Məhkəmə qərarları › İş №2-1(118)-165/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-165/2021

10.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-165/2021 10.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Şəmşir qızının katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı koordinat cədvəlinin JN-2137 saylı (kod 30802028) torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə aid olan hissədə etibarsızlığının tanınması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, JN- 2137 9kod 30802028) və JN-2138 saylı 9kod 30802028) Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrdə əks olunan torpaq sahəsinin faktiki vəziyyətə döngə nöqtələrinin müəyyənləşdirilməsinə dair koordinat cədvəlinin JN-2137 saylı (kod 30802028) torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə aid olan hissədə etibarsızlığının tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarilxi qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İş üzrə hazırlıq hərəkətlərinin edilməsi üçün məhkəmə iclası dəfələrlə təyin edilməsinə və iddiaçının məlum ünvanlarına məhkəmə iclasının vaxtı və yeri barədə bildirişlər göndərilməsinə “ünvan düzgün deyildir” və “bu ünvanda yaşamır” qeydləri aparılmaqla geri qaytarılmışdır və nəticədə iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iddiaçının 30 gündən çox müddət ərzində ardıcıl olaraq məhkəmə icraatından yayındığını nəzərə alaraq hesab edir ki, o, inzibati məhkəmə icraatında maraqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə görə məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. «X2 şikayətinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli Qərarında göstərilir ki, İnzibati-İqtisadi məhkəmələr tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsi ilə müəyyən olunmuş qaydada iddianın geri götürülmüş sayılması və həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən bu barədə qərardadın mübahisələndirilməsinin qanunvericiliklə nəzərdə tutulmaması, iddiaçının yenidən bu məsələyə mahiyyəti üzrə baxılması barədə məhkəməyə müraciət etmək hüququnu istisna etmir. Bundan başqa “Məhəmməd Məmmədovun şikayətinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə uyğun olaraq iddianın geri götürülmüş sayılması barədə qəbul edilmiş qərardaddan həmin Məcəllənin 81.1-ci maddəsinə müvafiq olaraq apellyasiya şikayətinin verilməsi hüququ təmin olunmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin cavabdeh ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı koordinat cədvəlinin JN-2137 saylı (kod 30802028) torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə aid olan hissədə etibarsızlığının tanınması tələbinə dair iddiası geri götürülmüş sayılmalı və bununla əlaqədar iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 55.5, 80-ci və 81.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı MMC-nin cavabdeh ƏMDX yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə qarşı koordinat cədvəlinin JN-2137 saylı (kod 30802028) torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnaməyə aid olan hissədə etibarsızlığının tanınması tələbinə dair iddiası geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar