Məhkəmə qərarları › İş №2-1(118)-1660/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1660/2024

03.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1660/2024 03.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə qarşı “X3 ona məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 24-cü küçə ünvanda yerləşən 14 nömrəli evindən (Yeni qaydalarla: ünvan 1an çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi vardır. Həmin evdə onun oğlu X2 həyat yoldaşı (arvadı) X4 qeydiyyatdadır. Lakin qeydiyyatı formal xarakter daşıyır. Oğlu və ailəsi ona məxsus olan evdə yaşamırlar. Onlar özləri uzun illərdir ayrıca yaşayırlar. Bundan başqa Ləman Çapayeva ilə evdən istifadə hüququnun müəyyən edilməsinə dair ayrıca müqavilə də bağlanmamışdır. Göründüyü kimi onun iddiaçıya məxsus olan fərdi yaşayış evindən istifadə hüququ yoxdur və onun qeydiyyatı formal xarakter daşıyır. X3 ona məxsus mənzildən pasport qeydiyyatdan çıxarılması barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh onun müraciətini təmin etməkdən imtina etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də, o məhkəmə iclasına nümayəndəsinin gəlməsini təmin etməmişlər. Lakin cavabdeh məhkəməyə məktubla müraciət edərək, məhkəmə iclasına işin çoxluğunu nəzərə alaraq gələ bilmədiklərini, işə onların iştirakları olmadan baxılmasını və məhkəmənin qanuni qərar çıxartmağı ilə razılaşdıqlarını bildirmişlər. Məhkəmə hazırkı iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X4 iddia tələbinə etiraz edərək bildirmişdir ki, ona yaşamağa yeri yoxdur və övladları ilə birlikdə qeyd olunan fərdi yaşayış evində yaşayır. Qeyd olunan fərdi yaşayış evində ərinin istifadə hüququqna xitam verilmə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq iddiaçı həmin qətnaməni icra etmək niyyətində deyil. Bu səbəbdən də iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 59/2-R-42238 nömrəli, xx.xx.2023-cü il tarixli imtina məktubu, yaşayış yeri üzrə qeydiyyat haqqında arayış, DƏDRX tərəfindən verilmiş **********53-10301 reyestr nömrəli çıxarışın surəti, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)- 5654/2018 nömrəli qətnaməsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddia olmaqla mahiyyət etibarı ilə əsaslıdır. İddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı mübahisə yaranmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən sonra qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 1-ci və 5-ci bəndlərinə əsasən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq dövlət orqanının məlumatına əsasən; yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. İş materiallarından görünür ki, İddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 24-cü küçə ünvanda yerləşən 14 nömrəli evin (Yeni qaydalarla: ünvan 3ir. Hazırkı iddia tələbi üzrə 3-cü şəxs – X4 onun gəlinidir və o qeyd olunan mənzildə formal olaraq pasport qeydiyyatındadır. Belə ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(012)-5654/2018 nömrəli qətnaməsinin surətindən olunur ki, iddiaçının oğlu, yəni üçüncü şəxsin əri olan X2 mübahisəli mənzildə kompensasiya müqavilində istifadə hüququna xitam verilmişdir. Qeyd olunan qətnamədə X3 həmin mənzilə dair istifadə hüququnun olması müəyyən olunmur. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.1-ci maddənin tələbləri baxımından Ləman Çapayevanın mənzildə istifadə hüququnun yaranması üçün İddiaçı tərəfindən verilmiş qeydiyyata razılıq barədə ərizə daşınmaz əmlakın dövlət reyester xidmətində qeydiyyata alınmalıdır. İddiaçının keçmiş gəlini onun mülkiyyətinə pasport qeydiyyatına salınmasına baxmayaraq, xeyli müddətdir ki, həmin mənzildə yaşamamışdır. Belə olduğu tədqirdə X3 onun mənzildə pasport qeydiyyatında qalması üçün əsas yoxdur. Məhkəmə hesab edir ki, X3 mübahisəli evdə pasport qeydiyyatda qalması iddiaçının mənzil hüquqlarının pozulmasına səbəb olur. Hazırkı iddia tələbi üzrə X1 mənzilə pasport qeydiyyatına düşməsi onun həmin mənzildə istifadə hüququnun yaranmasına əsas ola bilməz. Qeyd olunan mənzil 3-cü şəxs ilə yaxın qohum münasibətlərində olan şəxsin, yəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində qeyd olunan şəxslərin (Mülki Məcəllənin 228.5-ci maddəsinin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenum qərarında həmin şəxslərin dairəsi müəyyən edilib) dairəsinə daxil olsaydı onun həmin mənzildə istifadə hüquqları yaranmış olardı. Lakin həmin şəxsin pasport qeydiyyatına düşdüyü mənzil yaxın qohumu olmayan iddiaçının mülkiyyətində olduğuna görə həmin mənzilə 3-cü şəxlərin istifadə hüququ Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaranmalı idi. Qeyd olunan Məcəllənin 228.1-ci maddəsinin tələblərinə əsasən mülkiyyətçinin notarial qaydada verdiyi razılıq ərizəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı vaxtdan şəxsin məzildə istifadə hüququ yaranır. İddiaçının bildirdiyinə görə qeyd olunan ərizə DƏDRX-də qeydiyyata alınmayıb. Ona görə də məhkəmə hesab edir ki, X3 mübahisəli mənzildə istifadə hüququnun olmaması səbəbindən mülkiyyətçinin iradəsinə zidd olaraq mənzildə pasport qeydiyyatında qalması yolverilməzdir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. X3 İddiaçı məxsus Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivi, 24cü küçə ünvanda yerləşən 14 nömrəli evindən (Yeni qaydalarla: ünvan 1an çıxarılması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar