Məhkəmə qərarları › İş №2-1(118)-168/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-168/2020

30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-168/2020 30.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli “Vergilərin Hesablanması” barədə **********972500 saylı qərarın qanunsuz və əsassız hesab edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli “Vergilərin Hesablanması” barədə **********972500 saylı qərarın ləğv edilməsi”-nə dair iddiasınaSumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq, “cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli “Vergilərin Hesablanması” barədə **********972500 saylı qərarın qanunsuz və əsassız hesab edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş xx xxxxxx 2019cu il tarixli “Vergilərin Hesablanması” barədə **********972500 saylı qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. 2 saylı X3 tərəfindən MMC-yə xx.xx.2018-ci, xx.xx.2019-cu il tarixli **********523200, **********002500 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublar daxil olmuşdur. Məktubla iddiaçıdan Yük gömrük bəyannaməsinin surəti, həmin dövür üçün dəqiqləşdirilmiş bəyannamə və həmin dövr üçün dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsinin təqdim edilməsi göstərilmişdir. MMC müəyyən edilmiş 5 gün müddəti ötürmədən xx.xx.2018-ci, xx.xx.2019-cu il tarixində tələb edilən sənədləri elektron qutu vasitəsi ilə **********13400, **********076200 nömrəli məktublarla 2 saylı X1 göndərilmişdir. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq xx xxxxxx 2019-cu il tarixli “Vergilərin hesablanması barədə **********972500 saylı” Qərar qəbul edilmişdir. 2 saylı X3 tərəfindən MMC-dən tələb edilən bütün lazımi sənədləri vaxtında təqim etmələrinə baxmayaraq vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Çünki, Vergi Məcəlləsinə əsasən idxal vaxtı gömrük ödənişlərinin ödənilməsi vaxtıdır. Əlavə edilən ödəniş sənədlərindən də görünür ki, 2018-ci ilin noyabr ayında gömrük ödənişləri ödənilmişdir. Halbuki vergi orqanı qanunsuz olaraq bunları nəzərə almamış və qərəzli olaraq əlavə vergilərin hesablanması barədə xx xxxxxx 2019-cu il tarixli “Vergilərin hesablanması barədə **********972500 saylı qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir. İnzibati Prosessual Məcəllədə göstərilir: Maddə 14. Sübut etmə vəzifəsi Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili İsmayılov Ceyhun Zöhrab oğlu iştirak etmişdir. İddiaçının nümayəndəsinin məhkəməyə təqdim edilmiş yazılı çıxışında qeyd olunur ki, məlum olduğu kimi, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Qərarın qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair” İddia Ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx xxxxxx 2019-cu il tarixli, **********016500 saylı “Vergilərin hesablanması barədə” Qərarın qanunsuz və əsassız hesab edilməsi və həmin Qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. X5 əsasən, 2 saylı X3 tərəfindən MMC-yə xx.xx.2018-ci, xx.xx.2019-cu il tarixli **********523200, **********002500 saylı “Komeral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktublar daxil olmuşdur. Məktubla bizdən Yük gömrük Bəyannaməsinin surəti, həmin dövür üçün dəqiqləşdirilmiş bəyannamə və həmin dövür üçüb dəqiqləşdirilmiş Əlavə dəyər vergisi bəyannaməsinin təqdim edilməsi göstərilmişdir. MMC müəyyən edilmiş 5 gün müddəti ötürmədən xx.xx.2018-ci, xx.xx.2019-cu il tarixində tələb edilən sənədləri elektron qutu vasitəsi ilə **********13400, **********076200 nömrəli məktublarla 2 saylı X1 göndərilmişdir. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq xx xxxxxx 2019-cu ü tarixli, **********972500 saylı “Vergilərin hesablanması barədə” Qərar qəbul edilmişdir. 2 saylı X3 tərəfindən MMC-dən tələb edilən bütün lazımi sənədləri vaxtında təqdim etmələrinə baxmayaraq vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Belə ki, Vergi Məcəlləsinə əsasən idxal vaxtı gömrük ödənişlərinin ödənilməsi vaxtıdır. Əlavə edilən ödəniş sənədlərindən də görünür ki, 2018-ci ilin noyabr aymda gömrük ödənişləri ödənilmişdir. Halbuki vergi orqanı qanunsuz olaraq bunları nəzərə almamış və qərəzli olaraq əlavə vergilərin hesablanması barədə xx xxxxxx 2019cu il tarixli, **********972500 saylı “Vergilərin hesablanması barədə” qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir. İddianın qanuni və əsaslı olması İddia Ərizəsinə əlavə edilən və iş materiallarında mövcud olan mötəbər sübutlarla (sənədlərlə), yəni (qəbul edilmiş qərar, 4 ədəd YGB, 4 bank ödənişi, 4 İNVOİCE, 2 TƏLƏBNAMƏ, 2 cavab məktubunun təsdiq edilmiş surətləri) tam və qəti təsdiq olunur. Belə ki, **********3523 saylı Yük gömrük bəyannaməsi xx xxxx 2019-eu il tarixdə Bakı Baş Gömrük İdarəsinə bəyan edilmiş və həmin gömrük orqanı tərəfindən qəbul edilmişdir. Həmin Bəyannaməyə İNVOİCE sənədi və 188022.38 (On səkkiz min iyirmi iki manat 38 qəpik) AZN məbləğində pulun ödənilməsinə dair xx xxxx 2019-cu il tarixli “Ödəniş Tapşırığı 61” adlı maliyyə sənədi əlavə edilmişdir. Qeyd edilən sənədlər mötəbər sübutlar olmaqla cavabdeh tərəfindən **********3523 saylı Yük gömrük bəyannaməsində kənarlaşma olmasının müəyyən edilməsinin qanunsuz və əsassız olduğunu təsdiq edir. İddiaçı hesab edir ki, cavabdeh heç bir hüquqi cəhət olmadan qanunsuz qərar qəbul etmişdir və bu qərarın qəbul edilməsi üçün qanuni əsasların olması, qərarın qəbul edilməsinin vacibliyi cavabdeh tərəfindən sübut edilməmişdir. İdiaçının nümayəndəsi və vəkili sonda iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Bildirirlər ki, cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən iddiaçının iddia ərizəsində qeyd etdiyi **********5036 nömrəli yük gömrük bəyannaməsinin mövcud olmadığı, **********0589 nömrəli yük gömrük bəyannaməsinin tarixinin xx.xx.2018ci il, **********1154 nömrəli yük gömrük bəyannaməsinin tarixinin xx.xx.2018-ci il, **********5228 nömrəli yük gömrük bəyannaməsinin tarixinin xx.xx.2018-ci il tarixli olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı ərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və ergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2018-ci il tarixli **********523200 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1 -ci maddələri rəhbər tutulmaqla “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********972500 Qərara əsasən əlavə vergi məbləği hesablanmışdır. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan sənədləri xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli cavab məktubu ilə birlikdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərdiyini bildirmişdir. Bununla əlaqədar cavabdeh bildirir ki, iddiaçının qeyd etdiyi **********5036 nömrəli YGB-nin mövcud olmadığı, **********0589 nömrəli YGB-nin tarixinin xx.xx.2018-ci il, **********1154 nömrəli YGB-nin tarixinin xx.xx.2018-ci il, **********5228 nömrəli YGB- nin tarixinin xx.xx.2018-ci il tarixli olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, iddiya etirazı müdafiyə etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, vergi orqanı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara nəzərə alaraq yoxlama aparır. Vergi ödəyicisi isə tələb edilən sənədləri vergi orqanına təqdim etməmişdir. Vergi ödəyicisinə cərimə hesablanmamışdır. Hesablanan vergi borcu tarixləri fərqli olsada, istənilən halda dövlət büdcəsinə ödənilməlidir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən iddiaçının iddia ərizəsində qeyd etdiyi **********5036 nömrəli yük gömrük bəyannaməsinin mövcud olmadığı, **********0589 nömrəli yük gömrük bəyannaməsinin tarixinin xx.xx.2018-ci il, **********1154 nömrəli yük gömrük bəyannaməsinin tarixinin xx.xx.2018-ci il, **********5228 nömrəli yük gömrük bəyannaməsinin tarixinin xx.xx.2018-ci il tarixli olduğu müəyyən edilmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı ərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və ergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunanlara əsasən xx.xx.2018-ci il tarixli **********523200 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İnzibati orqan yuxarıda qeyd edilənlərə əsaslanaraq iddiaçıya ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1-ci maddələri rəhbər tutulmaqla “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********972500 Qərara əsasən əlavə vergi məbləği hesablamışdır. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan sənədləri xx.xx.2018-ci il tarixli və xx.xx.2019-cu il tarixli cavab məktubu ilə birlikdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərdiyini bildirmişdir. Bununla əlaqədar cavabdeh bildirir ki, iddiaçının qeyd etdiyi **********5036 nömrəli YGB-nin mövcud olmadığı, **********0589 nömrəli YGB-nin tarixinin xx.xx.2018-ci il, **********1154 nömrəli YGB-nin tarixinin xx.xx.2018-ci il, **********5228 nömrəli YGB-nin tarixinin xx.xx.2018-ci il tarixli olduğu müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamışdır. İddiaçı isə qeyd edir ki, Vergi Məcəlləsinə əsasən idxal vaxtı gömrük ödənişlərinin ödənilməsi vaxtıdır. Əlavə edilən ödəniş sənədlərindən də görünür ki, 2018-ci ilin noyabr ayında gömrük ödənişləri ödənilmişdir. Məhkəməyə Dövlət Gömrük Komitəsindən daxil olmuş məktubda isə qeyd edilmişdir ki, Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən “İddiaçı “ MMC-nin adına **********5036 sorğu nömrəli gömrük bəyannmasi xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmış, lakin qeyd olunan cəmiyyətin həmin bəyannamə üzrə 13901,75 manat əlavə dəyər vergisi borcunun olması ilə əlaqədar buraxılmamışdır. Göründüyü kimi Dövlət Gömrük Komitəsinin məlumat bazasına əsasən “İddiaçı “ MMC-nin adına **********5036 sorğu nömrəli gömrük bəyannmasi xx.xx.2018-ci il tarixdə qeydiyyata alınması barədə məlumat olsada gömrük ödənişlərinin ödənilməsi müəyyən edilmir. İddiaçı məhkəməyə ödəniş tapşırığı təqdim etsədə bu ödənişin hara edildiyi qeyri müəyyəndir. Bundan başqa məhkəmə qeyd edir ki, idiaçının mübahisələndirdiyi qərar hüquqi nəticələri baxımındanda hüquqi müdafiyə vasitəsi kimi məhkəmədə mübahisələndirilməsi zəruri olan olan qərar kimi qiymətləndirilməməlidir. Mübahisələndirilən qərar ilə iddiaçıya maliyyə sanksiyası tətbiq edilməmişdir. Dövlət büdcəsinə ödənilməli olan məbləğin digər ayda göstərilməsi ilə mübahisənin həll edilməsi imkanı olduğu halda, məhkəmədə iddia qaldırılması prossessual qənaət baxımındanda əsaslı hesab edilə bilməz. Vergi qanunvericiliyinə əsasən qanunla müəyyən edilmiş vergiləri və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən olunmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar