Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1663/2021 27.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X10 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt “ASAN xidmət” X8 qarşı “övladları 06.03.2016-cı il təvəllüdlü X4 və 04.10.2018-ci il təvəllüdlü X2 “Tarverdiyev(a)”-dan dəyişdirilərək “Bayramov(a)” kimi yazılmasının Sumqayıt “ASAN xidmət” X6 üzərinə vəzifə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar övladları 06.03.2016-cı il təvəllüdlü X4 və 04.10.2018-ci il təvəllüdlü X2 “Tarverdiyev(a)”dan dəyişdirilərək “Bayramov(a)” kimi yazılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 23 iyul 2021-ci il tarixli, 05/Q-771-76 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmişlər. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı2 və İddiaçı1 rəsmi dövlət qeydiyyatından keçməklə 06.11.2012-ci ildə ailə qurmuşdur. Onların birgə nikahdan 06.03.2016-cı il təvəllüdlü X7 və 04.10.2018-ci il təvəllüdlü X9 adlı 2 övladı var. Övladları dünyaya gələrkən qərara gəlmişlər ki, onların soyadlarını “Bayramov” yazdırsınlar. Lakin mövcud qanunvericiliyə əsasən bu mümkün olmamışdır. “Bayram” birinci iddiaçı olaraq İddiaçı2 atasının adıdır. “Tarverdi” isə onun ulu babalarından birinin adıdır. Onun soyadı da atasının soyadına uyğun olaraq “Tarverdiyev” yazılmışdır. Qərara gəlmişlər ki, övladları soyadlarını öz babasının soyadı ilə davam etdirsinlər. Bu qərar bütün ailə tərəfindən müsbət qarşılanıb. Sumqayıt “Asan Xidmət” X8 ərizə ilə müraciət edərək övladlarının soyadlarının "Tarverdiyev”dən "Bayramov"a dəyişdirilməsi ilə bağlı müraciət etmişdirlər. Sumqayıt ‘Asan Xidmət” X6 23.07.2021-ci il tarixli cavab məktubunda uşaqların soyadlarının dəyişdirilməsindən imtina olunmuşdur. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşlar. AR Ailə Məcəlləsinin 53.1 maddəsinə əsasən, Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. AR Ailə Məcəlləsinin 54.1 maddəsinə əsasən, Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağjn mənafeyin i nəzərə alaraq icazə verə bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edirlər. İddiaçılar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Həmin məcəllənin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda qeyd edirlər ki, “Məcəllə” nin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Yuxarıda göstərilənlərə əsasən X3 və X1 dəyişdirilməsi ilə bağlı müraciətin tərəflərindən təmin edilməsi qanunvericiliyə əsasən mümkün olmamışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmdən xahiş etmişdirlər. Sumqayıt Cavabdeh qeydiyyat şöbəsi iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilkin olaraq iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçılar hazırki tələblə inzibati orqana müraciət etmiş, inzibati orqan tərəfindən müraciətin təmin edilməsindən imtina edilmişdir. İddia öhdəliyin icrası iddiasıdır və iddianı mümkünsüz edən əsaslar müəyyən olunmur. İddianın mahiyyəti baxımından isə məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, iddiaçılar övladları 06.03.2016-cı il təvəllüdlü X4 və 04.10.2018-ci il təvəllüdlü X2 “Tarverdiyev(a)”-dan dəyişdirilərək “Bayramov(a)” kimi yazılmasını istəyir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını, soyadını və ata adını dəyişdirilməsinə 18 yaşına çatdıqda yol verilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Həmin məcəllənin 54-cü maddəsi uşağın adının və soyadının dəyişdirilməsi əsaslarını müəyyən edir. Sözügedən Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli, № 297 saylı Fərmanının 2-ci bəndinə əsasən həmin Məcəllənin 54.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları həyata keçirirlər. Göründüyü kimi qanunverici müvafiq icra hakimiyyəti orqanının uşağın adının dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə biləcəyini müəyyən etmişdir. Lakin soyadın dəyişdirilməsinə isə yalnız digər valideynin soyadı ilə əvəz olunması halında icazə verilə biləcəyini birmənalı olaraq müəyyən etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın uşağın soyadını başqa bir soyada dəyişdirməsi kimi bir səlahiyyəti yoxdur. Bu səbəbdən də məhkəmə hesab edir ki, soyadın dəyişdirilməsi ilə bağlı inzibati orqanın imtinası əsaslı hesab edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Eyni zamanda iddiaçılara izah olunsun ki, uşağın soyadı valideynlərin soyadı ilə müəyyən edildiyinə görə, valdeyinlər soyadını dəyişdirərək istədikləri nəticəni əldə edə bilərlər. Bu eyni zamanda uşağın mənafeyinə də uyğundur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1663/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1663/2021
27.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver