Məhkəmə qərarları › İş №2-1(118)-1684/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1684/2025

10.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1684/2025 10.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, X18 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdehnə qarşı “X15 Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən torpaq sahəsində birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla 5 mərtəbəli yaşayış binasının tikintisinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli qərarının tələblərinin pozulması ilə icazə verilməsinə dair Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddia tələbi onunla əsaslandırılmışdır ki, seriya RX, ******* saylı çıxarışdan göründüyü kimi, Abşeron rayonu, Masazır kəndində yerləşən, 0.1808 hektardan ibarət olan torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Lakin iddiaçının xəbəri olmadan həmin torpaq sahəsinin sərhədində yerləşən və xüsusi mülkiyyət hüququ ilə X15 məxsus olan, 0.04 hektardan ibarət torpaq sahəsinin iddiaçının əmlakına bitişik hissəsində çoxmərtəbəli bina inşa olunmağa başlanılmışdır.Bununla da iddiaçının mülkiyyət hüquqlarına qanunsuz müdaxilə olunmuş, xüsusi mülkiyyətində olan əmlakdan AR Mülki Məcəlləsinin 152-ci maddəsinə uyğun olaraq istədiyi kimi, sərbəst və maneəsiz istifadə etməyinə, həmin əmlakın indiki vəziyyətinə, yenidən layihələndirilməsinə, eləcə də gələcək tikinti işlərinə və digər işgüzar planlarına ciddi əngəllər törədilmişdir. Bütün bu qeyd edilənlər barədə tərəfindən həm Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, həm də hazırkı iş üzrə Cavabdehnə müraciət edilmişdir.Cavabdeh xx.xx.2021-ci il tarixli, 76 saylı cavab məktubunda göstərilmişdir ki, “...torpaq sahəsi üzərində istifadə, icarə və mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmasına dair çıxarışı 4 saylı Abşeron ərazi idarəsinə təqdim etdikdən sonra Sizin torpağın sərhədləri müəyyənləşə bilər ”. Cavab məktubunun mətnindən göründüyü kimi, tələbindən hansı əsaslarla imtina edildiyi barədə məktubda heç bir dəqiq qeyd yoxdur. Ümumiyyətlə imtina edilib-edilmədiyi də dəqiq məlum deyil.Eyni zamanda cavabla iddiaçının tələbi arasında hər hansı bir əlaqə də mövcud deyil. Həmçinin məktubda qeyd edilənlərin əksinə tərəflərindən çıxarış və bütün digər sənədlər cavabdeh təşkilata təqdim edilmişdir. Ona görə də cavabdehin bu cavabı və müraciəti təmin etməkdən imtina etməsi hüquqlarını pozmuşdur. Cavabdeh tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı qeyd edir ki, Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamı ilə X15 birinci mərtəbəsi qeyri-yaşayış sahəsi olmaqla beş mərtəbəli yaşayış binasının tikintisinə icazə, xx.xx.2018ci il tarixdə isə tikinti işlərinin başlanması üçün əsas olan 015 saylı xüsusi nişan verilmişdir. Hesab edir ki, X15 iddiaçının xüsusi mülkiyyətində olan torpaq sahəsinə bitişik şəkildə çox mərtəbəli yaşayış binasının tikilməsinə icazə verilməsi aşağıda göstərilən səbəblərdən tamamilə qanunsuz və əsassızdır. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 4.3-cü maddəsinə, AR Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanının 4.3-cü bəndinə və AR Prezidentinin xx.xx.2007-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi şəhərsalma və tikinti fəaliyyəti, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Göründüyü kimi, qeyd edilən qanunvericilik normalarına əsasən, tikintiyə icazə verilməsi barədəki sərəncamın verildiyi vaxt şəhərsalma və tikinti fəaliyyəti prosesində tikintiyə icazə verilməsi və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirmək səlahiyyəti Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məxsus olmuşdur. Lakin bu açıq və imperativ qanun normalarına baxmayaraq, Cavabdeh qanunsuz olaraq qeyd edilən icazəni vermişdir. Bundan başqa qeyd edilməlidir ki, iddiaçıya məxsus torpaq sahəsi ilə onun əhatəsində inşa edilməyə başlanılmış çoxmərtəbəli tikilinin ara məsafəsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydalara tamamilə zidd müəyyən edilmişdir. Belə ki, müvafiq qanunvericiliyin tələblərinə zidd şəkildə tikinti iddiaçıya məxsus torpaq sahəsinin son sərhədlərinə qədər aparılmış,arada heç bir məsafə qoyulmamış, bəzi hissələrdə isə onun torpaq sahəsində də tikinti işləri aparılaraq əmlakına qanunsuz müdaxilə olunmuşdur. Tikintisi aparılan yaşayış binasının 5 mərtəbədən ibarət olacağı nəzərə alınarsa, bu, müvafiq sərəncamı verən icra hakimiyyəti orqanı, o cümlədən tikintini aparan şəxs tərəfindən müvafiq qanunvericiliyin tələblərinə əməl olunmadığını, əksinə qanunun tələblərinin onlar tərəfindən kobud şəkildə pozulduğunu təsdiq edir. Nəticədə onlar tərəfindən qanun pozulması ilə yanaşı, təhlükəsizlik qaydalarına da əməl edilməmişdir. Hansı ki, mövcud qanunverciliyin tələblərinə əsasən aparılan tikili ilə iddiaçının mülkiyyətində olan torpaq sahəsi arasında təqribən 10 metrə qədər məsafə saxlanılmalı idi. İddiaçı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 69-cu, 71.1- ci , həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli qərarı ilə təsdiq edilmiş “Ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl Qaydalar”a istinad edərək qeyd edir ki, Cavabdeh tərəfindən qanunvericiliyin imperativ normalarının tələblərinə əməl olunmadan mövcud sərəncamın verilməsi, kobud qanun pozuntusu ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi, iddiaçının əmlakının həm indiki vəziyyətinə, həm də yenidən layihələndirilməsinə, eləcə də gələcək tikinti işlərinə və işgüzar planlarına ciddi şəkildə maneə törədir, bununla da AR Konstitusiyası və digər qanunvericilik aktları ilə müəyyən edilmiş hər kəsin öz mülkiyyətindən maneəsiz istifadə etmə hüququna malik olma hüququnu pozur. Qeyd edilənlənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir Məhkəmənin ötən proseslərində iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil2 eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin səlahiyyətinə aid olan məsələ ilə bağlı səlahiyyətini aşaraq qanunsuz qərar qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Komitə şəhərsalma və tikinti fəaliyyəti, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. “Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli, № 597 Fərmanının 9-cu bəndinə əsasən “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamənin, komitənin strukturunun təsdiq edilməsi, aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin: 9.1.3-cü hissədən “aparatının” sözü çıxarılsın və həmin hissədə “ 135” rəqəmləri “cəmi 220 ştat vahidi olmaqla, Komitənin aparatı üzrə 170 ştat vahidi, onun yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi üzrə 50" sözləri ilə əvəz edilsin. 9.2. Həmin Fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin: 9.2.1. 1-ci hissə aşağıdakı redaksiyada verilsin: “1. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra - Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra - müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.” Göründüyü kimi qanunvericiliyə dəyişiklik Azərbaycan Respublikası Prezidentinin 19 mart 2019-cu il tarixli, № 597 Fərmanı ilə edilmişdir. Odur ki, mübahisələndirilən sərəncam rayon icra hakimiyyəti tərəfindən qanuni əsaslarla qəbul edilmiş və səlahiyyətdən kənara çıxma halı baş verməmişdir. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən rayon İcra Hakimiyyəti qərar qəbul etmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs X13 nümayəndəsi və vəkili etirazında qeyd etmişdir ki, iddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisələndirilən sərəncamla tikintisinə icazə verilmiş yaşayış binası iddiaçıya məxsus olan torpaq sahəsinə bitişik ərazidə inşa olunmuşdur. Bununla da mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada iddiaçıya məxsus olan torpaq sahəsi ilə üçüncü şəxs X24 tərəfindən inşa edilmiş tikilinin ara məsafəsi pozulmuşdur. İddiaçı həmçinin iddia ərizəsində göstərmişdir ki, onun mülkiyyətində olan torpaq sahəsinə bitişik olan torpaq sahəsində və birbaşa sərhəddə tikintinin aparılmasına görə onun razılığı alınmamış və tələbatları gözlənilməmişdir, tikintinin aparılmasından onun xəbəri olmamışdır, bununla yanaşı bəzi hissələrdə isə iddiaçıya məxsus olan torpaq sahəsində tikinti işləri aparılaraq onun əmlakına qanunsuz müdaxilə olunmuşdur. ......Yuxarıda qeyd olunan işin hallarını, ekspert rəyini nəzərə alaraq hesab edirlər ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə ilk növbədə inzibati icraat qaydasında irəli sürülən bütün növ iddia tələbləri üçün başlıca və zəruri olan ümumi mümkünlük şərtlərindən biri olan iddiaçının inizibati icraatda nəzərdə tutulmuş iddia tələblərindən birini irəli sürməsi üçün subyektiv hüququnun olub-olmamasını müəyyən etməlidir. Hazırkı işdə isə iddiaçının belə bir subyektiv hüququnun olmaması müəyyən edilir. İddiaçı iddia edir ki, mübahisələndirdiyi Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli, 131 nömrəli sərəncamı ilə tikintisinə icazə verilmiş yaşayış binası iddiaçıya məxsus olan torpaq sahəsinə bitişik ərazidə inşa olunmuşdur. Bununla da mövcud qanunvericiliklə müəyyən olunmuş qaydada iddiaçıya məxsus olan torpaq sahəsi ilə üçüncü şəxs X24 tərəfindən inşa edilmiş tikilinin ara məsafəsi pozulmuşdur. İlk olaraq qeyd olunmalıdır ki, qüvvədə olan şəhərsalma və tikinti haqqında qanunvericiliyə əsasən ara məsafəsi sahələri qonşu torpaq sahələrində yerləşən tikililər arasında və ya tikili ilə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin sərhədləri arasında nəzərdə tutulmuşdur. İddiaçının iddia etdiyi kimi qonşu torpaq sahəsində inşa edilmiş tikili ilə iddiaçıya məxsus olan torpaq sahəsi arasında ara məsafəsi anlayışı mövcud deyildir və bu əsasla hər hansı bir tələb irəli sürmək əsassız və qanunsuzdur. Digər tərəfdən tikintisi planlaşdırılan yaşayış və ya qeyri-yaşayış sahəsinin boş olan, yəni hər hansı bir tikilisi mövcud olmayan qonşu torpaq sahəsinin sərhədlərinə bitişik tikilməsinə icazə verilməsi hər hansı bir hüquq pozuntusu təşkil etmir. Mübahisələndirilən sərəncamla iş üzrə üçüncü şəxs X15 öz mülkiyyətində olan torpaq sahəsində tikinti aparılmasına icazə verilmişdir. Bu zaman nəzərə alınmalıdır ki, tikintiyə icazə verilərkən, həmçinin tikinti işləri aparılarkən və hal-hazırda da iddiaçıya məxsus olan torpaq sahəsində hər hansı bir tikinti mövcud olmamışdır. Buna görə də, iddiaçıya məxsus olan qonşu torpaq sahəsində yerləşən tikilinin xarici divarı ilə X13 mülkiyyətində olan torpaq sahəsində aparılan tikilinin xarici divarları arasında ara məsafəsinin nəzərdə tutulmalı olmasından söhbət gedə bilməz.Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 69.1-ci maddəsinin mənasına görə ara məsafəsi sahələri mövcud binaların xarici divarlarının önündə nəzərdə tutulan sahələrdir. Həmin maddi hüquq normasında qeyd olunur ki, binaların xarici divarlarının önündə ara məsafəsi sahələri nəzərdə tutulmalıdır.Başqa sözlə tikinti obyektinin planlaşdırılması, ona icazə verilməsi zamanı ara məsafəsi sahəsinin nəzərdə tutulması üçün yalnız və yalnız tikinti işlərinin aparılması planlaşdırılan torpaq sahəsi ilə həmsərhəd olan torpaq sahəsində hər hansı bir tikilinin mövcud olması əsas şərtdir. Əks halda yuxarıda qeyd olunduğu kimi ara məsafəsi sahəsinin nəzərdə tutulması absurd və anlaşılmayan tələb olacaqdı. Digər tərəfdən qanunvericilik tikinti obyektinin layihələndirilməsi zamanı ara məsafəsinin inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri ilə həmsərhəd torpaqlarda mövcud olan tikililərin xarici divarları və hissələri arasında saxlanılmasını nəzərdə tutmuşdur. Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 69.7- ci maddəsinə əsasən, Tikinti obyektinin layihələndirilməsi zamanı aşağıdakılar nəzərə alınmalıdır: 69.7.1. mövcud tikililərlə həmsərhəd torpaqlarda inşası planlaşdırılan tikinti obyektlərinin xarici divarları və hissələri arasında, obyektlərin təyinatından asılı olaraq, şəhərsalma və tikintiyə dair normativ sənədlərlə müəyyən edilmiş ara məsafələrin saxlanılması; 69.7.2. torpaqlardan səmərəli istifadə məqsədilə layihə sənədlərinə uyğun olaraq obyektlərin birləşdirilməsinin mümkünlüyü; 69.7.3. layihəçilərin təklifi nəzərə alınmaqla, qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə obyektlərin tikintisinin iki paralel və qapalı (boşluqları olmayan) divar və ya ortaq divar vasitəsilə həyata keçirilməsinin mümkünlüyü ;- 69.7.4. yeni tikiləcək obyektlərin divarının qarşılıqlı razılaşma əsasında yanaşı sərhəddə mövcud olan binanın divarına birləşdirilməsinin mümkünlüyü. Göstərilənlərdən aydın olur ki, iddiaçının qonşu torpaq sahəsində yaşayış sahəsinin tikintisinə icazə verilməsinə dair sərəncamı (inzibati aktı) ara məsafəsi sahələrinin saxlanılmamasına istinad etməklə mübahisələndirməsi tamamilə əsassızdır və buna görə də iddiaçının həmin tələbi irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Burada zəruri olan bir məqam qeyd olunmalıdır ki, iş üzrə üçüncü şəxs X24 tərəfindən ona məxsus olan tikinti ərazisinin sərhədləri daxilində, yəni inşa etdiyi tikili ilə həmin tikilinin yerləşdiyi torpaq sahəsinin sərhədləri arasında ara məsafəsini saxlamaması əgər qanun pozuntusuna səbəb olarsa (burada nəzərə alınmalıdır ki, mövcud qanunvericilik tikinti ərazisinin sərhədləri daxilində ara məsafəsinin saxlanmasına zərurət olmadığı halları da müəyyən etmişdir) bu halda da həmin pozuntunun aradan qaldırılmasına dair tələbi müvafiq icra hakimiyyəti orqanları irəli sürə bilərlər. Yəni bu halda da iddiaçının həmin əsasla inzibati aktı mübahisələndirməsi üçün subyektiv hüququ yoxdur. Ekspert rəyindən görünür ki, X24 tərəfindən inşa edilmiş yaşayış binasının birinci mərtəbəsi ilə müqayisədə yuxarı mərtəbələrdə mövcud olan çıxıntılar binanın əsas divarından 1 metr kənara çıxmışdır və həmin çıxıntılar iddiaçıya məxsus torpaq sahəsinə tərəf fəzada bir tərəfdən 59 sm, digər tərəfdən isə 23 sm daxil olmuşdur. X2 tərəfindən iddiaçıya məxsus olan torpaq sahəsinə fəzada 7,69 kv.metr olmaqla, ümumilikdə 8,91 kv.metr hissəsinə müdaxilə edildiyi göstərilmişdir. Göründüyü kimi binanın əsas divarları inşa edildiyi torpaq sahəsinin hüdudları daxilində yerləşməklə iddiaçıya məxsus olan torpaq sahəsinə müdaxilə edilməmişdir. Ekspert rəyindən də görünür ki, yalnız yaşayış binasının yuxarı mərtəbələrində mövcud olan çıxıntılar iddiaçıya məxsus olan torpaq sahəsinə tərəf fəzadan ümumilikdə 7,69 kv.metr hissədə keçmişdir.Qeyd olunmalıdır ki, bu hal inzibati mübahisənin deyil, mülki mübahisənin predmetini təşkil edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 173-cü maddəsi məhz bu kimi hallarda mübahisənin həlli yollarını tənzimləmişdir. Mülki Məcəllənin “çıxıntılı binalar” adlanan 173cü maddəsinə əsasən, başqa daşınmaz əmlaka keçən çıxıntıları olan binalar və digər qurğular yerləşdikləri daşınmaz əmlakın tərkib hissəsi kimi qalırlar, bu şərtlə ki, həmin əmlakın mülkiyyətçisi onlara əşya hüququna malik olsun. Qonşu ya üst tikiliyə qarşı etirazını bildirə bilər, ya da bununla barışaraq ağlabatan əvəz ödənilməsini tələb edə bilər (173.1), Üst tikiliyə hüquq daşınmaz əmlakın dövlət reyestrində servitut kimi qeydə alına bilər (173.2), Əgər üst tikili əsassızdırsa və hüququna toxunulmuş şəxs, bunu bilsə də, vaxtında etiraz etməzsə, üst tikilini ucaldan şəxsə, şəraitin haqq qazandırdığı hallarda, ağlabatan əvəz ödənilməklə, üst tikiliyə əşya hüququ və ya torpağa mülkiyyət hüququ verilə bilər (173.3), Əgər qonşu sahədən binanın uçub torpaq sahəsinə tökülməsi təhlükəsi varsa, mülkiyyətçi qonşudan həmin təhlükənin qarşısının alınması üçün lazımi tədbirlər görməyi tələb edə bilər (173.4). Beləliklə yuxarıda göstərilənlərə əsasən müəyyən olunur ki, mübahisələndirilən inzibati aktla iddiaçının hər hansı bir hüququna müdaxilə edilməmişdir və buna görə də iddaçının hazırkı tələbi irəli sürməsi üçün subyektiv hüququ yoxdur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən proseslərində iştirak edən üçüncü şəxslər X24, X20, X14, X25 iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmənin sonuncu iclası barədə lazimi qaydada iddiaçı, cavabdeh və üçüncü şəxslərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər.Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2-1(118)-27/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardaddan narazı qalan Cavabdeh, üçüncü şəxs X24 apellyasiya şikayətləri vermiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2- 1(105)-188/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadına əsasən Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2-1(118)-27/2023 nömrəli qərarı ləğv edilərək inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,“Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınının 17-ci bəndində göstərilir ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquqmüəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır”. İş materiallarından görünür ki, Cavabdeh başçının 17 aprel 2015-ci il tarixli 131 saylı sərəncamı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX Seriyalı, ******* saylı çıxarışla X15 məxsus Masazır kəndində yerləşən 0.04 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında birinci mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla beşmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmiş, həmin yaşayış binasında olan mənzillər alq-satqısı müqavilələri əsasında digər şəxslər satılmışdır. Sözügedən şəxslər iş üzrə üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Həmçinin, məhkəmə icraatı zamanı alınmış mütəxəssis rəyindən görünür ki, İddiaçı Süleyman oğluna məxsus olan Abşeron rayonu. Masazır kəndi ərazisində yerləşən 0.1808 hektardan ibarət olan torpaq sahəsinin 8.91 m2 (0.000891 ha) hissəsindən cavabdeh X24 tərəfindən faktiki istifadə edildiyi qeyd edilmişdir. Həmçinin Torpaq sahəsinin yerləşmə vəziyyətinə görə sxemi məhkəməyə təqdim edilmişdir. Təqdim edilmiş sənəddən X13 faktiki istifadəsində olan 0.0436 ha torpaq sahəsinin **********68 reyestr nömrəli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan 0.1808 ha torpaq sahəsinə düşən hissəsinin 8.91 m2 olduğu müəyyən edilir. Məhkəmə araşdırmasından da göründüyü kimi, sözügedən sərəncam normativ hüquqi aktlara uyğun qəbul edilmiş, yəni yaşayış binasının tikintisi X13 mülkiyyətində olan çıxarışda qeyd edilən ölçüdə müvafiq orqanlarla razılaşdırmaqla inşa edilməsinə icazə verilmişdir. Hal-hazırda da X24 yaşayış binasını inşa etdirmiş və həmin binada olan mənzilləri digər şəxslərə alqı-satqı müqaviləsi əsasında satmışdır. Belə ki, X11 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə əlavə edilmiş ilkin alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, X20 ilə X24 arasında xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 7 nömrəli mənzilinin ilkin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 14.1-ci bəndinə əsasən, satıcı mənzili 33500 manata alıcıya satmışdır. X8 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə əlavə edilmiş ilkin alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, X16 ilə X24 arasında xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 8 nömrəli mənzilinin ilkin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 14.1-ci bəndinə əsasən, satıcı mənzili 35000 manata alıcıya satmışdır. X17 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə əlavə edilmiş müqavilə ilə müəyyən olunur ki, X25 ilə X24 arasında xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 12 nömrəli mənzilinin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 4-cü bəndinə əsasən, satıcı mənzili 28105 manata alıcıya satmışdır. X5 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə əlavə edilmiş ilkin alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, X9 ilə X24 arasında xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 15 nömrəli mənzilinin ilkin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 14.1-ci bəndinə əsasən, satıcı mənzili 20664 manata alıcıya satmışdır. X6 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə əlavə edilmiş müqavilə ilə müəyyən olunur ki, X14 ilə X24 arasında xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 21 nömrəli mənzilinin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 4-cü bəndinə əsasən, satıcı mənzili 32760 manata alıcıya satmışdır. X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə əlavə edilmiş ilkin alqı-satqı müqaviləsi ilə müəyyən olunur ki, X3 ilə X24 arasında xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 28 nömrəli mənzilinin ilkin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 14.1-ci bəndinə əsasən, satıcı mənzili 22000 manata alıcıya satmışdır. X4 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə əlavə edilmiş müqavilə ilə müəyyən olunur ki, X7 ilə X24 arasında xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 29 nömrəli mənzilinin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 4-cü bəndinə əsasən, satıcı mənzili 38550 manata alıcıya satmışdır. X12 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunması barədə ərizəyə əlavə edilmiş müqavilə ilə müəyyən olunur ki, X21 ilə X24 arasında xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Ə.Vahid küçəsində inşa edilmiş yaşayış binasının 29 nömrəli mənzilinin alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 4-cü bəndinə əsasən, satıcı mənzili 25700 manata alıcıya satmışdır. Göründüyü kimi, Cavabdeh Başçının 17 aprel 2015-ci il tarixli 131 saylı Sərəncamı ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX Seriyalı, ******* saylı çıxarışla X15 məxsus Masazır kəndində yerləşən 0.04 ha torpaq sahəsində razılaşdırılmış eskiz əsasında birinci mərtəbəsi qeyri-yaşayış obyekti olmaqla beşmərtəbəli yaşayış binasının tikintisinə icazə verilmiş, bina tikilərək təhvil verilmiş, həmin yaşayış binasında adı çəkilən müqavilələr üzrə mənzillərin alq-satqısı həyata keçirilmişdir. İddiaçının hüquqi marağı sözügedən sərəncamın ləğv edilməsidir ki, həmin sərəncam ləğv edilməsi təqdirdə digər vicdanlı alıcıların hüquqlarına xələl gələ bilər. Ona görə də məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “X15 Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən torpaq sahəsində birinci mərtəbəsi qeyriyaşayış sahəsi olmaqla 5 mərtəbəli yaşayış binasının tikintisinə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq normalarının və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 fevral 2014-cü il tarixli, 51 nömrəli qərarının tələblərinin pozulması ilə icazə verilməsinə dair Cavabdeh başçısının xx.xx.2015-ci il tarixli, 131 saylı sərəncamının ləğv edilməsi” tələbinə dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. X32

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar