Məhkəmə qərarları › İş №2-1(118)-166/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-166/2022

06.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-166/2022 06.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı "xxxx" MMC-nin idxal əməliyyatları üzrə “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun bərpa edilməsi tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddia qaldıraraq "xxxx" MMC-nin idxal əməliyyatları üzrə “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi tələbi dəqiqləşdirərək "xxxx" MMC-nin idxal əməliyyatları üzrə “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun bərpa edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş 02.03.2021-ci il tarixli 1000-130/006-24/0034 nömrəli məktubda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən "xxxx" MMC-nin mütəmadi olaraq üçüncü şəxslər üçün mallar idxal etməsi faktının aşkarlanması, cəmiyyətin vergi orqanında riskli vergi ödəyicisi kimi qiymətləndirilməsi və bu səbəbdən də idxal əməliyyatları üzrə "Yaşıl Dəhliz" buraxılış sistemindən daimi istifadə hüquqlarının 29.03.2021-ci il tarixdən etibarən 3 ay müddətinə dayandırılması qeyd edilmişdir. Eyni zamanda, həmin məktubda "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan halların müəyyən edilmiş 3 ay müddətində aradan qaldırılacağı təqdirdə şəxsin müraciətinə əsasən istifadə hüququnun bərpa ediləcəyi qeyd edilmişdir. Onların "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüquqlarına 29.03.2021-ci il tarixdə qoyulmuş məhdudiyyət tamamilə əsassız olmuşdur. Belə ki, "xxxx" MMC həmin məhdudiyyət tətbiq edilən zaman vergi orqanında riskli vergi ödəyicilərinin siyahısında olmamış və bununla bağlı vergi orqanı tərəfindən hər hansı qərar qəbul edilməmişdir. Eləcə də hazırda Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az internet portalında riskli vergi ödəyicilərinin siyahısında cəmiyyətin adı mövcud deyildir. Bundan əlavə "xxxx" MMC 18.08.2004-cü il tarixdən dövlət qeydiyyatına alınmış, dövlət büdcəsi qarşısında öhdəliklərini tam şəkildə yerinə yetirən nümunəvi vergi ödəyicisidir. Cəmiyyət sadəcə öz fəaliyyəti ilə bağlı mallar idxal edir və üçüncü şəxslərin mallarını idxal etməsinə dair hər hansı sübut mövcud deyildir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 13-1.2-cü maddəsinə əsasən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə qaydaları, o cümlədən xarici ticarət İştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən, aşağıda göstərilən bütün tələblərə cavab verən aşağı risk qrupuna aid şəxs idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər. İddia ərizəsinə əlavədə qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş 02.03.2021-ci il tarixli 1000-130/006-24/0034 nömrəli məktubda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən "xxxx" MMC-nin mütəmadi olaraq üçüncü şəxslər üçün mallar idxal etməsi faktının aşkarlanması, cəmiyyətin vergi orqanında riskli vergi ödəyicisi kimi qiymətləndirilməsi və bu səbəbdən də idxal əməliyyatları üzrə "Yaşıl Dəhliz" buraxılış sistemindən daimi istifadə hüququmuzun 29.03.2021-ci il tarixdən etibarən 3 ay müddətinə dayandırılması qeyd edilmişdir. Eyni zamanda, həmin məktubda "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan halların müəyyən edilmiş 3 ay müddətində aradan qaldırılacağı təqdirdə şəxsin müraciətinə əsasən istifadə hüququnun bərpa ediləcəyi qeyd edilmişdir. Bundan başqa, cavabdeh Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddia ərizəsinə qarşı etirazda qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin X2 üzrə Nəzarət Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsinə ünvanlanmış 11.01.2021-ci il tarixli **********08600 nömrəli məktubda cəmiyyətin 2020-ci ildə 7 milyon manat dəyərində avtomobil ehtiyyat hissələri idxal etdiyi, bunun yalnız 318.000,0 manat dəyərində hissəsini elektron qaimə faktura əsasında təqdim etdiyi, geri qalan malları sənədsiz təqdim etməklə üçüncü şəxslərin vergidən yayınmasına şərait yaratdığı qeyd edilmişdir. Bununla bağlı bildirilir ki, "xxxx" MMC idxal etdiyi malların bir qismini topdansatış qaydasında elektron qaimə faktura əsasında sahibkarlıq subyektlərinə, digər qismini isə nəzarət kassa aparatına mədaxil etməklə fərdi istehlakçılara təqdim etmişdir. X5 Xidmətinin X2 üzrə Nəzarət Baş İdarəsi nəzarət kassa aparatı deyilən bir avadanlığın mövcudluğundan və həmin aparatın vergi orqanında rəsmi qaydada cəmiyyətin adına uçota alındığından xəbəri olmadığına görə, barəsində elektron qaimə faktura tərtib edilməyən malların sənədsiz şəkildə üçüncü şəxslərə satıldığını zənn etmişdir. Baş darənin mövqeyi ilə razılaşsaq o zaman belə nəticə əldə olunur ki, ölkə ərazisində pərakəndə qaydada nəzarət kassa aparatı vasitəsilə mal satan şəxslərin hamısı həmin malları sənədsiz şəkildə və üçüncü şəxslərin vergidən yayınmasına şərait yaratmaqla təqdim edirlər. Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi eyni əsasla cəmiyyətin sahibkarlıq fəaliyyəti göstərdiyi obyektdə operativ vergi nəzarəti həyata keçirmiş və tədbirin nəticəsi olaraq tərtib edilmiş 08.06.2021-ci il tarixli DVX seriyalı 004482 nömrəli Akt əsasında 23.07.2021-ci il tarixli **********9112 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qəbul etməklə cəmiyyətə 879607,94 manat məbləğində maliyyə sanksiyası tətbiq etmişdir. Həmin qərar tərəflərindən məhkəmə qaydasında mübahisələndirilmiş və Sumqayıt İnzibati Məhkəməsinin 12.10.2021-ci il tarixli 2-1 (118)420/2021 nömərli qərarı ilə iddia tələbimiz təmin edilmiş, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən qəbul edilmiş 23.07.2021-ci il tarixli **********9112 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" Qərar qanunsuz olduğundan ləğv edilməsi qərara alınmışdır. Cavabdeh Dövlət Gömrük Komitəsi tərəfindən cəmiyyətin "Yaşıl Dəhliz" buraxılış sistemindən istifadə hüququna qoyulmuş məhdudiyyətlə bağlı bildiririk ki, Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin cavabdehə ünvanladığı məktubda göstərdiyi hallar cavabdeh inzibati orqanın həmin qərarı qəbul etməsi üçün əsas ola bilməzdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 dekabr tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası" Qaydasının: 1.3.1-ci bəndinə əsasən "Yaşıl dəhliz" buraxılış sisteminin daimi istifadəçisi - bu faydanın tələblərinə və şərtlərinə uyğun olaraq müəyyən hüquqları əldə etmiş hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir bundan sonra - şəxs). 2.1-ci bəndinə əsasən aşağıda göstərilən bütün tələblərə cavab verən aşağı risk rrupuna aid şəxs idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün "Yaşıl dəhliz" ruraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər: 2.1.1. idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 (bir) il ərzində Təcrübəsi olan; 2.1.2. gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə racarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan; 2.1.3.daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat asitələrindən istifadə edilməklə həyata keçirən; 2.1.4.Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən malların saxlancı üçün nəzərdə tutulan anbarlardan (bundan sonra - anbar) istifadə edən; 2.1.5.qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş. 2.3-cü bəndinə əsasən şəxsin bu Qaydanın 2.1-ci və 2.2-ci bəndlərində nəzərdə nıtulan tələblərə cavab veribvermədiyini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) həmin şəxsin elektron formada müraciəti əsasında bir ay müddətində yoxlayır. Bu Qaydanın 2.1-ci bəndində nəzərdə tutulan tələblərə cavab verən şəxsə idxal-ixrac əməliyyatları üzrə, bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan tələblərə cavab verən şəxsə isə yalnız ixrac əməliyyatları üzrə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ verilir və bu barədə ona müvafiq bildiriş göndərilir. 5.1-ci bəndinə əsasən komitə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu aşağıdakı hallarda dayandırır: 5.1.1 "Yaşıl dəhliz" buraxılış sisteminin daimi istifadəçisi bu barədə ərizə təqdim etdikdə; 5.1.2. idxal-ixrac əməliyyatları üzrə "Yaşıl dəhliz" buraxılış sisteminin daimi istifadəçisi bu Qaydanın 2.1.2 - 2.1.4-cü yarımbəndlərində, ixrac əməliyyatları üzrə '"Yaşıl dəhliz" buraxılış sisteminin daimi istifadəçisi bu Qaydanın 2.1.2-ci və 2.1.3-cü arımbəndlərində nəzərdə tutulan tələblərə riayət etmədikdə. 5.2-ci bəndinə əsasən "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ bu Qaydanın 5.1.2-ci yarımbəndində nəzərdə tutulmuş halda 3 (üç) ay, 5.1.1-ci arımbəndində nəzərdə tutulmuş halda isə ərizədə göstərilən müddətə (lakin 12 (on ki) aydan çox olmamaqla) dayandırılır. 5.4-cü bəndinə əsasən "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə '.üququnun dayandırılmasına səbəb olan hallar bu Qaydanın 5.2-ci bəndində ’östərilən müddətdə aradan qaldırıldıqda, şəxsin müraciətinə əsasən, istifadə hüququ rərpa edilir və bu barədə qəbul edildiyi gündən 1 (bir) iş günü müddətində şəxsə və aidiyyəti üzrə digər qurumlara məlumat verilir. 5.5-ci bəndinə əsasən Komitə "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu aşağıdakı hallarda ləğv edir: 5.5.1."Yaşıl dəhliz" buraxılış sisteminin daimi istifadəçisi bu barədə ərizə təqdim etdikdə; 5.5.2."Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ almaq üçür :əqdim edilmiş sənədlərdə yanlış məlumatların olduğu aşkar edildikdə; 5.5.3.hüquqi şəxs ləğv olunduqda, yaxud fiziki şəxs məhkəmə tərəfindən fəaliyyə qabiliyyəti olmayan hesab edildikdə və ya vəfat etdikdə; 5.5.4.idxal-ixrac əməliyyatları üzrə "Yaşıl dəhliz" buraxılış sisteminin daim istifadəçisi 12 (on iki) ay ərzində idxal-ixrac əməliyyatı aparmadıqda; 5.5.5."Yaşıl dəhliz" buraxılış sisteminin daimi istifadəçisi bu Qaydanın 2.1.5-c yarımbəndində nəzərdə tutulan cinayəti törətdikdə; 5.5.6."Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu dayandırılmasına əsas olmuş səbəblər bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmu müddət ərzində aradan qaldırılmadıqda. Yuxarıda qeyd olunanlardan aydın olduğu kimi, hazırkı işə münasibətdə idxal fəaliyyəti göstərən şəxsin gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olmadıqda və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olmadıqda, daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirmədikdə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən, malların saxlancı üçün nəzərdə tutulan anbarlardan istifadə etmədikdə, fiziki və ya hüquqi şəxsin "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququ 3 (üç) ay müddətinə müvəqqəti olaraq dayandırılır, həmin hallar qeyd olunan müddətdə aradan qaldırılmadıqda isə istifadə hüququ ləğv edilir. aşqa sözlə desək, hüquqi və ya fiziki şəxs tərəfindən vergi qanunvericiliyini təblərinin pozulması, buna görə məsuliyyətə cəlb edilməsi və ya vergi borcunun olması "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun müvəqqəti dayandırılması və ya ləğv edilməsi üçün əsas deyildir. Lakin iş materiallarından göründüyü kimi, Qaydanın 5.1-ci və 5.5-ci bəndlərində göstərilən əsaslardan hər hansı biri olmadığı halda, cavabdeh Dövlət Gömrük Komitəsi Dövlət Vergi Xidmətindən daxil olmuş məktubda qeyd edilən əsaslara (iddiaçı guya vergi qanunvericiliyinin tələblərini pozaraq idxal edilmiş malları sənədsiz satdığına) görə 29.03.2021-ci il tarixli qərarla iddiaçının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun müvəqqəti olaraq dayandırmışdır ki, bu da qanunvericiliyin tələblərinin və iddiaçının qanunla qorunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Bundan başqa, cavabdeh 29.03.2021-ci il tarixli qərara əsasən iddiaçının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu 3 ay müddətinə dayandırır və həmin müddətin bitməsinə və istifadə hüququnun ləğv edilməməsinə baxmayaraq iddiaçının qeyd olunan hüququ bugünədək bərpa edilməmişdir. Eyni zamanda, Dövlət Vergi Xidmətinin rəsı internet səhifəsində mövcud olan axtarış informasiya sistemindən əldə edil məlumata əsasən iddiaçı "xxxx" MMC riskli veı ödəyicilərinin siyahısında mövcud deyil. "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası" Qaydasının 2.9-cu maddəsinə əsasən "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun verilməsi, dayandırılması, ləğvi və ya bərpası barədə qərar qət olunduqda, bu barədə aidiyyəti qurumlara məlumat verilir. Beləliklə, "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılması və ya ləğvi üçün hər hansı hüquqi əsas olmadığından, iddiaçı "xxxx" MMC-nin həmin sistemdən daimi istifadə hüququn bərpa edilməsi haqqında qərar qəbul edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, cavabdehin 02.03.2021-ci il tarixli 1000-130/006-24/003456 nömrəli məktubunda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən “Bərdə Mədəni-İstehsalat Mərkəzi" MMC-nin mütəmadi olaraq üçüncü şəxslər üçün mallar idxal etməsi faktının aşkarlanması, cəmiyyətin vergi orqanında riskli vergi ödəyicisi kimi qiymətləndirilməsi və bu səbəbdən də idxal əməliyyatları üzrə “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun 29.03.2021-ci il tarixdən etibarən üç ay müddətinə dayandırılması qeyd edilmişdir. Eyni zamanda, həmin məktubda “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan halların üç ay müddətində aradan qaldırılacağı təqdirdə şəxsin müraciətinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququnun bərpa ediləcəyi qeyd edilmişdir. "xxxx" MMC-nin “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququna 29.03.2021-ci il tarixədək qoyulmuş məhdudiyyət tamamilə əsassız olmuşdur. Belə ki, “Bərdə Mədəni-İstehsalat Mərkəzi" MMC həmin məhdudiyyət tətbiq edilən zaman vergi orqanında riskli vergi ödəyicilərinin siyahısında olmamış və bununla bağlı vergi orqanı tərəfindən hər hansı qərar qəbul edilməmişdir. İddiaçı "xxxx" MMC-nin iddia tələbinin rədd edilməlidir. Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə "hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 13-1.2-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 21.05.2016cı il tarixli 920 nömrəli fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydaları”nın 1.7-ci bəndinə əsasən hazırlanmışdır və xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası məsələlərini tənzimləyir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 13-1.2-ci maddəsinə əsasən malların nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün "Yaşıl dəhliz" və digər buraxılış sistemlərindən istifadə qaydaları, o cümlədən xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 21.12.201,8-ci il tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 1.2-ci bəndinə əsasən bu Qaydanın məqsədi qanunvericiliyə riayət edən xarici ticarət iştirakçıları üçün daha əlverişli şərait yaratmaq, biznesin dövlət tənzimləmə mexanizmlərinin effektivliyini artırmaq, könüllü riayət mədəniyyətini formalaşdırmaq, risk qiymətləndirilməsi və gömrük auditi əsasında gömrük nəzarətini və rəsmiləşdirilməsini daha çevik və şəffaf həyata «keçirməklə fiziki gömrük yoxlamalarını minimuma endirmək, ölkənin ixrac potensialını gücləndirmək, məmur-sahibkar münasibətlərini müasir idarəçilik prinsiplərinə uyğun olaraq inkişaf etdirmək və mövcud resurslardan daha optimal istifadəni təmin etməkdir. Azərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası’’nın 5.3-cü bəndinə əsasən Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun müvəqqəti dayandırılması barədə qərar qəbul etdiyi gündən 1 (bir) iş günü müddətində həmin qərarı şəxsə və aidiyyəti qurumlara göndərir. Şəxsin ərizəsinə əsasən "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılması halları istisna olmaqla, Komitə bu barədə qərar qəbul etməzdən ən azı 30 (otuz) gün əvvəl şəxsə məlumat verməlidir. zərbaycan Respublikası Prezidentinin 21.12.2018-ci il tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası”nın 5.4-cü bəndinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan hallar bu Qaydanın 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırıldıqda, şəxsin müraciətinə əsasən, istifadə hüququ bərpa edilir və bu barədə qəbul edildiyi gündən 1 (bir) iş günü müddətində şəxsə və aidiyyəti üzrə digər qurumlara məlumat verilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal- ixrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən Dövlət Gömrük Komitəsinə ünvanlanmış 11.01,2021-ci il tarixli **********008600 nömrəli məktubdan görünür ki, "xxxx" MMC 2020-ci il tarixdə 7 milyon manat dəyərində əsasən VAZ markalı avtomobillər üçün olmaqla müxtəlif çeşidlərdə avtomobil ehtiyyat hissələri idxal etmiş, bunun yalnız 318 min manat dəyərində hissəsini elektron qaimə əsasında təqdim etmişdir. "xxxx" MMC-nin idxal etdiyi malları sənədsiz təhvil verməklə üçüncü şəxslərin vergidən yayınmasına şərait yaratdığını nəzərə alaraq “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququna yenidən baxılması xahiş olunmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal- Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 11.01.2021-ci il tarixli məktubda qeyd olunan halları nəzərə alan gömrük orqanı "xxxx" MMC-nin idxal əməliyyatlan üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun 29.03.2021-ci il tarixindən etibarən üç ay müddətinə dayandırılması barədə qərar qəbul etmişdir. Bundan sonra iddiaçı 10.06.2021-ci il tarixli məktubla Dövlət Gömrük Komitəsinə müraciət edərək idxal əməliyyatları üzrə "Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun bərpa edilməsini xahiş etsə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 11.01.2021-ci il tarixli – məktubda qeyd olunan halların aradan qaldırılması barədə cavabdehə hərhansı bir sübut təqdim etməmişdir. Sübutetmə vəzifələrinin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulmasını qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilmir və iddiaçı “Bərdə Mədəni-İstehsalat Mərkəzi" MMCnin iddiası hər hansı əsaslı şübhə yaratmayan sübutla təsdiq edilmir. Qeyd edilənlərdən də aydın olur ki, iddiaçı "xxxx" MMC-nin cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı iddia tələbinin təmin edilməsi üçün heç bir hüquqi əsası yoxdur və iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 02.03.2021-ci il tarixli, 1000- 130/006-24/0034 nömrəli "xxxx" MMC-yə ünvanladığı məktubdan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumatına əsasən "xxxx" MMC-nin mütəmadi olaraq üçüncü şəxslər üçün mallar idxal etməsi faktının aşkarlanması, cəmiyyətin vergi orqanında riskli vergi ödəyicisi kimi qiymətləndirilməsi və bu səbəbdən də idxal əməliyyatları üzrə "Yaşıl Dəhliz" buraxılış sistemindən daimi istifadə hüquqlarının 29.03.2021-ci il tarixdən etibarən 3 ay müddətinə dayandırılacağı qeyd edilmişdir. - Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/049 saylı 10 aprel 2021-ci il tarixli sərəncamından görünür ki, Dövlət Gömrük Komitəsinin 03.04.2019-cu il tarixli 1000/089 nömrəli sərəncamı ilə idxal üzrə "xxxx" MMC-nə verilmiş “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılması barədə sərəncam verilmişdir. - "xxxx" MMC-nin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə ünvanladığı ərizədən və 10.06.2021-ci il tarixli Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, iddiaçı tərəfindən cavabdehə müraciət olunaraq "xxxx" MMC-nin idxal əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun bərpa edilməsi xahiş edilmişdir. - Sumqayıt İnzibati Məhkəməsinin 2-(118)-1620/2021 saylı, 12.10.2021-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC barəsində qəbul etdiyi 23.07.2021-ci il tarixli **********9112 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv olunması qərara alınmışdır. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-713/2021 saylı, 24.12.2021ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(118)- 1620/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 04 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərara əsasən "xxxx" MMC-nin 04.04.2022-ci il tarixə riskli vergi ödəyicisi olması müəyyən edilməmişdir. - İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin Dövlət Gömrük Komitəsinin X1 və Audit Baş İdarəsinə ünvanladığı 11 yanvar 2021-ci il tarixli məktubunda vergi ödəyicisinin 2020-ci il ərzində 7 milyon manat dəyərində əsasən VAZ markalı avtomobillər üçün olmaqla müxtəlif çeşidlərdə avtomobil ehtiyat hissələri idxal etdiyi, bunun yalnız 318 min manat dəyərində hissəsini elektron qaimə əsasında təqdim etdiyi qeyd olunmuş və "xxxx" MMC- idxal edilmiş malların sənədsiz təhvil verilməklə üçüncü şəxslərin vergidən yayınmasına şərait yaradıldığı nəzərə alınaraq “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququna yenidən baxılması xahiş edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/049 saylı 10 aprel 2021-ci il tarixli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin 03.04.2019-cu il tarixli 1000/089 nömrəli sərəncamı ilə idxal üzrə "xxxx" MMC-nə verilmiş “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmışdır. Həmin sərəncamda buna əsas kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin 11.01.2021-ci il tarixli **********008600 nömrəli məktubu və Komitənin 31.01.2021-ci il tarixli 34/130/001607 nömrəli raportu göstərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsinin Dövlət Gömrük Komitəsinin X1 və Audit Baş İdarəsinə ünvanladığı 11 yanvar 2021-ci il tarixli məktubunda vergi ödəyicisinin 2020-ci il ərzində 7 milyon manat dəyərində əsasən VAZ markalı avtomobillər üçün olmaqla müxtəlif çeşidlərdə avtomobil ehtiyat hissələri idxal etdiyi, bunun yalnız 318 min manat dəyərində hissəsini elektron qaimə əsasında təqdim etdiyi qeyd olunmuş və "xxxx" MMC tərəfindən idxal edilmiş malların sənədsiz təhvil verilməklə üçüncü şəxslərin vergidən yayınmasına şərait yaradıldığı nəzərə alınaraq “Yaşıl dəhliz” buraxılış sistemindən istifadə hüququna yenidən baxılması xahiş edilmişdir. Bundan sonra vergi orqanı tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 23.07.2021-ci il tarixli **********9112 nömrəli qərar qəbul edilərək iddiaçıya əlavə vergi məbləği hesablanmışdır. İddiaçı cavabdehin həmin qərarını Sumqayıt İnzibati Məhkəməsində mübahisələndirilmiş və həmin məhkəmənin 12.10.2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İdxal- İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi tərəfindən iddiaçı "xxxx" MMC barəsində qəbul etdiyi 23.07.2021-ci il tarixli **********9112 saylı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv olunması qərara alınmışdır. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 24.12.2021-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1620/2021 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 21 dekabr 2018-ci il tarixli 427 nömrəli Fərmanı ilə təsdiq edilmiş Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydasının 1.3 və 1.3.1-ci bəndinə əsasən “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi - bu Qaydanın tələblərinə və şərtlərinə uyğun olaraq müəyyən hüquqları əldə etmiş hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir; Həmin qaydaların Xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydalarının 2.1-ci bəndinə əsasən aşağıda göstərilən bütün tələblərə cavab verən aşağı risk qrupuna aid şəxs idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi üçün “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ əldə edə bilər: 2.1.1. idxal əməliyyatlarının həyata keçirilməsi sahəsində son 1 (bir) il ərzində təcrübəsi olan; 2.1.2. gömrük orqanlarının təqdim etdikləri elektron xidmətlərdən istifadə bacarıqları olan və ya bu xidmətlərdən istifadəni təmin edəcək səlahiyyətli şəxslə müqaviləsi olan; 2.1.3. daşımaları beynəlxalq daşıma standartlarına cavab verən nəqliyyat vasitələrindən istifadə edilməklə həyata keçirən; 2.1.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi tələblərə cavab verən malların saxlancı üçün nəzərdə tutulan anbarlardan (bundan sonra - anbar) istifadə edən; 2.1.5. qaçaqmalçılıq və ya gömrük ödənişlərinin ödənilməsindən yayınma ilə bağlı cinayətə görə məhkumluğu olmayan, o cümlədən məhkumluğu ödənilmiş və ya götürülmüş. Həmin qaydaların 5.1-ci bəndinə görə Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu aşağıdakı hallarda dayandırır: 5.1.1 “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu barədə ərizə təqdim etdikdə; 5.1.2. idxal-ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu Qaydanın 2.1.2 – 2.1.4-cü, 4.0.2-ci və 4.0.4-cü yarımbəndlərində, ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu Qaydanın 2.1.2ci, 2.1.3-cü və 4.0.4-cü yarımbəndlərində nəzərdə tutulan tələblərə riayət etmədikdə Həmin qaydaların 5.2-ci bəndinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ bu Qaydanın 5.1.2-ci yarımbəndində nəzərdə tutulmuş halda 3 (üç) ay, 5.1.1-ci yarımbəndində nəzərdə tutulmuş halda isə ərizədə göstərilən müddətə (lakin 12 (on iki) aydan çox olmamaqla) dayandırılır. 5.3-cü bəndinə əsasən komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun müvəqqəti dayandırılması barədə qərar qəbul etdiyi gündən 1 (bir) iş günü müddətində həmin qərarı şəxsə və aidiyyəti qurumlara göndərir. Şəxsin ərizəsinə əsasən “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılması halları istisna olmaqla, Komitə bu barədə qərar qəbul etməzdən ən azı 30 (otuz) gün əvvəl şəxsə məlumat verməlidir. 5.4. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan hallar bu Qaydanın 5.2-ci bəndində göstərilən müddətdə aradan qaldırıldıqda, şəxsin müraciətinə əsasən, istifadə hüququ bərpa edilir və bu barədə qəbul edildiyi gündən 1 (bir) iş günü müddətində şəxsə və aidiyyəti üzrə digər qurumlara məlumat verilir. 5.5. Komitə “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu aşağıdakı hallarda ləğv edir: 5.5.1. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu barədə ərizə təqdim etdikdə; 5.5.2. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ almaq üçün təqdim edilmiş sənədlərdə yanlış məlumatların olduğu aşkar edildikdə; 5.5.3. hüquqi şəxs ləğv olunduqda, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə, həmin şəxs məhkəmə tərəfindən ölmüş elan edildikdə, itkin düşmüş və ya fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, yaxud vəfat etdikdə; 5.5.4. idxal-ixrac əməliyyatları üzrə “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi 12 (on iki) ay ərzində idxal-ixrac əməliyyatı aparmadıqda; 5.5.5. “Yaşıl dəhliz” buraxılış sisteminin daimi istifadəçisi bu Qaydanın 2.1.5-ci yarımbəndində nəzərdə tutulan cinayəti törətdikdə; 5.5.6. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına əsas olmuş səbəblər bu Qaydanın 5.2-ci bəndində nəzərdə tutulmuş müddət ərzində aradan qaldırılmadıqda; 5.5.7. “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasına səbəb olan hallar 12 (on iki) ay ərzində təkrar aşkar edildikdə. Yuxarıda qeyd edilən hüquq normasının mənasından göründüyü kimi “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun 3 ay müddətində dayandırılmasının konkret əsasları qanunvericiliklə müəyyən edilmişdir. Eyni zamanda cavabdeh 02 mart 2021-ci il tarixli məktubunda “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasının əsası kimi iddiaçının riskli vergi ödəyicisi olmasını göstərmişdir ki, məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 04 aprel 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş 28 iyul 2020-ci il tarixli 265 saylı qərara əsasən "xxxx" MMC-nin 04.04.2022-ci il tarixə riskli vergi ödəyicisi olması müəyyən edilməmişdir. Belə olan halda cavabdeh iddiaçının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçının sözügedən sistemdən istifadə hüququnun dayandırılmasının əsası kimi göstərdiyi vergi qanunvericiliyinin tələblərinin pozulması, buna görə məsuliyyətə cəlb etmə və vergi borcunun olması yuxarıda sadalanan hallarda öz əksini tapmamışdır. Başqa sözlə qeyd edilən hal “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnun dayandırılmasının əsası kimi müəyyən edilməmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, "xxxx" MMC-nin idxal əməliyyatları üzrə “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ bərpa edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. "xxxx" MMC-nin idxal əməliyyatları üzrə “Yaşıl Dəhliz” buraxılış sistemindən daimi istifadə hüququ bərpa edillsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar