Məhkəmə qərarları › İş №2-1(118)-1652/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1652/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1652/2022 01.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X9 Massivi, ev 1А ünvanında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X9 Massivi, ev 1А ünvanında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 26 noyabr 2021-ci il tarixli **********96 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtinailə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X9 Massivi, ev 1A ünvanında yerləşən 34 saylı mənzil X5 2 nəfərdən ibarət ailə tərkibinə xx.xx.1986-cı il tarixli H/34 saylı order əsasında xidməti yaşayış sahəsi kimi verilmişdir. Bildirir ki, X6 onun həyat yoldaşıdır. O, xx.xx.2018-ci ildə vəfat etmişdir. Ərinin vəfatından sonra o, Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək yaşadığı mənzilin xidməti rejimdən çıxarılmasını xahiş etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 16 sentyabr 2021-ci il tarixli 528 nömrəli yaşayış sahəsinin xidməti rejimdən çıxarılmasına dair sərəncamı ilə Sumqayıt şəhər, Hacı Zeynalabdin qəsəbəsi, X9 massivi, ev 1A ünvanında yerləşən 34 saylı mənzilin xidməti rejimdən çıxarılması qərara alınmışdır. Qeyd edir ki, xx.xx.2021-ci ildə o cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X9 Massivi, ev 1A ünvanında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdir. Lakin cavabdeh orqan Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X9 Massivi, ev 1A ünvanında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir. Cavabdeh orqan belə nəticəyə gəlmişdir ki, sözügedən mənzil dövlət mənzil fonduna aid deyil və Sumqayıt şəhr XDS icraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin xx.xx.1986-cı il tarixli, H/34 saylı orderi əsasında mərhum X2 istifadəsinə xidməti yaşayış sahəsi kimi verilmişdir. Əlavə olaraq bildirir ki, binanın nömrəsi “1A” olmasına baxmayaraq, Dövlət Arxivinin Sumqayıt filialının 27.01,2020-ci il tarixli, 77 nömrəli arxiv çıxarışında “1” kimi qeyd edilmişdir. "Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti məznillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən ‘Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü ilə tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsin qanunsuz və əsassız olaraq Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X9 Massivi, ev 1A ünvanında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir. Cavabdeh orqanın gəldiyi nəticə ilə razılaşmır. Belə ki, sözügedən mənzil Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 16 sentyabr 2021-ci il tarixli 528 nömrəli yaşayış sahəsinin xidməti rejimindən çıxarılmasına dair sərəncamı ilə hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mənzil Məcəlləsinin 105-ci maddəsi və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 6.8-ci bəndinə əsasən mənzilin xidməti rejimdən çıxarılması qərara alınmışdır. Binanın nömrəsinin Dövlət Arxivinin Sumqayıt filialının 27.01,2020-ci il tarixli, 77 nömrəli arxiv çıxarışında “1” kimi qeyd edilməsinə gəlincə isə bildirim ki, binanın nömrəsi “1A”- dır. Bu 23 saylı Mənzil Kommunal Sahəsinin verdiyi arayışla da öz təsdiqini tapır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, X9 massivi, ev 1A, ünvanında yerləşən 34 nömrəli mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi barədə 06.11,2021-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq ərizəyə əlavə edilən sənədlərin araşdırılması zamanı müəyyən olunmuşdur ki, sözügedən mənzil dövlət mənzil fonduna aid deyil və Sumqayıt şəhər XDS İcraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin xx.xx.1986-ci il tarixli, H/34 saylı orderi əsasında mərhum X2 istifadəsinə xidməti yaşayış sahəsi kimi verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, binanın nömrəsinin “1A” olmasına baxmayaraq, Dövlət Arxivinin Sumqayıt filialının 27.01,2020-ci il tarixli, 77 nömrəli arxiv çıxarışında “1” kimi qeyd edilmişdir. Belə ki, “Mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən təhsil müəssisələrinin yataqxanalarında, qəza vəziyyətində olan evlərdə, qapalı hərbi şəhərciklərin evlərində mənzillərin, eləcə də xidməti mənzillərin özəlləşdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 146.2-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanunu bu Məcəllə qanuni qüvvəyə mindikdən sonra vətəndaşlara bu Məcəllənin lll-İV bölmələrinə əsasən verilən sosial və xüsusi təyinatlı dövlət mənzil fondunun yaşayış sahələrinə şamil edilmir. Göründüyü kimi, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia iddia mümükn iddia olmaqla bərabər həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddiaçı cavabdeh inzibati orqana müraciət etmiş, onun tələbi təmin edilməmişdir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilmir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X9 Massivi, ev 1А ünvanında yerləşən 34 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, sözügedən mənzil dövlət mənzil fonduna aid deyil və Sumqayıt şəhər XDS icraiyyə Komitəsinin mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsinin xx.xx.1986-ci il tarixli, H/34 saylı orderi əsasında mərhum X2 istifadəsinə xidməti yaşayış sahəsi kimi verilmişdir. Əlavə olaraq bildirilmişdir ki, binanın nömrəsinin “1A” olmasına baxmayaraq, Dövlət Arxivinin Sumqayıt filialının 27.01,2020-ci il tarixli, 77 nömrəli arxiv çıxarışında “1” kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iddiaçı qeyd edir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 16 sentyabr 2021-ci il tarixli 528 nömrəli yaşayış sahəsinin xidməti rejimdən çıxarılmasına dair sərəncamı ilə Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X10, ev 1A ünvanında yerləşən 34 saylı mənzilin xidməti rejimdən çıxarılması qərara alınmışdır. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, 18 aprel 1986-cı il tarixli, 134 saylı orderdə mənzilə ixtiyarı olub order üzrə evə köçən şəxslərin sırasında İddiaçı adı qeyd edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 16 sentyabr 2021-ci i tarixli, 528 saylı Sərncamı ilə yaşayış sahəsi 28.55 kv.m olan H.Zeynalabdin qəsəbəsi, X9 massivi, ev 1A, mənzil 34 xidməti rejimdən çıxarılmışdır. Göründüyü kimi səlahiyyətli orqan tərəfindən iddiaçının yaşadığı ev xidməti rejimdən çıxarılmışdır. Bundan əlavə cavabdehin digər dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 23 saylı Mənzil-Kommunal Sahəsinin 659 saylı, 07 iyul 2022-ci il tarixli arayışda Hacı Zeynalabdin qəsəbəsi X9 massivində yerləşən xx.xx.1986-cı ildə verilmiş orderə əsasən mərhum X2 adına olmuş ev 1, mənzil 34 H.Zeynalabdin qəsəbəsi, D/yol yaşayış massivi ev 1A, mənzil 34 eyni ünvanı ifadə etdiyi qeyd edilmişdir. Bu halda məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında onun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Beləki Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna əsasən: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Göründüyü kimi iddiaçının mülkiyyət hüququnun qeydə alınması ilə bağlı zəruri sənədlər mövcuddur və qeyd edilən normalar onun bu hüququna təminat verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Avropa Məhkəməsi öz qərarlarında daşınmaz əmlakdan istifadə və sərəncamda məhdudiyyətlər yaranmasını mülkiyyət hüququnun pozulması kimi qiymətləndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan”a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyəti” hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirilmişdir. Hazırkı işdə də, inzibati orqanın mübahisələndirilən imtinası iddiaçının müvafiq sənədləri olsada mülkiyyətindən tam istifadə edə bilməsində məhdudiyyətlər yaratmış, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının mülkiyyətində olan mənzil üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, X9 Massivi, ev 1А ünvanında yerləşən 34 saylı mənzil üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar