Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1660/2021 16.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X5 oğlunun katibliyi ilə, İddiaçı X6 iştirakı ilə, İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə Şamaxı rayon sakini X8 oğlunun adına verilmiş torpağın 0.05 ha torpaq sahəsinin plan və ölçüsündə düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin hərəkətlərini qanunsuz hesab etməklə Şamaxı rayon sakini X8 oğlunun adına verilmiş torpağın 0.05 ha torpaq sahəsinin plan və ölçüsündə düzəlişin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Şamaxı rayon bələdiyyəsinin 22 aprel 2005-ci il tarixli qərarı ilə iddiaçıya fərdi yaşayış evi tikmək üçün Şamaxı bələdiyyəsinin ehtiyat fondundan 48a məhəlləsində 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsinin mövqe planı və sxemi hazırlanaraq ona təqdim edilmiş və iddiaçı bu ərazidə abadlaşdırma işləri aparmış, həmin sahəni düzlətdirmiş və ev tikmək üçün daş tökmüşdür. Lakin 2018-ci ildə özünü həmin torpaq sahəsinin sahibi kimi təqdim edən X4 adlı şəxs iddiaçıya bildirmişdir ki, guya bu torpaq sahəsi onundur və həmin torpaq sahəsi ona Şamaxı rayon XDS İK-nin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən ayrılmış torpaq sahəsidir. İddiaçı buna etiraz edərək bu ərazinin bələdiyyə mülkiyyətində olduğunu və onun sağında və solunda yerləşən şəxslərə də torpaq sahələrinin bələdiyə qərarları əsasında ayrıldığını bildirmişdir. X1 iddiaçıya qarşı məhkəmədə iddia qaldırmış və məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, cavabdeh idarə tərəfindən qanunsuzluğa yol verilmiş, Şamaxı rayon XDS tərəfindən 21 iyun 1993-cü ildə bu şəxsə və ondan başqa bir neçə nəfərə ayrılmış torpaq sahələri başqa bir ərazidə yerləşdiyi halda, səhvən bələdiyyə mülkiyyətinə aid olan bu torpaq sahəsinin koordinatları onun adına verilmiş torpağın plan və ölçüsünə salınmışdır. Onu da qeyd edir ki, bu şəxs ******* nömrəli 23.05.2012-ci il tarixli çıxarışı əldə etmiş və dərhal da 50 illik etibarnamə əsasında bu torpaq sahəsini Habil adlı şəxsə satmışdır. Onun adına 2 dəfə, eyni tarixlərlə müxtəlif cizgilərdə torpağın plan və ölçüsü verilmiş və həmin sənədlərdən də aydın olur ki, məqsədli olaraq torpaq sahəsinin yeri sonradan dəyişdirilmişdir. İddiaçı hər iki sxemin surətini cavabdeh göndərmiş və X2 adına verilmiş torpaq sahəsinin dəqiq plan və ölçüsünün müəyyən edilməsini və həmin sənədlərə düzəliş edilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat 06.07.2021-ci il tarixli imtina məktubu verərək göstərmişdir ki, bu məsələyə məhkəmə tərəfindən yekun məhkəmə aktı verildikdən sonra baxılacaqdır. Halbuki hazırki plan və ölçü sənədi məhkəmədə gedən mübahisəyə də təsir edir, ona görə də cavabdehin bu səbəbdən imtinası əsassız sayılmalı və X3 adına verilmiş torpağın plan ölçüsündə düzəliş edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə ilk növbədə qeyd edir ki, iddiaçı özünə məxsus olan plan və ölçü sənədinə deyil, üçünçü şəxsə məxsus plan və ölçü sənədinə düzəliş edilməsini istəyir. Lakin məhkəmədə hüquqların müdafiəsi, müəyyən olunması, habelə hüquqlara düzəliş edilməsi və dəyişdirilməsi ilə bağlı hüquqları pozulmuş şəxslər tərəfindən, hüquq sahibləri tərəfindən müraciət olunması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı digər şəxsin deyil, özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası ilə bağlı iddia irəli sürmək yolu ilə hüquqi müdafiə vasiətlərindən istifadə edə bilər. Digər şəxsələrə verilmiş torpaq sənədləri iddiaçının subyektiv hüququ olduğu torpaq sahəsinə verilmişsə, o halda həmin sənədləri mübahisələndirə bilər, ləğvi vəya etibarsızlığını tələb edə bilər. Lakin iddiaçı üçüncü şəxsin adına tərtib edilmiş torpağın plan və ölçüsündə plan və ölçüsündə düzəlişin edilməsini istəyir. Məhkəmə hesab edir ki, digər şəxsin hüquqlarının dövlət qeydiyyatı ilə bağlı inzibati orqanın üzərinə öhdəlik qoyulması inzibati məhkəmə icraatı qaydasında baxılan idialarda nəzərdə tutulmamışdır. İdiaçı ona məxsus torpaq sahəsinə digər şəxsə qanunsuz sənəd verildiyi halda, həmin sənədin ləğvini vəya etibarsızlığını tələb edə bilər. Digər tələblər artıq həmin üçüncü şəxsin hüquqları daxilində olan tələblərdir və yalnız həmin şəxs tərəfindən irəli sürülə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1660/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1660/2021
16.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver