Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-1689/2022 25.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə (Abşeron rayon Vəkil Bürosunun vəkili işləyən, Bakı şəhəri, Ə.Naxçıvani küçəsi, ev 4A mənzil 316-da yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı Abşeron rayon Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 400 kv m torpaq sahəsinə dair X4 ilə Abşeron rayonu Xırdalan bələdiyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Abşeron rayon Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 400 kv m torpaq sahəsinə dair X4 ilə Abşeron rayonu Xırdalan bələdiyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayon Xırdalan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 242 saylı sərəncamı ilə 400 kv m torpaq sahəsi iddiaçının mərhum anası X2. Sonuncu xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. onun yeganə varisi iddiaçıdır. İddiaçı mülkiyyət hüququnun qeydə alınması üçün DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etdikdə təqdim edilmiş sənədlərə S.Mirzəyeva ilə bələdiyyə arasında alqısatqı aktının olmaması müəyyən edilmişdir. Həmin idarə torpağın qanunvericiliyə uyğun satılmadığını bildirərək ona imtina cavabı vermişdir. İddiaçı bələdiyyəyə müraciət edərək alqısatqı aktının təqdim edilməsini xahiş etmişdir. Lakin bələdiyyə həmin alqı-satqı aktının olmadığını bildirmişdir. Alqı-satqı aktı Abşeron rayon Dövlət Arxivində də aşkar edilməmişdir. Buna müvafiq olaraq hüquq və mənafelərin müdafiə edilməsi, zəruri sənədlərin əldə edilməsi baxımından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından müəyyən edildi ki, Abşeron rayon Xırdalan bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 242 saylı qərarla 400 kv m torpaq sahəsi iddiaçının mərhum anası X1. Torpaq sahəsinin dəyəri kimi 400 manat bələıdiyyənin hesabına ödənilmiş, DTXK_nin Abşeron rayon şöbəsinin və Abşeron rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin rəyləri alınmışdır. Lakin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üşün müraciət etdikdə torpaq sahəsinin alqı-satqısına dair aktın möbvud olmadığı müəyyən edilmişdir. Məhkəmənin sorğusuna əsasən Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş cavab məktubundan görünür ki, S.Mirzəyevaya torpaq sahəsinin ayrılmasına dair sənədlərə alqısatqı aktı əlavə edilməmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56-cı maddəsinin 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Həmin Məcəllənin 59-cu maddəsinin 1-ci bəndində göstərilir ki, yaşayış məntəqələrində bələdiyyələrin ehtiyat fondu torpaqlarından sahələr fərdi yaşayış və bağ evlərinin tikintisi üçün əvəzi ödənilməklə vətəndaşların xüsusi mülkiyyətinə verilir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi satılması barədə bələdiyyə qərarı qəbul edilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaqların alqı-satqısı zamanı müvafiq aktın tərtib olunması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na Əlavədə torpaqların alqısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin alqı-satqı müqaviləsinin (aktı) mövcudluğu nə bələdiyyənin özü tərəfindən, nə də arxivdə olan sənədlərlə təsdiqlənməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mövcud olmayan sənədin verilməsinə dair öhdəliyini cavabdein üzərinə qoyulmasına dair tələb mümkün sayılmamalıdır. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mhkəmə Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə uyğun olaraq iddiaçıya və nümayəndəsinə hüquqi yardım göstərərək “hüquqi qənaət” prinsipi baxımından birbaşa mülkiyyət hüququnun qeydə alınması və ya mübahisəsi gedən torpaq sahəsinin mərhuma məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabhdein üzərinə qoyulması barədə daşınmaz əmlakın dövlət reyestrini aparan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldırmaq hüququ və imkanını izah etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı Abşeron rayon Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 400 kv m torpaq sahəsinə dair X4 ilə Abşeron rayonu Xırdalan bələdiyəsi arasında bağlanmış alqı-satqı müqaviləsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-1689/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-1689/2022
25.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver