Məhkəmə qərarları › İş №2-1(118)-166/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-166/2021

09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-166/2021 09.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, Tərəflərin iştrakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı X3rşı “Şamaxı rayonu, Quşçu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 nömrəli protokoluna əsasən heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə onun icarəsinə verilmiş 150 hektar torpaq sahəsi üzərində onun istifadə hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə” dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayonu, Quşçu Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 12 nömrəli protokoluna əsasən, heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 150 hektar torpaq sahəsi onun icarəsinə verilmişdir. Torpaq sahəsi, həmin protokol əsasında onun icarəsinə verilmiş torpaq sahəsinə dair JN- 7555, kod 41012018 nömrəli Şəhadətnamə verilmişdir. O, elə həmin tarixdən bu günədək, qeyd edilən torpaq sahəsindən istifadə edir. İstifadə hüquqlarının dövlət reyestrində qeydiyyata alınması məqsədi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X5 müraciət etmişdir. Cavabdeh onun müraciətinə özünün xx xxxxx 2020-ci il tarixli **********78 nömrəli imtina məktubu verərək göstərmişdir ki, Quşçu Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli qərarı ilə onun icarəsinə verilmiş 200 ha torpaq sahəsinə dair bğlanımış icarə müqaviləsi Bələdiyyənin xx.xx.2006-cı il tarixli 01 saylı qərarı ilə ləğv edildiyi üçün, bu uyğunsuzluğa görə, Bələdiyyənin sonuncu xx.xx.2006-cı il tarixli protokolu ilə onun icarəsinə verilmiş torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması qeyri-mümkündür. Cavabdeh onun tərəfindən ona təqdim edilmiş sənədləri tam, hərtərəfli və obyektiv araşdırmadan, yalnız şəxsi mülahizələrinə uyğun olaraq, onun müraciətinə müsbət cavab verməkdən və Bələdiyyənin qərarı ilə onun icarəsinə verilmiş torpaq sahəsi üzərində icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından əsassız olaraq imtina etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştrak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X3rşı “daşınmaz əmlaka hüququların qeydə alınması” barədə iddiasını əsassız hesab edirlər. Bildirdi ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X6 tərəfindən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 8-ci maddəsinə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında habelə Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. X2 tərəfindən qeydiyyat üçün təqdim olunmuş sənədlərin araşdırılması zamanı məlum olmuşdur ki, Şamaxı rayon Quşçu Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarı ilə onun icarəsinə verilmiş 200.0 ha torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsi Quşçu Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 01 saylı qərarı ilə ləğv edilmişdir. İcarə müqaviləsi ləğv edildiyinə görə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx xxxx 2005-ci tarixdə onun adına işlənilmiş JN-7555, kod 41012018 nömrəli şəhadətnamə ləğv edilmişdir. Şamaxı rayon Quşçu Bələdiyyəsinin digər xx xxxxxx 2006-cı il tarixli 12 saylı qərarı ilə icarəsinə verilmiş 160.0 ha torpaq sahəsinə eyni nömrəli ( JN-7555, kod 41012018) şəhadətnamə zaman baxımından xx xxxx 2005-ci il tarixdə hazırlana bilməzdi. X2 tərəfindən qeydiyyat üçün təqdim olunmuş sənədlərdə qeyd olunan məlumatlarda uyğunsuzluq olduğu üçün, icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün olmamış və ərizəsinin icrasından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən imtina edilmişdir. İddiaçı ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı X3rşı iddiası əsassız olduğu üçün rədd olunmasını məhkəmədən xahiş edilir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakını təmin etməmiş, iddiaçı isə məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə tərəflərin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx xxxxx 2020-ci il tarixli, **********78 nömrəli imtina məktubu, xx xxxx 2020-ci il tarixli, **********28 nömrəli etirazı, Şamaxı rayon Quşçu Bələdiyyəsinin digər xx xxxxxx 2006-cı il tarixli 12 saylı qərarın surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, JN-7555, kod 41012018 nömrəli Torpağın müvəqqəti istifadəyə verilməsinə dair şəhadətnamənin surəti, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, **********52 nömrəli məktubu, bələdiyyənin xx.xx.2020-ci il tarixli, 94 nömrəli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, əsassızdır. Bu səbəbdən də rədd edilməlidir. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyniməzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Şamaxı rayon Quşçu Bələdiyyəsinin xx.xx.2004-cü il tarixli 09 saylı qərarı ilə İddiaçı icarəsinə verilmiş 200.0 ha torpaq sahəsinin bəzii hissələri əkin yerinə düşdüyü üçün Quşçu Bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli 12 saylı qərarı ilə özünü verdiyi xx.xx.2004-cü il tarixli 09 saylı qərarını ləğv etmişditr. Quşçu bələdiyyəsinin xx xxxxxx 2006-cı il tarixli qərarı ilə X1 ayrılacaq sahə 160 hektar olmuşdur. xx xxxxxx 2006-cı il tarixli Qərarın əsasında ayrılmış 160 hektar torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən xx xxxx 2005-ci tarixli JN-7555, kod 41012018 nömrəli şəhadətnamə verilmişdir. Təvəkkül Abdullayev Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx xxxx 2005-ci tarixli JN-7555, kod 41012018 nömrəli şəhadətnamədə göstərilən torpaq sahəsinə dair hüquqlarını qeydə alınması üçün DƏDRX-nin 14 saylı ərazi idarəsinə müraciət etmiş,lakin ona Şamaxı rayon Quşçu Bələdiyyəsinin digər xx xxxxxx 2006-cı il tarixli 12 saylı qərarı ilə icarəsinə verilmiş 160 ha torpaq sahəsinə eyni nömrəli ( JN-7555, kod 41012018) şəhadətnamənin xx xxxx 2005-ci il tarixdə tərtib edilməsinin qeyri mümkün olması səbəbi ilə hüquqlarının qeydiyyata alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Məcəllənin 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmiş və bu uyğunsuzluğun aradan qaldırılması üçün aparılmış məhkəmə araşdırması nəticə verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı X3rşı Şamaxı rayonu, Quşçu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 nömrəli protokoluna əsasən heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə onun icarəsinə verilmiş 150 hektar torpaq sahəsi üzərində onun istifadə hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 14 saylı X3rşı Şamaxı rayonu, Quşçu Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 12 nömrəli protokoluna əsasən heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə onun icarəsinə verilmiş 150 hektar torpaq sahəsi üzərində onun istifadə hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar