Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1657/2023 23.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, məsləhətçi X6 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X1rşı “iddiaçının ailə üzvləri ilə yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi 124 saylı evin divarına yaxın vəziyyətdə çəkilmiş və Sumqayıt şəhəri Corat qəsəbəsi 125 saylı evə aid qanunsuz çəkilmiş qaz xəttinin həmin sahədən kənarlaşdırılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasına” dair iddiasının mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ailə üzvləri ilə yuxarıda göstərilən ünvanda yaşayır. Qonşuluqda Corat qəsəbəsi 125 saylı evdə yaşayan X7 həmin evin ona məxsus otağının divarına çox yaxın bir vəziyyətdə qaz xətti çəkmiş və bu da həmin evdə təhlükəli bir vəziyyət yaratmışdır. İddiaçı cavabdehə ərizə ilə müraciət edərək həmin qaz xəttinin kənarlaşdırılmasını xahiş etmiş, lakin cavabdeh bunu etmək əvəzinə xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, həmin qaz xəttinin kənarlaşdırılması üçün podratçı təşkilata müraciət etməlidir. Halbuki bu xətt qanunsuz və hər hansı bir icazə olmadan çəkilmişdir. Cavabdeh bu qanunsuzluğa göz yummaqla onun ailə üzvləri ilə yaşadığı ev üçün və həyatları üçün təhlükəli bir vəziyyətin yaranmasına səbəb olmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı ailə üzvləri ilə yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi 124 saylı evin divarına yaxın vəziyyətdə çəkilmiş və Sumqayıt şəhəri Corat qəsəbəsi 125 saylı evə aid qanunsuz çəkilmiş qaz xəttinin həmin sahədən kənarlaşdırılmasını istəyir. Lakin iddiaçının cavabdeh qismində qoyduğu X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir və hazırkı iddia cavabdehin inzibati fəaliyyəti ilə əlaqədar deyil və mübahisə daha cox iddiaçı ilə onun qonşusu arasında yaranmış mübahisədən yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də “Azəriqaz” İstehsalat Birliyi publik hüquq sahəsindəki fəaliyyəti ilə bağlı deyil. Məhkəmə qeyd edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli qərarında təbii inhisar subyektləri ilə bağlı mübahisələrə hansı hallarda inzibati icraat qaydasında baxılmalı olması müəyyənləşdirilmişdir. Həmin qərarın nəticəsi olaraq qeyd olunmuşdur ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında İnzibati məhkəmələr tərəfindən baxılır. Lakin hazırki mübahisə X2 publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn bir mübahisə deyildir. İddiaçı ailə üzvləri ilə yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsi 124 saylı evin divarına yaxın vəziyyətdə çəkilmiş və Sumqayıt şəhəri Corat qəsəbəsi 125 saylı evə aid qanunsuz çəkilmiş qaz xəttinin həmin sahədən kənarlaşdırılmasını xahiş edir və eyni zamanda qeyd edir ki, qaz xəttini qonşuluqda Corat qəsəbəsi 125 saylı evdə yaşayan X7 həmin evin ona məxsus otağının divarına çox yaxın bir vəziyyətdə çəkmişdir. Göründüyü kimi hazırkı mübahisədə qonşular arasında yaranmış münasibətlərdən meydana gəlmişdir və bu tələb mülki hüqüq münasibətlərindən irəli gələn bir tələbdir ki, bu halda cavabdehin inzibati orqan kimi qəbul edilməsini müəyyən edən bir hal mövcud deyil. Buna görə də məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə publik hüquq münasibəti kimi qiymətləndirilməməli və mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, X4 və X1rşı tələblərlə müvafiq ümumi məhkəməyə müraciət etməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. İddiaçıya izah edilsin ki, müvafiq ümumi məhkəməyə müraciət etməsi istisna edilmir. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1657/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1657/2023
23.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver