Məhkəmə qərarları › İş №2-1(118)-1653/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1653/2022

06.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1653/2022 06.06.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X10 Mövlətxan oğlunun katibliyi İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı “X8, X13, X2 və X3 ona məxsus mənzildən qeydiyyatından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Sadıqov X6 Tərlan Nadir oğlunun, X13, X2 və X3 ona məxsus mənzildən qeydiyyatından çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 03.03.2022-ci il tarixli, 123-7674S-3222 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. X15, X18, X11 və X9 zəruri cəbetmə əsası ilə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 20.08.2021-ci il tarixdə Reyestrdə 4Ə- 1978 № ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında AR-nın vətəndaşı İmanova Zenfira Şahlar qızının mülkiyyətində olan ünvan 1 ünvandakı 2 otaqlı mənzili almışdır. Alqı-satqı müqaviləsi əsasında ona tam payla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestr nömrəsi **********85-05101-093021 olan 01.09.2021 -ci il tarixli “ÇİXARİŞ” verilmişdir. Aldığı mənzilin əvvəlki sahibi İmanova Zenfira Şahlar qızı ünvan 2 ünvanlı mülkü hələ 06 aprel 2009-cu ildə AR vətəndaşı X1 almışdır. İmanova Zenfira Şahlar qızına Daşınmaz Əmlakın Dövlət Reyestrindən **********85-05101-093021 reyestr № li 22.04.2009-cu il tarixli çıxarış verilmişdir. İddia ərizəsində qeyd olunan X15, X18, X9, X12 və X11 onlara məxsus mənzili 2009-cu ildən satdıqlarından keçən 12 il ərzində alqı-satqı müqavilsinin şərtlərini kobud surətdə pozaraq adı çəkilən mənzildən pasport qeydiyyatından çıxmamışlar. İmanova Zenfiranın söylədiyinə görə Axundov Tərlana və onun həyat yoldaşı Axundova Arzuya 12 il ərzində dəfələrlə mənzildən qeydiyyatdan çıxmaları barədə söylənsə də, onlar buna əməl etməmiş, 12 il ərzində özləri, 2 övladları və qohumları Hüseynova Təranə adı çəkilən mənzildə qeydiyyatda qalmaqda davam etmişlər ki, bu da İmanova Zenfiranın hər ay adam başına 30 qəpik olmaqla toplamda 1.50 manatı, istismar pulu (zibilin daşınması) kimi Mənzil Kommunal Sahəsinə ödəməyə məcbur olmuşdur. 1.50 man x 12 ay x 12 il =178.00 manat. Göründüyü kimi İmanova Zenfira yuxarıda adlan qeyd olunan, mənzilə heç bir aidiyyatı olmayan, həmin mənzildə 2009-cu ildən yaşamayan şəxslərə görə Dövlətə 182.80 manat əlavə pul vəsaiti ödəməli olmuşdur. Bu halla artıq iddiaçı da 20.08.2021-ci il tarixdən rastlaşır, yəni ona məxsus mənzildə qeyriqanuni qeydiyyatda qalan 5(beş) nəfər üçün 7(yeddi) aydır ki, Dövlətə ayda 1.50 manat pul ödəməli olur. Cavabdehlərin mülkiyyətçisi olduğu mənzildən qeydiyyatdan çıxmalarını xahiş etsə də cavabdehlər müxtəlif bəhanələrlə qeydiyyatdan çıxmaqdan yayınırlar. Bu səbəbdən və aşağıda qeyd edəcəyi digər səbəblərə görə həmin şəxslərin mənə məxsus mənzildən pasport qeydiyyatından çıxarılmaları üçün Məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlərin artıq 2009-cu ildən Sumqayıt şəh. 10 mkm bina 55 mənzil 8- də yaşamadıqlarını təsdiq edən 16 saylı Mənzil Kommunal sahəsinin 08 oktyabr 2021-ci il tarixli aktı təsdiq edir. “Yaşayış yeri və olduğu yer haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uşota alınması, onların başqa şəxslər, Dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və sair) üçün zəruri şərt yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə görə “Şəixsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud AR-nın Qanunvericiliyi ilə nəzərdə tutulmuş digər Əsaslarda daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Qanunun tələblərindən görünür ki, vətəndaşların yaşayış yeri onun daimi və daha çox yaşadığı yerdir və şəxslər yaşayış yeri və olduğu yer üzrə qeydiyyata almırlar. Cavabdehlərin mənzildə qeydiyyatda olmaları iddiaçının dövlət tərəfindən qorunan hüquqlarına ziddir və mülkyyətçisi olduğu mənzilə aid sərəncam vermək hüququnu məhdudlaşdırır və pozur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 maddəsinə əsasən Mülkiyyət hüququnun subyekti ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vçrmək, Dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsində qeyd edilir: mülkiyyət toxunulmazdır. Və Dövlət tərəfindən müdafiə olunur. “Yaşayış yeri və olduğu üzrə qeydiyyat haqqında” AR Qanununa əsasən yaşayış yeri üzrə qeydiyyata alınma və qeydiyyätdan çıxarılma həmin yer üzrə Azərbaycan respublikasının Daxili işlər Nazirliyinin ərazi Polis idarəsi tərəfindən həyata keçirilir. İddiaçı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək ona məxsus, şəxsi mülkiyyətində olan Sumqayıt şəhəri, 10-cu mkr, bina 55, mənzil 8 ünvaında qeyri-qanuni qeydiyyatda qalan X8 3 ailə üzvünün qeydiyyatdan çıxarılması barədə, Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Polis İdarəsindən aşağıdakıları bildirmişdirlər:

1. Mənzildə qeyri qanuni qeydiyyatda olan şəxslər özləri ərizə ilə müraciəet etməlidirlər.

2. Əks təqdirdə mənzil sahibi həmin şəxslərin qeydiyyatdan çıxarılması üçün məhkəməyə müraciət etməlidirlər. Dəfələrlə müraciətinə baxmayaraq Axundovlar aləsi ərizə ilə müraciət edərək ona məxsus mənzildən qeydiyyatdan çıxmaq istəmirlər. Bu səbəbdən iddiaçı məcbur olaraq Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdıqlarını bildirmişdir. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi:

Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, reyestr nömrəsi **********85-05101- 093021, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi 01.09.2021-ci il olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir. 20 avqust 2021-ci il tarixli, DKM/002N13A00550321/1 №li daşınmaz əmlakın alqısatqı və İpoteka müqaviləsinə əsasən ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi İmanova Zenfira Şahlar qızı tərəfindən alıcı-ipoteka qoyan İddiaçı Vəliyyədin oğlunun mülkiyyətinə verilmişdir. 16 saylı MKS-nin sahə ustası X4, qonşular X16, X19 tərəfindən imzalanmış, imzaların doğruluğu Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 saylı Mənzil-Kommunal sahəsi tərəfindən təsdiq edilmiş 14 fevral 2022-ci il tarixli Aktda qeyd edilir ki, 10-cu mikrorayon, ev 55, mənzil 8-də qeydiyyatda olan X15, bacısı X12, həyat yoldaşı X18, oğlu X9, X11 2009-cu ildən 10-cu mikrorayon, bina 55, 8 saylı mənzili satdıları üçün göstərilən ünvanda yaşamırlar. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 saylı Mənzil Kommunal Sahəsi tərəfindən verilmiş Forma 2 arayışında ünvan 3 ünvanında yerləşən mənzilə hüququ olmayan şəxslər arasında X8, X5, X13, X2, X3 adları qeyd edilmişdir. Üçüncü şəxslər hazırda həmin ünvanda pasport qeydiyyatındadır. Üçüncü şəxsin, iddiaçının mənzilindən istifadə hüququnun olması və həmin ünvanda yaşaması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» 24.09.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə əsasən Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Üçüncü şəxs iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da onların həmin evdə yaşaması və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Мülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Hazırkı mübahisə üzrə iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılması üçün hər hansı bir hüquqi əsas məhkəməyə təqdim edilməmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ əsasında ona məxsus olan mənzildə yaşamayan şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X8, X13, X2 və X3 ünvan 3 ünvanında yerləşən mənzildən qeydiyyatından çıxarılması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. X8, X13, X2 və X3 ünvan 3 ünvanında yerləşən mənzildən qeydiyyatından çıxarılması öhdəliyi Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar