Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1683/2021 26.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı üçüncü şəxs X2 azyaşlı uşaqları 04.07.2015-ci il təvəllüdlü X6 oğlu və 05.01.2018-ci il təvəllüdlü X7 oğlu ilə birlikdə Sumqayıt şəhəri, 42-ci məhəllə, 8 saylı evdə yerləşən 8 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, üçüncü şəxs X2 azyaşlı uşaqları 04.07.2015-ci il təvəllüdlü X6 oğlu və 05.01.2018-ci il təvəllüdlü X7 oğlu ilə birlikdə Sumqayıt şəhəri, 42-ci məhəllə, 8 saylı evdə yerləşən 8 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri 42-ci məhələ 8 saylı evdə yerlışən 8 saylı mənzil 2003-cü ildən iddiaçının xüsusi mülkiyyətindədir. 07.01.2015-ci il tarixdə üçüncü şəxs X5 iddiaçının oğlu Cəbrayılov İbrahim Şakir oğlu ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur. Sumqayıt şəhər Məhkəməsinin 23.02.2021-ci il tarixli 2(060)-1077/2021 qətnaməsi ilə Cəbrayılov İbrahim Şakir oğlu ilə X5 arasında 5 qayıt nikah evində 24.01.2015-ci il tarixdə 19 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması, boşanmadan sonra birgə nikahdan 04.07.2015-ci il təvəllüdlü X6 oğlu və 05.01.2018-ci il təvəllüdlü X7 oğlunun anası X2 yanında qalması qət olunmuşdur. Hazırda cavabdeh qeydiyyatda olduğu ünvanda yaşamır. Üçüncü şəxsin qeydiyyatdan çıxarılması ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, cavabdeh ərizəmdə qeyd olunanlardan imtina etmiş və aidiyyəti üzrə məhkəməyə müraciət etməyimi tövsiyə etmişdir. Tərəflər və üçüncü şəxs N.Heydərova şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Sumqayıt şəhər Polis İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış məktubda cavabdehin nümayəndəsinin məhkəmə iclasında iştirak edə bilmədiyi və cavabdehin məhkəmənin çıxardığı qanuni qərarla razılaşdığı bildirilmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPMnin 62.3-cü maddəsinə əsasən tərəflərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan : - qeydiyyat vəsiqəsindən RX № ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 42-ci məhəllə,8 saylı evdə yerləşən 8 saylı mənzil 24.06.2003-cü il tarixli alqı-satqı müqaqviləsinə əsasən Cərayılov Şakir İbrahim oğlunun adına qeydə alınmış və 19.1111.2018-ci il tarixdə ona yeni çıxarış verilmişdir . - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, X1, X6 oğlu, X7 oğlu,X5 və ünvan 3 ünvanında qeydiyyatdadırlar. -Sumqayıt şəhər Məhkəməsinin 23.02.2021-ci il tarixli 2(060)-1077/2021 saylı qətnaməsindən görünür ki, Cəbrayılov İbrahim Şakir oğlu ilə X5 aralarında bağlanmış 24.01.2015-ci iltarixli 19 saylı nikah pozulmuşdur. -X5 tərəfindən 13.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsindən görünür ki, o,sözügedən ünvanda yaşamır nikah pozulduqdan sonra həmin mənzili tərk etmişdir.Hazırki iddiaya qarşı heç bir iradı və etrirazı yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı üçüncü şəxsin qeydiyyatdan çıxarılması üçün cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, lakin cavabdeh inzibati orqan imtina məktubunda bildirmişdir ki, Yaşayış yeri və olduğu yer üzrə Azərbaycan Respublikası Qanununun” 9 -cü maddəsinin “ğ” bəndinə əsasən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaslna əsas olan hallar eldəcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq həmin şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə inzbati məhkəmə icraatı qaydasında müraciəti edilməsi tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildən üçüncü şəxsin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İş materiallarından göründüyü kimi qeyd olunan mənzil 2015-ci ildən iddiaçının mülkiyyətindədir. İddiaçının mənzilində qeydiyyatda olan üçüncü şəxs onun keçmiş gəlini və nəvələridir. Onların qeydiyyatı üzündən iddiaçı mülkiyyətində olan mənzil üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, X2 azyaşlı uşaqları 04.07.2015-ci il təvəllüdlü X6 oğlu və 05.01.2018-ci il təvəllüdlü X7 oğlu ilə birlikdə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, 8 saylı evdə yerləşən 8 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X2 azyaşlı uşaqları 04.07.2015-ci il təvəllüdlü X6 oğlu və 05.01.2018-ci il təvəllüdlü X7 oğlu ilə birlikdə İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, 42-ci məhəllə, 8 saylı evdə yerləşən 8 saylı mənzildən qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh küçəsi,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1683/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1683/2021
26.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver