova (Şabanlı) Aybəniz Əlisa mənzildə istifadə hüququnun yaranması üçün İddiaçı tərəfindən verilmiş qeydiyyata razılıq barədə ərizə daşınmaz əmlakın dövlət reyester xidmətində qeydiyyata alınmalıdır. İddiaçının keçmiş gəlini onun mülkiyyətinə pasport qeydiyyatına salınmasına baxmayaraq, xeyli müddətdir ki, həmin mənzildə yaşamamışdır. Belə olduğu tədqirdə Həsənova (Şabanlı) Aybəniz Əlisa qızının onun mənzildə pasport qeydiyyatında qalması üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, Həsənova (Şabanlı) Aybəniz Əlisa qızının mübahisəli evdə pasport qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının pozulmasına səbəb olur. Hazırkı iddia tələbi üzrə Həsənova (Şabanlı) Aybəniz Əlisa qızının sözügedən mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz.Qeyd olunan mənzil 3-cü şəxs ilə yaxın qohum münasibətlərində olan şəxsin, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunan şəxslərin (Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarında həmin şəxslərin dairəsi müəyyən edilib) dairəsinə daxil olsaydı onun həmin mənzildə istifadə hüquqları yaranmış olardı. Lakin həmin şəxsin pasport qeydiyyatına düşdüyü mənzil yaxın qohumu olmayan iddiaçının mülkiyyətində olduğuna görə həmin mənzilə 3-cü şəxlərin istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İddiaçının bildirdiyinə görə qeyd olunan ərizə DƏDRX-də qeydiyyata alınmayıb. Ona görə də məhkəmə hesab edir ki, Həsənova (Şabanlı) Aybəniz Əlisa qızının mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Həsənova (Şabanlı) Aybəniz Əlisa qızının İddiaçı məxsus ünvan 1 ünvanda yerləşən 15 saylı evin, 2 nömrəli mənzilindən pasport qeydiyyatından çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X21
Məhkəmə qərarları › İş №2-1(118)-1648/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1648/2024
17.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver