Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1673/2021 20.10.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X6 Mövlətxan oğlunun katibliyi İddiaçı qızının iştirakı ilə, İddiaçı qızının cavabdeh Sumqayıt “Asan Xidmət” X1rşı “veriləcək doğum haqqında şəhadətnamədə doğum tarixinin 10 avqust 1961-ci il tarixi göstərilməklə yeni doğum haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt “ASAN xidmət” X1rşı “AZE ******** xxxxxxx seriyalı AR-sı vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən xx.xx.1964-cü il doğum tarixinin akt qeydində göstərilən 10.08.1961-ci il ilə eyni olması qeydinin aparılması öhdəliyinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt “ASAN xidmət” X2 üzərinə qoyulmasına” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı daha sonra iddiasını dəqiqləşdirərək təkrar doğum haqqında şəhadətnamənin verilməsi, veriləcək doğum haqqında şəhadətnamədə doğum tarixinin 10 avqust 1961-ci il tarixi göstərilməklə yeni doğum haqqında Şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, X3 10.08.1961-ci il tarixdə anadan olmuşdur. Belə ki, 10.08.1961-ci il tarixdə anadan olsa da, texniki səhv nəticəsində şəxsiyyət vəsiqəsində doğum tarixi xx.xx.1964-cü il göstərilmişdir. O, hazırda həmin texniki səhvə görə müəyyən problemlərlə üzləşmişdir. Onun 3 övladı var. Böyük övladı - 13 avqust 1981-ci ildə dünyaya gəlmişdir. Sənədlərində uyğunsuzluqlar olduğu üçün çətinliyə məruz qalmışdır. İddiaçı 19 yaşı olan zaman ailə həyatı qurmuşdur. Həmin faktı təsdiq edən sənədi ərizəyə əlavə etmişdir. Texniki səhvin düzəliş edilməsindən ötrü Salyan Rayon Qeydiyyat Şöbəsinə, Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan fililalına və Milli Arxiv İdarəsinə müraciət etmişdir. Salyan Rayon Qeydiyyat Şöbəsinin 18 mart 2021-ci il tarixli, 05-111/15 nömrəli məktubunda qeyd edilmişdir ki, müvafiq məsələ ilə bağlı aidiyyəti sənədləri ilə birlikdə Abşeron Rayon Qeydiyyat Şöbəsinə müraciət etməsi tövsiyyə olunmuşdur. Abşeron Rayon Qeydiyyat Şöbəsi 05/Q-499/15 nömrəli, 15 aprel 2021-ci il tarixli məktub tərtib edərək, qeyd etmişdir ki, araşdırma zamanı müəyyən edilmişdir ki, şəxsiyyət vəsiqəsində doğum tarixi "xx.xx.1964" olmasına baxmayaraq, doğum haqqında akt qeydində doğum tarixi "10.08.1961" yazılmışdır. Akt qeydi ilə şəxsiyyət vəsiqəsində ziddiyyət olduğu üçün təkrar doğum haqqında şəhadətnamənin yazılması mümkün olmamışdır. Odur ki, həmin akt qeydinin ona məxsus olub-olmaması ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. İddiaçı qeyd edilən məsələ ilə bağlı ilk əvvəl Abşeron Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən, AZE ******** xxxxxxx seriyalı AR vətəndaşının şəxsiyyət vəsiqəsində göstərilən xx.xx.1964-cü il doğum tarixini akt qeydində göstərilən 10.08.1961-ci il ilə eyni olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-3535/2021 saylı, 27.05.2021-ci i tarixli qərardadına əsasən iddiaçının ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Sənədlərinin geri qaytarılmasına səbəb "ərizəçinin müvafiq düzəlişlər edilməsi barədə müraciətindən aidiyyatı dövlət orqanı tərəfindən imtina olunduğu halda, ərizəçi həmin orqanın qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada aidiyyatı üzrə inzibati məhkəməyə müraciət edə bilər" olması qeyd edilmişdir. Bundan sonra iddiaçı Abşeron Rayon Məhkəməsinin Baş Məsləhətçisinin məsləhəti ilə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt "ASAN xidmət" X7 rəsmi şəkildə ərizə ilə müraciət etmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt "ASAN xidmət" X10 tərəfindən mənə 09.07.2021-ci il tarixli cavab məktubu verilmiş və aşağıdakıları izah etmişdir. Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən 09.09.1961-ci il tarixdə tərtib edilmiş doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında doğum tarixinin "xx.xx.1964-cu il" deyil "10.08.1961-ci il" yazıldığı müəyyən edilmişdir. Bu səbəbdən doğum haqqında təkrar şəhadətnamənin verilməsi mümkün olmamışdır. Bildirilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydası" -nın 1-ci müddəasına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi kifayət qədər əsaslar olduqda və aidiyyatı şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Əlavə olaraq bildirilmişdir ki, akt qeydində düzəliş edilməsi üçün zəruri sənədləri təqdim etməklə bu barədə ərizə daimi yaşadığı yerin qeydiyyat şöbəsinə, alkt qeydinə qeydiyyat şöbəsi tərəfindən düzəliş edilməsinə kifayət qədər əsas olmadıqda isə məhkəməyə müraciət edə biləccəyim qeyd edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, vətəndaş İddiaçı təkrar şəhadətnaməsinin istənilməsi barədə 30.06.2021- ci il tarixli şöbəyə müraciət etmişdir. Bildirirlər ki, vətəndaşın təqdim etdiyi şəxsiyyət vəsiqəsində doğum tarixi “xx.xx.1964-cü ” yazılmışdır. Neftçala rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 09.09.1961-ci il tarixli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında doğum tarixi "xx.xx.1964-cü il” deyil, “10.08.1961-ci il” qeyd edilmişdir. Qanunvericiliyə əsasən, təkrar şəhadətnamə ala bilmək üçün vətəndaş şəxsiyyətini təsdiq edən sənədi təqdim etməlidir. Şəxsiyyət vəsiqəsi ilə vətəndaşın adına tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktı arasında ziddiyyət olmamalıdır. Əgər şəxsiyyət vəsiqəsində qeyd olunmuş məlumatlarla vətəndaşlıq vəziyyəti aktr arasında ziddiyyət yaranarsa, şəxsin təkrar şəhadətnamə ilə təmin olunması qanunvericiliyə əsasən mümkün deyildir. Yuxarıda qeyd olunmuş səbəbdən vətəndaş İddiaçı şəxsiyyət vəsiqəsində qeyd edilmiş məlumatlar ilə doğum haqqında akt qeydində qeyd olunmuş məlumatların eyni şəxsə aid olduğunun müəyyənləşdirilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Cavabdeh iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndələrinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı həmdə əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrasıdır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, iddia mahiyyəti baxımından aşağıda qeyd edilənlərə əsasən əsaslıdır. Belə ki, iddiaçı cavabdehə müraciət edərək “Doğum haqqında” təkrar şəhadətnamənin verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi qeyd edilmişdir ki, Neftçala rayon Qeydiyyat Şöbəsi tərəfindən 09.09.1961-ci il tarixdə tərtib edilmiş doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında doğum tarixinin xx.xx.1964-cü il deyil 10.08.1961-ci il yazıldığı müəyyən edilmişdir. Sənədlər arasındakı uyğunsuzluq səbəbindən təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 9.1-ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Həmin Əsasnamənin 9.7-ci bəndinə əsasən 16 yaşına çatmış şəxslərə, onların şəxsiyyətini təsdiq edən sənədlər təqdim edildikdə təkrar şəhadətnamələr verilə bilər. İş marerialları ilə müəyyən olunur ki, Salyan rayon Qeydiyyat şöbəsinin 28 oktyabr 1980-ci il tarixli 233 saylı kitabın nikah səhifəsindən çıxarışdan görünür ki, X4 19 yaşında nikaha daxil olmuşdur. Sumqayıt Asan Xidmət X2 09.07.2021-ci il tarixli 05-Q/3959/15 saylı imtina məktubunda qeyd edilmişdir ki, Neftçala rayon Qeydiyyat Şöbəsi tərəfindən 09.09.1961-ci il tarixdə tərtib edilmiş doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında doğum tarixi xx.xx.1964-cü il deyil 10.08.1961-ci il yazııldığı müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının doğum haqqında akt qeydi mövcuddur. Həmin akt qeydindən görünür ki, İddiaçı qızı xx.xx.1964-cü il deyil 10.08.1961-ci il təvəllüdlüdür. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabındakı qeydə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə almaq hüququ vardır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı qızının doğum tarixi 10 avqust 1961-ci il tarixi göstərilməklə yeni doğum haqqında Şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Sumqayıt “Asan Xidmət” X2 üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı qızının doğum tarixi 10 avqust 1961-ci il tarixi göstərilməklə yeni doğum haqqında Şəhadətnamənin verilməsi öhdəliyi cavabdeh Sumqayıt “Asan Xidmət” X2 üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-1673/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1673/2021
20.10.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver