Məhkəmə qərarları › İş №2-1(118)-1689/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1689/2021

04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1689/2021 04.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı "xxxx" X2 Cəmiyyətinin cavabdehlər "xxxx" MTK və qeyrilərinə qarşı tikintiyə dair sərəncamın ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsinin mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı "xxxx" X2 Cəmiyyəti cavabdehlər "xxxx" MTK, Cavabdeh2, FHN yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh2 tərəfindən tikintiyə verilmiş sərəncamın, FHN yanına Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən verilmiş tikintiyə icazə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin verdiyi icazə və digər dövlət qurumlarının qanunsuz verdikləri sənədləri Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən tam araşdırılması və həmin vəzifəli şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına dair qərardad və "xxxx" ATSC-nin istehsal sahəsinin bir metrliyində inşa edilməkdə olan "xxxx" MMC-yə məxsus yaşayış binalarının tikintisinin dayandırılması və dəri emal fabrikindən ara məsafənin saxlanılmasına əməl etməklə yaşayış binalarının tikilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsində bir neçə cavabdehə qarşı ayrı-ayrı tələblər irəli sürüldüyündən məhkəmənin 13 avqust 2021-ci il tarixli sərəncamı ilə iddiaçı "xxxx" ATSC-yə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən hüquqi yardım göstərilərək, cavabdehi düzgün müəyyən etmək, iddia tələbini dəqiqləşdirmək və bu barədə məhkəməyə müvafiq ərizə verməsi üçün 10 gün müddətinə vaxt verilmişdir. Həmin müddətin ötməsinə baxmayaraq iddiaçıdan iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə daxil olmadığından o, hüquqi yardımın göstərilməsi üçün 04 noyabr 2021-ci il tarixə Sumqayıt İnzibati Məhkəməsinə dəvət olunmuşdur. Lakin iddiaçının səlahiyyətli nümayəndəsi məhkəmənin çağırışına gəlməmiş və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, "xxxx" ATSC-nin iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.1-ci maddəsinə əsasən iddia ərizəsi aidiyyəti üzrə müvafiq məhkəməyə yazılı şəkildə verilir. Həmin Məcəllənin 46.1-ci maddəsində iddia ərizəsinə göstərilməli olan məlumatlar sadalanmışdır. İnzibati Prosessual Məcəllənin 46.1.3-cü maddəsinə əsasən iddia ərizəsində iddiaçının (ərizəçinin) tələbi göstərilməlidir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən hakim yaxud məhkəmə tərkibinə sədrlik edən hakim tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nomrəli Qərarınim 16cı bəndində göstərilmişdir ki, iddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. İş materiallarından görünür ki, "xxxx" ATSC tərəfindən məhkəməyə müraciət edilərkən prosessual qanunvericiliyin tələblərinə riayət edilməmişdir. Belə ki, o, inzibati prosessual qanunverciliyin prinsiplərinə zidd olaraq bir neçə cavabdehə qarşı ayrı-ayrı tələblər irəli sürmüş, məhkəmə tərəfindən ərizənin dqiqlşədirilməsi üçün vaxt ayrılmasına baxmayaraq ərizəsini dəqiqləşdirməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" ATSC-nin iddia ərizəsi mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" X2 Cəmiyyətinin cavabdehlər "xxxx" MTK və qeyrilərinə qarşı tikintiyə dair sərəncamın ləğv edilməsi və s. tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar