Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-166/2020 03.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, X1 katibliyi ilə, Tərəflərin iştrakı olmadan, İddiaçı cavabdehlər Abşeron İcra və Probasiya şöbəsi və icra məmuru Cavabdeh2 Hüsən oğluna qarşı “cavabdehlərin hərəkətinin (hərəkətsizliyinin) və məcburi icra tədbiri olaraq ölkədənçıxma hüququnun məhdudlaşdırılması barədə verdikləri sənədlərin qanuna zidd hesab edilməsi, ona dəymiş zərərin ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı oğlu cavabdehlər Abşeron İcra və Probasiya şöbəsi və icra məmuru Cavabdeh2 Hüsən oğluna qarşı “cavabdehlərin hərəkətinin (hərəkətsizliyinin) və məcburi icra tədbiri olaraq ölkədənçıxma hüququnun məhdudlaşdırılması barədə verdikləri sənədlərin qanuna zidd hesab edilməsi, ona dəymiş zərərin ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət etmiş İddiaçı cavabdehlər ilə razılaşdığına görə iddia tələbindən imtina etdiyini və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən onun iddiadan imtinası qəbul edilməli və 2-1(118)-166/2020 nömrəli işin icraatına xitam verilməlidir Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının iddia tələbindən imtina etdiyini və işə xitam verilməsini xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddiaçı cavabdehlər Abşeron İcra və Probasiya şöbəsi və icra məmuru Cavabdeh2 Hüsən oğluna qarşı “cavabdehlərin hərəkətinin (hərəkətsizliyinin) və məcburi icra tədbiri olaraq ölkədənçıxma hüququnun məhdudlaşdırılması barədə verdikləri sənədlərin qanuna zidd hesab edilməsi, ona dəymiş zərərin ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə” dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-166/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-166/2020
03.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver