Məhkəmə qərarları › İş №2-1(118)-1685/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-1685/2023

19.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-1685/2023 19.05.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Şamaxı rayon Bağırlı kənd sovetliyi tərəfindən xx.xx.1975-ci ildə tərtib edilmiş 23 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında atasının adı “Afser” dən “Əfsər”ə dəyişiklik edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Şamaxı rayon Bağırlı kənd icra nümayəndəliyində xx.xx.1975-ci ildə tərtib edilmiş 23 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında atasının adı “Afser”dən “Əfsər”ə dəyişiklik edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1975-ci il tarixdə Şamaxı rayonu Bağırlı kəndində anadan olmuşdur. Cavabdehndə xx.xx.1975-ci ildə tərtib edilmiş 23 nömrəli doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında atasının adı "Afser”dən “Əfsər”ə dəyişiklik edilməsi ilə bağlı Cavabdehnə müraciət etmişəm. Lakin sonuncu onun ərizəsini təmin etməmiş, şəxsiyyət vəsiqəsi olmadığından yuxarıda qeyd olunan doğum haqqında akt qeydində uşaq haqqında məlumat qrafasında atasının adı “Afser"dən “Əfsər“ə dəyişiklik edilməsindən imtina etmişdir. İddiaçının doğum haqqında ilkin şəhadətnamədə atasının adı Əfsərdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, məhəkməyə ünvanladığı məktubda işə onun nümayəndəsinini iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan : - ЖГ № 383059 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1975-ci ildə Şamaxı rayonu Bağırlı kəndində anadan olmuş,ata qrafasında X5,ana qrafasında X1 qeyd olunmuşdur. - Şamaxı rayon Bağırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli fotoşəkilli arayışdan görünür ki, vətəndaş İddiaçı xx.xx.1975-ci il tarixdə Şamaxı rayonu Bağırlı kəndində anadan olmuş və hal hazırda Bağırlı kəndi yaşayır. - Məhkəmə sorğusuna əsasən AR Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş cavab məktubundan görünür ki, İddiaçı Afser oğluna Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə dövlət sərhəd xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. - Şamaxı rayon Polis Şöbəsi tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş cavab məktubundan görünür ki, İddiaçı barəsində Şamaxı rayon Polis Şöbəsində axtarışda olması və məhkumluğu barədə məlumat qeydə alınmamışdır. - Cavabdeh tərəfindən məhkəmənin sorğusuna əsasən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, X3 doğum haqqında akt qeydininin surəti məhkəməyə göndərilmişdir. - Şamaxı rayon Bağırlı kənd İcra nümayəndəliyində qeydə alınmış xx.xx.1975-ci il tarixli 23 nömrəli doğum haqqında akt qeydindən görünür ki, İddiaçı Afser oğlu xx.xx.1975-ci ildə Şamaxı rayonu Bağırlı kəndində anadan olmuş,ata qrafasında X5,ana qrafasında X1 qeyd olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ına əsasən bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra — qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. X7: 1.Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir.

2. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır.

3. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: ..... vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə;

4. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ...... vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı.

8. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir.

10. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktının qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir.

12. Qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və ya məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçının doğum akt qeydində ata adı qrafasında atasının adı “Əfsər” əvəzinə “Afser” kimi qeyd edilmişdir. Hazırda sənədlərin arasında yaranmış ziddiyyət iddiaçının sənədləşmə işlərində maneə yaradır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli və iddiaçının doğum haqqında akt qeydində ata adında düzəliş edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. Şamaxı rayon Bağırlı kənd sovetliyi tərəfindən xx.xx.1975-ci ildə tərtib edilmiş 23 nömrəli doğum haqqında akt qeydində ata adı qrafasında iddiaçının atasının adı “Afser”dən “Əfsər”ə dəyişdirilməsi öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər.

Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar