Məhkəmə qərarları › İş №2-1(118)-1651/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1651/2022

17.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1651/2022 17.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı X2 29.10.2018-ci il tarixdə baş vermiş ölümünün qeydiyyata alınması vəzifəsinin qoyulmasına dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq X2 29.10.2018-ci il tarixdə baş vermiş ölümünün qeydiyyata alınması vəzifəsinin qoyulmasına dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı həmin normaya uyğun olaraq hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş və məhkəmə iclasında onun tələbi aydınlaşdırılmışdır. İddiaçı tələbinə olduğu kimi baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd olunan iddia tələbini araşdıraraq hesab edirki, hazır ki, iddia tələbi qeyri-mümkün hesab edilməlidir. İddiaçının iddia tələbi cavabdeh təşkilat tərəfindən müvafiq ölüm haqqında şəhadətnaməninin verilməsi ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikaı Səhiyyə Nazirinin 52 saylı 03 iyl 2015-ci il tarixli əmri ilə təsdiq edilmiş “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 3-cü bəndinə əsasən ölüm hadisəsi yaşayış yerində baş veribsə Təcili və X1 Stansiyasının (bundan sonra - TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyət vəsiqəsi əsasında ambulator tibb müəssisəsinin həkiminə təqdim etmək üçün bu təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi” doldurur və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq (hüquq-mühafizə) orqanına məlumat verir. Yaşayış yerində zorakı ölüm barəsində şübhə olduqda, həmçinin ölüm hadisəsi ictimai yerlərdə, küçələrdə və s. qeyriyaşayış yerlərində baş veribsə TTTYS-in həkimi hüquq-mühafizə orqanlarının nümayəndəsinə gələnə qədər meyitin yanında gözləməlidir. Həmin Təlimatın 4-cü bəndinə əsasən ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər (ambulator karta, xəstəlik tarixindən çıxarış və s.) əsasında onun qeydiyyatda olduğu, qeydiyyatda olduğu yerdə yaşamadığı halda isə faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təstiq edən tibbi şəhadətnamə, tibbi şəhadətnamə olmadığı tədqirdə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Yuxarıda qeyd olunan “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydasına dair Təlimat”ın 4-cü bəndinə və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən müəyyən olunur ki, ölüm hadisəsi yaşayış yerində baş verdiyi tədqirdə Təcili və X1 Stansiyasının həkimi ölüm hadisəsini təsdiq edir və ambulator tibb müəssisəsinin həkiminə təqdim edilməsi üçün təlimata əlavə olunan formada “Xəbərdarlıq vərəqəsi”ni doldurur. Ölümün baş vermə səbəbi bəlli olduğu tədqirdə “Xəbərdarlıq vərəqəsi” və tibbi sənədlər əsasında ambulator tibb müəssisə tərəfindən tibbi şəhadətnaməsi verilir. Lakin hazırki işdə mərhuma ölüm haqqında tibbi şəhadətnamənin verildiyi müəyyən edilmir. Məhkəmə hesab edir ki, hazırki iddia tələbinə ümumi məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia qeyri mümkün hesab edilməlidir. İddiaçıya izah olunsun ki, ölüm haqqında tibbi şəhadətnamənin verilməsi ilə bağlı müvafiq tibb müəssisəsinə müraciət edə bilər. Həmin müəssisə tərəfindən tibbi şəhadətnamə verildikdən sonra ölüm haqqında şəhadətnamənin verilməsi ilə bağlı cavabdeh inzibat orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı X2 29.10.2018-ci il tarixdə baş vermiş ölümünün qeydiyyata alınması vəzifəsinin qoyulmasına dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar